İşgəncəyə məruz qalmama hüququ Right to not to be exposed to torture Torture – what is it?



Yüklə 475 b.
tarix07.12.2016
ölçüsü475 b.


İşgəncəyə məruz qalmama hüququ


Right to not to be exposed to torture

  • Torture – what is it?

  • Torture and inhuman treatment

  • Torture and degrading treatment

  • Treatment and punishment



Nələr qadağa olunur?

  • Ümumi adla işgəncə qadağası, geniş çeşidli rəftar və cəzaları əhatə edir. Lakin heç də bütün pis rəftarları və ya cəzaları qadağan edilən hərəkətlərdən biri kimi tövsif etmək olmaz. “pis rəftar minimum ağırlıq dərəcəsinə çatmalıdır... Bu minimumun qiymətləndi-rilməsi istər-istəməz nisbi xarakter daşıyır; bu, işin bütün hallarından, məsələn, rəftarın müddətindən, onun fiziki və ruhi nəticələrindən və bəzi hallarda qurba-nın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır



İşgəncə ilə digər pis rəftar formaları arasında fərq

  • İşgəncə ilə digər qadağan olunan rəftar və ya cəza formaları arasında fərq, əsasən, şəxsin məruz qaldığı əzabın ağırlıq dərəcəsində ifadə olunur. Bundan əlavə, işgəncə yuxarıda qeyd olunan konkret məqsədin olmasını tələb etdiyi halda, pis rəftarın digər formaları bunu tələb etmir. Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar qəsd niyyətilə törədilən hərəkətdən daha çox, tədbir görülmə-məsi nəticəsində baş verən hərəkət ola bilər. Şəxsə ruhi əzab yetirilməsi də qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza hesab edilə bilər.



Fiziki zorakılıq

  • Konkret işdə fiziki zor tətbiqi həmişə işgəncəyə bərabər tutula bilməz, lakin hər halda, mümkündür ki, zor tətbiqi qeyri-insani rəftara yaxud ləyaqəti alçaldan cəzaya bərabər tutulsun. Qeyri-insani rəftar məsələsi əksər hallarda həbsdə olan şəxslər barəsində mey-dana çıxır. Məsələn, polis əməkdaşları tərəfindən döyülmə qeyri-insani rəftara bərabər hesab edilir. Ümumiyyətlə desək, döyülmələr nisbətən az xəsarətə səbəb olduqda və onların fiziki və psixoloji təsiri uzunmüddətli olmadıqda, AİHM böyük ehtimalla belə hesab edir ki, qurban işgəncəyə yox, qeyri-insani rəftara məruz qalıb.



Ruhi əzab

  • Fiziki əzabdan daha çox ruhi əzaba səbəb olan rəftar qeyri-insani rəftar hesab edilə bilər. Qurbanın zor tətbiqi ilə hədələnməsi, həmin hədələr kifayət qədər real və birbaşa təhlükə doğurursa, qeyri-insani rəftar təşkil edə bilər. Hədələrin bu cür rəftar kimi qiymətləndirilməsi üçün onların şəxsə adətən qeyri-insani rəftar hesab edilən dərəcədə əzab gətirdiyi təsdiqlənməlidir. Dövlət qurbanın yoxa çıxmasının onun ailəsinə gətirdiyi ruhi əzaba görə də cavabdeh hesab edilə bilər.



Ləyaqətin alçaldılması

  • Rəftarın ləyaqəti alçaldan rəftar və ya cəza kimi tövsif edilməsi üçün sözügedən rəftar konkret ağırlıq dərəcəsi həddinə çatmalıdır. Rəftar o halda ləyaqəti alçaldan rəftar kimi sayıla bilər ki, o: “qurbanları başqaları qarşısında kobud surətdə alçaldır və ya onların fiziki və ya mənəvi müqavimətini qıra bilən qorxu, əzab və acizlik hisslərinin yaranmasına səbəb olsun”.

  • 3-cü maddənin məqsədləri baxımından əhəmiyyətli olan təkcə bu deyil ki, şəxs ittiham hökmü ilə alçaldılmış olsun, həm də odur ki, təyin edilən cəzanın icrası onu alçaltmış olsun. Əgər qurban öz gözündə alçalırsa, bu, kifayətdir.

  • Şəxsin həbsdə saxlanma şəraiti də ləyaqəti alçaldan rəftara bərabər ola bilər.



Işgəncə nədir?

  • 1984 tarixli BMT Konvensiyası işgəncəyi belə tərif edir (maddə 1):

  • 1)işgəncə, bir hərəkətdir; 2) Bu hərəkət ağır (şiddətli) acı yada izdirab verir; 3) Bu təsirler, fiziki ya da zehni səviyədə ola bilər; 4) Bu hərəkət, qəsdən törədilməlidir; 5) Bu hərəkətin məqsədləri bunlar ola bilər: a) Birbaşa şəxsin özündən ya da üçüncü şəxsdən etiraf təmin etmek, b) Birbaşa zərər çəkmişdən ya da üçüncü şəxsin törətdiyi bir cinayətdən yahut törətməklə şüphələndiyi üçün cezalandırmak, c) Birbaşa şəxsin özünü ya da üçüncü şəxsi qorxutmaq ya da itaatə məcbur etmək, d) bu hərəkət, ayrı-seçkiliyin hər hansı növünə görə də törədilə bilər,



İşgəncə nədir?

  • e) bu hərəkəti bir məmur adına hərəkət edən başqa bir insan da törədə bilər, g) göstərilən şəxslər bu hərəkəti ya birbaşa törədərlər ya da hərəkət bu kimselerin qışkırtması ya da rıza göstermesi yaxud bunlara razı olub ses çıxarmamaları ilə reallaşa bilər, f) hüquqa uygun verilen acı ve ızdıraplar yuxarıda sayılan acı ve izdırab sayılmaz, yani işgəncə tanımına girmir.



What is torture?

  • Birincisi, işgəncə hadisəsində, davranış şəxsə ağır acı və izdirab verməlidir. Şəxslər üzərində konkret ya da bilinçli acı ya da izdirab duymaları nəticəsini verməyən, lakin şəxsin bütünlüyünə təcavüz olan (doğru söylətmə iynələri kimi), onun iradəsini pozan, toxunulmaz şəxsiyyət alanında təxribat törədən zehni kontrol texnikləri bəzən tətbiq edilir. Bu səbəblə bu cür davranışlar BM Işgəncəyi Önləmə Sözləşməsi çərçivəsindəki “işgəncə” tərifinə girmir.



3-cü maddə və CPT

  • Avropa İşgəncənin qarşısının alınmasına dair Konvensiyanın Preambulasında açıq açıq göstərilir ki, CPT və onun fəaliyyəti, AİHK 3-cü maddəsinə görə hüquqları pozulduqları iddia edən şəxslərə tətbiq edilir. Beləliklə, CPT, onun standartları, dolayı olaraq, AİHK bir parçası kimi nəzərə alınmalıdır.



Hüququn mütləq xarakteri Sqbutetmə yükü

  • Hətta ən çətin şəraitdə belə məsələn mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə şəraitində belə Konvensiya işgəncəni,qeyri insani rəftarı mütləq mənada qadağan edir.(AKSOY Ttürkiyəyə qarşı)



Sübutetmə yükü

  • Ərizəçi (vətəndaş) işgəncə, pis rəftara və ya cəzaya məruz qaldığını sübut etmək vəzifəsini daşıyır. Sübutetmə standartı “ağlabatan şübhə yeri qoymayan” sübutdan ibarətdir. Hər halda, bu cür sübut kifayət qədər güclü, aydın və bir-biri ilə uzlaşan nəticələrdən və ya təkzibedilməz ehtimallardan irəli gələ bilər. Məhkəmə faktlardan irəli gələn bu nəticələrin və ya təkzibedilməz ehtimalların nədən ibarət olduğunu aydın edir.



Sübutetmə yükü

  • Lakin şəxs həbsxanaya sağlam vəziyyətdə salındıqda və azadlığa buraxıl-dıqdan sonra onun xəsarət alması məlum olduqda, sübutetmə yükü ərizəçidən dövlətə keçir. Belə hallarda xəsarətin səbəbləri barədə inandırıcı izahat vermək dövlətin borcudur. Bununla bərabər, ərizəçi mümkün olduğu qədəri ilə bu xəsarətləri tibbi sənədlərlə müəyyən etməlidir, əlbəttə ki, nəzarət altında və həbsdə saxlandıqda məhbus bu imkandan məhrum olur.



Hüququn mütləq xarakteri Sqbutetmə yükü

  • Hətta ən çətin şəraitdə belə məsələn mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə şəraitində belə Konvensiya işgəncəni,qeyri insani rəftarı mütləq mənada qadağan edir.(AKSOY Ttürkiyəyə qarşı)



Dövlətin öhdəlikləri

  • Dövlətlər işgəncə hərəkətlərini və pis rəftarın digər formalarını həyata keçirməkdən çəkinmək öhdəliyini daşıyırlar. Dövlətlər 3-cü maddəyə zidd olan hərəkətlərdən xəbərdar olmadıqlarını iddia edərək həmin hərəkətlərə görə məsuliyyətdən yaxa qurtara bilməzlər.

  • Fərdi intizamsızlıq (sistematik olmayan) hərəkətlərinin baş verdiyi aşkar edilərsə, məsələn, müstəntiqin şübhəli şəxsi döydüyü ortaya çıxarsa və dövlət də müvafiq tədbirlər görərsə, o halda dövlət 3-cü maddədə nəzərdə tutulan rəftara görə məsuliyyətdən yaxa qurtara bilər. Dövlət məsuliyyət daşıyan şəxslər barəsində ciddi intizam tədbirləri və belə hərəkətlərin təkrar olunmamasını təmin etmək üçün tədbirlər görməlidir.



CAT İşgəncələrin qadağan olunması haqqında BMT Konvensiyanın 2-ci maddəsini şərh edərkən bildirib ki, Konvensiya şəxslərin üzərinə deyil, dövlətlərin üzərinə öhdəliklər qoyur. Həmçinin, qeyd olunur ki, işgəncə və pis rəftar qadağalarına dair öhdəliklərin əhatə dairəsi təkcə həbsxanalarla məhdudlaşmır, dövlət qulluqçularının və ya hər hansı bir şəkildə dövləti təmsil edən, onun mənafeyinə hərəkət edən hər bir şəxsin hərəkətləri də işgəncə və pis rəftar qadağasına tabedir. Belə ki, xəstəxanalar, məktəblər, uşaqların qeydinə qalan müəssisələr, qocalar evləri, əqli cəhətdən zəif və əlillər üçün müəssisələr, hərbi xidmət və başqa müəssisələr də işgəncə qadağasının tətbiq olunduğu sahələrdir.

  • CAT İşgəncələrin qadağan olunması haqqında BMT Konvensiyanın 2-ci maddəsini şərh edərkən bildirib ki, Konvensiya şəxslərin üzərinə deyil, dövlətlərin üzərinə öhdəliklər qoyur. Həmçinin, qeyd olunur ki, işgəncə və pis rəftar qadağalarına dair öhdəliklərin əhatə dairəsi təkcə həbsxanalarla məhdudlaşmır, dövlət qulluqçularının və ya hər hansı bir şəkildə dövləti təmsil edən, onun mənafeyinə hərəkət edən hər bir şəxsin hərəkətləri də işgəncə və pis rəftar qadağasına tabedir. Belə ki, xəstəxanalar, məktəblər, uşaqların qeydinə qalan müəssisələr, qocalar evləri, əqli cəhətdən zəif və əlillər üçün müəssisələr, hərbi xidmət və başqa müəssisələr də işgəncə qadağasının tətbiq olunduğu sahələrdir.



Pozitiv öhdəliklər

  • İşgəncəni və sair hərəkətləri həyata keçirməmək öhdəliyindən irəli gələn pozitiv öhdəliklər, yuxarıda qeyd edildiyi kimi, məsuliyyət daşıyan şəxslərə qarşı tədbir görmək öhdəliyini ehtiva edir. Praktiki səviyyədə bu öhdəlik, adətən, tələb edir ki, polis və hərbi personalın öz səlahiyyətlərini qanun əsasında tətbiqini təmin etmək üçün dövlətlər onlara təlim keçilsin. Eləcə də bu öhdəliklərə, yurisdiksiyaları altın-da olan bütün şəxslərin 3-cü maddədə nəzərdə tutulan pis rəftardan qorunmasını təmin etmək üçün dövlətlərin gördüyü daha ümumi tədbirlər aiddir. Bunlara belə rəftarın baş verməsinin qarşısını almaq üçün dövlətlərin gördüyü tədbirlər aiddir.

  • Pis rəftar özəl şəxslər tərəfindən baş verdikdə belə, uşaqlar və əlverişsiz vəziyyətdə olan digər şəxslər xüsusi diqqətə layiqdirlər. Həmçinin, dövlətlər azadlıqdan məhrum edilmiş şəxslərin sağlamlığını qorumaqdan ibarət pozitiv öhdəlik daşıyırlar.



Prosedur öhdəlikləri

  • fərd polis və ya digər dövlət nümayəndəsi tərəfindən qanunsuz şəkildə və 3-cü maddə pozulmaqla ciddi dərəcədə pis rəftara məruz qalması barədə əsaslı iddia irəli sürdükdə, bu norma (3-cü maddə) AİHK-nın 1-ci maddəsi üzrə dövlətin ümumi öhdəliyi ilə, yəni “yurisdik-siyasında olan hər kəs üçün [bu] Konvensiyanın 1-ci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” öhdəliyi ilə birgə götürülməklə, dolayısı ilə tələb edir ki, səmərəli rəsmi araşdırma aparılsın. Bu araşdırma, AİHK 2-ci maddəsində olduğu kimi, məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnmək iqtidarında olmalıdır.



Pozitiv öhdəlik

  • İşgəncələrin qadağan olunması haqqında Konvensiyanın 2-ci maddəsinə şərh verərkən CAT belə bir məsələyə də aydınlıq gətirdi ki, dövlət qulluqçuları və ya dövlət adından çıxış edən digər şəxslər dövlət adından çıxış etməyən mülki şəxslərin işgəncə və ya pis rəftarla məşğul olduğunu bildikdə və ya belə düşünməyə kifayət qədər əsas olduğu halda, əgər bunun qarşısını almasa, bu işi lazımınca tədqiq edib cəzalandırmasa, onda dövlət məsuliyyət daşıyır və onun rəsmiləri də belə bir hərəkətə razılıq vermiş sayıldıqlarından bu işdə səbəbkar sayılırlar.



İşgəncə qadağasını pozan konkret hallar

  • Həbsdəki insan üzərində fiziki gücdən istifadə etmək

  • Döyülmə və döyülmə hədəsi

  • şəxsin saxlandığı şərait qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabərdirsə, bu halda da 3-cü maddənin pozuntusu mövcud ola bilər. Saxlanma yerində sakin-lərin həddən artıq olması və yatmaq üçün şəraitin olmaması 3-cü maddəyə zidd olan rəftara bərabərdir. Bundan başqa, lazımi qaydada isitmə sisteminin, sanita-riya şəraitinin, qidanın, istirahətin və ətraf aləmlə əlaqələrin olmaması da qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabər ola bilər.



İşgəncə qadağasını pozan konkret hallar

  • Hətta fiziki qəddar rəftar olmadıqda belə həbsdə olan adamın gözlərinin bağlanması, xüsusilə də dindirilmə zamanı gözlərin bağlı saxlanması despotik hərəkətdir və psixoloji kobud rəftarla eyni güclüdür. İQK (=CPT) polisdə həbs-də saxlanılanların gözlərinin bağlanmasının qadağan edilməsini xüsusi olaraq tövsiyə edir.

  • Dindirmə zamanı video qeydin aparılması da yaxşı haldır.



Müvafiq tibbi qulluq

  • Dövlət orqanları azadlıqdan məhrum edilmiş şəxslərin sağlamlığını qoru-maq öhdəliyini daşıyırlar. Müvafiq tibbi qulluğun olmaması 3-cü maddəyə zidd olan rəftara bərabər tutula bilər. İlhan Türkiyəyə qarşı işdə (2000) polis ərizə-çini döydükdən sonra həkimin onu müayinə etməsini 36 saat ərzində təmin etməmişdi və bu, ərizəçinin işgəncəyə məruz qaldığını Məhkəmənin müəyyən etməsində həlledici amil oldu.



Psixlər və əlillər

  • Ruhi xəstəlikdən əziyyət çəkən məhbusların psixiatrik müalicə ilə təmin edilməməsi 3-cü maddənin pozuntusunu təşkil edə bilər. Psixiatrik müalicəyə ehtiyacı olan məhbusların lazımi tibbi müalicə almaması da 3-cü maddənin pozuntusunu təşkil edə bilər. onlar bəzi hallarda hər hansı konkret rəftarın təsirinə məruz qal-maları barədə anlaşılan şəkildə şikayət edə bilmirlər, ya da ümumiyyətlə şikayət edə bilmirlər.

  • Həbs müddətində əlil şəxslər üçün lazımi şəraitin təmin edilməməsi də 3-cü maddəni pozan rəftara bərabər hesab edilə bilər.



Ayrı-seçkilik və ləyaqəti AR

  • İrqə və ya cinsə asaslanan ayrı-seçkilik ləyaqəti alçaldan rəftar hesab edilə bilər. Bu hal eyni zamanda “ayrı-seçkilik qadağasını” pozan hal sayılacaq. İşgəncələrin qadağan olunması haqqında Konvensiyanın 2-ci maddəsinə şərh verərkən CAT qeyd edir ki, tərəf Dövlətlər Konvensiyadan irəli gələn öhdə-liklərini nəzərə alaraq heç bir ayrı-seçkilik qoyulmadan yurisdiksiyası altında olan hər bir kəsə öz qanunvericiliyinin tətbiq olunduğuna zəmanət vermə-lidirlər. Həmçinin qeyd olunur ki, vətəndaşlıq statusu da işgəncə və pis rəftar və ya cəzaya haqq qazandıra bilməz. Komitə bildirir ki, işgəncənin olduğunu müəyyənləşdirərkən ayrı-seçkiliklə edilmiş fiziki və ya ruhi zorakılıq və ya sui-istifadə önəmli faktordur. Komitə israrla qeyd edir ki, cins, gender əsas faktordur.



Xaricdə pis rəftara məruz qalma təhlükəsi

  • Göndəriləcəkləri ölkədə şəxslərin işgəncəyə və ya digər pis rəftar formalarına məruz qalmasına dair real təhlükə vardırsa, o halda 3-cü maddə ekstradisiya və ya deportasiya təhlükəsi altında olan şəxslərə də şamil olunur.

  • “Ölüm gözləmə halı” da AİHM-nə görə 3-cü maddənin pozuntusudur




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə