2. Qazıma məhlulun keyfiyyətinin yoxlanılması



Yüklə 104,45 Kb.
səhifə1/5
tarix29.11.2022
ölçüsü104,45 Kb.
#71251
  1   2   3   4   5
5 ci ulduz




2. Qazıma məhlulun keyfiyyətinin yoxlanılması

Qazıma məhlulun keyfiyyəti xüsusi laboratoriyalarda yoxlanılır.


Məsul quyuların qazılmasında gilli məhlulun keyfiyyəti tez-tez yoxlanılmalıdır. Qazılan quyulardan gilli məhlulu 2,0-2,5 l –lik verdərələrlə götürür və üzərinə quyunun nömrəsi, dərinliyi və tarixi qeyd edilir.
Hazırda səyyar laboratoriyalardan istifadə edilir (məhlulun parametrləri bilavasitə qazıma yerində təyin edilir)


3)Gilli məhlulun qazdan təmizlənməsi
Gilli məhlulu qazdan təmizləmək üçün hidravlik, mexaniki və kimyəvi üsullardan istifadə olunur.
Hidravlik üsulla təmizlənmə nov sistemində, ambarlarda və s. mayenin hərəkət zamanı qazın ondan ayrılması prinsipinə əsaslanmışdır.
Mexaniki üsulla təmizlənmə titrəyən ələk, konveyer-ələk, separator və s. aparılır.
Gilli məhlulun qazdan kimyəvi üsulla təmizlənməsi səthi aktiv maddələrlər aparılır (qaz qabarcıqlarının davamlılığı azalır və məhluldan daha asan ayrılır).


Qazıma məhlulu dövranında təmizləyici avadanlıqlar aşağıdakı ardıcıllıqla quraşdırılır:
qaz separatoru - silkələnən ələklər – deqazator (qaz təmizləyən) – hidrosiklon şlamayırıcı – separator sentrifuqa.
Təmziləyici avadanlıqları qazıma məhlulunun dövran sistemində quraşdırarkən quyuda qaz təzahürü gözlənilmədikdə deqazator; ağırlaşdırılmamış qazıma məhlulu ilə quyu qazıldıqda separator, gil ayırıcı və sentrifuqa; ağırlaşdırılmamış qazıma məhlulu ilə qazıma aparıldıqda hidrosiklon şlamayırıcı sistemdə quraşdırılmır. Daha doğrusu, hər bir təmizləyici qurğu ona tələbat olduqda quraşdırılır.
Qazıma məhlulunun içərisindəki bərk hissəciklərin yalnız ölçüləri 150 mkm-dən böyük olan hissəcikləri silkələnən ələklər (BC-1, BC-2) vasitəsilə çox səmərəli çıxarmaq olur
Hidrosiklon qum ayırıcılardan istifadə etdikdə qazıma məhlulunun 70-80% təmizlənərək ölçüləri 40 mkm-dən böyük hissəciklər məhluldan çıxarılır. Qazıma məhlulunu daha yaxşı təmizləmək üçün, yəni təmizlik dərəcəsini 90%-ə qədər artırmaq üçün, gil ayırıcısından istifadə etmək lazımdır.



Yüklə 104,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin