1. Bərk dərman formaları Poroşoklar, təsnifatı, texnologiyası Poroşoklara aid reseptlərin yazılma qaydası 4



Yüklə 1,5 Mb.
səhifə2/12
tarix26.04.2023
ölçüsü1,5 Mb.
#103111
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu3

Yığıntıların hazırlanmasında əsas şərtlərdən biri onların tərkib hissələrini bir-birilə yaxşı qarışdırmaq və bütün tərkib hissələri mümkün olduqca bərabər ölçüdə xırdalamaqdır. Yığıntılar xırdalanmalı və ya döyülərək xırda toz şəklinə salınmalıdır. Yığıntı hazırlamaq üçün bitki materiallarını kəsici əl maşını vasitəsilə xırdalayırlar. Çiçəklər (Flos Chamomillae, Flos Lavandulae, Flos Rosae) yığıntıların tərkibinə bütünlüklə daxil olur.

Yığıntıya daxil olan kətan toxumlarını, xırda meyvələri, giləmeyvələri (Fructum Juniperi və s.) və yarpaqları (Folium Rosmarini, Folium Uvae ursi və Folium Eucalypthi), iri toz halına çevrilənə qədər əzirlər. Hazırlanmış yığıntıları tozdan təmizləmək üçün onları 10 nömrəli ələkdən keçirirlər. Tamam qurumuş bitki materiallarını doğradıqda, metarialın çox hissəsi toza çevrilir. Belə halda xırdalanmaq üçün götürülmüş materialları 12 saat qabaqdan 10-15%-li su ilə islatmaq və soyuq yerdə (hərarəti 100-dən artıq olmayan yerdə) saxlamaq daha yaxşıdır. Qabıqları isə saatda 3 dəfə 25%-li su ilə islatmaq lazımdır. Bu qayda üzrə hazırlanmış materiallar xırdaladıqdan sonra 35-400C hərarətli hava cərəyanında qurudulur. Xırdalanmış yığıntıların tərkib hissələrinin qarışdırılması asan olduqda bu hissələri adi və ya perqament kağızı üzərinə tökərək qarışdırmaq və ya həvənglərdə, minalanmış ləyənlərdə taxta və ya metal qaşıqlarla qarışdırmaq olar.

Yığıntıların hazırlanması

Zavodlarda çoxlu miqdarda bitkiləri qarışdırmaq üçün mexanikləşdirilmiş qarışdırıcılardan istifadə edirlər. Yığıntıların tərkibinə asan həll olan duzları daxil etmək üçün onların məhlulunu münasib əridicilərdə hazırlayıb bitki yığıntılarına hopdurmalı və bundan sonra yığıntını orta hərarətdə qurutmaq lazımdır. Yığıntıların tərkibinə ətirli yağlar və spirtdə həll olan üzvi maddələr (mentol, timol və s.) daxil olduqda onlardan 1:10 nisbətində spirtli məhlul hazırlayaraq həmin məhlulu pulverizator vasitəsilə yığıntının üzərinə çiləmək və sonra isə qurutmaq lazımdır. Yığıntılar həkimlər tərəfindən tozlar kimi bölünmüş və bölünməmiş şəkildə yazıla bilər. Yığıntıların tərkibinə daxil olan drohlar qaldıqda xarab olduqlarına görə lazım olan vaxtda (ex tempore) hazırlanmalıdır. Hazırlanmış yığıntıları müəyyən ölçüdə olan kağız torbalarda, kapsullarda və s. saxlamaq lazımdır. Tərkibində yağlar olan yığıntıları tənəkə qutularda, quru yerdə, qalanlarını isə ağzı qapalı ağac qutularda saxlayırlar.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin