1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. Tədqiqat mövzusu və aktuallığı



Yüklə 69,82 Kb.
səhifə15/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   11   12   13   14   15   16   17   18   ...   45
ttm

15-ci sual. Tədqiqat mövzusu və aktuallığı

Tədqiqat mövzusu problemin bütün mürəkkəb məqamlarını, çətinliklərini əks etdirməlidir. Mövzunun qısaca izahı, xülasəsi (formulirovkası) artıq əldə olunan nailiyyətlərdən, elmə bəlli olanlardan bəlli olmayanlara doğru hərəkəti, inkişaf dinamikasını əks etdirə bilməlidir.

Başqa sözlə, problemin seçilməsi, mövzunun formulirovkası tədqiqatın elmi yeniliyini, aktuallığını əsaslandıra bilməli, tədqiqat obyektinin informativ bazasının elm tərəfindən hələ axıradək öyrənilməməsini isbat edə bilməlidir.

Bəs hansı halda tədqiqatı (tədqiqat obyektini) aktual hesab etmək olar?

1. Reallığın ehtiyac duyulan cari tələblərinə cavab verdikdə,

2. Caridə mövcud problemlərin, həlli vacib məsələlərin çözülməsi üçün hələ kifayət qədər elmi vasitələrə, dəstəyə malik olmayan elmi boşluqların doldurulması zərurəti meydana çıxdıqda.

Məsələn, dünyanı cənginə alan Covid 19 virusuna qarşı hələlik tibb elminin problemi çözmək üçün kifayət qədər lazımi, ciddi vasitələrə malik olmaması, yəni etibarlı peyvəndi hazırlaya bilməməsi bu sahədəki elmi axtarışları, tədqiqatı aktual edir.

Hər bir tədqiqatçı elmi işinin yeniliyini tədqiqat obyektinin az öyrənilməsi ilə əsaslandırmağı bacarmalıdır. Yuxarıda Y.Mahmudovun sözügedən əsərində kitabın hansı zərurətdən nəşr edilməsi ilə bağlı oxuyuruq: “... Lakin hələ neçə-neçə öyrənilməmiş problemlər, açılmamış səhifələr qalır... illər, ömürlər tələb edən səhifələr...”.

Məhz buna görədir ki, elmi yeniliyin kriteriyaları aparılan tədqiqatın nəticələrinin məzmunu ilə, daha doğrusu, həmin məzmunun yeni nəzəri qaydalar, əvvəllər elmə bəlli olmayan, tarix elmində və təcrübədə qeydə alınmayan praktik əhəmiyyətli bilgilərlə nə dərəcədə təmin olunması ilə müəyyən edilir.

Plagiat və taftalogiya xarakterli “elmi işlər” isə elmə nəinki, heç bir yenilik deyil, yalnız xələl gətirir. İşin praktik əhəmiyyətini müəyyən edən kriteriyalar isə tədqiqatın nəticələrinin praktikaya tətbiqi nəticəsində baş verə biləcək müsbət dəyişikliklərin əhəmiyyətini müəyyən edir.




Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin