24-ci sual. Tarixi tədqiqatlarda metaforalı müqayisə
Elmi o cümlədən tarixi tədqiqatlar zamanı bəzən çox mürəkkəb sosial hadisələrin mahiyyətini izah etmək üçün sadə və artıq tədqiq olunmuş hadisələrdən analoq kimi istifadə olunur. Belə hallarda müqayisə olunan hadisələr və obyektlər istər məzmun, istərsə də mahiyyət baxımından eyniyyət təşkil etməyə də bilər, və yaxud çox vaxt reallığın müxtəlif məzmunlu obyekt və hadisələri kimi çıxış etdiklərinə görə eyniyyət təşkil etmirlər də. Məhz bu tipli müayisə metaforalı müqayisə adlanır.
Metaforalu müqayisələr zamanı heyvanların və insanların davranışları, orqanimin fizioloji funksiyasi ilə insanların davranışı və s müxtəlif hadisələr müqayisə edilir. Məsələn A.İsgəndərovun A.Məmmədovla birgə yazdıqları tarixi demoqrafiyaya dair dərs vəsaitində Homo habiensin ulu əcdadı sayıla biləcək ən qədim zooloji qrupların cinsi münasibətlərinin üçün alimlərin primatların həyat tərzini analoq kimi tədqiq etmələrindən söhbət açılır ``Düzdür belə analogiya tam və dolğun olmasında hər halda son onilliklərdə primatların qarşılıqlı münasibətlərinin tədqiqi ilə ciddi surətdə məşğul olunur``.( A.İsgəndərov, A.Mamedov, İstoriçeskaya demoqrafiya. B.2017. s 38)
Və yaxud kardiologiya sahəsində tədqiqat aparan həkimlər çox zaman ürəyin fəaliyyətini gəminin kapitanı ilə müqayisə edirlər. burada bioloji fəaliyyətini başa çatdıran bədən üzvlərindən sonuncusu ürək olduğuna görə, onu gəmini sonuçda tərk edən gəmi kapitan ilə müqayisə edirlər.
Bəzən idman sahəsində xüsusi intizam və dözümlülük nümayiş etdirən komandaları texniki qurğu və yaxud mexanizmlə müqayisə edirlər. Məsələn, futbol azarkeşlərinə şərhçilərin çox zaman Almaniya yığmasını maşınla alman maşını ilə müqayisə etmələri yaxşı bəllidir.
Antik tarixi tədqiq edən tarixçilər çox vaxt döyüş vaxtı nizələrini qabağa uzadacaq bir neçə sıraya düzülən Spartalı əsgərlərin düşmən üzərinə yeriyən falanqa adlı qoşunlarını hərəkət edən divarla müqayisə edirlər. Əlində qoşun və divar tam fərqli obyektlərdir. Lakin, falanqa fleyta çalğısı və mahnılarının müşayiəti ilə düşmən üzərinə yeriyərkən, sanki nizələrlə qabarmış sıx qalxanlardan ibarət bütöv bir divar hərəkətə başlayır, yaxud hücuma keçirdi.
Deməli, metaforalı müqayisədə analoji hadisə və obyektlər istər məzmun, istər mənşəcə müxtəlifdir. Deməli, belə müqayisə zamanı analoq kimi istifadə olunan obyekt və hadisədən malik ola bilmədikləri keyfiyyət səviyyəsini ummaq, tələb etmək mümkün deyildir. Gətirilən nümunələrdən də aydın şəkildə görünür ki, analoq olaraq seçilən obyekt, yaxud hadisə ya metafors, ya da model qismində çıxış edə bilər. metaforada bədiilik, bədii bənzətmə üstünlük təşkil etdiyinə görə, metafora idrakın bədii forması ilə bağlılıq təşkil edir. Bu səbəbdən də onun korrekt və ya effektliliyi estetik göstəricilərlə( kriteriyalarda) müəyyən olunur.
Modelə gəlincə isə hər hansı bir məlumatın bu və ya digər formaya, tələb olunan qəlibə salınması və alqoritmləşdirilməsi ilə səciyyəvidir. Deməli, model daha ciddi analogiya üsulu, yaxud modeldir.
Məhz bu baxımdan da model çox vaxt sübutəmələgətirici bəzən isə sübut etmə funksiyasına malik tədqiqat üsulu kimi çıxış edir.
Modelin korrektliyi çox zaman riyaziyyat və məntiqin elmi prinsipləri ilə həyata keçilir.
Yuxarıda göstərilənlərdən belə bir nəticəyə gəlmək olur ki, metafora tarixi tədqiqatlarda heç nəyi sübut etmir. Metafora tarixi tədqiqatlar zamanı sadəcə izahedici illüstirasiya xarakteri daşıyır. Əgər metaforada hansısa məlumatın sübutedici xüsusiyyətlərinin olduğunu hər hansı bir tədqiqatçı iddia edirsə, , ilk növbədə irəli sürdüyü ideyanın elmiliyini əsaslandırmalı, yaxud digər sanballı, yeterli faktlarla sübut etməyi bacarmalıdır.
Deməli metaforanın sübutedici funksiyaya malik olması ideyasını qəbul etmək əslində elmə zidd məlumatları qəbul etməkdən başqa bir şey deyildir. Metafora evristik funksiya da daşıya bilər. metaforada, hərfi mənada istifadə etməklə yeni, gözlənilməz aspektlərlə qarşılaşmaq olar. Məsələn, cəmiyyəti orqanizmlə müqayisə edərkən həmin metaforada maraqlı suallarla çıxış etmək olar: Görəsən bu cəmiyyətdə qan damarlarının, nəfəs sisteminin, ürəyin, qaraciyərin, böyrəklərin, dərinin, beynin funksiyasını hansı orqanlar daşıyacaqdır?
Dostları ilə paylaş: |