Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 120.91 Kb.

tarix23.02.2017
ölçüsü120.91 Kb.

 

29 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası 

 

 

2013 

 

 



 

 

UOT 398:801.6; 398:82.0; 801.8 

 

SMOMPK MƏCMUƏSİNDƏ AZƏRBAYCAN XALQ ƏFSANƏ VƏ 

RƏVAYƏTLƏRİNİN YERİ 

 

L.F.

ƏLƏKBƏROVA  

Bakı Dovlet Universiteti 

l-alekperova70@mail.ru 

 

M

əqalədə  SMOMPK məcmuəsinin müxtəlif  buraxılışlarında  çap  olunmuş  Azərbaycan 

əfsanə  və  rəvayətləri  geniş  təhlil süzgəcindən keçirilir. Müəllif SMOMPK məcmuəsinin II 

buraxılışında  Nuh  peyğəmbər,  Hal anası, Nəxşi-Nərgiz və  Kəg bulaqları,  Xudi-Divan  ağacı, 

Əshabi-Kəhf və s. ilə bağlı nəşr olunmuş əfsanə və rəvayətlər haqqında ətraflı məlumat verir. 

“Əshabi-Kəhf  dağı  haqqında”  əfsanəsindən  danışılarkən V.Basilov, Q.Snesaryov və  başqa 

aliml

ərin bu mövzuda apardıqları araşdırmalarına istinad edilir. Müəllif SMOMPK məcmuə-

sinin VII buraxılışında Nohur gölü, Pəri-qala, yəni Tamara qalası, yalançı pirlər və onların 

sahibl

əri haqqında əfsanə və rəvayətlərə toxunursa, həmin məcmuənin XIII buraxılışında Bakı 

şəhərində  yazıya  alınmış  tarixi  və  dini  şəxsiyyətlər  haqqında  olan  əfsanə  və  rəvayətləri 

h

ərtərəfli araşdırır. Həmin buraxılışlarda müxtəlif əfsanə və rəvayətləri ermənilərin özünün-

kül

əşdirməyə cəhd etməsi açıq-aşkar görünür. Məqalənin müəllifi həmin saxtakarlıq faktlarını 

v

ə onların obyektiv və subyektiv səbəblərini göstərir. 

 

Açar sözl

ər: SMOMPK, əfsanə, rəvayət, İlan-dağ, Əshabi-kəhf, tarixi şəxsiyyətlər, dini 

şəxsiyyətlər 

 

SMOMPK m


əcmuəsi Azərbaycan folklorunun müxtəlif bölgələrindən 

toplanıb sistemli şəkildə həm doğma dildə, orijinalda, həm də ruscaya tərcümə 

olunaraq çap edildiyi ilk m

ənbədir. 1881-1926-cı  illərdə  nəşr  olunan  həmin 

toplunun bir çox buraxılışlarında xeyli sayda Azərbaycan əfsanə və rəvayətləri 

yer almışdır. Həmin əfsanə və rəvayətlərin məzmunu müxtəlifdir.  

İlk öncə II buraxılışda «Naxçıvan şəhəri və Naxçıvan qəzası» adlı məqa-

l

ədə  Nuh  peyğəmbərlə  bağlı əfsanələrə rast gəlirik  [12, 109-117]. Etnoqrafik 



s

əpkidə  yazılan  bu  məqalədə  İncil  və  Tövratdan bir neçə  əfsanə  nümunəsi 

verilir. Burada Nuhun Naxçıvana gəlməsi, onun gəmisinin İlan-dağa dəyməsi 

v

ə s. təsvir olunur. Belə deyilir ki, guya gəmi Ağrıdağda dayanan zaman Nuh 



peyğəmbərin gözü bir quru yer görür və dərhal onun dilindən «erevume» yəni 

«görünür» sözü çıxır [12, 109-118]. Və o vaxtdan həmin yerin adı «erevume» 

qa

lmışdı.  Sonradan  bu  ad  İrəvan  şəhərinə  verildi.  Naxçıvan  şəhərinin  adı  isə 



«birinci köç yeri» v

ə ya «birinci məskən» kimi izah olunur. Bundan sonra bir 



 

30 


q

ədər Nuh və onun ailəsi haqqında məlumat verilir, Arkurı kəndinin yaxınlı-

ğında onun üzüm bağlarının salınması haqqında bəhs edilir. Hətta vəfat etdik-

d

ən sonra Nuhun və onun ailəsinin məzarlarının ibadətgahlara, müqəddəs yer-



l

ərə,  xalqın  inanc  yerlərinə  çevrilməsi  vurğulanır.  Həmin yerlərdə  olan tarixi 

abid

ələrdən, məscid və  qalalardan  danışarkən bir qədər tarixə  nəzər  Salınır. 



Lakin çox t

əəssüf ki, bu tarixi faktlar, hətta Nuh peyğəmbər və onun ailəsi belə 

burada erm

əniləşdirilir. Bu kimi ağ yalanların, saxtakarlıqların irəlidə biz hələ 

çox şahidi olacağıq. 

H

əmin buraxılışda çap olunmuş ikinci rəvayət vəba və suçiçəyi xəstəlik-



l

əri  haqqında  inanc-rəvayətdir. Qeyd etmək istərdik ki, tədqiq etdiymiz məc-

mu

ədə çox vaxt inanclar, onları əmələ gətirən rəvayətlərlə birgə verilmişdir. Bu 



s

əbəbdən bunları birgə nəzərdən keçirmək daha məqsədəuyğundur. Beləliklə, 

x

əstəliklər haqda bəhs edən rəvayətdə vəba gənc qız, suçiçəyi isə gənc oğlan 



kimi t

əsvir olunur. Lakin hər ikisi mələklərə bənzər fövqəlqüvvədirlər [12, 41-

42]. V

əba-qız ev-ev gəzib insanların alın yazısını oxuyur («Alın yazısı» anlamı 



ətək yazısında həm azərbaycanca, həm də ermənicə izah olunur). Alın yazısını 

oxuyan v


əba kiminsə əcəlinin çatdığını öyrəndikdə həmin adama çubuq vurur. 

