1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. Ə.Sumbatzadənin elmi yaradıcılığında tarixi metodlar



Yüklə 69,82 Kb.
səhifə9/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   5   6   7   8   9   10   11   12   ...   45
ttm

8-ci sual. Ə.Sumbatzadənin elmi yaradıcılığında tarixi metodlar
Görkəmli tarixçi Əlisöhbət Sumbatzadə “XIX əsrdə Azərbaycan kənd təsərrüfatı” adlı məşhur monoqrafiyasında ölkəmizin Zaqafqaziyada aqrar sahədə ən böyük potensiala malik olmasını elmi baxımdan sübut etmək üçün müqayisə üsulundan geniş surətdə bəhrələnmişdir. Belə ki, tarixçi XIX əsrin 80-ci illərində Zaqafqaziyadan Poti və Batum limanları vasitəsilə Rusiya və dünya bazarlarına daşınan taxılın və digər dənli bitkilərin statistik göstəricilərini tərtib etdiyi xüsusi cədvəllər vasitəsilə təqdim etdikdən sonra müqayisə apararaq qənaətbəxş nəticələrə nail olmuşdur.

Belə ki, Ə.Sumbatzadə 1884-1894-cü illərə dair statistik göstəricilərə istinad edərək: “ Verilən cədvəllərdən aydın surətdə bəlli olur ki, Zaqafqaziyadan ixrac edilən taxılın əsas hissəsini Azərbaycanın iki quberniyası verirdi.” (Sumbatzadə Ə. “XIX əsrdə Azərbaycan kənd təsərrüfatı” B.1958 s.180)

Müəllif burada Azərbaycanın iki quberniyası dedikdə Yelizavetpol və Bakı quberniyalarını nəzərdə tutur. Bundan başqa Ə.Sumbatzadə Yelizavetpol və Bakı quberniyalarının arpa ixracında da Zaqafqaziyada birinci olmalarını müqayisə yolu ilə sübut etməyə müvəffəq olmuşdur.

Statistik göstəricilərin müqayisəsi əsasında müəllif belə bir qənaətə gəlir: “ Bakı və Yelizavetpol quberniyalarının ümumqafqaz arpa ixracında xüsusi çəkisinə gəlincə isə bu göstərici ümumi ixracın 2/3-nə bərabər idi” (Sumbatzadə Ə. “XIX əsrdə Azərbaycanın kənd təsərrüfatı” s.181-182)

Müəllif Azərbaycanın XIX əsrdəki iqtisadi inkişafına dair digər sanballı tədqiqat əsərində də müqayisə üsulundan son dərəcə geniş bəhrələnmişdir. Belə ki, tədqiqatçı sözügedən dövrdə Azərbaycanda fəaliyyət göstərən bütün istehsal sahələrini istərsə də tədqiq etdiyi hər bir sənaye sahəsinə dair statistik göstəriciləri müqayisəli surətdə analiz-sintez və təhlil edərək həmin sahənin dinamik inkişafını təsvir etməyə nail olmuşdur. Məsələn, XIX əsrin 80-ci illərində balıq sənayesinin yüksələn xəttlə inkişafını çoxsaylı iqtisadi göstəricilərin müqayisəsi yolu ilə göstərən Ə.Sumbatzadə yazır : “ Azərbaycanda 1880-1900-cu illərdə balıq ovu 736092 puddan , 1898-1900-cu illərdə 2418708 puda qədər artdı. Balıq ovunun belə sıçrayışlı inkişafı fəhlələrin sayının artmasına təsirsiz ötüşə bilməzdi. Əgər 1884-cü ildə 29 balıq vətəgəsində 3503 nəfər çalışırdısa, artıq 1900-cu ildə onların sayı 6359 nəfərə çatmışdı, başqa sözlə onların sayı iki dəfə artmışdı.”

Gətirilən nümunələrdən görünür ki, müqayisə metodu tədqiqatçıya tarixi hadisələri xarakter və xüsusiyyətlərinə o cümlədən digər oxşar hadisələrdə müşahidə edilən və yaxud edilə biləcək spesifik əlamətlərə görə quruplaşdırmaq, tarixi hadisəni quruluş və funksiyalarına görə təsnifatlaşdırmaq, sistemli surətdə analiz aparmaq imkanları verir.




Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin