1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. Tarixi tədqiqatlarda qismən təcridetmə abstraksiyası



Yüklə 69,82 Kb.
səhifə13/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   9   10   11   12   13   14   15   16   ...   45
ttm

12-ci sual. Tarixi tədqiqatlarda qismən təcridetmə abstraksiyası

Obyektin mahiyyətinin bütövlükdə bir tam kimi açmaq üçün, həmin obyektin ancaq müəyyən xüsusiyyətlərinin əsasında tətbiq edilən üsula qismən təcridi abstraksiyalaşdırma metodu deyilir. Təbii ki, burada müəyyən xüsusiyyətlər dedikdə həmin obyekti digər obyektlərdən ayıram fərqli cəhətlər nəzərdə tutulur. Bu zaman tam təcridi abstraksiyalaşdırma metodunda olduğu kimi yalnız abstraksiya edilmiş ifadələrin əldə edilməsi deyil, tədqiq edilən obyekti bütöv bir tam kimi öyrənməyə imkan yaradan, kömək edən qanunların və qaydaların aşkara çıxarılması prosesi də baş verir. Elə bu səbəbdən də qismən təcridi abstraksiyalaşdırma metodu ilk növbədə tədqiq edilən obyektin müəyyənləşdirilməsi, əsas parametr və göstəricilərinin aşkara çıxarılması mərhələsində tətbiq edilir.

Məsələn, Qədim Misirdə, yaxud antik dövr Qafqaz Albaniyasında İslam dininin yayılmasından sonra Azərbaycanda mövcud olan təbəqələrin (yaxud silklərin) öyrənilməsi zamanı, yaxud analizi prosesində bu metodu tətbiq etmək olar. Təbəqə, yaxud zümrə silk hüquq və vəzifələri cəmiyyətdə qəti şəkildə müəyyənləşdirilmiş sosial qruplar olduğuna görə konkret tarixi dövrə xas olan digər spesifik cəhətlərdən fərqlənir. Deməli, tədqiqatçı məhz bu xüsusiyyətləri yaxud xüsusiyyətlər qrupunu digərlərindən təcrid etməklə (abstraksiyalaşdırmaqla) qiymətli konkret məlumatlar əldə edə bilər.


Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin