1-Cİ sual mən kiməm? NƏYƏ GÖRƏ MÜHÜm məSƏLƏDİR?



Yüklə 475,29 Kb.
Pdf görüntüsü
tarix01.10.2023
ölçüsü475,29 Kb.
#151416
Mən kiməm



Yehovanın Şahidləri
Kitabxana

Kitablar və broşürlər

Gənclərin 10 sualına cavab
1-Cİ SUAL
Mən kiməm?
NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?
İnsanın özünü tanıması və həyatda nə istədiyini bilməsi ona təsir altında
olanda düzgün qərar verməyə kömək edir.
SƏN 
NƏ EDƏRDİN?
Belə bir səhnəni təsəvvür et: Kəmalə on dəqiqə olar ki, şənliyə gəlib. Birdən arxadan tanış
səs eşidir.
«Niyə durub baxırsan?»
Kəmalə çevrilib rəfiqəsi Cəmiləni görür. Onun əlində ağzı açılmış iki pivə şüşəsi var. Cəmilə
pivənin birini Kəmaləyə uzadıb deyir: «Bircə demə ki, yaşım çatmır! İç, bir az 
şənlən
».
Kəmalə «yox» demək istəyir, amma rəfiqəsinin sözünü yerə salmaq istəmir. İstəmir ki,
Cəmilə onun darıxdırıcı insan olduğunu düşünsün. Üstəlik, hamı Cəmiləni yaxşı qız kimi
tanıyır. Əgər 

içirsə, deməli, bunda pis bir şey yoxdur. Kəmalə öz-özünə deyir: «Burada nə
var ki, bu sadəcə içkidir, narkotik deyil ki».
Kəmalənin yerində olsaydın, nə edərdin?
DAYAN VƏ FİKİRLƏŞ!
3


Bu cür vəziyyətlərdə düzgün qərar vermək üçün insan 
yetkin fərd 
olmalıdır. Yetkin fərd
olmaq o deməkdir ki, insan özünü tanıyır və həyatda nə istədiyini bilir. Bu, ona öz ağlı ilə
oturub-durmağa, insanların əlində oyuncaq olmamağa kömək edir (
1 Korinflilərə 9:26, 27
).
Özündə bu cür güc tapmağa sənə nə kömək edə bilər? Əvvəla növbəti suallara cavab
tapmağa çalış.
1 GÜCLÜ CƏHƏTLƏRİM
Qabiliyyətlərini və müsbət cəhətlərini müəyyən etmək əminliyini artıracaq.
MÜQƏDDƏS KİTABDAN NÜMUNƏ: 
İsa Məsihin davamçılarından biri olan həvari Bulus
yazmışdı: «Əgər natiq kimi məharətli deyiləmsə də, bilikdə ki əskikliyim yoxdur»
(
2 Korinflilərə 11:6
). Müqəddəs Yazılardan aldığı biliklər həvariyə onun qabiliyyətlərinə
şübhə ilə yanaşanların layiqli cavabını verməyə kömək edirdi. O yol vermirdi ki,
ətrafdakıların tənqidi münasibəti onun qətiyyətini zəiflətsin (
2 Korinflilərə 10:10; 11:5
).
ÖZÜNÜ YOXLA: 
Bacarıq 
və 
qabiliyyətlərindən 
birini aşağıda yaz.
İndi isə hansısa müsbət cəhətin barədə yaz. (Misal üçün, qayğıkeş, səxavətli, etibarlı, dəqiq
olmağın barədə.)
2 ZƏİF CƏHƏTLƏRİM
Yadda saxla ki, zəncirin gücü ən zəif halqasının gücü qədərdir. Eynilə, zəif cəhətlərin səni
idarə edərsə, səni bir fərd kimi asanlıqla pisliyə doğru dəyişə bilər.
MÜQƏDDƏS KİTABDAN NÜMUNƏ: 
Həvari Bulus öz zəif cəhətlərini yaxşı bilirdi.
O yazmışdı: «Daxili varlığımla Allahın Qanunundan həzz alıram. Amma cismimdə ağlımın
qanunu ilə döyüşən başqa bir qanun görürəm. O, məni... günah qanununun əsiri edir»
(
Romalılara 7:22, 23
).
ÖZÜNÜ YOXLA: 
Hansı zəif cəhətini dəyişmək istəyərdin?
3 MƏQSƏDLƏRİM
Sən taksiyə minib sürücüyə deyərdin ki, yanacaq qurtarana kimi məhəllədə dövrə vursun?
Təbii ki, bu ağılsızlıq olardı və sənə baha oturardı.
Bundan hansı qənaətə gəlmək olar? Qarşına məqsəd qoysan, həyatda konkret istiqamətdə
irəliləyəcəksən, boş-boş dolanıb durmayacaqsan. Biləcəksən, həyatdan nə istəyirsən və
buna nail olmaq üçün nə etməlisən.
MÜQƏDDƏS KİTABDAN NÜMUNƏ: 
Bulus yazmışdı: «Mən məqsədsiz qaçmıram»
(
1 Korinflilərə 9:26
). Həvari yol vermirdi ki, həyatın axını onu aparsın. O, qarşısına məqsəd
qoyur və onlara çatmağa çalışırdı (
Filippililərə 3:12—14
).
4
5


Copyright
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania.
Yetkin fərd olan insan güclü fırtınaya davam gətirən
dərinə kök atmış ağaca bənzəyir
ÖZÜNÜ YOXLA: 
Gələn il hansı üç məqsədə çatmaq istədiyini aşağıda yaz.
4 ƏQİDƏM
Əqidən olmasa, qətiyyətin də olmayacaq,
yaşıdlarına oxşamaq üçün buqələmun
kimi, dondan-dona girəcəksən. Bu da 
sənin
yetkin fərd olmadığını sübut edəcək.
Amma əqidənə uyğun davransan, kim nə
edir etsin, sən bir fərd kimi öz yolunda
möhkəm dayanacaqsan.
MÜQƏDDƏS KİTABDAN NÜMUNƏ:
Yeniyetmə olanda Dənyal peyğəmbər
ailəsindən ayrı düşsə də, ürəyində qət
etmişdi ki, Allahın qanunları ilə yaşayacaq
(
Dənyal 1:8
). Bununla, o, 
özünə sadiq qaldı
.
Dənyal peyğəmbər əqidəsinə uyğun
yaşayırdı.
ÖZÜNÜ YOXLA: 
Sənin əqidən nədir?
Məsələn: Allaha inanırsan? Nəyə görə inanırsan? Allahın varlığına 
səni 
nə əmin edir?
İnanırsan ki, Allahın əxlaq normaları sənin xeyrinədir? Nəyə görə buna əminsən?
Sən yüngül mehin yerdən qaldırıb ora-bura uçurduğu yarpaq kimi olmaq istəyirsən, yoxsa
güclü tufana belə davam gətirən möhkəm ağac kimi? Əgər öz üzərində işləyib bir fərd kimi
formalaşsan, möhkəm ağac kimi ola bilərsən. Onda «mən kiməm?» sualına cavab
tapacaqsan.
HƏRƏKƏT PLANI
3-cü bəndin altında yazdığın üç məqsədə diqqət yetir. Bu məqsədlərə çatmaq üçün
bu ay 
hansı addımı atmaq istədiyini aşağıda yaz.

Yüklə 475,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin