1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-cü sual. Z.Bünyadovun elmi fəaliyyətində tarixi tədqiqat metodları



Yüklə 69,82 Kb.
səhifə25/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   21   22   23   24   25   26   27   28   ...   45
ttm

25-cü sual. Z.Bünyadovun elmi fəaliyyətində tarixi tədqiqat metodları

Tarixi tədqiqatlar zamanı tarixçi alimlər hər hansı bir fikri, yaxud konsepsiyanı irəli sürərkən ilk növbədə hadisələrin inkişaf dinamikasını səbəb-nəticə əlaqələri əsasında şərh etməyə, nəticə çıxarmağa cəhd göstərirlər. Məsələn, görkəmli tədqiqatçı Z.Bünyadov ``Azərbaycan Atabəyləri dövləti`` adlı məşhur monoqrafiyasında xarəzmşah Cəlalədinin Bağdada yürüşünü onun Xəlifədən monqollara qarşı kömək almaq arzusu ilə izah etmək olmaz. Görünür, Sultanın gizli qəsdi Xəlifədən intiqam almaq idi, çünki o, monqollar tərəfindən Xarəzmşahlar dövlətinin dağıdılmasında və atası Sultan Əlaəddin Məhəmmədin ölümünə Xəlifəni təqsirkar hesab edirdi.(Z.Bünyadov. ``Azərbaycan Atabəyləri dövləti`` B 1985. S. 119 ).

Z.Bünyadov yuxarıda xatırlanmanan fikrini təsdiq etmək üçün daha bir səbəb göstərməklə ondan sübutedici faktor , arqument kimi istifadə edir ``Mənbələrdə belə bir ehtimal var ki, monqolların zərbəsi altında Xarəzmşahlar dövlətinin başqa bir səbəbləri ilə yanaşı bir səbəbi də bundan ibarətdir ki, xəlifə Ən Nasir Xarəzmşah Məhəmmədə qarşı mübarizədə monqolları köməyə çağırmışdı.`` (Z.Bünyadov ``Azərbaycan Atabəyləri dövləti`` s.119).

Bu nümunədə Z.Bünyadov zəruri şərt kimi xəlifə ən Nasirin Xarəzmşah Məhəmmədə qarşı mübarizədə monqollarla hərbi ittifaqını göstərməklə əslində zəruri, lakin qeyri yetərli şərt tədqiqat metodundan son dərəcə ustalıqla bəhrələnməklə, əslində ``Mənbələrdə belə bir ehtimal var ki, ifadəsini səbəb-nəticə metodu ilə möhkəmlətmiş, onu elmi baxımdan əsaslandırmağa nail olmuşdur.

Belə ki, müəllif məhz belə bir məntiqi əməliyyatdan sonra məchul saxladığı mənbəni açıqlayır ``İbn əl Əsir bu cəhətə bir növ işarə vuraraq qeyd edir `` Tatarların islam ölkələrinə basqı başqa bir səbəblə əlaqədardır ki, bunu kitab səhifələrində göstərmək olmaz. Əgər əcəmlərin(farsların) onun ( yəni xəlifə ən Nasirin – Z.B.) adına söylədiklərini həqiqət kimi qəbul etsək, məlum olur ki, məhz tatarların müsəlman ölkələri üzərinə hücuma təhrik etmişdir, bu məqsədlə o, tatarların yanına adamlar göndərirdi və elə hərəkətlər törədirdi ki, bunlar ən böyük cinayətləri belə ötüb keçirdi.`` (Z.Bünyadov yenə orada s.119).


Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin