1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-cı sual. Tarixi tədqiqatlarda sistemlilik prinsipi



Yüklə 69,82 Kb.
səhifə7/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   2   3   4   5   6   7   8   9   10   ...   45
ttm

6-cı sual. Tarixi tədqiqatlarda sistemlilik prinsipi

Öyrəndiyimiz hər bir obyekt (biz həmin obyekt və ya hadisəni hətta oyrənməsək belə) yaxud hadisə ilk baxışda zahirən bütöv bir tam kimi görünsə də, əslində həmin tamı təşkil edən hissələrdən ibarətdir. Tam şəklində olan obyekt və ya hadisənin xüsusiyyətləri onu təşkil edən hissələrin ayrı-ayrılıqda xüsusiyyətləri ilə uyğun gəlmir. Əksinə, ayrı-ayrı hissələrin konkret xüsusiyyətləri bu və ya digər formada uzlaşaraq, tamın xarakterik cəhətlərini, xüsusiyyətlərini əmələ gətirir. Məsələn, su – H2O iki yanar qazın müəyyən atom nisbətində birləşərək əmələ gətirdikləri maye halında olan suyun fiziki və kimyəvi xüsusiyyətləri ilə onu təşkil edən hidrogen və oksigen qazlarının xüsusiyyətləri tam fərqlidir. Amma məhz iki hidrogen atomu ilə bir oksigen atomunun birləşməsi Yer Kürəsi sahəsinin 75% - ni (361 mln km²) təşkil edən okean və dənizlərin yaranmasına səbəb olub.

İctimai hadisələrdə də eynən belədir. Bu və ya digər hadisəni tam şəkildə xüsusiyyətləri ayrı-ayrı hissə-lərlə uyğunsuzluq təşkil etməyən detallar “yaradir” yaxud təşkil edir. Məsələn, 1405-ci ildə Misir həbsxanasından azad olaraq Təbrizə qayıdan Qara Yusiflə Sultan Əhməd ilk baxışda sadiq müttəfiqlər təəssüratı bağışlasalar da, əslində Azərbaycanda möhkəmlənmək və hakimiyyətin kimin əlində cəmlənməsi məsələsində bir-biri ilə tam ziddiyət təşkil edirdilər. Onların Təbrizə yaxınlaşması xəbərini eşidərək: “Məmləkət sahibsiz idi, hər kəsin nəfsindən əziyyət çəkirdi. İndi sahibi gəlib, biz de evimizə gedəlim” deyə söyləyərək Cənubi Azərbaycan torpaqlarını tərk edərək, Şirvana qayıdan Şirvanşah I İbrahim əslində yaxın gələcəkdə Qara Yusif-lə, Sultan Əhmədlə siyasi mübarizənin əks cəbhələrində duracağını çox gözəl anlayırdı. Əslində onun bu jesti hadisələri qabaqlayaraq, siyasi təəbbüsü nəzarəti altına almaqdan, ələ keçirmək cəhdindən başqa bir şey deyildi. Deməli, Şirvanşah İbrahim əslində tamı təşkil edən elementlərin ayrı-ayrı xüsusiyyətlərinin tamın xüsusiyyətləri ilə üst-üstə düşməməsindən məharətlə faydalanmış, öz məqsədləri uğrunda bir-biri ilə ölüm-dirim mübarizəsinə hazır olan müttəfiqlərin daxili ziddiyyətlərindən faydalanaraq, Sultan Əhmədi Qara Yusif əleyhinə koalisiyaya cəlb edə bilmişdir.

Və yaxud Sovet hakimiyyətinin ilk illərindən onun yuxarı eşelonunda Kommunist Partiaysının ayrı-ayrı Siyasi liderləri arasında siyasi hakimiyyət uğrunda amansız mübarizə getmişdir. Hələ 20-ci illərin əvvəllərində, xüsusən də 1924-cü ildə Leninin vəfatından sonra Stalinlə Trotski arasında kəskin mübarizə gedirdi. Maraqlıdır ki, bu mübarizədə əvvəllər Stalini dəstəkləyən Buxarin və Zinovyev də sonralar onun siaysi qurbanlarına çevriləcəkdilər. Belə siyasi ziddiyyət və təbəddülatların aşkar təzahürü ilk baxışda yenilməz və sarsılmaz görünən SSRİ-nin təşkili idi. Burada tam kimi SSRİ, onu təşkil edən müttəfiq respublikalar isə tamın hissələridir. Tamın maraqları, siaysi xüsusiyyətləri təbii ki, bir çox hallarda ayrı-ayrı respublikaların maraqları ilə nəinki eyniyyət təşkil etmir, çox vaxt kəskin ziddiyyətlərə səbəb olurdu. Azərbaycanın tarixi torpaqları hesabına Ermənistan Respublikasının təşkili, yaxud sərvətləri hesabına iqtisadiyyatının gücləndirilməsi və s. buna əyani sübutdur




Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin