1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-cu sual. Eyniləşdirici abstraksiyalaşdırma



Yüklə 69,82 Kb.
səhifə22/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   18   19   20   21   22   23   24   25   ...   45
ttm

22-cu sual. Eyniləşdirici abstraksiyalaşdırma

Hər hansı bir obyekt və ya hadisəni nə iləsə eyniləşdirmək mümkün olmadıqda (yəni identifikasialaşdıra bilmədikdə) o zaman abstraksiya yolu ilə eyniləşdirmək metodunan istifadə olunur. Eyniləşdirilə bilməyəni nə iləsə eyniləşdirmə prosesində tədqiq olunan obyekt əslində ona real aləmdə malik olmadığı xüsusiyyəti və xassələr şamil olunduğuna görə, o xeyli dəyişir, “başqalaşır”.

Bəzən isə obyektə şamil edilən xüsusiyyətlər onun real xüsusiyyətlərinə qismən yaxın, identik olur.

Belə sadələşdirmələr və qabalaşdırmalar ilk növbəə həmin obyektin özünün mürəkkəb xüsusiyyətləri və daimi olaraq dəyişikliklərə məruz qalması ilə bağlıdır.

Real aləmdə bir çox obyekt və hadisələrin kəmiyyət xüsusiyyətləri ilə keyfiyyət xüsusiy-yətləri arasındakı sərhədlərin çox səthi olması, bir keyfiyyət göstəricisinin digəri ilə əvəz olması son dərəcə axıcı və sinxron olur.

Belə hallarda gerçəkliyin təxmini rekonstruksiyası elə həmin gerçəkliyin insan təfəkkü-ründəki obyektiv və mürəkkəb, çox şaxəli inikası ilə aparılır.

Elmi tədqiqatlarda belə eyniləşdirilmə metodundan əsasən hadisələrin mahiyyətinin kə-miyyət göstəricilərini araşdırarkən istifadə edilir. Qeyd etmək lazımdır ki, bu zaman tədqiqatçı tədqiqatın gedişi zamanı gerçəkliyin xassələrinə dair əldə etdiyi kəmiyyət göstəricilərindən isti-fadə edir.

Çox zaman tədqiqatçıya tədqiq etdiyi obyekt və ya hadisənin kəmiyyət göstəriciləri nəinki dəqiq, heç təxmini də bəlli olmur, ona görə də o, kəmiyyətin dəqiqliyi faktorundan uzaq-laşmaq zorunda qalır. Belə hallarda da tədqiqatçı eyniləşdirici abstraksiyadan istifadə edir.

Eyniləşdirici abstraksiyadan bəzən hər hansı bir hadisəni dövrlərə bölərkən, yaxud tarixi dövrləşdirərkən də istifadə edilir. Belə ki, identifikasiyası – eyniləşdirilməsi mümkün olmayanı, məsələn cəmiyyətdə son dərəcə böyük sürətlə dəyişən, inkişaf edən hadisələri nə iləsə eyniləşdi-rəndə əslində həmin hadisəni diskretləşdirmiş yəni fasiləli şəkildə, müəyyən sərhədlərlə məh-dudlaşdırılmış şəkildə göstərmiş oluruq. Əslində bu hadisələrə müəyyən mənada məcburiyyət-dən yaranan bir yanaşmadır. Bu məcburi yanaşmanın ən böyük çatışmazlığ isə boşluqlar arasın-dakı zaman və məkan dəyişikliklərini – hadisələrini göstərə bilməmədir. Deməli, bütün hallarda ixtiyari hadisəni, o cümlədən bütövlükdə bəşər tarixini dövrlərə bölmək tam şərti xarakter daşı-yır.

Eyniləşdirici abstraksiyadan tipləşdirmə - eyni tipik xüsusiyyətlərə görə bölmə, yaxud qruplaşdırmada da istifadə edilir. İxtiyari qruplaşdırma əslində eyniləşdirici abstraksiyadır. Belə ki, bu zaman da müəyyən bölgü üzrə qruplaşdırılan hadisələrin keçid və ya qarışıq formaları nəzərə alınmır, yəni oxşar xüsusiyyət və əlamətlər,oxşar olmayan əlamətlərlə eyniləşdirilir.




Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin