1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. Tarixi tədqiqatda səbəb-nəticə



Yüklə 69,82 Kb.
səhifə19/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   15   16   17   18   19   20   21   22   ...   45
ttm

19-ci sual. Tarixi tədqiqatda səbəb-nəticə

İctimai reallığın tam və əhatəli öyrənilməsi səbəb nəticə metodunun tətbiqi ilə həyata keçirilir. Ona görə də bu metoddan tarixi tədqiqatlar zamanı tətbiq olunan bütün metodlarla bərabər və yaxud bilavasitə istifadə edilir. Həqiqətən də hər hansı bir tədqiqatçı ixtiyari ictimai problemin həlli zamanı ilk növbədə həmin problem, hadisəni törədən, onun meydana gəlməsi üçün şərait yaradan səbəbləri araşdırmağa, üzə çıxarmağa cəhd göstərir. Məsələn, Uot Tayler üsyanını tədqiq edən tarixçi həmin üsyanın səbəblərini araşdırmadan onu gedişatı və nəticələri haqqında obyektiv fikirlər söyləyə bilməz. Və yaxud soyurqalın Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin social iqtisadi inkişafına vurduğu zərbəni aydınlaşdırmaq, öyrənmək üçün öncə bu torpaq mülkiyyəti formasının mərkəzi dövlət aparatı üçün mənfi xüsusiyyətlərə malik olmasını bilməliyik. Deməli, bu və ya digər ictimai hadisə və ya problem törədən səbəbləri üzə çıxarmaq, öyrənmək, ilk öncə nəqli cümlə formasında ifadə olunan fikri ``nə üçün?`` sualını verməklə, sual cümləsi şəklində ifadə etməliyik.

Biz yuxarıda soyurqalla bağlı göstərilən nümunəni ``Nə üçün soyurqal mülkiyyət forması mərkəzi dövlətin social iqtissdi və siyasi əsasılarını zəiflədirdi?`` şəklində təqdim etdikdə əslində problemin səbəblərini gündəmə gətirmiş oluruq çünki, ixtiyari hadisənin nə üçün baş verdiyini soruşmaq elə həmin hadisənin hansı səbəbdən (səbəblərdən) baş verdiyini araşdırmaq cəhdi , istəyi ilə eyniyyət təşkil edir.

Gətirilən nümunədə soyurqalın iqtadan fərqli olaraq daha böyük əraziləri əhatə etməsi, deməli soyurqal sahibinin qısa zaman kəsiyində iqtisadi cəhətdən güclənərək, mərkəzi dövlət aparatına qarşı separatist mövqedə durması bəlli olur. Həqiqətən də, soyurqalın bəzən 600 kəndi əhatə etməsi, o cümlədən soyurqal sahibinin vergi yığmaq və tabeliyində olan, kəndlilər üzərində məhkəmə qurmaq immunitetinə hüququna malik olması onu az qala dövlətin içərisində dövlətə çevirirdi.

Təsadüfi deyildir ki, soyurqal sahibinin ixtiyarı olmadan, hətta mərkəzi dövlət aparatının məmurları belə soyurqal sahəsinə aid olan ərazilərə daxil ola bilməzdilər.

Deməli, yuxarıda sadalanan səbəblər bizə soyurqalın separatçı mahiyyətini düzgün anlamağa, onun törətdiyi fəsadları, yəni nəticələrini obyektiv dərk etməyə yardımçı olur. Məsələnin belə bir şəkildə qoyuluşu həmçinin təbii olaraq, nə üçün Qaraqoyunlu və Ağqoyunlu, daha sonra Səfəvi dövlət başçılarının iri feodallara belə torpaq mülkiyyətini bəxş etməsi sualını qoyur. Baş verən siyasi proseslərin müqayisəli analizi sözügedən dövlətlərin ilkin yaranma mərhələsində dövlət başçısının iri tayfa başçılarını öz ətrafında birləşdirmək üçün belə bir güzəştə (siyasi kompramisə) getmək məcburiyyətində olduğunu göstərir. Çünki, belə bir kompramisə getmədən siyasi –iqtisadi və hərbi baxımdan güclənmək, yeni ərazilər ələ keçirmək mümkün deyildi. Təbii ki, coğrafi sərhədləri qalibiyyətli hərbi yürüşlərlə gündən- günə böyüyərək imperiyada iri tayfa başçıları öz paylarını təkidlə tələb edir, soyurqal sahibinə çevrilirdilər.

Göstərilən nümunədə səbəb nəticə əlaqələrinin reproduktiv konstruksiyası əslində sözügedən problemin bir növ fundamental xüsusiyyətlərini üzə çıxarmağın araşdırmağa imkan yaradır. Başqa sözlə desək, sözügedən problemin bir növ kaskadını yaradaraq, onun elmi obyektiv müstəvidə öyrənilməsinə, sanballı nəticələrin əldə edilməsinə əlverişli imkanlar yaradır. Deməli, səbəb-nəticə əlaqələrinin öyrənilməsi metodu, tarixi tədqiqat metodları içərisində ən vacib və ən böyük önəm kəsb edən metoddur. Çünki, bu metodun tətbiqi tarixi idrakı elmi idraka yaxınlaşdırır. Məhz səbəb-nəticə əlaqələrinin araşdırılması keçmiş hadisələrin səbəb-nəticə əlaqələri arasına oxşar və fərqli xüsusiyyətləri üzə çıxarmaq, beləliklə də nəql olunan tədqiqat obyektinə araçdırmaq imkanı verir. Çünki bu hadisənin səbəb-nəticə əlaqələri metodu ilə araşdırılması fasiləsiz olaraq ``nə üçün? `` ``nə nədən yaranır?`` nəyinsə baş verməyinə və səbəb oldu?`` ``Bəs o nəyisə doğuran səbəblər hansılar idi?`` və s. bu kimi sualların yaranmasına səbəb olur. Hətta bu cümlənin sonunda ``səbəb olur``` ifadəsinin işlənilməsi də sözügedən metodun aktuallığını bir daha vurğulayır.

Səbəb-nəticə analizinin məntiqi əsasını implikasiya (latıncadan imlic-tio- sıx əlaqə qarşılıqlı münasibət anlamını bildirir) təşkil edir. Məntiqi əməliyyat olan implikasiyanı sxematik olaraq belə bir formada göstərmək olar``Əgər A, bu B-dirsə``, ``A-dan B törəyəcək```, ``A B-yə təhrik edir``. Burada A-səbəbdir (yaxud şərtdir, şərtlər çoxluğudur.), B-nəticədir.




Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin