Beş Amerika Təhsil fəlsəfəsi
Müxtəlif Təhsil fikirləri üçün müxtəlif müddəalar da mövcuddur.Asan olsun deyə, beş ümumi fəlsəfi cərəyan təsvir olunur, müqayisə olunur, qarşılaşdırılır və məktəb mühitində tətbiq olunur.(Cədvəl 1.1) Hər bir fəlsəfi baxış, kurikulumun inkişaf prosesini dəyişdirən müxtəlif əsas dəyərləri göstərir.
Perenializm
Adları çəkilən 5 fəlsəfi baxışdan ən çox konservativ, ənənəvi və yaxud sabit, dəyişməz fəlsəfə -perennializm fəlsəfəsidir. Bu fəlsəfəni Təhsilin klassik tərifindən əldə etmək çətindir.Perennializm tərəfdarları belə hesab edirlər ki, təhsil də insan təbiəti kimi dəyişilməzdir. İnsanların ən fərqləndirici xüsusiyyətləri insanların səbəblərdən nəticə çıxarmaq qabiliyyətləri kimi, təhsildə də inkişaf edən rasionallıq üzərində fikirlərini cəmləşdirirlər.Perennialistlərə görə, təhsil həyat üçün hazırlıq deməkdir və şagirdlərə strukturlu təhsil vasitəsilə dünyanın quruluşu öyrədilməlidir.
Perennialistlərə görə, real aləm səbəblər dünyasıdır.Bu cür inam və baxış bizə təhsil və bəzən də dini qanunlar vasitəsilə məlum olur.Xeyirxahlıq (İlahi) anlayışına rasionallığın özündə də rast gəlmək olar.Perennialistlər daha çox yüksək nizamlı təlim və davranışa nəzarət vasitəsilə öyrənilən fənn və nəzəriyyələrə meyl göstərirlər.Perrenialistlər üçün məktəb əsasən əbədi inamları tədris etməklə səbəbləri axtarıb tapmaq üçün mövcuddur.Müəlim izah edir və deyir.Şagird isə passiv resipientdir (qəbul edəndir).Buna görə də həqiqət əbədidir. Məktəb mühitində baş verən bütün dəyişikliklər səthidir.
İdealizm
İdealizm elə bir fəlsəfi cərəyandır ki, kişi və qadınların cilalanmış müdrikliyinin özündə ehtiva edir.Reallıq insan şüuru daxilində bir dünya kimi nəzərdən keçirilir.İlahilik (Kamillik) isə ideal bir vəziyyətdir,daima ona çatmağa cəhd edilir.
İdealistlər bir çox dövlət məktəblərinin sinif otaqlarında olduğu kimi, düşüncə ilə bağlı fənlərin keçirilməsinin tərəfdarıdırlar.İdealistlərə görə, müəllimlər ideal davranışın nümunə timsalına çevrilməlidirlər.
İdealistlərə görə, məktəbin vəzifəsi intelektual prosesi sürətləndirmək, yaşa görə düşüncəni göstərmək, nümunə ola biləcək davranış modelini təqdim etməkdən ibarətdir.Bu qəbildən olan məktəblərdə şagirdlər müəllimin söylədiklərini qəbul etməklə və əzbərləməklə bir qədər passiv rol oynayırlar.Məktəb proqramında dəyişiklik təhsilin adi prosesinə müdaxilə hesab edilməlidir.
Realizm
Realistlərə görə, dünya olduğu kimidir, məktəblərin vəzifəsi isə şagirdlərə dünya haqqında öyrətməkdir.Realistlərə görə, ilahilik anlayışına təbiət qanunlarında və fiziki dünyanın nizamında da rast gəlmək olar. Həqiqət, müşahidənin sadəcə bir uyğunluğundan ibarətdir.Realistlər müasir dünyada tədris edilən fənlərin, riyaziyyat və təbiət elmlərinin tədris olunduğu məktəbin tərəfdarıdırlar.Bu qəbildən olan məktəblərdə bu ixtisaslara yiyələnmək üçün real məlumat verilməlidir.Müəllimlər şagirdlərə bu reallığın bilikləri haqqında məlumat verir və ya müşahidə, eləcə də tədqiqat üçün bu reallığın özünü göstərir.Sinif otaqları da təbiətin özundə olduğu kimi yüksək dərəcədə nizamlı şəkildə qurulmalı və tənzimlənməli, şagirdlər əşyaların mahiyyətini öyrənmək üçün passiv iştirakçı olurlar. Məktəb mühitində baş verən dəyişikliklər, təbii təkamül hadisəsi kimi kimi təbiətdə olan nizam –intizamı öyrənmək kimi başa düşülməlidir.
Dostları ilə paylaş: |