1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. Y.Mahmudovun elmi yaradıcılığında tarixi metodlar



Yüklə 69,82 Kb.
səhifə38/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   34   35   36   37   38   39   40   41   ...   45
ttm

38-ci sual. Y.Mahmudovun elmi yaradıcılığında tarixi metodlar

Tədqiqatçının əsas məqsədi düzgün seçdiyi metod və metodologiya yolu ilə həmin informasiyanı tədqiqat obyektindən almaqdır, əldə etməkdir. Tədqiqatçı tədqiqat obyektindən belə bir informasiyanı – lazımi məlumatları almadıqca həmin tədqiqat obyekti öyrənilməmiş hesab edilir. Təsadüfi deyildir ki, bir sıra azərbaycanlı alimlər əsərlərinin adlarını elə belə də adlandırırlar: “öyrənilməmiş”, “açılmamış” və s.

Məsələn, tanınmış tarixçi Y.Mahmudovun 1972-ci ildə nəşr olunmuş “Öyrənilməmiş səhifələr” adlı kitabının annotasiyasında oxuyuruq: “... Yaqub Mahmudovun bu kitabı Azərbaycan tarixinin demək olar ki, öyrənilməmiş səhifələrindən birinə həsr olunmuşdur. Əsərdə Azərbaycan Ağqoyunlu dövlətinin ... müxtəlif ölkələrlə, o cümlədən Avropa ölkələri ilə diplomatik əlaqələrinə geniş yer verilmişdir”.

Həqiqətən də Azərbaycanda Sovet hakimiyyəti illərində Vətən tariximizin tədqiqinə ciddi diqqət yetirilmir, tariximizin qədim, orta əsrlər dövrünə dair çox kitablar nəşr edilmirdi. Azərbaycanlı tarixçilərin qarşısında əsərlərini yazarkən sovet ideologiyasının müəyyən etdiyi tələb və şərtlərə ciddi surətdə əməl etmək tapşırığı qoyulurdu. Başqa sözlə desək, tədqiqat obyektinin özündə cəmlədiyi informasiyaya hələ həmin informasiya əldə edilmədən öncə bolşevik ideologiyası zorla “yapışdırılırdı”.

Peşəkar tədqiqatçılar ibtidai, qədim və orta əsrlər tarixinə dair əsərlərində həmin bolşevik ideologiyasından məharətlə qurtulmaq üçün ümumi təsdiqi sillogik üsullardan yetərincə bəhrələnə bilmişlər. Məsələn, Y.Mahmudov sözügedən kitabın Ön sözündə yazır: “Kommunist Partiyasının Lenin milli siyasəti nəticəsində Şərqin qapısında çiçəklənən sosialist respublikasına çevrilmiş Sovet Azərbaycanının qədim, zəngin tarixi vardır” (Y.Mahmudov. Öyrənilməmiş səhifələr. səh.3). Müəllif bu cümlədə Azərbaycanın geosiyasi və geostrateji mövqeyini, qədim və zəngin

tarixə malik olmasını ön plana çəkməklə, xalqımızın qədim dövlətçilik ənənələrini bir daha gündəmə gətirir, öz fikrini: “Ən qədim insan məskənlərindən biri olan Azərbaycan torpağında hələ eramızdan çox əvvəl maddi-mədəniyyət yüksək inkişaf etmiş, ilk dövlətlər yaranmışdır” – deyə, yazmaqla əsaslandırmışdır. Bununla da müəllif elə kitabın Ön sözündən – ilk səhifəsindən Azərbaycanın qədim və zəngin tarixə, dövlət quruculuğu ənənələrinə, siyasi idarəetmə mədəniyyətinə malik olmasını və bu minilliklərə söykənən misilsiz nailiyyətlərin sovet quruculuğuna heç bir aidiyyatı olmaması konsepsiyasını oxucuya təlqin etmiş olur.

Müəllif məhz belə bir konsepsiya ilə irəlidə nümunə üçün gətirdiyimiz ümumi təsdiqi iqrari sillogizmi ümumi inkari sillogizmlə əvəz etmiş olur. Tarixçinin: “Xalqımız dünya elmi, mədəniyyəti xəzinəsinə Nizamilər, Nəsimilər, Tusilər, Füzulilərin ... əli ilə əvəzolunmaz incilər bəxş etmişlər” – deyə, yazaraq diqqəti tədqiqat obyektinə yönəltməsi də maraq doğurur: “Beləliklə, uzaq qərinələrdən başlayan tariximizə ani bir səyahətlə də yəqin edirsən ki, bu şanlı tarixin nə qədər öyrənilməli, iftixar hissi ilə gələcək nəsillərə çatdırılmalı səhifələri, məsələləri, problemləri var”.

Yuxarıda gətirilən bu nümunə XV əsrdə Azərbaycanın Venetsiya Respublikası və digər Qərb dövlətləri ilə beynəlxalq ticarət əlaqələri, diplomatik münasibətlərindən bəhs edən bu maraqlı tədqiqat əsərində müəllifin tədqiqat obyektində əxz olunan informativ bazadan, konkret və qiymətli məlumatlardan yüksək peşəkarlıqla istifadə etməsi aydın surətdə sezilir. Təbii ki, kitabın uğurlu alınmasında tədqiqatçının yuxarıda göstərildiyi kimi tədqiqat obyektinə məsuliyyətlə yanaşması, qarşıya qoyulan problemin çözülməsi üçün istiqamətin düzgün seçilməsi mühüm rol oynamışdır. Bunu müəllifin: “Azərbaycan tarixinin mühüm problemlərindən biri xarici ölkələrlə iqtisadi və siyasi əlaqələr tarixidir” – deyə, söyləməsi də aşkar göstərir.

Gətirilən nümunədən bəlli olur ki, tədqiqat predmeti (yaxud obyekti) tədqiq olunan əsərdə, elmi işdə obyektin daima öyrənilməsinə, tədqiq edilməsinə ehtiyac duyulan xassələrinin məcmusudur. Məhz tədqiqat obyektinə xas xüsusiyyətlərin düzgün təyin olunması, tədqiqatın istiqamətinin həmin xüsusiyyətlərə yönəldilməsinə imkan yaradır. Məhz bu zaman tədqiqatçı tədqiq olunan obyektin konkret sərhədlərini müəyyən etmiş, qurmuş olur. Məhz bu zaman tədqiqatçı tədqiqat obyektini xəyalında yarada biləcəyi xülyadan, qeyri-reallıqdan ayıra bilir. Deməli, tədqiqat obyekti yalnız reallıqda mövcud ola bilən fenomen, hadisə və yaxud proseslərin məcmusu kimi çıxış edir. Əgər obyekt onu öyrənən subyektdən asılı deyilsə, o zaman tədqiqat predmeti, yaxud obyekti tədqiqatın məqsəd və vəzifələrindən asılı olaraq seçilir.


Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin