Rauf nemətzadə 0505197646



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix03.01.2023
ölçüsü1,8 Mb.
#78364
  1   2   3
Gimnastika.Rauf Nemətzadə



RAUF NEMƏTZADƏ 0505197646
GİMNASTİKA
Gimnastika sözündən ilk dəfə qədim Yunanıstanda istifadə edilmişdir. 
Gimnastika qədim yunan sözü olan 
“Gimos” 
sözündən əmələ
gəlmiş
– qurşağa qədər çılpaq deməkdir.
Bu idman növünün tarixi 
kökləri çox qədimlərə gedib çıxır. Hələ 3000 il bundan əvvəl qədim 
Misirdə müxtəlif gimnastika hərəkətləri ilə məşğul olurmuşlar. Qədim 
Romada isə ağacdan düzəldilmiş atın üstündə məşq edərmişlər. 
Azərbaycan gimnastikası da qədim tarixə malikdir. Bunlara 
kəndirbazları nümunə göstərmək olar. Güc və çevikliyin, hərəkət 
gözəlliyinin inkişaf etdirilməsi üçün gimnastika əvəzedilməzdir. Bu hər 
bir kəsə, xüsusilə də gənclərə çox gərəklidir. Bədən quruluşunun, 
qamətin gözəl olmasını istəyən oğlan və qızlara gimnastika çox kömək 
edə bilər. Gimnastika ilə məşğul olmaq idmanın digər növlərində də 
üstünlük əldə etməyə kömək edər. Ciddi zədələr almış insanların fiziki
cəhətdən bərpasında Müxtəlif gimnastik hərəkətlərdən istifadə 
olunur. Bu, Müalicəvi gimnastika hesab edilir.
Gimnastika qədim olimpiya oyunlarında olub. 
Müasir dövrdə müxtəlif gimnastika sistemləri yaranmağa başladı. 
Fransada – hərbi tətbiqi – 
müharibə zamanı müxtəlif maneələri dəf 
etmək vasitəsi.


RAUF NEMƏTZADƏ 0505197646 
Almaniyada – atletik – 
mürəkkəb hərəkətləri və alətlərdə icra edilən 
hərəki imkanları inkişaf etdirən vasitə; 
İsveçrədə – gigyenik – 
sağlamlığın möhkəmləndirilməsi və fiziki 
qüvvənin inkişafı vasitəsi; 


RAUF NEMƏTZADƏ 0505197646 
Gimnastika 5 idman növündən kimi 
1896 – 
cı ildə keçirilən I ci Yay 
Olimpiya oyunlarının proqramına daxil edilib. Belçikanın L JE
vilayətində Beynəlxalq Gimnastika Federasiyası (FİJ) 
1881 – 
ci ildə 
yaradılıb. Yaradıcısı Nicolas Kuperus olub. Ən qədim yaranan
federasiya girmnastika federasiyasıdı. 
Azərbaycanda yaranma tarixi 
– Azərbaycanda 
1920 –
ci ildə ilk 
“Bədən tərbiyəsi cəmiyyəti” yaradılmışdır. Lakin, o dövrdə gimnastika 
o qədər də inkişaf etməmişdi. İlk gimnastika çıxışları 
1925 və 1926 –
cı 
illərdə bayram proqramlarına salındı. 
1930 –
cu ildə Bakıda ilk dəfə 
gimnastika üzrə yariş keçirildi. Azərbaycan gimnastika federasiyası
1956 – 
cı ildə yaradılıb. Azərbaycan Beynəlxalq Gimnastika 
Federasiyası isə 
1993 – 
cü ildə təsis edilib və həmin ildə də 
Beynəlxalq Gimnastika Federasiyasının və Avropa Gimnastika 
Federasiyasının (FEJ) üzvü olub. Azərbaycanın Birinci vitse – 
prezidenti Mehriban Əliyeva 
2002 –
ci ildə Аzərbаycаn Gimnаstika
Fеdеrаsiyаsının prеzidеnti sеçildikdən sоnrа bu sаhədə mühüm 
inкişаf bаşlаndı. Gimnаstlаrımız müхtəlif miqyаslı bеynəlхаlq
yаrışlаrdа uğurlа çıхış еdir, ölкəmizdə mötəbər gimnаstikа yarışlаrı
həyаtа кеçirilir. 
Gimnastikanın 9 növü vardır. 
1. Bədii gimnastika; 
2. Kişi idman gimnastikası; 
3. Qadın idman gimnastikası; 
4. Batut gimnastikasi, tramblinq; 
5. Akrobatika gimnastikası; 
6. Aerobika gimnastikası; 


RAUF NEMƏTZADƏ 0505197646 
7. Gimnastika hamı üçün; 
8. TeamGym; 
9. Parkur. 
1. BƏDİİ GİMNASTİKA 
– İsveçdə yaranmışdır. Aktyorluq, balet, musiqi 
və Pantomim ilə birlikdə nümayiş olunur. Bədii gimnastika 
turnirlərində yalnız qadınlar iştirak edirdilər. 
Bədii gimnastikanın 
özünə xas qaydaları və qiymətləndirmə sistemi var. Bədii gimnastika
idman növü kimi XIX əsrdə formalaşmağa başlayıb. Fransız fizioloq
və pedaqoq Corc Deneni tərəfindən. Bədii 
gimnastika üzrə ilk dünya çempionatı 
1963 –
cü ildə Budapeştdə 
keçirilib.
1978 –
ci ildə isə Avropa çempionatı keçirilib. Bu İdman 
növü Olimpiya oyunlarının proqramına 
1984 – 
cü ildə daxil edilib. 
Məhz həmin İldən etibarən bədii gimnastlar Olimpiya oyunlarında 
iştirak edirlər. 
Həm incəsənət həm də idman növü olan bədii gimnastika özündə
iki yarış proqramını birləşdirir.
Fərdi çıxışlar və qrup hərəkətləri. 
Hər bir qrup komandası
5
əsas və
1
ehtiyatda olan gimnastdan
ibarətdir olur. Ehtiyatda olan gimnast
2
hərəkətdən birində çıxış
etməlidir.
5
nəfər nəfərdən ibarət olan komanda
2
alətdə çıxış
etməlidir.
3
nəfər
1
alətdə, 
2
nəfər isə
1
alətdə. Fərdi çıxışlar isə
4
alətdə
4
hərəkəti yerinə yetirməlidirlər Bəsdi gimnastikada
idmançılar xalça üzərində və musiqi müşayiəti ilə çıxış edirlər.
Xalçanın eni uzunu
13×13 
metrdir. Hərəkətlər fərdi çıxış üzrə
90 san, 
komandalı çıxış isə
150 san
ərzində yerinə yetirilir.


Bədii gimnastlar

alətdə çıxış edirlər.
HALQA, TOP, GÜRZLƏR,
LENT VƏ İP.
Bir qayda olaraq böyük gimnastlar iplə hərəkətlərdən
başqa digər bütün alətlərdə çıxış edirlər. Yeniyetmə idmançılar isə
hər iki alətdən bir alətlər dəyişir. Bədii gimnastikada yalnız
çoxnövçülük Olimpiya növü sayılır.
Azərbaycanda yaranma tarixi – 
Azərbaycanda bədii gimnastikanın 
yaranma və inkişaf tarixi XX əsrin 40-cı illərinə təsadüf edir. Ölkədə bu 
idman növünün formalaşması Nadejda Merkulovanın adı ilə bağlıdır. 
Azərbaycan gimnastları beynəlxalq arenada SSRİ yığmasının tərkibində 
çıxış edirdilər. Bu gimnastlar arasında ilk olaraq Lina Vinnikova 1961-ci 
ildə Almaniyada keçirilən 1-ci Ümumdünya gimnastika turnirində 
iştirak etmişdir. Milli gimnastika tarixində ilk dəfə olaraq Afina-2004 
Olimpiya Oyunlarına lisenziya qazandı. Bu yarışda Azərbaycanı Anna 
Qurbanova təmsil edərək, zədə səbəbindən Olimpiadada iştirak edə 
bilməyən komanda yoldaşı Dinarə Gimatovanı əvəz etdi. 
Bədii gimnastların çıxış etdiyi alətlərlərə tanış olaq. 
1. HALQA –
Plasstikdən və ya polietilendən hazırlanır. Halqanın
diametri
70 – 90 sm
olur. (gimnastın boyundan aslı olaraq) çəkisi
isə
300 qr 
olur. Halqa birrəngli və çoxrəngli ola bilər. 


RAUF NEMƏTZADƏ 0505197646 
2. TOP –
rezindən və ya rezin kimi elastik olan sintaktik
matrealdan hazırlanır. Diametri
18 – 20 sm, 
çəkisi
400 qr 
olan top
istənilən rəngdə ola bilər və bu aləti gimnastın əlində rahat tuta
bilməsi vacibdir. 
3. GÜRZLƏR – 
Plastikdən və ya kauçukdan hazırlanır. Gürzlərin
uzunluğu
40 – 50 sm 
olur. Gimnastlar iki gürz ilə çıxış edirlər. Hər
bir gürzün çəkisi
150 qr
olur. Gürzlər birrəngli və sərbəst şəkildə
bəzədilmiş ola bilər. 


RAUF NEMƏTZADƏ 0505197646 
4. LENT –
Çubuqdan və lentdən ibarətdir. Çubuq silindirik və
konus formasında olur. Əsasən orqanik şüşə və ya plastikdən
hazırlanır. Böyük gimnastlar üçün uzunluğu
6m,
yeniyetmə
gimnastlar üçün
5m 
olur. Kentin eni isə
4 – 6 sm 
olur. 


5. İP – 
İpin tutacaqları olmur, lakin onun uclarının düyünlənməsinə
və yandırılmasına icazə verilir. Xarici görünüşü kəndirə bənzəyən
ip çətənə lifi və ya neylondan hazırlanır. Bu alətin uzunluğu
gimnastın boyunun uzunluğuna proporsinal olmaq şərti ilə istənilən
rəngdə ola bilər. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
2. KİŞİ İDMAN GİMNASTİKASI –
1896 –
cı ildə Afinada keçirilən ilk 
Olimpiya Oyunlarının proqramına salınan idman növləri arasında kişi
idman gimnastikası da yer alıb. İdman gimnastikası üzrə İlk dünya 
çempitonatı FİQ in əsasını qoymuş belçikalı N.C.Kuperusun təşəbbüsü
İlə 
1903 –
çü ildə Antverpendə keçirilib.
1903 –
cü ildən 
1913 – 
cü ilə 
qədər dünya Çempionatları iki ildən bir, 1922 – ci ildən isə dörd ildən
bir keçirilib. FİQ-nin
1977 – 
ci ildə düzənlənən konqresi gimnastika 
üzrə dünya çempionatlarının yenidən iki İldən bir keçirilməsi
haqqında qərar qəbul edib. Avropa çempionatı isə 
1969 –
cu ildən 
etibarən təşkil olunub.
Azərbaycanda inkişafı – 
İdman gimnastikası Azərbaycanda keçən əsrin 
30 –
cu illərindən etibarən inkişaf etməyə başlayıb. 
1939 –
cu ildə 
Bakıda ilk respublika çempionatı keçirilib. Azərbaycanın ən məhşur 
idman gimnastı Valeri Belenki 
1969 – 
cu ildə Bakıda anadan olub. 
1991 –
ci ildə Dünya kubokunu qazanan V.Belenki 
1992 –
ci ildə 
Barselonada keçirilən
XXV
Olimpiya Oyunlarında MDB komandası 
tərkibində çempion adını qazanıb, şəxsi birincilikdə isə bürünc medala 
sahib olub. 
1995 –
ci ildə Avropa çempionatının bürünc mükafatını, 
atla yarışlarda isə qitə çempionu adını qazanıb.
2015 –
ci ildə Bakı 
şəhərində keçirilən Birinci Avropa Oyunlarında Oleq Stepko, Pyotr 
Paxnyuk və Eldar Səfərov komanda hesabında Azərbaycana bürünc 
medal qazandırmışlar. 
Kişi idman gimnastikası Olimpiya idman növüdür və

gimnastika
alətində çıxış edirlər. 
1.
Xalça üzərində (sərbəst hərəkətlər) 2. 
Dəstəli at. 3. Halqalar. 4. Dayaqlı tullanma. 5. Paralel
qollar. 6. Turnikdə hərəkətlər.
Olimpiya oyunlarında 8dəst
medal oynanılır. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
1. FƏRDİ ÇIXIŞ XALÇA ÜZƏRİNDƏ – 
Sərbəst hərəkətlər ölçüsü
12×12 m 
olan gimnastika xalçasında yerinə yetirilir. Xalça ətrafında
eni
1 m
olan təhlükəsizlik sərhədi keçir. Sərbəst hərəkətlər ayrı – 
ayrı elementlərin (mayallaq aşmaq, salto, şpaqat və s)
kombinasıyasını birləşdirir. Çıxış zamanı idmançılar maksimal
dərəcədə xalçanın bütün sahəsini istifadə etməlidirlər. Çıxılar
70 
san 
ərzində yerinə yetirilir və musiqisiz. 
2. DƏSTƏLİ AT ÜZƏRİNDƏ HƏRƏKƏTLƏR –
Ayaqlarla hərəkətləri
icra etməyə imkan dəstəli alətdir. Gimnastika atının hündürlüyü 
1.15 m, 
eni 
35 sm, 
uzunluğu 
1.60m 
olur. Dəstənin uzunluğu
12sm, 
arasındakı məsafə
40 – 45 sm 
olur.
Hərəkətlər fırlanma həmçinin
alətdə əllər üzərində dayanaraq alətin bütün sahəsindən istifadə
edilərək icra olunur. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
3. HALQALARDA HƏRƏKƏTLƏR – 
Bu alət diametri 
18 sm
olan iki 
halqadan ibarətdir və yerdən 
2.8 m
hündürlükdə yerləşir. Halqalar 
arasında məsafə isə 
50 sm
təşkil edir. Halqalarda çıxışın əsasını 
qolaylanma, güc və statik elementlər təşkil edir. Gimnastların çıxış 
proqramı əllərdə duruş, qolaylanma, burulma və s. elementlərdən 
ibarət olur. Bu hərəkətlər idmançının yalnız elastikliyini deyil, həm də 
gücünü nümayiş etdirir. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
4. DAYAQLI TULLANMA HƏRƏKƏTLƏRİ – 
Dayaqlı tullanma alətinin 
hündürlüyü 
135 sm,
uzunluğu (dayaq hissəsi)
1.20 m,
eni
95 sm
təşkil 
edir. Qaçış cığırının uzunluğu 
25 m,
eni isə 
1
metrdir. Ən sürətli alət 
sayılan dayaqlı tullanmada hərəkət əlavə təkandan istifadə edilərək 
qaçışla həyata keçirilir. İdmançı xüsusi cığırda qaçaraq, amortizasiya 
qurğulu körpücükdən ayaqları ilə itələnərək, alətdən əlləri ilə əlavə 
təkan verir. İdmançı yerə enərək çıxışını bitirənə kimi nə qədər çox 
fırlanma və vint elementləri icra edərsə, proqramı daha çətin hesab 
olunar və daha yüksək xal alar. 
5. PARALEL QOLLAR – 
Alətin yerdən hündürlüyü 
2 m
, uzunluğu isə 
3.5 
m
təşkil edir. Bu alətin hündürlüyü gimnastın göstəricilərinə uyğun 
olması üçün tənzimlənə bilər. Gimnast qolların yuxarı hissəsində
dayaq və asılma vəziyyətindən müxtəlif qolaylanma və uçuş
elementləri icra edir. Paralel qollarda hərəkətləri yerinə yetirərkən 
elementlər bir – birini rəvan şəkildə əvəz etməlidir. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
6. TURNİK ÜZƏRİNDƏ HƏRƏKƏTLƏR – 
Turnikin hündürlüyü 
2.8 m
, eni 
2.4 m,
diametri isə 
2.8 sm
təşkil edir. Turnikdə nümayiş olunan 
hərəkətlər möhtəşəmliyi ilə daha cəlbedicidir. Çıxış zamanı gimnast 
fasiləsiz olaraq qolaylanma, müxtəlif tutma, əlləri alətdən çəkərək 
yenidən tutma, fırlanma elementləri və uçuş elementləri, o cümlədən 
həmin elementlərin birindən digərinə dəqiqliklə keçid hərəkətlərini 
nümayiş etdirməlidir. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
3. QADIN İDMAN GİMNASTİKASI – 
Qadın idman gimnastikasının tarixi 
kökləri qədim dövrlərə gedib çıxır. Qədim zamanların Olimpiya 
Oyunlarında qadınlar iştirak etməsələr də, qədim Yunanıstanda onlar 
gimnastika ilə məşğul olurdular. Roma imperiyası dövründə gimnastika 
hərəkətləri daha çox ordunun gücləndirilməsi üçün istifadə 
olunduğundan, idmanla məşğul olmağa daha çox cəmiyyətin yüksək 
təbəqəsinə aid qadınlar meyl göstərirmişlər. 
İlk dəfə qadınların qatıldığı
1928 – 
ci ildə Amsterdamda (Niderland) 
keçirilən Olimpiya Oyunlarında yalnız komanda hesabında yarış baş 
tutdu. Çoxnövçülük və komanda hesabında yarışlarla yanaşı, 
4
alət 
üzərində müasir yarışlar formatı ilk dəfə olaraq
1952 – 
ci ildə 
Helsinkidə (Finlandiya) təşkil olunan Olimpiya Oyunlarında meydana 
gəldi. Olimpiya oyunlarında qadınlar

dəst medal uğrunda
mübarizə aparır. 
Qadın idman gimnastikası üzrə ilk Dünya Çempionatı 
1934 – 
cü ildə 
Budapeştdə (Macarıstan) keçirilmişdir. Müasir dövrdə isə Dünya 
çempionatları Olimpiada keçirildiyi il istisna olmaqla hər il təşkil edilir.
Avropa çempionatı isə
1969 – 
cu ildə. 
Azərbaycanda inkişafı –
Azərbaycanda qadın idman gimnastikası 
ötən əsrin
30 – 
cu illərindən ikişaf etməyə başlamışdır. Təəssüflər 
olsun ki, SSRİ dağıldıqdan sonra, qadın idman gimnastikası ölkəmizdə 
artıq mövcud olmamışdır. Qadın idman gimnastikasının 
2013 –
cü ilin 
sonlarından etibarən ölkəmizdə inkişaf etdirilməsinə, 
2015 –
ci ildə 
Bakıda təşkil edilmiş 1 – ci Avropa Oyunlarının proqramına daxil olması 
təkan vermişdir.
RAUF NEMƏTZADƏ 050-519-76-46 


2017 –
ci ildə Bakıda keçirilən 
4 – 
cü İslam Həmrəyliyi Oyunları 
çərçivəsində qadın idman gimnastikası üzrə yarışlarda gimnastlarımız 
ümumilikdə

medal qazandılar (2 qızıl medal – komanda hesabı 
(Yuliya İnşina, Marina Nekrasova, Yekaterina Tişkova), sərbəst 
hərəkətlər (Yuliya İnşina); 3 gümüş medal – dayaqlı tullanma (Marina 
Nekrasova), müxtəlif hündürlüklü qollar (Yekaterina Tişkova), 
gimnastika tiri (Marina Nekrasova); 1 bürünc medal – gimnastika tiri 
(Yuliya İnşina)).
Ölkəmiz qadın idman gimnastikası tarixində ilk dəfə olaraq Tokio-2020 
Olimpiya Oyunlarında bu növ yarışlarda təmsil olundu. Bu iştirakı 
gimnast Marina Nekrasova 
2019 – cu
ildə Ştutqartda (Almaniya) 
keçirilmiş Dünya Çempionatında çoxnövçülük üzrə təsnifat 
mərhələsində yetərli xal toplayaraq təmin etmişdir.
Qadın idman gimnastikasında hərəkətlər 

alət üzərində icra olunur: 
1. dayaqlı tullanma, 2.müxtəlif hündürlüklü qollar, 3.gimnastika tiri. 4. 
sərbəst hərəkətlər.
Bir qayda olaraq hər bir məşhur idman gimnastının 
özünü tam sərbəst hiss etdiyi və bütün dünyada çıxışları ilə yadda 
qaldığı sevimli aləti və ya alətləri vardır. 
1. DAYAQLI TULLANMA – 
Dayaqlı tullanma alətinin hündürlüyü 
125 
sm
, uzunluğu (dayaq hissəsi) 
1.20 m, eni 95 sm
təşkil edir. Qaçış 
cığırının uzunluğu 
25 m, eni isə 1 metrdir
. Ən sürətli alət sayılan 
dayaqlı tullanmada hərəkət əlavə təkandan istifadə edilərək qaçışla 
həyata keçirilir. İdmançı çıxışı zamanı nə qədər çox fırlanma və vint 
elementləri icra edərsə, proqramı daha çətin hesab olunar və daha 
yüksək xal alar. Dayaqlı tullanmalar maksimal hündürlük və amplituda 
ilə nümayiş olunmalıdır. 
RAUF NEMƏTZADƏ 050-519-76-46 


2. MÜXTƏLİF HÜNDÜRLÜKLÜ QOLLAR –
Bu alətdə ən hündür qolun 
yerdən hündürlüyü 
2.5 metr
, alçaq qolun hündürlüyü isə 
1.7 metrdir

Onların arasındakı məsafə 
180 santimetrdir.
Əgər gimnast hündür 
boya malikdirsə, gimnastın xahişi ilə yuxarıdakı qolun hündürlüyü
10 
sm
də artırıla bilər. Müxtəlif hündürlüklü qollarda çıxışlar zamanı 
idmançıdan önə və arxaya edilən fırlanmalar, alətdən tutmaların 
yerinin dəyişdirilməsi və ən azı alətdən bir dəfə əlini çəkib yenidən 
tutma bacarığını nümayiş etdirmək tələb olunur. Çıxış adətən 
yaddaqalan enmə ilə yekunlaşmalıdır. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
3. GİMNASTİKA TİRİ –
Alətin hündürlüyü yerdən 
125 m, tirin eni 10 
sm, uzunluğu isə 5 metrdir.
Gimnastika tiri üzərində hərəkətlər rəqs 
addımları, tullanışlar, dönmələr, tarazlıq, aşma və saltolar daxil 
müxtəlif növ akrobatik elementlərdən ibarət olur. Gimnastlar zəriflik, 
elastiklik, ritm və dözümlülük sərgiləmək üçün alətin bütün 
uzunluğundan istifadə etməlidirlər. Alətdən enmə zamanı bir sıra 
akrobatik elementlərin icrası isə çıxışı kifayət qədər həyəcanverici edir. 
4. SƏRBƏST HƏRƏKƏTLƏR – 
Sərbəst hərəkətlər ölçüsü 
12x12 m və 
əlavə 1 m 
“məhdudlaşdırıcı təhlükəsizlik xətti” ilə əhatə olunmuş 
xüsusi gimnastika xalçasında yerinə yetirilir. Musiqi müşayiəti ilə icra 
olunan sərbəst hərəkətlər rəqs ardıcıllığı və akrobatik elementləri 
özündə birləşdirməlidir. Gimnast çıxış zamanı yalnız müəyyən olunmuş 
hərəkətlərin icrası ilə kifayətlənməməli, eyni zamanda özünü ifadə 
etməlidir. Hakimlərdən yüksək xal almaq üçün çıxış özünəməxsusluq, 
orijinallıq, kamillik, ustalıq və artistizm ilə seçilməlidi.


RAUF NEMƏTZADƏ 050-519-76-46 
.


4. BATUT GİMNASTİKASI, TRAMBLİNQ (tullanmaq – sıçramaq) –
Batut gimnastikasının yaranması amerikalı gimnast Corc Nissenin adı 
ilə bağlıdır. 
1934 – cü 
ildə sirkdə akrobatların elastik təhlükəsizlik 
torunun üzərinə enməsi və təkan götürərək akrobatik elementlərin 
icrasından ilhamlanan C.Nissen batut alətinin ilk prototipini hazırlamış 
və ona ispan mənşəli söz olan “tramplin” adını vermişdir. 
Dünya çempionatı
1964 – cü
ildə Londonda (Böyük Britaniya) keçirilib.
Batut gimnastikası üzrə fərdi çıxışlar ilk dəfə 
2000 – ci 
ildə Sidneydə 
keçirilən Olimpiya Oyunlarında təmsil olundu. Hazırda bu növ üzrə 
Dünya Çempionatı Olimpiya Oyunlarının keçirildiyi il istisna olmaqla 
hər il keçirilir.
Azərbaycanda inkişafı –
Batut gimnastikasının 
2013 – cü
ilin 
sonlarından etibarən ölkəmizdə inkişafına, 
2015 – ci
ildə Bakıda təşkil 
edilmiş 1 – ci Avropa Oyunlarının proqramına daxil edilməsi təkan 
vermişdir. Bütün yeni inkişafa qədəm qoymuş gimnastika növlərində 
olduğu kimi, burada da ilkin mərhələdə yığma komandaya xarici 
idmançı və mütəxəssislər cəlb edilmişdir. Bakıdakı Avropa Oyunları 
çərçivəsində batut gimnastikası üzrə fərdi proqramda çıxış edən 
batutçumuz İlya Qrişunin bürünc medal qazanmışdır.
Batut gimnastikasına kişi və qadınlar tərəfindən icra olunan batut 
üzərində fərdi və sinxron çıxışlar, ikili mini – batut və akrobatika 
cığırında (tamblinq) hərəkətlər aiddir. Bunlardan yalnız batut üzərində 
fərdi çıxışlar Olimpiya Oyunlarının proqramına daxildir. 
Batutda idmançı hərəkətləri
3
vəziyyətdə icra edir. 
1. Bükülü. 
2. Qruplaşmış. 
3. Düz. 
RAUF NEMƏTZADƏ 050-519-76-46


1. BATUT ÜZƏRİNDƏ FƏRDİ HƏRƏKƏTLƏR –
Batut metal yaylarla 
bərkidilən, çox möhkəm dartılmış və hörülmüş tordan ibarət bir 
alətdir. Gimnastlar batut üzərində təxminən 
10
metrə qədər 
hündürlüyə tullanaraq havada ardıcıl və fasiləsiz 
10
element yerinə 
yetirirlər. Proqramın nümayişi zamanı əsas hədəf torun mərkəzindən 
uzaqlaşmadan və mümkün qədər yüksəklikdə daha çətin elementlərin 
icrasıdır. İdmançı dönmələr, ayaqdan ayağa, ayaqdan belə, qarına 
doğru və ya qruplaşmış vəziyyətdə yüksək, fasiləsiz, ritmik tullanışlar 
yerinə yetirməlidir. 
2. BATUT ÜZƏRİNDƏ SİNXRON HƏRƏKƏTLƏR – 
Kişi və qadınlar 
arasında yarışlarda 
2
gimnast yanaşı yerləşdirilmiş iki batut üzərində 
eyni hərəkətləri yerinə yetirirlər və üzləri eyni tərəfə dayanmaqla 
çıxışa başlamalıdırlar. Onların hər ikisinin eyni istiqamətdə fırlanması
və ya dönməsi tələb olumur. 
RAUF NEMƏTZADƏ 050-519-76-46 


3. İKİLİ MİNİ – BATUT – 
Bu alət uzun qaçış cığırının sonunda yerləşən 
iki – maili və düz batutdan ibarətdir. Yarış zamanı gimnast sürətlə maili 
batut istiqamətində qaçaraq ondan havaya atılmaq üçün istifadə edir, 
batuta enməzdən əvvəl bir neçə fırlanma və vint hərəkətlərini icra 
edir, və ikinci, adətən daha çətin dönmə və vint hərəkətlərinin 
seriyasını yerinə yetirmək üçün dərhal təkan götürür. İkinci element 
ikili mini-batutun arxasında yerləşən enmə döşəyinin üzərində sona 
çatır. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
4. TRAMBLİNQ –
İdmançılar uzunluğu 
25, eni 2 metr
olan xüsusi 
akrobatika cığırında çevik, canlandırıcı baraban ritminə bənzər şəkildə 
fırlanma və dönmə elementlərini nümayiş etdirirlər. Gimnastlar
dönmə və fırlanma elementləri seriyasının icrasına başlamazdan əvvəl 
sürət yığmaq üçün uzunluğu 
10 metr
olan qaçış zolağından istifadə 
edirlər. Akrobatika cığırının sonunda çıxışın kulminasiya nöqtəsi 
sayılan, adətən ən çətin və ən baxımlı element olan enmənin yerinə
yetirilməsi üçün yumşaq enmə matları yerləşdirilir. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin