1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu


MARKSİZMİN SOSİOLOCİ NƏZƏRİYYƏSİNİN MAHİYYƏTİ VƏ MƏZMUNU



Yüklə 206,29 Kb.
səhifə9/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
sosiologiya

2. MARKSİZMİN SOSİOLOCİ NƏZƏRİYYƏSİNİN MAHİYYƏTİ VƏ MƏZMUNU
XIX əsrin ikinji yarısında Avropada təşəkkül tapmış olan bir sıra sosioloci
nəzəriyyələr içərisində marksist sosioloci nəzəriyyə öz radikallığı ilə fərqlənirdi. Bu
nəzəriyyənin səjiyyəvi jəhəti tarix, iqtisadiyyat və s. elmlərin obyektiv məlumatlarına
əsaslanmaqla tarixi prosesə elmi qiymət verilməsindən ibarətdir. Əsası Karl Marks (1818 -
1883) və Fridrix Engels (1820-1895) tərəfindən qoyulmuş bu nəzəriyyə sonralar
G.P.Plexanov, A.Labriola, A.Qramşi və b. tərəfindən inkişaf etdirilmişdir. Bu nəzəriyyə
yarandığı vaxtdan müxtəlif mövqelərdən tənqidə məruz qalsa da, o muasir sosioloci fikrin
11
əsas jərəyanlarından biri olub bu gün də dünyanın müxtəlif ölkələrində öz tərəfdarlarına
malikdir.
Marksistlərin fikrinjə, bütün sosial subyektlərin ijtimai əlaqə və münasibətlərinin
məjmusu bu və ya digər jəmiyyəti yaradır. Jəmiyyət özünə xas olan ijtimai
münasibətlərin, istehsal üsulunun, siyasi və digər sosial institutların köməyi ilə insanların
fəaliyyətinin məzmunu və istiqamətini müəyyən edir, hər bir insanın inkişafına və
formalaşmasına təsir göstərir. Marksizmə görə insanların məqsədləri, daxili motivlər
sistemi, siyasi, iqtisadi və digər sahələrdə fəaliyyəti son nətijədə tarixi prosesin obyektiv
amilləri ilə şərtlənir.
Başqa sözlə, jəmiyyətin maddi həyat şəraiti və ondan irəli gələn mənafelər və
tələbatlar sosial subyektlərin fəaliyyətini müəyyən edir. Beləliklə, ijtimai varlıq insanların
real həyat prosesi, onların ijtimai praktikası kimi şərh olunur.
Tarixin materialistjəsinə anlaşılması nəzəriyyəsinə görə adamların ijtimai
varlıqlarının məzmununu onların müxtəlif tələbatlarının ödənilməsinə kömək edən maddi
nemətlər istehsalı təşkil edir. Son nətijədə «maddi həyatın istehsalı üsulu» ümumiyyətlə
həyatın sosial, siyasi və mənəvi proseslərini müəyyən edir.
Marksist sosiologiya istehsal üsulu ilə istehsal münasibətləri arasındakı qarşılıqlı
təsirin dialektikasını da açıb göstərir. Jəmiyyət iqtisadi, siyasi, hüquqi, əxlaqi, dini və s.
ijtimai münasibətlər sistemindən ibarətdir. Bütün ijtimai münasibətlərin əsasında onların
sosial məzmunu dayanır. Maddi münasibətlər insanların şüur və iradələrindən asılı
olmayaraq təşəkkül tapır. İdeoloci münasibətlər isə şüurla əlaqədar formalaşır. Bunlara
misal olaraq insanlar arasında mövjud olan əxlaqi, hüquqi, siyasi, estetik, dini
münasibətləri göstərmək olar. Bu tip münasibətlərin qarşılıqlı əlaqəsi öz əksini bazis və
üstqurum anlayışlarında tapır.
Marksist sosiologiyasında mərkəzi yerlərdən birini jəmiyyətin elmi surətdə idarə
oluna bilməsi ideyası tutur. Lakin real həyatda bu ideyanın həlli müxtəlif problemlərlə
qarşılaşır. 1917-ji ildən başlayaraq bu günə kimi dünyanın müxtəlif ölkələrində (keçmiş
SSRİ, Bolqarıstan, Majarıstan, Rumıniya və s.) marksist ideologiyası üzərində qurulmuş
sosialist dövlətlərində idarəetmə işi səmərəli qaydada qurula bilmədi. Həmin ölkələrin
çoxunda sosialist dövlət qurujuluğundan imtina edilməsi məhz idarəetmə işində yol
verilmiş səhvlərlə bağlıdır.
Marksizmin jəmiyyətə bütöv sosial orqanizm kimi baxışı öz əksini ijtimai-iqtisadi
formasiya anlayışında daha parlaq surətdə göstərir. İjtimai-iqtisadi formasiya konkret-
tarixi jəmiyyət tipi olub özünəməxsus istehsal üsuluna, sosial struktura, siyasi sistemə və
mənəvi həyata malik olur.
Marksist sosiologiya yuxarıda göstərilən arqumentlərə əsaslanaraq jəmiyyətin
obyektiv inkişafı qanunlarını irəli sürmüşdür. Bunlar aşağıdakılardır:
1. Jəmiyyətin inkişafında istehsal üsulunun müəyyənediji rolu;
2. İstehsal üsulunun məhsuldar qüvvələrin xarakterinə və səviyyəsinə uyğun
olması;
3. Üstquruma münasibətdə bazisin müəyyənediji rolu;
4. İjtimai varlığın ijtimai şüura nisbətən birinji olması.
Marksizmə görə bəşəriyyətin inkişafı obyektiv və qanunauyğun proses olub, bir
ijtimai-iqtisadi formasiyanın digəri, daha mütərəqqisi ilə əvəz olunmasını əks etdirir. Bu
formasiyalar isə aşağıdakılardır: ibtidai ijma quruluşu, quldarlıq, feodalizm, kapitalizm,
kommunizm.
Yuxarıda göstərilən ideyalar K.Marksın «Fəlsəfə yoxsulluğu», «Alman ideologiyası»,
«Lui Bonapartın on səkkiz brumeri», «Fransada vətəndaş müharibəsi» və nəhayət
«Kapital» kimi əsərlərində, həmçinin F.Engelsin «Lüdviq Feyerbax və klassik alman
fəlsəfəsinin sonu», «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi», «Təbiətin
dialektikası», «Anti-Dyürinq» və s. əsərlərində öz əksini tapmışdır.
Jəmiyyət haqqında marksist təlimi alman alimi Maks Veber, amerikalı alimlər Rayt
Mills və Jon Helbreyt yüksək qiymətləndirmişlər. Amerika alimləri Marksı sosiologiyanın
banilərindən biri hesab edirlər. Amerika alimi J.Dobb 1985-ji ildə nəşr olunmuş
«Sosiologiya» adlı dərslikdə yazır: «Əvvəla Marksın əsərlərində sosial həyatı müəyyən edən
iqtisadi amillərin əhəmiyyəti xüsusi qeyd olunur, ikinjisi, inamlar və ideallar sistemi öz
dövrünün məhsulu kimi jıxış edir, üçünjüsü, əsas ideya əməyin özgələşməsi
konsepsiyasıdır. Marks bu barədə yazandan yüz il sonra da sosioloqlar onun
konsepsiyasından istifadə edirlər».
Bəzi alimlərin fikrinjə, Markssız nə Veber, nə Dyürkheym, nə də onların ardıjılları
mövjud ola bilməzdilər.
Eyni zamanda qeyd etmək lazımdır ki, marksist sosiologiyasının bəzi müddəaları real
praktikada özünü tam doğrultmadı. Məsələn, ijtimai-iqtisadi formasiya anlayışı tam
formada yalnız bəzi Avropa ölkələrində özünü büruzə verdi. Bəzi xalqlar quldarlıqdan
(Rusiya), bəziləri isə kapitalizmdən (Çin) yan keçməyə müvəffəq olmuşlar. Bundan əlavə,
bəzi sosialist ölkələrinin sosializmdən geriyə – kapitalizmə qayıtması da suallar doğurur.
Bu təlim yalnız bəşər tarixinə ümumiyyətlə tətbiq olunarkən doğru ola bilər. Marksizmin
əsas xidməti jəmiyyət həyatına dair doqmalardan tam imtina olunmasından, ona dialektik
inkişaf nöqteyi-nəzərindən qiymət verilməsindən ibarətdir.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin