Adamların hamısında təfəkkür eyni şəkildə inkişaf etmir. Təfəkkürün prosesləri, formaları və növləri ayrı-ayrı adamlarda müxtəlif nisbətdə təzahür edir. Bunlarla yanaşı olaraq adamlar ağlın keyfiyyətləri nə görə bir-birlərindən daha çox fərqlənirlər. Ağlın keyfiyyətləri hər şeydən əvvəl təfəkkürün müxtəlif növlərinin inkişaf səviyyəsi və bir-birilə çulğaşmasının xüsusiyyətləri ilə bağlıdır. Buraya ağlın dərinliyi, çevikliyi, müstəqilliyi, tənqidiliyi və s. Aid etmək olar
Ağlın dərinliyi cisimlər və hadisələr arasındakı və onların daxilindəki Ən əsas, başlıca əlamətləri tapmaq bacarığından ibarətdir. Dərin ağla malik olan Adam zəruri sualları qoymaqla hadisənin mahiyyətini aça bilir, cisim və hadisələri dərindən və hərtərəfli öyrənir. Bu cür adamlar əsas cəhətləri ikinci dərəcəli cəhətlərdən ayıra bilirlər. Lakin ağıl dayaz olduqda belə adam öyrəndiyi faktlarda Ən zəruri, əsas cəhəti aşkara çıxara bilmir, formal, zahiri cəhətlərə istinad etdiyinə görə onun fikirlərində dərinlik olmur. Ağlın dərinliyi məsələlərin mahiyyətini, hər bir hadisəni törədən səbəbləri müəyyənləşdirməkdə, problemi hərtərəfli anlamaqda, hadisələrin mənşəyini düzgün müəyyənləşdirməkdə ifadə olunur.
Ağlın çevikliyi
Ağlın çevikliyi nsanlar həyat təcrübəsi boyu müxtəlif məsələlərlə, problemlərlə rastlaşır, onları müəyyən üsullarla həll edir. Bu halda insanlar müxtəlif tərzdə hərəkət edirlər. Bir çox insanlar bu vaxt məsələni həll edə-edə yeni yol və vasitələr tapırlar. Bu ağlın çevikliyi ilə əlaqədardır.
də insan üçün zəruri olan müsbət keyfiyyətlərdəndir. Bu keyfiyyət xüsusilə insandan Ani bir vaxtda qərar qəbul etmək lazım gəldikdə tələb olunur. Ona görə də həmin keyfiyyətə malik olan adam düşdüyü vəziyyətdən baş çıxarmağı, dərhal qərar qəbul etməyi bacarır. Ağlın çevikliyi və dərinliyi birləşdikdə insanda ağlın itiliyi keyfiyyətinin meydana gəlməsinə səbəb olur.
Ağlın müstəqilliyi yeni sual və problemləri irəli sürə bilmək, onu müstəqil olaraq öz gücü ilə həyata keçirməyi bacarmaqdan ibarətdir. Təfəkkürün yaradıcılıq xüsusiyyəti məhz bu cür müstəqillikdə öz əksini tapır. Həmin keyfiyyətə malik olan adamlar başqalarından asılı olmur, onların öz düşüncə, fikir tərzləri mövcud olur. Ağlın müstəqilliyi insanın bilik və təcrübəsinə əsasən cisim və hadisələrin mühüm əlamət və xüsusiyyətlərinin, əlaqə və münasibətlərinin qanunauyğunluqlarının başa düşməsində, yeni məsələlər irəli sürüb onları həll etməsində və biliklərini tətbiq etmə bacarığında özünü göstərir.