O adam x


əstələnib ölür. O evdə ki, heç kəsin əcəli çatmayıb, kimsə xəstələnsə 

d

ə ölməyəcək. Suçiçəyi isə gəzərək xəstəlik toxumunu səpir. Oğlan qiyafəsində 



olan bu m

əxluqa Tanrı artıq toxum vermir, ona görə də, insan ömründə yalnız 

bir d

əfə həmin xəstəliyə tutulur. 



Üçüncü r

əvayət  «Yaxalanmış  şeytan  Barkants-tev  haqqında  rəvayət» 

adlanır. Burada Azərbaycan xalqı içərisində geniş yayılmış Hal anası haqqında-

kı rəvayətlər cəmləşdirilmişdir [12, 42-44]. Deyilir ki, şeytan insan qiyafəsində 

olur, ad

ətən su altında, dəyirman çarxının altında yaşayır. Bir gün Azərbaycan 

vilay

ətində Salmast obasında yaşayan Barik adlı şəxs qız qiyafəsində olan bir 



şeytanı  tutub  evinə  gətirir.  Qadın-şeytanlar  Barikin  arvadını  öz  məclislərinə 

aparırlar. Bir dəfə həmin Barik atların tərkini qırlayıb çölə buraxır. Atlar evə 

qayıdanda birinin tərkinə qız-şeytan yapışıb qalır. Qızın boğazına dəmir halqa 

keçirirl


ər. Həmin gündən o, evdə  xidmətçi olur. Lakin bir gün ev yiyəsinin 

anası qızı yuyundurarkən qız-şeytan hiylə işlədir. Xahiş edir ki, halqanı bir az 

boşaltsınlar.  Halqa  aralanan  kimi  qız  dərhal yox olur. Gördüyümüz kimi, bu 

r

əvayəti ermənilər bizdən mənimsəyiblər.  Hal  anasının  qırlanmış  atın  tərkinə 



yapışması,  ona  sonradan  dəmir iynə  keçirilərək evdə  saxlanması,  hiylə  ilə 

d

əmirdən və eləcə də evdə nökər yerinə işlədilməkdən yaxa qurtarması haqda 



vaxtil

ə akademik V.A.Qordlevski geniş bəhs etmişdir [9, 312-315]. 

Daha bir r

əvayət Nəxşi-Nərgiz və  Kəg  bulaqları  haqqındadır.  Artıq 

adından bilinir ki, bu Azərbaycan folkloru nümunələrindəndir. «Nəxşi-Nərgiz» 

Az

ərbaycan toponimidir. Bizcə, «Kəg» isə «Kəgriz», yəni «kəhriz» deməkdir. 



Çünki SMOMPK-da  tez-tez «k

əqriz»  sözü  işlədilir. Həmin  bulaqların  adı 

erm

ənicə «qızdırma bulağı» kimi izah edilir. Daha sonra göstərilir ki, həmin sular 



N

əxşi-Nərgiz kəndi yaxınlığında Sirab-çayın yanındakı dərədədir. Bizcə, həmin 

çay şöhrəti xarici ölkələrdə məlum olan, gündəlik məişətimizdə müalicə vasi-


 

31 


t

əsi kimi istifadə edilən «Sirab» bulağıdır. Bunu da ermənilər özününküləşdir-

m

əyə cəhd ediblər. Burada bu bulaqların müalicəvi keyfiyyətlərindən danışılır 



[12, 44-16]. K

əg bulağının adını bir vaxtlar Konstantinopoldan (indiki İstanbul 

– 

L.Ə.)  «Ermənistana»  qaçıb  gələn, nahaq öldürülən  xristian  qızın  adı  ilə 



bağlayırlar. Hətta bulağa yaxın yerləşən Gəl Cərəcür və Kəg kəndlərinin adla-

rının türkcə olmasına baxmayaraq, bütün toponimlər ermənisayağı izah olunur.  

Beşinci  rəvayət Xudi-Divan  ağacı  haqqındadır  [12, 46-47].  Naxçıvan 

şəhərinə yaxın Hacıvar kəndinin yaxınlığında iki qarağac var – biri digərinin 

oğludur. «Xudi-Divan» Tanrı divanı kimi izah olunur. Burada müsəlman qəbi-

ris


tanlığı  yerləşir.  Buradan  odun  aparan xəstələnər. Ziyarətə  gələn insanlar, 

h

ətta heyvan sürüləri belə sətəlcəm xəstəliyindən qurtula bilər.  



Altıncı  rəvayətdə  ilanlardan  danışılır.  Deyilir  ki,  xalq  ilanlar  haqqında 

çoxlu 


əfsanə  və  rəvayətlər  yaratmışdır  [12, 47-49]. Bir neçə  inanc nümunəsi 

g

ətirilir. Məsələn, Ağrıdağda yaşayan ilanlar şahının başında olduqca bahalı bir 



tac var. H

ər kəs  şahı  gördükdə  qadın  alt  paltarını  onun  başına  atsa,  o,  tacını 

h

əmin paltarların altında qoyub gedəcək. Bir gün ilanlar şahı arabası ilə öz vi-



lay

ətlərini gəzərək İlan-dağa rast gəlmişdir. Arabanın çarxları od saçırdı, həmin 

od-alovun gücünd

ən  İlan-dağ  haçalanmışdır.  İlan-dağ  haçalanaraq  ilanlar 

şahına yol vermişdir. Toplayıcı qeyd edir ki, ona görə də, İlan dağ indiyədək 

iki


başlıdır. Eyni zamanda ətək yazısında həmin toplayıcı bir ritorik sual verə-

r

ək ilan dağın vulkanik mənşəli olduğu fikrini söyləyir [12, 48]. 



Daha sonra bel

ə  bir  inanc  deyilir  ki,  guya  xüsusi  ovsunçular  ilanları 

k

əndbəkənd, oba-oba gəzdirərək məcbur edirlər ki, insanın əlini və ya burnunu 



dişləsin ki, bir daha ömrü boyu həmin adama ilan toxunmasın, toxunsa da bir 

x

ələl yetirməsin.  Totem olan ilan bir çox Azərbaycan folkloru nümunələrində 



müxt

əlif funksiyalarda çıxış edir [10, 180-184]. 

«Naxçıvan qəzasında yazıya alınan xalq rəvayətləri» adı növbəti fəsildə 

bir-


birinin ardınca 3 kiçik əfsanə verilmişdir. Həmin əfsanələr İlan dağı haq-

qındadır. Birinci əfsanənin məzmununu yuxarıda təsvir etmişdik. İkinci rəva-

y

ət Nuh peyğəmbərlə bağlıdır. Daşqın zamanı Nuhun gəmisi bu dağa dəymiş-



dir.  Dağ  haçalanmışdır,  gəmi isə  ciddi  şəkildə  zədələnmişdir  [12, 107-108]. 

Nuh peyğəmbər bundan qəzəblənərək həmin dağa lənətlər demişdir və o vaxt-

dan burada çoxlu ilan, k

ərtənkələ və digər sürünən heyvanlar yaşayır. Üçüncü 

r

əvayətdə  deyilir  ki,  daşqın  zamanı  Nuh  peyğəmbərin gəmisi  İlan  dağa  də-



y

ərkən, peyğəmbər kinayə ilə demişdir: «İnanın ki, bu da dağdır!». Yəni xırda 

olmasına baxmayaraq bu dağ da  maneə ola bilmişdir. Toplayıcı burada qeyd 

edir ki, q

ədim xəritələrdə İlan dağı «İnan dağı» adı ilə işarə olunurdu [12, 108]. 

Az

ərbaycan  haqqında  rus  yazıçılarının  xatirələrini  oxuculara  çatdıran  prof. 



M.Sadıqov qeyd edir ki, A.S.Qriboyedov Naxçıvana səyahət etmişdir.  Vaxtilə 

orada yerl

əşən Abbas-Abad qalasına qalxıb ətrafı, Araz çayını, İlan dağını seyr 

etmi


şdir.  Bununla  əlaqədar  M.Sadıqov  İlan  dağının  müxtəlif  adlarının  oldu-

ğunu  göstərir. Məsələn:  «Pompey  qayası»,  «İlan  dağı»,  «İnan  dağ»,  «Eylan 

dağ»  (yəni  –  «Dayan  dağ!».  Rəvayətə  görə,  Nuh  peyğəmbər gecə  vaxtı  gə-


 

32 


misind

ə  üzərkən bir qaya ilə  toqquşur  və  «Dayan  dağ!»  söyləyir  –  M.S.). 

H

əmçinin  M.Sadıqov  yazır  ki,  vaxtilə  baron Avqust fon-Hakstqauzen «Za-



qafqaziya diyarı» əsərində ilanın sonradan məkrli bir qıza çevrilməsi əfsanəsini 

yazıya  alaraq  nəşr  etdirmişdir.  Eləcə  də  rəvayət  olunur  ki,  guya  İlan  dağda 

Makedoniyalı  İsgəndər  yaşayır,  ona  da  arvadlarının  tilsimlənmiş  ilanları 

n

əzarət edirlər. Qriboyedov isə bütün bu rəvayətlərlə tanış olmuş və İlan dağı, 



onun  adının  mənşəyi ilə  bağlı  olan  xalq  arasında  geniş  yayılmış  Azərbaycan 

əfsanəsini üstün tutmuşdur [11, 75-77]. 

«Əshabi-Kəhf dağı haqqında əfsanə» də bu buraxılışda çap olunmuşdur. 

M

ətnin əvvəlində bu dağın yerləşdiyi yer işarə olunur, adının mənası açıqlanır. 



Sonra is

ə nəql olunur ki, qədim zamanlarda Naxçıvanda Dağyunus adlı padşah 

var idi. Bir gün o  özünü n

əinki hökmdar, hətta  Tanrı  da  elan  edir.  Rəiyyət 

etiraz ed

ə bilmədiyi halda, padşahın yaxın adamlarından olan Temlixa 5 nəfər-

l

ə  birgə  şəhəri tərk etmək qərarına  gəlir. Yolda bu adamlar bir çobana rast 



g

əlib, onu da özləri ilə aparırlar. Yol da yorulan həmin 7 nəfər bir dağa gəlib 

ça

tırlar, dağdakı mağaraya girib orada istirahət etmək istəyirlər. Həmin zaman 



göyd

ən yerə bir mələk enir və mağaraya yığışanları bərk yuxuya verir. Mağara-

da

kılar yatan zaman tək mələk yox, mələklər ordusu onların yuxusunu qoruyur. 



H

ətta padşah Dağyanus qaçaqlar haqda xəbər tutub arxalarınca qoşun göndərir. 

Lakin m

ələklər qoşunu mağaraya buraxmırlar. Padşah dərhal özünü Allah yox, 



adi öl

əri  elan  edir.  Mağarada  yuxulayan  Temlixa  və  6 nəfərin isə  müqəddəs 

şəxs olduğunu anlayır. Mağaranın ağzına daş yığdırır ki, onlar rahat yatsınlar 

[12, 109-117]. Temlixa v

əl yoldaşları mağarada 309 il yatırlar. Nəhayət bir gün 

güclü tufan qopur v

ə  mağarada  yatanları  oyadır.  Temlixa  mağaradan  çıxıb 

ətrafa baxır və heç yeri tanımır. Şəhərə azuqə dalınca gedərkən isə öz dövründə 

işlənən üzərində  Dağ  Yanus  padşahın  şəkli olan əskinası  verir.  Temlixanı 

d

ərhal  tutub  padşahın  yanına,  sonra  isə  vaxtilə  yaşadığı  yerə  aparırlar.  Yeni 



padşah ətrafındakı adamları ilə birgə mağaraya tərəf gəlir. Həmin zamanlarda 

Naxçıvanda  həm müsəlman, həm də  xristian  padşahı  varmış.  Hər  iki  padşah 

mağaranın girişində gözləyirlər. Temlixa və 6 yoldaşı edam edilməkdən qorxub 

Allaha yalvarırlar ki, onları əbədi yuxuya aparsın. Duaları qəbul olunur. Pad-

şahlar içəri girib heç kəsi tapmayanda başa düşürlər ki, mağarada gizlənənlər 

müq


əddəs  şəxslər  imiş,  qeybə  çəkiliblər. Hər iki hökmdar orada məbədgah 

tikdirm


ək fikrinə gəlir. Lakin müsəlman padşahı xristian padşahını qabaqlayıb 

orada m


əscid tikdirir. O gündən  başlayaraq zəmanəmizə  qədər  Əshabi-Kəhf 

müs


əlmanların ziyarətgahına çevrilir. Həmin Ziyarətgahın adı Qurani-Kərimdə 

h

əkk olunub [3, 2-4].  Minillik  tarixi  olan  Naxçıvanda  zəngin və  hərtərəfli 



m

ədəniyyətin qorunub saxlanmışdır. Qeyd etdiyimiz kimi bu əfsanədə deyilir 

ki, o zamanlar Naxçıvanda iki hökmdar – müsəlman və xristian hökmdarı pad-

şahlıq edirdilər.  

Müs

əlman və xristian dinlərində ölüb-dirilən müqəddəs şəxs kultunun iz-



l

ərini  araşdıran  rus  tədqiqatçısı  V.N.Basilovun  fikrincə, çoxəsrlik tarixi olan 

islam v

ə xaçpərəstlik sıx qonşuluqda olaraq daim bir-biri ilə əlaqəli idilər. Ona 



 

33 


gör

ə, hər iki dində eyni surətlərə, motivlərə, süjetlərə rast gəlirik. Tunis və bir 

sıra  digər ölkələrdə  məzarları  ibadətgahlara  çevrilmiş  müqəddəs  «mağara 

adam


ları» (əshab əl-kəhf) haqqında bir çox müsəlman əfsanələri vardır. Bun-

ların başlanğıcını V.N.Basilov xristian dinində görür [8, 119]. 

Əshabi-Kəhf fenomeni, Dağ Yanus, Temlixa və onun yoldaşları haqqın-

da 


əfsanə  və  rəvayətlər digər tədqiqatçının  –  Q.P.Snesaryovun da maraq 

obyekt


i olmuşdur. Dağ Yanusun şəxsiyyətini araşdırarkən o, Orta Asiyada bir 

çox şəhər və kəndlər gəzmiş, ağsaqqalların dilindən eşitdiklərini araşdırmışdır. 

Alim bu fikr

ə  gəlmişdir  ki,  haqqında  bəhs etdiyimiz əfsanədəki  padşah  real 

tarixi  şəxsiyyət  –  201-251-ci  illərdə  yaşamış  Roma  imperatoru  Kay  Messiy 

Kviat idi [16, 149]. Rus t

ədqiqatçısının bu mülahizəsi belə fikrə gətirib çıxarır 

ki, padşah Dağ Yanusla bağlı ola bilsin ki, Azərbaycan xalqının yaddaşında bir 

çox folklor nümun

ələri  yaranıb  yaşamışdır.  Prof.  V.Ə.Hacıyev  qeyd  edir  ki, 

Gür

cüstan Respublikası Ş.Rustaveli adına Ədəbiyyat İnstitutunun folklor arxi-



vind

ə bir çox Azərbaycan nağıl, əfsanə və rəvayətləri var. «Vermədi Məhbud, 

n

ə etsin Mahmud», «İkinci arvad», «Xıdır İlyası görmək istəyirəm» nağılları, 



«Sul

tan Murad haqqında» rəvayət, 10-a qədər Molla Nəsrəddin lətifəsi ilə ya-

na

şı «Padşah Tağyanoz nağılı» da burada saxlanmaqdadır [4,35]. Bu nümunə-



l

ərin maraqlı cəhətlərindən biri də orijinalla yanaşı gürcü dilində tərcüməsinin 

verilm

əsidir. Çox guman ki, bu nağılın baş qəhrəmanı da yuxarıda qeyd edilən 



tarixi şəxsiyyət idi. 

Əshabi-Kəhf  haqqında  əfsanədə  diqqəti çəkən cəhəti Temlixa və  onun 

yoldaşlarının mağarada qeybə çıxmasıdır. Azərbaycanda daha iki belə dağ var 

– Qonaqk


ənddə Həzrət Baba dağı, Xızıda isə Beş barmaq dağı. Rəvayət olunur 

ki, n


ə  vaxtsa burada da müqəddəslər  daşlaşaraq  qeybə  çəkiliblər. Qədim 

zamanlardan bu yerl

ər ziyarətgaha  çevrilmişdir  [7, 211-212]. Digər tərəfdən 

mağarada  gizlənən  şəxslər 300 ildən  artıq  yuxuya  getmişdir.  İslam  dinində 

daha bir müq

əddəs – Üzeyir peyğəmbər 100 illik yuxuya getmişdir. O, Musa 

əleyhissalamın qardaşı Harunun (ə) nəslindən hesab edilir [3, 48-53]. O, Babil 

hökm


darının İsraili qılıncdan keçirdiyi zaman Tövratı gizlədib qoruya bilmiş-

dir, h


ətta onu əzbər bilmişdir. Artıq 40 yaşına çatanda Allah Təala tərəfindən 

ölüm yuxusuna tutulmuş, 100 il sonra dirildilmişdir. Üzeyr (ə) eyni zamanda 



sufiliyi  k

əşf edən peyğəmbər sayılır. Üzeyr peyğəmbərə olan məhəbbətə görə 

y

əhudilər onu küfrən Allahın oğlu adlandırmışlar [5, 227]. Lakin buna baxma-



yaraq, Müq

əddəs Kitabımızda adı zikr olunan hər bir peyğəmbərimizin şərəfi 

v

ə məqamı əziz tutulur. 



SMOMPK m

əcmuəsinin  II  buraxılışında  sonuncu  rəvayət «Xəsis Qara 

Çör

ək və  Yezid təpəsi  haqqında  rəvayət»dir.  Burada  Naxçıvan  şəhərinin cə-



nub-

şərqində Nuh peyğəmbərin məzarı yanında yerləşən bir təpə haqqında bir-

birind

ən fərqli rəvayətlər verilir. Birincisində deyilir ki, bir zamanlar burada bir 



varlı, xəsis erməni vardı. Xəsisliyindən yalnız qara çörəklə qidalanan bu ermə-

ninin 


adı  elə  qara  çörək  qalmışdı.  Qocalıq  və  xəstəlik  evinin  astanasını  haq-

layanda  o  öz  var-dövl

əti haqqında fikirləşməyə başladı. Ölüm ayağında keşiş 


 

34 


onun 

yığdığı var-dövlətini hara və nəyə xərcləməyi vəsiyyət edəcəyini soruş-

duqda  Qara  çör

ək  keşişi  qovur.  Molla  çağırır.  O,  Qara  çörəyə  vəd  edir  ki, 

varidatını  qəbrə  qoyacaqlar.  Beləliklə,  Qara  çörəyi  müsəlman  adəti  ilə  dəfn 

edirl


ər.  Bir  neçə  gün  keçdikdən  sonra  şəhərdə,  bazarda  bir  varianta  görə  ağ 

k

əfəndə qorxunc bir eymənmə, digər varianta görə isə qorxunc at peyda olub 



camaata  hücum 

edirmiş.  Şəhər  əhli  fikirləşir  ki,  o,  mal-dövlətinə  görə  dinini 

qurban  g

ətirmiş  Qara  çörəyin  ruhudur,  onu  məhv  etmək  lazımdır.  Beləliklə 

şəhər əhli bir qaranlıq gecədə həmin qarabasma məzardan qalxanda onu daşa 

basıb məhv edirlər. O zamanlardan hər bir şəxs oradan ötərkən bir neçə daş at-

malıdır  [12, 117-119].  Ermənilər  hətta  burada  da  müsəlmanlara  öz  münasi-

b

ətini  bildirmişlər.  İkinci  rəvayət  isə  islam  dini  ilə  bağlıdır.  Orada  Yezidin 



n

əslindən olan bir şəxsin dəfn olunduğu göstərilir. Şiə müsəlmanların ziyarətə 

yola 

düşməzdən  əvvəl  oraya  lənətlər  deyərək  bir  neçə  daş  atması  da  iddia 



olunur.  Fikrimizc

ə  bu,  islam  dinində  müxtəlif  məzhəb  tərəfdarları  arasında 

münaqişə yaratmaqdan savayı heç bir şey deyil [12, 119]. 

Üçüncü r


əvayətə görə bu təpə bir vaxtlar əxlaqsız həyat tərzi keçirən, ona 

gör


ə  də  diri-diri  basdırılan  qızın  məzarıdır.  Hər  kəs  oradan  keçsə  bir  daş 

atmalıdır [12, 119-120]. 

VII 

buraxılışda R.Əfəndiyev tərəfindən Nohur gölü haqqında əfsanə çap 



edilmişdir  [13, 172].  Lakin  əfsanənin  məzmunu  xalqımızın  mənəvi-əxlaqi 

d

əyərlərimizə ziddir. Buna görə də, biz onun üzərində dayanmırıq. 



Bu 

buraxılışda Zaqatala dairəsində yerləşən Pəri-qala, yəni Tamara qalası 

haqqında da məlumat var. Yusif Qalacovun qələminə məxsus bu yazıda gözəl 

şahzadə Tamara haqda bəhs edilir. Ona müxtəlif ölkələrin padşahları elçi gön-

d

ərsələr də, Tamara ərə getmək istəmirdi. Tamaranın gözəlliyi haqqında hətta 



İran hökmdarı Şah Abbas da eşitmişdi. O, mütləq gözəl çariçanı görməyi qə-

rara 


almışdı. Hiylə işlədib, qalayçının köməkçisi qismində Tamaranın yaşadığı 

q

əsrə gələn Şah Abbas çariçanın gözəlliyinə valeh olur, ona vurulur. Bundan 



sonra 

Şah  Abbas  Tamaranın  qəsrinə  doğru  böyük  qoşun  yeridir.  Vuruş 

ba

şlanır, Tamaranın qoşunu məğlub olur. Bunu görən çariça Tamara kilsənin 



başına çıxıb özünü oradan atır. O vaxtdan qız məğlubedilməzliyinin təcəssümü 

olan bu q

əsr «Pəri-qala» adlanır [13, 96-97]. 

B

əzən  el  içində  müqəddəs  yer,  ziyarətgah  kimi  tanınan  həqiqi  pirlərlə 



yanaşı  yalançı  pirlər  də  olurdu.  Yalnız  xalqı  talamaq  məqsədini  güdən  bu 

pirl


ərin  sahibləri  çox  keçmədən  ifşa  olunur.  Məcmuənin  səhifələrində  belə 

pirl


ər haqda da söhbət açılır. Birincisi «Müqəddəs kuzə» adlanır. Burada bəhs 

olunur  ki,  bir  vaxtlar 

Şamaxıda Hüseyn və Pirqulu qardaşları var idi. Hüseyn 

x

əstə  idi,  müəyyən  müddətdən  bir  onu  əsmə  tuturdu.  O,  şəhərdən  qaçır,  bir 



neç

ə gün haradasa gəzir, sonra isə sağlam, lakin bikef və rəngi qaçmış halda 

qayıdırdı. Onlar Bakıdan neft gətirib satırdılar. Bir zaman qardaşların ticarəti 

dayanmışdı. Bir gün qardaşlar dəvə karvanı ilə gətirilən nefti boşaldanda böyük 

qardaşı  yenidən  əsmə  tutur,  əlindəki  kuzəni  yerə  atıb  şəhərdən  qaçır.  Neft 

kuz


əsi  özü-özündən  daşmağa  başlayır.  Yoldan  keçən  bir  neçə  nəfər  bunu 

 

35 


gör

ərkən elə bilirlər ki, bu təzə peyda olmuş pirdir və kuzə onun gücünə dolur. 

Qardaşlar  xeyli  müddət  hiylə  işlədib  camaatın  başını  aldadaraq  varlanırlar. 

Lakin  sonra  hökum

ət  nümayəndələri  bundan  xəbər  tutur,  fırıldaqçılar  ifşa 

olunurlar [13, 138-139]. 

İkinci  rəvayət  «Pirin  qəbri»  adlanır. Burada  nəql  olunur  ki, bir  gün  bir 

k

əndli  qışlaqdan  yaylağa  köçərkən  yolda  onun  iti  xəstələnib  ölür.  İtin  sahibi 



onu 

basdırıb həmin yerə söyüd budağı sancır. Yaz keçib gedir, payızda camaat 

qışlağa köç edəndə görür ki, budaq yazda yağan yağışların təsirindən böyüyüb 

olub iri 

ağac. Ətraf kəndlərin sakinləri də bunu yeni «pir» bilib burada qurban-

lar k


əsir, nəzirlər paylayır. Ölən itin sahibi vəziyyətə aydınlıq gətirmək istəyən-

d

ə oraya yığışanlar onu xəncərlə doğrayıb öldürürlər. Zaman ötdükdən sonra 



is

ə bu «pir» də öz əhəmiyyətini itirir [13, 139- 140]. 

IX 

buraxılışda  bir  rəvayət  çap  olunmuşdur. «Rus  gerbində  ikibaşlı 



qartalın  təsviri  haqda  tatar  rəvayəti»  Lənkəran  qəzasının  Təngərud  kəndində 

Q

ərib  xanın  oğlu  Əsəd  tərəfindən  deyilmiş  və  ZMS–in  II  sinif  müdavimi 



Surkov t

ərəfindən yazıya alınıb çap olunmuşdur. Burada nəql olunur ki, ruslar 

v

ə fransızlar arasında gedən 1812-ci il Vətən savaşı zamanı fransızlar hücuma 



keçib 

rusları  məğlub  edirdilər.  Bunu  görən  çar  özü  orduya  başçılıq  etməyi 

q

ərara  alır.  Bu  zaman  rus  ordusunun  üzərində  ikibaşlı  qartal  görünür.  Ruslar 



hücuma keçirl

ər, fransızlar isə döyüşü tərk edirlər. O vaxtdan etibarən ikibaşlı 

qartal daim rus gerbind

ə təsvir olunur [14, 113]. 

XIII 

buraxılışda  Yelizavetpol  quberniyasının  Zəngəzur  qəzasının  Tatev 



k

əndi təsvir olunmuşdur. Bu məqalədə orada yaşayan ermənilərin peşə məşğu-

liyy

əti,  adət-ənənələrindən  bəhs  edilir,  yenə  də  çoxlu  sayda  folklor  nümunə-



l

ərimizə rast gəlirik. Bunlardan biri «İsgəndərin buynuzu» adlı rəvayətdir [15, 

121-123].  Bu 

buraxılışda bizim rəvayət və əfsanələr erməni nağılları, rəvayət 

v

ə  əfsanələri  kimi  təqdim  edilmişdir. «Div-arx»  adlı  əfsanə  bir  qədər  Ni-



zaminin «F

ərhad və Şirin» poeması ilə səsləşir. Lakin burada bir yox, iki gənc 

göz

əl bir qızın məhəbbətini qazanmaq üçün arx qazırlar. Xan qızı güclü olan 



g

ənci sevir, digər gənc isə varlı olur. Varlı gəncin xəyanətinə görə xan qızının 

sevgilisi intihar edir, sonra is

ə xan qızı ölür. Varlı gənc xan qızı ilə sevgilisini 

ayıran qarının şərəfinə körpü inşa etdirir, adını «Qarı körpü» qoyur [15, 75-79]. 

XIII 


buraxılışda Bakı şəhərində yazıya alınmış əfsanə və rəvayətlər çap 

edilmişdir.  Bu  folklor  nümunələri  erməni  A.Babalyants  Baxış  Bəhramov  və 

Sedrap  Saruxanovun  dilind

ən  yazıya  alınmışdır  [15, 157].  Birinci  əfsanədə 

İbrahim peyğəmbərin Kəbəni tikdirməyindən və sonra orada ərəblərin düzdür-

düyü bütl

əri balta ilə sındırmasından danışılır. Bunu görəndə əhalinin tələbi ilə 

padşah  əmr  edir  ki,  İbrahim  peyğəmbəri  tonqalda  yandırsınlar.  Lakin  alov 

yuxarı qalxdıqca yığılmış camaatın gözünə gözəl bir bağ görünür. Həmin bağın 

içind


ə İbrahim peyğəmbər gəzişirdi. Padşahın qızı Sara İbrahim peyğəmbərin 

yanına  getmək  arzusunda  idi.  Alovun  içindən  hamar  yol  açılır.  Sara  bağın 

içind

ə  İbrahim  peyğəmbərlə  gəzərkən  bildirir  ki,  onun  arvadı  olmaq  istəyir. 



İbrahim peyğəmbər qızın atasının yanına yollanır ki, o, bütpərəstlikdən əl çək-

 

36 


sin,  t

ək  bir  Allaha  itaət  etsin.  Padşah  razılaşmasa  da,  İbrahim  peyğəmbərin 

edamına xitam verir (15, 156-158). Haqqında bəhs etdiyimiz əfsanə və rəva-

y

ətlərin hamısı tarixi və dini şəxsiyyətlər haqqındadır. Beləliklə, növbəti tarixi 



r

əvayət  Süleyman  peyğəmbər  haqqındadır.  Burada  Süleyman  peyğəmbərlə 

qarışqanın söhbətindən danışılır. Qarışqa deyir ki, sən şahsan və aqilsən, mən 

is

ə sənin əlinin üstündə oturmuşam. Səni qəzəbləndirəni cəzalandırırsan, mən 



is

ə hər şeyə dözürəm. Nəhayət, sən bir saat işlədikdə iki saat dincəlirsən, mən 

is

ə dincəlmək bilmirəm. Ona görə də, mən səndən ucayam [15, 158]. 



XIII 

buraxılışda  Azərbaycan  hökmdarı  Şah  Abbas  haqqında  2  rəvayət 

verilmişdir. Bu rəvayətlər Bakı şəhərində yazıya alınmışdır. Şah Abbasla bağlı 

nağılların  və  rəvayətlərin  toplanıb  çap  edilməsi  SMOMPK  məcmuəsindın 

başlayaraq  bu  günədək  davam  etməkdədir. «Şah  Abbasın  arvadı», (İlk  dəfə 

n

əşr  olunan  nağıllarımız.  Toplayıb  və  tərtib  edəni  Füzuli  Bayat)  [6]  və  «Bu 



yurd 

bayquşa qalmaz» (Toplayanı və tərtib edənlər V.Nəbioğlu, M.Qaradaşlı, 

Ə.Əsgər)  [1]  adlı  kitablar  buna  misal  ola  bilər.  Azərbaycan  nağıllarının 

regional  öz

əlliklərindən  söhbət  açan  f.e.n.  O.Əliyev  Şirvanda  yayılmış  «Üç 

qapı», «Baftaçı Şah Abbas», «Şah Abbasla keçəl» və s. nağılları nəzərdən keçi-

rir.  T

ədqiqatçı  bu  qənaətə  gəlir  ki,  Şah  Abbasın  adı  ilə  bağlı  nağıllarda  hər 



hansı tarixdən, tarixi hadisələrdən danışılmır. Sadəcə olaraq nağıl süjetinə bir 

vasit


ə kimi Şah Abbas və onun vəziri daxil edilir. Süjet dəmirçinin, mollanın, 

kor 


oğlanın  əhvalatı  ilə  bağlı  motivlərin  əlavə  edilməsilə  davam  etdirilir.  Bu 

vasit


ədən–kontaminasiya  üsulundan  istifadə  edən  nağılçı  səxavətli,  səbrli 

olmağı,  öz  ruzusuna  qane  olub  tamahkarlıq  etməməyi  cəlbedici  bir  şəkildə 

nağıl edir. Belə təmtəraqlı təhkiyə üsulu Şirvan nağılçılığı üçün səciyyəvidir. 

Nağılçı  Şah  Abbasın  adından  söylədiklərinin  daha  çox  maraq  doğurması, 

yayılması  üçün  istifadə  edir.  İkinci  tərəfdən  isə  Şah  Abbasla  bağlı  nağılların 

bel


ə geniş yayılmasının başlıca səbəblərindən birinin də ənənə ilə bağlı olduğu-

nu  göst


ərmək olar. Bu nağılda sənət öyrənməyin, ağılın şahlıqdan daha üstün 

olduğu ideyası təbliğ olunur [2, 130-131]. Alimin bu fikrini biz araşdırdığımız 

əfsanə və rəvayətlərə tamamilə şamil edə bilərik. 

M

əcmuənin XIII buraxılışında daha sonra Süleyman Peyğəmbər haqqın-



da 3 

əfsanə çap edilmişdir. Birincisində taledən qaçmağın mümkün olmadığın-

dan,  ikincisind

ə  bir  vaxtlar  Süleyman  peyğəmbərin  yəhudiləri  düz  yola 

g

ətirməsindən,  üçüncüsündə  isə  peyğəmbərin  müdrikliyi  sayəsində  cinlərdən 



qurtulmasından  bəhs  olunur  [15, 330-333].  Azərbaycanda  folklorşünaslığın 

t

əşəkkül tapdığı və inkişaf etdiyi dövrdə Süleyman peyğəmbər haqqında əfsanə 



v

ə rəvayətlər ciddi marağa səbəb olmuşdur (А.И.Багрий. К вопросу о путях 

распространения легенд о Соломоне Мудром. изв. Вост. отделения АГУ 

им. В.И.Ленина. т. IV, 1926) [17, 57]. 

SMOMPK  m

əcmuəsinin Azərbaycan əfsanə və rəvayətlərlə yanaşı milli 

s

ərvətimiz  olan  xalq  mərasimləri,  uşaq  folkloru,  nağıl,  lətifə,  tapmaca,  atalar 



sözü  v

ə məsəlləri, oyun və tamaşalarının çapında xidməti əvəzsizdir və onun 

daha d

ərin tədqiq olunması milli folklorşünaslığımız üçün zəruridir. 



 

37 


ƏDƏBİYYAT 

1.

 



Bu  yurd bayquşa qalmaz  /  Toplayıb  tərtib edənlər V.Nəbioğlu,  M.Qaradaşlı,  Ə.Əsgər.  Bakı: 

Yazıçı, 1995, 240 s. 

2.

 

Əliyev O.S. Azərbaycan  nağıllarının  regional  özəllikləri  // Dədə  Qorqud (Elmi-ədəbi toplu). 



Bakı: 2002, II (3), s.129-139 

3.

 



Əshabi-Kəhf. Məsləhətçi Hacı Sabir Həsənli, Bakı: Nəhəcir MMC.  2004, 71 s. 

4.

 



Hacıyev V.Ə. Folklorumuzun üfüqləri. Bakı: Yazıçı, 1991, 148 s. 

5.

 



Qabusnam

ə. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1963, 243 s. 

6.

 

Şah Abbasın arvadı. / Toplayanı F.Bayat. Bakı: Yazıçı, 1996, 244 s. 



7.

 

Алекперов  А.К.  Исследования  по  археологии  и  этнографии  Азербайджана.  Баку:  АН 



Азерб. ССР, 1960, 310 с. 

8.

 



Басилов  В.Н. Следы  культа  умирающего  и  воскресающего  божества  в  христианской и 

мусульманской агиологии // Фольклор и историческая этнография. М.: Наука, 1983, 261 с. 

9.

 

Гордлевский В.А. Избранные сочинения: В 4-x т. T III том. М.: Восточная литература, 



1962, 587 с. 

10.


 

Набиев  А.М.  Взаимосвязи  азербайджанского  и  узбекского  фольклора.  Баку:  Язычы, 

1986, 288 с. 

11.


 

Садыхов М.З. Русские писатели об Азербайджане. Баку: Гянджлик, 1970, 164 с. 

12.

 

СМОМПК, II выпуск, Тифлис, 1881 



13.

 

СМОМПК, VI выпуск, Тифлис, 1888 



14.

 

СМОМПК, IX выпуск, Тифлис, 1890 



15.

 

СМОМПК, XIII выпуск, Тифлис, 1892 



16.

 

Снесарев Г.П. Загадка Даку-Юнуса // Советская этнография, 1978, №5. М.: Наука, 200 с. 



17.

 

Эфендиев П.Ш. История азербайджанской фольклористики: Автореферат на соискание 



ученой степени доктора филологических наук. Баку, 1973, 118 с. 

 

МЕСТО АЗЕРБАЙДЖАНСКИХ ЛЕГЕНД И ПРЕДАНИЙ  

В СБОРНИКЕ СМОМПК 

 

Л.Ф.АЛЕКПЕРОВА 

 

РЕЗЮМЕ 

 

В  данной  статье  глубоко  анализируются  азербайджанские  легенды  и  предания, 



опубликованные в различных выпусках сборника СМОМПК. Автор статьи дает подроб-

ные сведения о преданиях и легендах, связанных с пророком Ноем, явлении Ал-анасы, 

родниками  Нахши-Наргиз  и  Кяг,  деревом  Худи-Диван,  пещерой  Асхаби-Кахф  и  т.д. 

Анализируя легенду «О пещере Асхаби-Кахф», автор статьи ссылается на исследования 

В.Басилова, Г.Снесарева и других ученых. Также здесь подвергаются исследованию на-

шедшие  отражение    в  VII  выпуске  сборника  легенды  об  озере  Ноур,  крепости    Пери-

гала, то есть о крепости Тамары, о лжепирах (мнимых местах поклонения) и их хозяевах, 

наряду  с  ними  исследуются  записанные  в  Баку    легенды  об  исторических  личностях, 

которые были опубликованы в XIII выпуске. Во многих выпусках СМОМПКа явно вид-

ны попытки армян фальсифицировать и присвоить наши легенды и предания. Автор на-

стоящей статьи указывает факты этих фальсификаций, а также их объективные и субъ-

ективные причины.  



 

Ключевые слова:  СМОМПК, легенды, предания, Илан-даг, Асхаби-Кахф, исто-

рические личности, религиозные личности 

 


 

38 


THE PLACE OF THE AZERBAIJANI MYTHS  

AND LEGENDS IN THE SMOMPK COLLECTION  

 

L.F.ALAKBAROVA 

 

SUMMARY 

 

The paper analyzes the Azerbaijani legends and stories published in various editions of 



the collection SMOMPK. The author gives detailed information about the legends and tradi-

tions associated with the prophet Noah, the phenomenon of Al-Anasy, springs Nahshi-Nargis 

and Kyag, tree-hudi-Divan, cave As’habi-Kahf, etc. Analyzing the legend "On cave As’habi -

Kahf", the author  refers to the  researches of  V.Basilov,  G.Snesarev and other scientists.  The 

author studies the legends reflected in the VII  edition  of  the  collection about the Nour lake, 

Peri-Gala fortress, that is the fortress of Tamara, a wrong-dinning (imaginary places of wor-

ship)  and their hosts and  investigates legends recorded in Baku about historical figures who 

were published in the XIII edition. Armenian attempts to falsify and own our legends are clear-

ly visible in many SMOMPK editions. Many SMOMPK editions include  the Armenian at-

tempts to falsify and appropriate our legends. The author marks these falsification facts, as well 

as their objective and subjective reasons. 

 

Key words: SMOMPK, legends, traditions, Ilan-dagh, As’habi-Kahf, historical figures, 

religious persons 

 

 



: Xeberler%20Jurnali -> Humanitar%20%202013%20%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк
Humanitar%20%202013%20%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə