1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. M. Şəriflinin elmi yaradıcılığında tarixi tədqiqat metodları



Yüklə 69,82 Kb.
səhifə2/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   2   3   4   5   6   7   8   9   ...   45
ttm

2-ci sual. M. Şəriflinin elmi yaradıcılığında tarixi tədqiqat metodları

Azərbaycanın bir sıra görkəmli tarixçiləri öz tədqiqatlarında oxşarlıq metodundan yetərincə istifadə etmişlər. Orta əsr feodal dövlətlərinin yaranmasını tədqiq edən tarixçilərdən biri Məmmədəli Şərifli olmuşdur. Şərifli IX-XI əsrlərdə Azərbaycanda mövcud olan iqta torpaq mülkiyyəti ilə bağlı yazırdı ``IX-XI əsrlərdə Azərbaycanda əmələ gələn feodal dövlət başçıları da iqta adı ilə dövlətə və özlərinə yaxın olan adamlara torpaq sahələri verirdilər`` (M.Şərifli ``IX əsrin ikinci yarısı XI əsrlərdə Azərbaycan feodal dövlətləri`` B.1978. s 275.) Müəllif tarixi mənbələrə istinadən Azərbaycanda mövcud olan iqta torpaq mülkiyyət formasının Yaxın və Orta Şərq olkələrindəki iqta ilə oxşarlığından bəhs edərək yazır ``Yaxın və Orta Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da iqta torpaqları alan feodallar və əmirlər bir qayda olaraq şəhərlərdə yaşayır və yaxud orduda xidmət edirdilər. Onlar özləri iqta torpaqlarında təsərrüfatla məşğul olmurdular.``(M.Şərifli yenə orada s.275).

Ümumiyyətlə, M.Şərifli sözügedən məşhur əsərində müqayisə yolu ilə əldə etdiyi oxşar xüsusiyyətlərin məntiqi analizi üsulundan çox yararlanmışdır. Həmin kitabdan başqa bir nümunəyə nəzər salaq ``Orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da kəndliləri var-yoxdan çıxaran əsas etibarı ilə müxtəlif vergilər və onların ağır şəraitdə toplanması idi.`` (M.Şərifli. yenə orada s. 276). Və yaxud M.Şərifli ümumiyyətlə IX əsrin ikinci yarısından etibarən Azərbaycanda təşəkkül tapan feodal dövlətlərinin əmələ gəlməsi səbəblərinin onların hamsı üçün eyni, oxşar olmasını sözügedən dövrdə ərəb xilafətinin düşdüyü siyasi böhranla izah edir ``Xilafət Azərbaycan, Arran və Ermənistanda möhkəmlənmək məqsədilə bu vilayətlərə hərbi işləri yaxşı bilən bacarıqlı amirləri vali göndərir, bu yerlərdən artıq mədaxil əldə etməyə çalışırdı.``(M.Şərifli. yenə orada. S. 91). Və yaxud belə bir nümunəyə nəzər salaq ``...Bu zaman Xilafətdən ayrılma meylləri, nəinki ucqar vilayətlərdə, hətta Xilafətin mərkəzi vilayətlərində də başlamışdı. Xilafət öz hakimiyyətini saxlamaq üçün bir sıra tədbirlərə əl atırdı. Bəzən müstəqil olmağa çalışan xalqlara və əmirliklərə qarşı amansız tədbirlər görməyə çalışır, bəzən isə hiyləyə əl atırdı. Xilafətdən ayrılmağa çalışan əmirlərə bəxşişlər, rütbələr verərək onları öz tərəfinə çəkməyə çalışırdı``.(M.Şərifli. yenə orada. S.93).

Gətirilən nümunələr Azərbaycan ərazisində təşəkkül tapan istər Sacilər, Salarilər, Şirvanşahlar, Şəddadilər, istərsə də Rəvvadilər dövlətlərinin formalaşması və s. meydana gəlməsi üçün oxşar siyasi səbəbləri, eyni siyasi-iqtisadi və ictimai amilləri əks etdirir. Məsələn, bəzən belə bir suala cavab tapmaq çətinlik yaradır görəsən A hadisəsi B-dən əvvəl baş veribmi? Yaxud B hadisəsi A-nın vəziyyəti ilə, yəni A hadisəsinin cərəyan etdiyi şəkildə uyğunluq yaradırmı? Və yaxud ola bilər ki, elə bir naməlum X hadisəsi olub ki, həm A, həm də B hadisəsi ilə tam yaxud qismən oxşarlıq təşkil edib. Və yaxud elə bir X və Y hadisələri olub ki, X hadisəsi A-nın, Y isə B hadisəsinin səbəbləri ilə oxşarlıq təşkil edib. Digər tərəfdən məntiqi mühakimə yolu ilə belə bir mülahizə də söyləyə bilərik A və B hadisələri arasında elə bir ortaq, üçüncü, ilk baxışdan nəzərə çarpmayan, lakin çox əhəmiyyətli, vacib elə bir hadisə olub ki, A hadisələrinin səbəbləri, B hadisələrinin nəticələri ilə oxşarlıq təşkil etsin.

M.Şəriflinin sözügedən kitabından gətirilən nümunə yuxarıda göstərilən problemlərə müsbət cavab vermək üçün əlverişli zəmin yaradır. Belə ki, IX əsrin II yarısında Azərbaycanda təşəkkül tapan feodal dövlətlərinin yaranma səbəbləri ilə tam, yaxud qismən oxşarlıq təşkil edən hadisə qismində Əhəmənilər imperiyasının zəifləməsi zəminində Atropatena və Albaniya dövlətlərinin yaranmasını, İraq Səlcuq dövlətinin zəifləməsi zəminində Atabəylər dövlətinin və s. bu kimi misalları göstərə bilərik. Bu zaman həmin yeni yaranan dövlətləri B –dən əvvəl baş verən A hadisəsi kimi qəbul etmək olar. Çünki, həmin dövlətlər də dağılmaqda olan imperiyaların xarabalıqları üzərində təşəkkül tapmışlar. Yəni istər A, istərsə də B hadisələrinin cərəyan etdiyi, baş verdiyi siyasi şərait onların hamısı üçün eyni olduğundan B-nin də A –nın şəraiti ilə uyğun olmasını söyləyə bilərik.


Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin