Qarabağda mədəni irsin talan edilməsi bəşər mədəniyyətinə qarşı cinayətdir



Yüklə 22.1 Kb.
tarix07.09.2017
ölçüsü22.1 Kb.
Qarabağda mədəni irsin talan edilməsi

bəşər mədəniyyətinə qarşı cinayətdir



j:\depo\26-04-2016\akif ali++.jpg
Akif ƏLİ,

yazıçı-publisist,

fəlsəfə doktoru.

---------------------------



Bu gün dinamik inkişaf edən müstəqil Azərbaycanın qarşısında yeganə bir problem var – Qarabağın işğalı və erməni təcavüzü. Bu ərazilər qədim Oğuz elinin doğma yurdu olmaqla yanaşı, həm də dünyanın ən qədim insan məskənlərindən biridir. Xocalıda, Xankəndində və Qarabağın digər məkanlarında uzaq antik dövrə aid çox abidələr tapılmışdır. O zamanlar isə bu ərazilərdə nə erməni var idi, nə “erməni məsələsi”, nə də xəstə təxəyyül məhsulu olan "Böyük Ermənistan" xülyası. Və bu yerlərdə tarixin yaşı qədər qədim olan saf Oğuz eli yaşayırdı: Qarabağın dağında da, aranında da...

Bütün mədəni ölkələrin və xalqların təkidinə baxmayaraq, hələ də Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkarlar burda təkcə insanları qətlə yetirmir, Qarabağda olan müqəddəs ziyarətgah və ibadətgahları, daş heykəlləri, kurqanları, bütün milli mədəniyyət abidələrini də dağıdır, azərbaycanlı izini itirməklə məşğul olurlar. Beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyən erməni vandalları eyni zamanda yurd yerlərimizin adlarını dəyişdirir, xalq nümunələrini, musiqilərimizi, xalçalarımızı, kulinariyamızı mənimsəyir, öz adlarına çıxırlar: dolma, “Sarı gəlin”, lavaş, xalça…

Dolayısı ilə, Azərbaycan Ermənistan tərəfindən  təkcə hərbi deyil, həm də  maddi-mənəvi təcavüzə məruz qalıb.

Arxasında dayanan böyük məkrli güclər hesabına işğal edə bildiyi Qarabağ ərazisində Ermənistan dövləti məhz bizim tarixi silməyə, bizə məxsus yaddaşı unutdurmağa və məhz Oğuz türklərinin ruhunu görünməz etməyə yönələn siyasət aparır. İşğal ərazilərində tarixi-mədəni irsin talan edilməsi isə həm də min illərlə tərəqqi yolun ilə irəliləyən bəşəriyyətin dəyərlərinə qarşı cinayət əməlidir.


Bu hadisə tarixin ən müdhiş faciəsi, bəşər mədəniyyətinin ən böyük fəlakətidir. Azərbaycan ərazilərində erməni vandallarının cinayətinin nəticəsində imarətlər söküldü, evlər yandırıldı, bağlar talan edildi, ağaclar kəsildi, uluların qəbirləri dağıdıldı, tarix və mədəniyyət abidələri oğurlandı. Qarabağda gözə dəyən hər şey darmadağın olundu.

Bu müharibədə insan faciələri ilə yanaşı Mədəniyyətə də divan tutuldu. Azərbaycana aid 500 tarixi-memarlıq, 100-dən çox arxeoloji abidə, cəmi 903 dövlət qeydiyyatında olan və 1500 Dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidəsi, minlərcə əsərin qorunduğu 26 müzey, 8 rəsm qalereyası, 5 milyonadək kitab və əlyazmanın saxlandığı 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən vəhşicəsinə talan edildi.



Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər rayonlarının ərazilərində minillərlə yaşı olan müxtəlif maddi mədəniyyət abidələri, dəyərli məkanlar vardı: qalalar, türbələr, binalar, məscidlər, evlər, karvansaraylar, məktəblər, bulaqlar, kəhrizlər... Bütün bunlar hamısı darmadağın edildi. Forpost Ermənistan dövlətinin mədəniyyət siyasəti və daim özünü “qədim mədəni xalq” adlandıranların əsil vəhşi siması bu dağıntılarda özünü göstərir.

Vandallar Azərbaycanın əsrlərlə yaşayan və qorunub saxlanan tariximizi məhv etməyə qalxdılar. Qədim Xocalı-Gədəbəy mədəniyyətinin beşiyi olan Xocalı kurqanları, əcdadlarımızın yaddaş rəmzi olan Xocalı qəbristanlığı texnikanın köməyi ilə darmadağın edildi, yer üzündən silindi. Bəşəriyyətin ulu əcdadlarının məskəni olan Azıx mağarası hərbi sursat anbarına çevrildi. Qarabağ muzeylərindəki 40 mindən çox tarixi-mədəni eksponat məhv edildi. Azərbaycan xalqına məxsus əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, xalçalar, görkəmli şəxsiyyətlərin xatirə əşyaları, qədimi pullar, qızıl və gümüş məmulatları, nadir bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin eksponatlar talan edildi. Kəlbəcər, Şuşa, Ağdam, Qubadlı, Zəngilan tarix-diyarşünaslıq muzeyləri, daş abidələr və s. dağıdıldı, oğurlandı, it-bata salındı. “Mədəni” ermənilər unikal Ağdam Çörək Muzeyini, tarzən Qurban irimovun Xatirə  Muzeyini, Rəsm Qalereyasını məhv etdilər.

Qarabağın qəlbi olan füsunkar Şuşada 8 muzey talan olundu. Natəvanın, Nəvvabın, Əbdürrəhim bəy Haqverdiyevin və b. ev-muzeyləri, diyarşünaslıq muzeyləri tamamilə dağıdıldı. Qarabağ Tarix Muzeyinin 1000-dək əşyası, dahi Üzeyir Hacıbəylinin, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin eksponatları oğurlandı. Şuşadakı 500-dən çox abidə “erməni abidəsi” kimi qeyd edilib dünyadad göstərildi. Şəhərin bütün gözəl abidələri, heykəlləri dağıdıldı. 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki yerlə yeksan edildi. Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə darmadağın edildi, oğurlandı, yaxud “erməniləşdirildi”.

Azərbaycanın izini itirimək məqsədilə Qarabağ ərazisində külli miqdarda xanəgahlar, türbələr, pirlər, monumental tikililər, orta əsr qəbiristanlıqları, məscidlər və s. müsəlman abidələri tankların tırtılları altına verildi.

Məlum olıduğu kimi, Qarabağ bölgəsində xeyli xristian abidələri vardır. Ağdamda, Füzulidə, Ağdərədə, Laçında və Kəlbəcərdə olan digər abidələr kimi, Alban xristian abidələri də ermənilər tərəfindən mənimsənilib “erməni mədəniyyəti” abidələri kimi təqdim olundu. Alban abidələri saxtalaşdırıldı, məbədlərdəki alban yazıları silindi, milli əşyalar dağıdıldı. Üzərində isə yeni erməni hərfləri çapıldı… Halbuki qədim Albanlara məxsus bu xristianlıq abidələri Azərbaycanın digər ərazilərində, Qəbələ, Naxçıvan, Mingəçevir, Qazax, Tovuz, Şamaxı bölgələrində də mövcuddur. İndi ərazimizdə yaşayan udilər Azərbaycanda alban kilsəsinin və burada xristianlığın təşəkkül tapmasının dini varisləridir. Qəbələnin Nic qəsəbəsində, Şəkinin Kiş kəndində kilsələr bərpa olunub və orada ibadət edilir. Ancaq ermənilər həyasızcasına Qarabağdakı Alban dövrünə aid yüzədək ibadətgaha “erməni kilsəsi” deyir və yayır.

Bütün bu dəhşətli faktlar onu göstərir ki, demək, Ermənistanın ərazi iddiaları məsələsi təkcə Qarabağ problemi ilə bitmir. Qarabağdan sonra onlar başqa bir ərazi iddiası ilə çıxış edəcəklər... Lakin hələlik onların arzusu gözündə qalıb və qalacaq. Çünki xalqın iradəsini ifadə edən Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, biz daha Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik.

Ümummilli lider Heydər Əliyevin başladığı müstəqil milli dövlət quruculuğu prosesi bu gün uğurla davam etdirilir. Azərbaycanın əldə etdiyi uğurlar onun beynəlxalq nüfuzunu artırır. Bu gün cəbhə xəttində gedən proseslər, Azərbaycan ordusunun qüdrəti və igid əsgərlərimizin şücaəti onu göstərir ki, yeganə problemimiz olan Ermənistanla ərazi münaqişəsinin həllini tapacağı, ərazi bütövlüyümüzün bərpa olunaraq doğma yurd yerlərimizin erməni işğalçılarından təmizlənəcəyi gün uzaqda deyil.

Biz itirilmiş torpaqlarımıza, düşmən tapdağı altında qalan yurd yerlərimizə qayıdacağıq və o yerlərdəki mədəni irsimizə sahib çıxacağıq. İndi Vətən təəssübü çəkən hər bir namuslu Azərbaycanlı, o cümlədən, dünyada yaşayan əlli milyonluq xalqımızın nümayəndələri Qarabağa - Şuşaya, Xocalıya, Xocavəndə, Laçına, Kəlbəcərə, Qubadlıya, Cəbrayıla... qayıtmaq, yurda, torpağa sahib çıxmaq amalı ilə yaşayır.

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Onların məhv edilməsi tarıxı cinayətdir. Cinayətkarlar bu mənfur əməllərinə görə nə zamansa bəşəriyyət qarşısında cavab verməli olacaqlar.



-----------------------------------
29 aprel 2016.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə