23-ci sual. Taksonomik bölgü
Hər hansı bir obyekti hissələrə bölmək, həmin obyektin quruluş və xassələrini özündə ya əks etdirə bilər, ya da ki, həmin obyektin bilavasitə quruluşuna aid olmadan, onu əks etdirmədən müstəqil informasiya daşıyıcısı kimi çıxış edə bilər. Məsələn yeni il şənliyi üçün nəzərdə tutulan süni küknar (yolka) ağacını onu təşkil edən hissələrə görə bölsək, ayırsaq onda həmin hissələri ağacın gövdəsi, oturacağı, budaqları, oyuncaq və elektrik lampalarına görə qruplaşdıra bilərik. Bu zaman həmin hissələrin, yaxud fraqmentlərin hər birisi küknar ağacının quruluşu, bu və ya digər xüsusiyyətləri haqqında məlumat verə biləcək. Lakin, deyək ki, ağacın gövdəsini bərkitmək üçün lazım olan bolt və qayqaları götürsək , yaxud qruplaşdırsaq, o zaman həmin fraqmentlər ayrılıqda hansı obyektə xas olması barədə heç bir məlumat verməyəcək. Çünki, belə standart yivli detallardan istənilən yerdə istifadə edilə bilər.
Birinci halda aparılan bölgü taksonomik bölgünün, obyektin bölünməsi nəticəsində özləri də yeni məzmun kəsb edən alt desək, taksonomik bölgü nəticəsində qruplaşdırılan fraqmentlər, müəyyən xarakter və xüsusiyyətlər kəsb etməklə taksonim bölgünün əsas təşkil etmiş olarlar.
Zahiri əlamətin dəyişməsi əsasında aparılan bölgü iki və daha artıq əlamətə görə aparıla bilər. Özü də bu əlamətlərin bir-biriləri ilə əkslik yaratmaları vacib şərt sayılmaya da bilər, yaxud sayılmır.
Məsələn ölkələri əhalisinin irqi xüsusiyyətlərinə görə bölmək, təsnifatlaşdırmaq belə bölgüyə ən bariz nümunədir. Qeyd etmək lazımdır ki, hər bir tarixi hadisəni taksonometrik baxımdan iki tipin ikisinə görə də bölmək olar. Məsələn 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış müvəqqəti sazişə görə Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verilir, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zəngəzur və Naxçıvan mübahisəli ərazilər elan olunurdu. Müqavilənin şərtlərindən onun antiazərbaycan mahiyyətli müddəaları aşkar surətdə görünür. Ərazi bütövlüyümüzə və suverenliyimizə qəsd sayıla bilən bu müqavilə 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsi ilə dixotomik xüsusiyyətə malikdir. Belə ki, müavilənin 3-cü maddəsində göstərilirdi. Ki, tərəflər müqaviləyə əlavədə nəzərdə tutulan sərhədləri ilə Azərbaycanda himayəçiliyi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu üçüncü dövlətə güzəştə getməməlidir. Göründüyü kimi Moskva müqaviləsi üçüncü halın istisnasını aydın şəkildə əks etdirir.
Lakin, sözügedən iki hadisəni müqaviləni zahiri əlamətin dəyişməsi əsasında aparılan bölgü əsasında təsnif edə bilərik. Belə ki, hər iki hadisə, hər iki müqavilə Azərbaycannın iştirakı olmadan apraılıb, hər iki müqavilədə Azərbaycanın ərazi məsələsi müzakirə olunub, hər iki müqavilə geostrateji və geoiqtisadi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edən Azərbaycanda siyasi nüfuz və təsir dairəsini möhkəmlətmək uğrunda region dövlətlərinin tarixən mövcud olan maraqlarını əks etdirir.
İrəlidə gətirdiyimiz misala müraciət etməklə bu fikrə bir qədər də aydınlıq gətirək. Məsələn Ərəb xilafətini inzibati ərazi prinsipinə görə bölsək, burada hər bir əmirlik müəyyən xüsusiyyətlər kəsb etməklə yanaşı özləri də alt qruplara, siniflərə bölünməklə, taksonomik bölgünün əsasını təşkil etmişlər. Özü də hər bir əmirlik, hər bir mahal, məntəqə və yaxud kənd özlüyündə xilafətin idarə sistemi haqqında tam təsəvvvür yarada bilirdi, yaxud vahid şəriət qaydalarında qanunları ilə idarə olunduğuna görə tamın üzvü hissəsi kimi çıxış edirdi.
Taksonomik bölgü dixotomik ( yunancadan dirha-iki hissəyə, tome-isə kəsilən, bölünən deməkdir.) və zahiri əlamətlərin dəyişməsi kimi növlərə bölünür.
Dixotomik bölgü-obyekt və ya hadisənin bir-birilə əkslik təşkil edən iki hisssəyə, qütbə yaxud sinfə bölünməsidir. Məsələn Macarıstan və Rusiya Federasiyasını dənizə çıxışı olmaları baxımından müqayisə etsək, bu iki dövlət bir-biri ilə tam əkslik təşkil edəcəklər. Belə ki, Macarıstanın dənizə heç bir çıxışı olmaddığı halda, Rusiyanın dünyanın 12 dənizinə çıxışı vardır. Deməli, belə bölgü dixotomik bölgüdür. Yaxud bu gun Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edən, Cənubi Qafqazın ən güclü dövləti Azərbaycanın beynəlxalq enerji layihələrindəki iştirakı bir faktor kimi gündən –günə artdığı halda, respublikamıza qarşı 30 ilə yaxın işğalçı siyasət yeridən Ermənistan Respublikası bütün enerji layihələrindən təcrid olunmaq vəziyyətdədir. Deməli belə bir müqayisə, bölgü də dixotomik bölgüdür. Dixotomik bölgü üçüncünün istisnası məntiqi qanunu ilə sıx şəkildə bağlıdır.
Dostları ilə paylaş: |