1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-cü sual. Tarixi tədqiqatlarda qeyri-səlis məntiq



Yüklə 69,82 Kb.
səhifə17/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   13   14   15   16   17   18   19   20   ...   45
ttm

17-cü sual. Tarixi tədqiqatlarda qeyri-səlis məntiq

Leksikonumuzda elə söz və ifadələr vardır ki, onlar kəmiyyət xüsusiyyətlərini dəqiq yaxud səlis formada olmasa da bu və ya digər şəkildə ifadə edə bilirlər. Məsələn, hər hansı bir hadisənin inkişaf dinamikasını yaxud baş verə biləcəyini biz çox vaxt, “tez-tez”, “nadir hallarda”, “bəzi hallarda”, “müstəsna hallarda”, “demək olar ki, tez-tez”, “demək olarki, heç vaxt, heç zaman” kimi söz və ifadələrlə bildiririk.

Deyək ki, valideyn övladının dərsdə nə qədər fəal olub-olmadığını öyrənmək üçün müəllimə: “ Övladım rüb ərzində neçə dəfə dərsə cavab verib, yaxud lövhə qarşısına çıxıb”- deyə, müəllimə sual verir. Müəllim isə : “ Övladınız fəaldır yaxud passivdir, çox passivdir, tənbəldir, dərsə maraq göstərmir “ kimi cavablar verir.

Dialoqa nəzər salaq. Burada övladının dərslərdə hansı səviyyədə iştirakı ilə maraqlanan valideyn “neçə dəfə” ifadəsini işlədir. Təbii ki, neçə dəfə əslində dəqiq yaxud səlis riyazi kəmiyyət tələb edən ifadədir. Müəllimin valideynə cavabında dəqiq riyazi rəqəm əvəzinə yuxarıda sadalanan ifadələrlə cavab verməsi, yəni əslində riyazi rəqəmin ifadə edə biləcəyi kəmiyyət göstəricisini sözlə-linqivistik formada bildirməsi, valideyndə onu maraqlandıran vəziyyətlə bağlı təsəvvür yaratsa da, hər halda sualına dəqiq cavab ala bilmir. Eyni zamanda müəllimin işlətdiyi linqivistik elementlər hər halda dəqiq kəmiyyətin ifadə edə biləcəyi situasiyadan daha geniş, daha məzmunlu bir mənzərə yarada, məsələyə necə deyərlər daha çox aydınlıq gətirə bilir.

Və yaxud, həkim öz xəstəsindən hansısa bir orqanın ağrıları haqqında soruşduqda, xəstə tez-tez ağrıyır, deməklə cavab verir. Bu halda da cavab konkret kəmiyyət bildirən rəqəmlə deyil, leksik formada ifadə edilir. Həkim isə israrla : “tez-tez, yəni həftədəmi, ya gündəmi ağrı özünü neçə dəfə biruzə verir “- deyə sual verməkdə davam edir.

Qeyd etmək lazımdır ki, riyazi dildə kəmiyyətlə bağlı bütün fikir və mühakimələr müəyyən işarələrlə ifadə edilir.

Məsələn, Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində oxuyuruq : “ Bolşevik-daşnak silahlı dəstələri Bakıda və Azərbaycanın digər qəzalarında böyük və çoxsaylı insane təlafatı ilə nəticələnən qırğınlar həyata keçirdilər”. Burada böyük və çoxsaylı əslində ümumxarakterli kvantordur və Azərbaycanın qəza və bölgələrində faciənin geniş miqyasından xəbər verir.

Fərəhli haldır ki, linqivistik kəmiyyət göstəricilərinə dair ilk nəzəriyyəni XX əsrin 60-cı illərində həmyerlimiz və fəxrimiz Lütfizadə hazərlamışdır. Lütfizadə qeyri-dəqiq kəmiyyətləri özündə ehtiva edə bilən, daha doğrusu linqivistik dəyişən ( qeyd: riyaziyyatda da məchul, dəyişən ədəd anlayışları var. deyək ki, məchul x ədədinin qiyməti dəyişəndir) vasitəsilə obyekt, yaxud hadisənin kəmiyyət göstəricilərini ifadə edə biləcək, qeyri-səlis düşüncəyə söykənən yeni konsepsiya irəli sürdü. Məhz bu konsepsiyaya görə qeyri-səlis çoxluqları linqivistik dəyişənlə ifadə etmək fikri irəli sürüldü. Məhz bu konsepsiya əsasında görkəmli alim riyaziyyatda yeni sahə - qeyri-səlis çoxluqlar nəzəriyyəsinin əsasını qoymuş oldu. Həqiqətən də kəmiyyət xüsusiyyətlərinin hesaba alına bilmədiyi hadisələr zamanı linqivistik kəmiyyət göstəriciləri riyazi rəqəm və ədəddən daha real və daha çox informasiya vermiş olur.




Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin