1. Bol va rəngarəng mineral xammal ehtiyatlarının olması



Yüklə 13,54 Kb.
tarix02.01.2022
ölçüsü13,54 Kb.
#35693
Belge


Azərbaycanın metallurgiya sənayesi qara və əlvan metal filizlərinin hasilatı, saflaşdırılması və prokat (metallurgiyanın son məhsulu) istehsalından ibarətdir. Metallurgiya senayesi iki - qara və əlvan metallurgiya sahələrinə ayrılır.

Respublikamızda metallurgiya sənayesinin inkişafını müəyyən edən amiller aşağıdakılardır:

1. Bol va rəngarəng mineral xammal ehtiyatlarının olması

2. Müxtəlif metal tullantıların mövcudluğu;

3. Yerli enerji ehtiyatlarının neft və qazın olması;

4. Metal tələbatlı sənaye və tikinti sahələrinin geniş inkişafı;

5. Ixtisaslı kadrların ve emek ehtiyatlarının kifayət qədər olması;

6. Mövcud maddi-texniki baza əsasında yeni sahələrin yaranma imkanı.

Qara metallurgiyaya - dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın əridilməsi, prokat və ferroərintilərin istehsalı daxildir. Metallurgiya sənayesində xammalı ardıcıl emal etməkdə kombinatlar (bir-biri ilə sıx istehsal əlaqələrinə malik müəssisələr sistemi) üstünlük təşkil edir. Elmi-texniki tərəqqi bu kombinatlarda daha məhsuldar, tullantısız texnologiyanın tətbiqinə şərait yaradır və nəticədə prokatın müxtəlif növlərini əldə etməyə imkan verir.

Metallurgiya maşınqayırma və metal emalı sahələrinin inkişafının əsasıdır. Metallurgiya külli miqdarda xammal (yerin təkindən çıxan faydalı qazıntı) və yanacaqdan istifadə edir. Ona görə də kombinatlar xammal və ya yanacaq ehtiyatlarının yaxınlığında, bəzi hallarda isə onların arasında yerləşdirilir. Ölkəmizdə qara metallurgiya, əsasən,neft-qaz sənayesinin tələbatı (boru istehsalı) ilə əlaqədar yaradılmış,sonradan digər sənaye sahələrini inkişaf etdirmək üçün genişləndirilmişdir.

Azərbaycanda Gəncə-Daşkəsən və Abşeron metallurgiya bazaları (filiz və yanacaqdan birgə istifadə edən metallurgiya zavodları qrupu) formalaşmışdır,lakin son illərdə Abşeron metallurgiya bazası daha çox metal tullantılarına ("Baku Steel Company") əsaslanır. Qara metallurgiyanın əsas

müəssisəsi 1954-cü ildə fəaliyyətə başlamış Daşkəsən dağ-mədən kombinatıdır. Respublikamızda qara metallurgiyanın inkişafı Daşkəsən dəmir filizi ilə bilavasitə əlaqədardır. Qoşqarçayın vadisində 4 yataqda (Daşkəsən, Cənubi Daşkəsən, Hamançay, Dəmiroğlu) olan dəmir filizinin ümumi ehtiyatı 233 mln tondur. Burada yalnız filizin saflaşdırılması həyata keçirilirdi.

1993-cü ildə SSRİ-nin digər respublikaları ilə iqtisadi əlaqələrin qırılması filizin çıxarılmasını azaltdı. Lakin 2003-cü ildə ABŞ-nin “Nobel” şirkəti 235 mln dollar sərmayə qoyaraq filizsaflaşdırma kombinatının müasir texnalogiya ilə yenidən qurulmasına təkan verdi. Bundan başqa,1952-ci ildə istifadəyə verilmiş Sumqayıt boru-prokat zavodunda neft və maşınqayırma sənayesi üçün borular və polad prokatı buraxılırdı ki, bunun da 80%-i ixrac olunurdu. Hazırda bu zavod da yenidən qurulmuşdur.

Bakı təkrar qara metallurgiya zavodu, Bakı Boru-prokat polad istehsalı şirkəti və iri maşınqayırma zavodlarının nəzdində olan metaləritmə sexləri də iri müəssisələrdəndir.

2001-ci ildə "Azerelektroterm" istehsalat birliyinin nəzdində xarici investisiya ilə müasir tipli Bakı elektrik poladtökmə zavodu işə düşdü. Metal qırıntısı və elektrik enerjisi ilə işləyən bu zavod tökmə polad, armatur və prokat buraxır. Metallurgiya sənayesinin inkişafı üçün bentonit gilinin rolu böyükdür. Bentonit gilindən fasiləsiz polad əridilməsində, odadavamlı metaltökmə qəlibinin hazırlanmasında geniş istifadə olunur. Hazırda Gəncədə Daşkəsənin dəmir filizi əsasında işləyəcək tam silsiləli polad istehsalı zavodu tikilir. Bu zavodda ildə 1 mln ton polad istehsal olunacaqdır.

Əlvan metallurgiya - əlvan metal filizlərinin hasilatından, saflaşdırılmasından, əridilməsindən və müxtəlif ərintilərin alınmasından ibarətdir.



Əlvan metallar müxtəlif qruplara bölünür. Yüngül əlvan metal filizlərinin tərkibində metal 25-30%-ə yaxındır. Bu metallar ərimə zamanı yüksək enerji tələb etdiyi üçün enerji tutumludur.
Yüklə 13,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin