İnsan qrupunu qəSDƏn məhv etmək siyasəTİ Nəsir Məmmədov, амеа-nın İnsan Hüquqları İnstitutu Açar sözlər



Yüklə 52,62 Kb.
Pdf görüntüsü
tarix21.04.2017
ölçüsü52,62 Kb.
#15189

“Dirçəliş”.-2013.-№ 180.-S.99-105.

İNSAN QRUPUNU QƏSDƏN MƏHV ETMƏK SİYASƏTİ

Nəsir Məmmədov,

АМЕА-nın İnsan Hüquqları İnstitutu

Açar sözlər: qrup, soyqırımı, cinayət, şəxslər 

Key words: group, genocide, crimes, persons 

Ключевые слова: группа, геноцид, приступления, лица

Konvensiyada  işlədilən  qrup  sözünün  soyqırımı  cinayətinin  miqyasının  təyin  olunmasında  böyük  köməyi  ola  bilər.

Çünki,  qrup  əleyhinə  yönəlmiş  cinayət  həmin  qrupun  antisosial  olması, cəmiyyətdə  mənfi  davranışına  görə  özünə  qarşı  ikrah

hissi oyadan insanlar qrupu olması mənasına gəlir. Lakin, əgər bir soyqırımını cinayət kimi araşdırırıqsa, burada qrup antisosial

yox,  sosiallaşmış  tərəfdir,  günahsız  insanlar  yığnağıdır.  Burada  qruplar  oğrular,  terroristlər,  banditlər  deyil  və  ya  onları

xarakterizə  edən  keyfiyyətlərə  malik  deyil.  Soyqırımı  Konvensiyasına  əsasən,  qrup  dedikdə,  milli,  irqi,  dini,  siyasi  və

sosial-iqtisadi qruplar nəzərdə tutulur.

Soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən  məhv  edilməsi  niyyəti  ilə  müvafıq qrupun

üzvlərinin  qətlə  yetirilməsi;  müvafıq  qrup  arasında  uşaq  doğumunun  qarşısının  alınmasına  hesablanmış  tədbirlər;  uşaqların

zorakılıqla bir insan qrupundan digərinə verilməsi; belə bir qrupun üzvlərinin sağlamlığına ağır zərər yetirilməsi; hər hansı belə

bir qrup üçün bilərəkdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrupun üzvlərinin

zorla köçürülməsidir. Əvvəlcədən hazırlanmış, planlanmış bir soyqırımı kimi yəhudi holokostu, Kamboca, Ruandada tutsilərin

soyqırımını göstərə bilərik. Bütün bunlar soyqırımı cinayəti bir siyasətin və ya öncədən hazırlanmış planın olmasını tələb edir.

Bütün soyqırımı aktlarının ümumi strukturu var: qrupun bir və ya bir neçə üzvlərinin məhv edilməsi kimi actus reus və

Roma Statutunun 30-cu maddəsində təsvir olunmuş  mens rea. Bütün soyqırımı cinayətlərinin ümumi xarakterini formalaşdıran

isə  qrupun  tam  və  ya  qismən  məhv  edilməsi  siyasətidir.  Qrupu  məhv  etmək niyyəti  Roma  Statutunun  30-cu  maddəsində  3  tip

kateqoriyaya  bölünür:  davranış,  nəticələr  və  şəraitlər.  Roma  Statutunun  6-cı  maddəsi  göstərir  ki,  soyqırımının  mental

mahiyyətini  ortaya  qoyan  qrupu  məhv  etmək  niyyəti  (mens  rea)  qadağan  olunmuş  hərəkəti  (mens  rea)  daha  aydın  şəkildə

açıqlayır.

Soyqırımı  qurbanlarıınn  müəyyən  edilməsinin  həlledici  əlaməti  onların  fərdiliyi  deyil,  məhz  onların  qrupa

mənsubluğudur.  Ayrıca  bir  insanın  qətlə  yetirilməsi  ayrıca  bir  fərdin  yaşamaq  hüququnu  tanımaqdan  imtina  kimi  xarakterizə

olunur.  Müvafıq  olaraq  actus  reus  (qadağan  olunmuş  hərəkət)  bir  adamla  məhdudlaşa  bilər,  lakin  mens  rea  (niyyət)  qrupun

mövcudluğuna qarşı yönəlmiş olmalıdır; niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin tamamilə və ya qismən məhv

edilməsindən  ibarət  olmalıdır.  Soyqırımı  cinayətinə  görə,  bütöv  qrupun  məhv  edilməsi  kimi  son  nəticəyə  nail  olunma  tələb

edilmir [2, s.l58].

1948-ci il Soyqırımı Konvensiyasının ikinci maddəsində deyilir ki, hazırkı Konvensiyada soyqırımı anlayışı məhv etmək

niyyəti ilə törədilən istənilən hərəkətləri özündə ehtiva edir.

Soyqırımın  digər  cinayətlərdən  niyyət  elementinə  görə  fərqlənməsi  onun  üçün  insan  itkisi,  insan  qurbanı  zəruri

elementdir.  Ancaq  əsas  yeganə  element  deyil.  İnsanlığa  qarşı  yönəlmiş  cinayət  əməlləri  birbaşa  qurbanın  olduğu  bir  qrupun

məhv  edilməsi  niyyəti  ilə  törədilməlidir.  Birbaşa  qurbanlara  qarşı  soyqırımı  aktorunun  hansı  səviyyədə,  necə  təqsirli

davranmasından asılı olmayaraq, bu əlavə element tələb olunur. Beləliklə, soyqırımı iki daxili elementi əhatə edir: biri birbaşa

qurbanlara yönəlmiş, ikincisi isə qrupa yönəlmiş  hərəkət. Qrupu müdafiə etmə problemi başqa kontekslərdə cinayət hüququnda

qaldırılır. Cinayət həm birbaşa qurbanlara qarşı akt və bir qrupun üzərində təsiri olan niyyətdir [3, s.376].

Dövlətlərin  qanunvericiliyində  qrupa  qarşı müxtəlif  zorakı aktların  anlayışı verilməkdədir.  Məsələn,  Birləşmiş  Krallıq

terrorizmi “ictimaiyyəti və ictimai sektorun bir hissəsini və ya daha böyük qrupları qorxutmaq məqsədilə törədilən zorakı aktlar

kimi müəyyən etmişdir”. Bu yanaşmaya əsasən, terrorizm xüsusi qurban və ya qurbanlara qarşı cinayət aktı kimi dəyərləndirilir.

ABŞ-da  cinayət  qanununda  aktorun  qrupda  üzvlüyünə  görə  insanı  seçdiyi  və  onu  öldürdüyü  halda,  bu,  daha  böyük

cinayət  əməli  sayılır  və  ciddi  cəza  tələb  edir.  Məsələn,  Viskonsin  qanunu  cinayətkarın  “irq,  din,  rəng,  əlillik,  cinsi  meyl,

mənsubiyyət və ya mənşə” əsasında qurbanı seçdiyi halda, şəxslərə qarşı yönəlmiş istənilən bir cinayətdə cəzanı artırır. ABŞ-da

bu və ya bu kimi digər federal ştatların qanunları qrupa münasibətdə Soyqırımı Konvensiyası ilə oxşar deyil, lakin, bununla belə,

aktorun qrupa münasibətini cinayət elementi kimi götürürlər.

Qrupu məhv etmək niyyəti elementi soyqırımı cinayətini insanlıq əleyhinə cinayət kateqoriyasına daxil olan cinayət kimi

beynəlxalq  səviyyəli  cinayətlərdən  fərqləndirir.  Belə  cinayətlərdən  biri  də  “izləmə,  təqibetmədir”.  Təqiblə  qadağan  olunma


(hərəkət,  davranış)  şəxsin  əsas  hüquqlarının  itirilməsidir.  Beləliklə,  soyqırımı  aktı təqiblə,  izləmə  ilə  münasibətdə  aralarında

müəyyən oxşarlıq olmasına baxmayaraq ondan genişdir [4, s.38].

Daxili  elementdə  iki  cinayət  fərqlənir.  Təqiblə,  cinayətkar  qrup  üzvlüyünə  görə  qurbanları  seçir,  soyqırımı  ilə  qrupu

məhv  etmək  niyyətində  olur.  Qrup  üzvlüyünə  görə  qurbanların  seçilməsini  qrupu  məhv  etmək  üçün  birbaşa  qurbanlara  zərər

yetirməkdən fərqləndirməkdən çətin ola bilər. Soyqırımı və təqib, izləmə arasında fərq buradan meydana çıxır.

İnsanlıq əleyhinə istənilən bir cinayət  təqib, izləmə də daxil olmaqla,  mülki  əhaliyə  qarşı genişmiqyaslı və  ya  sistemli

şəkildə  törədilməlidir.  Bu  xüsusda,  təqib  soyqırımından  daha  güclü  sübut  tələb  edir.  Hətta  qrupu  məhv  etmək  niyyəti  gizli

saxlanılanda şəxsin qrupda üzvlüyünə görə aktor onu vahid şəxsi hüquqlarından məhrum edir. Sonda insanlıq əleyhinə istənilən

bir cinayətlə qurbanlar “mülki əhali” olmalıdır, ancaq soyqırımında hərbi personal da qurbanlar ola bilər [5, s.295-96],

Müəyyən bir niyyətlə Soyqırımı Konvensiyasının üçüncü maddəsinə əsasən məhvetmə aktı kimi:

a) soyqırımı;

b) soyqırımı törətmək məqsədilə sui-qəsd;

c) soyqırımı törətmək üçün birbaşa və ictimai təhrik;

d) soyqırımı törətməyə cəhd;

e) soyqırımında iştirak ifadə edilən qruplardan hər hansının mövcudluğuna qarşı siyasətlə bağlı olmalıdır.

Qrupun mövcudluğunu məhv etmək üçün həyata keçirilən siyasətin tərkib hissəsi kimi törədilən soyqırımı əməllərinə:

-qrup üzvlərinin öldürülməsilə nəticələnən birbaşa öldürmə və ölümə səbəb olan, ölümə gətirib çıxara biləcək əməllər;

-ciddi  fıziki  və  mənəvi  zərər  yetirməyə  səbəb  olmaqla  soyqırımına  genişmiqyaslı  işgəncə,  qəddar  davranış,  zorlama,

seksual  zorakılıq,  məcburi  şəkildə  narkotiklərdən  istifadəyə  təhriketmə,  yaralama  daxildir.  Soyqırımı aktı dedikdə,  təkcə  qrup

üzvlərinin öldürülməsi və ya öldürməyə səbəbolma nəzərdə tutulmur. Həmçinin ciddi fıziki və mənəvi zərər yetirmə də qrupun

mövcudluğunu aradan qaldırmaq üçün onu məhvetmə siyasəti soyqırımı aktına daxildir;

-qrupu məhv edilməsinə istiqamətlənmiş  həyat şəraitinin qəsdən yaradılması ilə qrupun fiziki mövcudluğu üçün həyati

məna  kəsb  edən  təmiz  su,  ərzaq,  geyim,  sığınacaq  və  tibbi  xidmətlərdən  onun  məhrum  edilməsı  daxildir.  Qrupu  bu  cür

məhvetmə  siyasətini  həyata  keçirmək  üçün  soyqırımı aktorları  məhsulun  müsadirə  edilməsi,  yeyinti  məhsullarının  blokadaya

alınması, məcburi şəkildə ərzaq məhsullarından uzağa köçürülmə vasitələrindən istifadə edilməsi;

-doğumun qarşısının alınması, о cümlədən məcburi şəkildə sterilizasiya, məcburi abort, evlənmənin qadağan edilməsi və

nəsil artırmanın qarşısını almaq niyyəti ilə kişi və qadınların ayrılması;

-uşaqların məcburi şəkildə bir qrupdan digər qrupa köçürülməsi və ya verilməsi kimi tədbirlər daxildir.

Qrupu  məhv  etmək  siyasətində  “tam  və  ya  qismən”  ifadəsini  araşdırmaq  lazımdır.  Qeyd  etdiyimız  kimi,  soyqırımı

cinayətini  törədənlərin  bütöv  qrupu  məhv  etmək  niyyətində  olmasına  ehtiyac  yoxdur.  Qrupun  yalnız  müəyyən  hissəsinin

(məsələn, bir regionda yaşayan üzvlərinin) məhv edilməsi, hətta bir nəfər qrup üzvünün öldürülməsi ilə qrupun məhv edilməsi

soyqırımı cinayətidir.

Əksər  halda  səlahiyyətli  orqanlar  qrupun  əsaslı  şəkildə  məhvinə  gətirib  çıxaran  aktları  soyqırımı  aktı  hesab  edirlər.

Ancaq  əgər  soyqırımı cinayəti  törətmək  istəyən  aktorun  niyyəti  bütöv  qrupu  məhv  etməyə  istiqamətlənmişsə  də,  sonda  qrup

üzvlərindən bir nəfərin ölümü də soyqırımı aktı olacaq. Çünki, burada cinayətin həlledici komponenti olan niyyət qrupun məhv

edilməsinə  istiqamətlənib.  Soyqırımı  cinayətkarın  fikrində  xüsusi  niyyət  tutaraq  oxşar  xüsusiyyətlərinə,  qrupa  mənsubluğuna

görə xüsusi müdafiə olunmuş qrupda birləşmiş şəxslərə qarşı törədilən cinayətdir.

Soyqırımı Konvensiyasına əsasən məlum dörd müdafiə olunmuş qruplar göstərilir. Bunlardan:

-milliyyəti və ya milli kökü bir dövlətə mənsub olan şəxslərin birliyi olan milli qrup;

-mədəni ənənələr, dil və irsə görə müəyyən olunan insanların birliyi olan etnik qrup;

-fiziki-bioloji xarakterə görə müəyyənləşdirilən şəxslərin birliyi olan irqi qrup;

-ümumi dini inanc, inamlar, təcrübələr və rituallara malik olan insanların birliyi olan dini qrup fərqləndirilib.

Yuqoslaviya  üzrə  Beynəlxalq  Cinayət  Tribunalının  Statutunda  qrupun  məhz  bu  əlamətlərinə  görə  diskriminasiyaya

məruz qalması və məhv edilməsi siyasətinə istinad edilib [6].

Soyqırımını digər, məsələn, insanliq əleyhinə cinayətdən fərqli edən əlamətlər niyyətin və qrupun olmasidir. Qrupa qarşı

törədilmiş  cinayəti soyqırımı aktı kimi dəyərləndirərək, bunu insanlıq əleyhinə cinayət kimi hesab etmək olmaz. Çünki, insanlıq

əleyhinə cinayətlər şəxslərə qarşı törədilir. Burada “şəxslər” dedikdə, onların hansısa xüsusi qrupa məxsus olması, vahid niyyət,

motivin  olması vurğulanmır.  Lakin  soyqırımı aktında  “şəxslərə”  qarşı  dedikdə,  mütləq  şəkildə  milli,  etnik,  irqi,  dini  birliyinə

görə xarakterizə olunan müdafiə olunmuş qruplar nəzərdə tutulur. Buradan belə nəticəyə gəlmək olar ki, soyqırımı cinayəti ona

görə  qrupu  məhv  etmək  siyasəti  güdür  ki,  qrup  müəyyən  bir  niyyət,  motiv  əsasında  (dini,  etnik,  milli,  irqi)  formalaşmış

insanların birliyidir və soyqırımı cinayətinin də əsasında niyyət, motiv durur. Bununla da, soyqırımı aktorları qrupu məhv etmək

siyasəti ilə öz məqsədlərinə çatmış olurlar.

Ruanda və Yuqoslaviya üzrə beynəlxalq Cinayət Tribunallarının Statutlarına və 1948-ci il Soyqırımı Konvensiyasının II


və  III  maddələrinə  istinad  etsək,  qrupu  məhv  etmək  siyasəti  bir  müdafıə  olunmuş  milli,  irqi,  etnik,  dini  əsasli  qrupa  qarşı

istiqamətlənməlidir.

Soyqırımı  Konvensiyası  və  Roma  Statutunun  qəbulu  zamanı  müdafıə  olunmuş  qrup  və  onun  hansı  niyyət  əsasında

formalaşması  milli,  irqi,  etnik,  dini  baxımdan  siyahılanması  müzakirə  mövzusu  olmuşdur.  Konvensiya  və  Roma  Statutunu

hazırlayarkən  hüquqşünaslar  qrupların  milli,  irqi,  etnik,  dini  əsasda  formalaşmasının  dar  anlamda  olmasını  nəzərdə  tutublar.

Akayesunun işində Məhkəmə Palatası belə vurğulayıb ki, Konvensiyaya əsasan müdafiə olunmuş dörd qrupun eyni kriteriyalara

müəyyən  edilməsi  о  qədər  də  düzgün  yanaşma  deyil.  Çünki,  bu  müdafiə  olunmuş  qruplarda  birləşən  insanlar  doğulan  andan

etibarən davamlı olaraq və ya daimi bu qrupda mövcud olmur. Ona görə da, burada müdafiə olunmuş qrup yerinə, daimi, sabit

qrup ifadəsi işlənsə, daha düzgün olar [7].

Ruanda  üzrə  Beynəlxalq  Cinayət  Tribunalının Palatasının soyqırımı cinayətinin  şərhində  deyilir  ki,  soyqırımı aktı ona

görə  şəxslərə  qarşı  törədilir  ki,  həmin  şəxslər  xüsusi  qrupun  üzvləridir  və  niyyət  həmin  xüsusi  qrupu  məhv  etmək  siyasəti

olduğundan qurbanlar şəxslər, hədəf isə qrup olur [8, s.3].

Soyqırımı  cinayəti  tələb  edir  ki,  cinayəti  törədənin  xüsusi  fıkri,  niyyəti  olsun.  Qrupu  məhv  etmək  niyyəti  soyqırımı

cinayəti  törədənin  əksqiyamçılar  kimi  xüsusi  cinayət  motivindən  fərqlidir.  Dəqiq  sübut  olmadan  qrupu  məhv  etmək  niyyəti

xüsusi  faktlar  və  şəraitlər  əsasında  ortaya  çıxa  bilər.  Belə  ki,  eyni  qrupa  qarşı  sistemli  və  xüsusi  şəkildə  təqsirli  aktların

hazırlanması; törədilən cinayət qurbanlarının miqyası; istifadə olunan silahlar; bədənə yetirilən fıziki zərərin səviyyəsi; dağıdıcı

və ayrı-seçkiliyə əsaslanan aktların təkrarı nəticəsində soyqırımı niyyətinin olmasını ehtimal etmək olar.

Soyqırımım ittiham etmək üçün razılıqlar və ya planlar ümumi şəkildə sübut olunmayanda Yuqoslaviya və Ruanda üzrə

Beynəlxalq  Cinayət  Tribunalının  (YBCT  VƏ  RBCT)  cinayət  işləri  üzrə  cinayət  törədənin  niyyəti  haqqında  yüksək  standart

formalaşır. Soyqırımı niyyəti faktlar və şəraitlər əsasında ən mühüm nəticəni ortaya qoyur.

Qrupu  məhv  etmək  niyyəti  ilə  bağlı  olan  mühüm  qərarlara  YBCT-nin  Goran  Yelisiç,  Mitar  Vasilyeviç  və  Radoslav

Brdanina qarşı və RBCT-nin Silvestr Yakumbitsiyə qarşı qərarları da daxildir.

Qrupu məhv etmək siyasətinin əsasında irqi, etnik, dini, milli amillərdən savayı siyasi, mədəni, gender kimi əsaslar da

ola  bilər.  Hazırkı qloballaşma  dövründə  millətlərin  bir-birinə  inteqrasiya  etdiyi,  milli  sərhədlərin  aradan  qaldırıldığı,  gender

bərabərliyinin geniş yayıldığı bir dövrdə siyasi, mədəni, gender amili əsasında qrupu məhv etmək siyasətinin həyata keçirilməsi

çox  da  inandırıcı  görünmür  və  Konvensiyaya  bu  kimi  düzəlişlərin  edilməsinə  zərurət  duyulmur.  Ancaq  təəssüf  ki,  böyük

dövlətlərin  kiçik  dövlətləri  təbii  resurslara,  geostrateji  mövqeyinə  görə  əzməsi,  dövlətlər  arasında  siyasi  regional  inamsızlığın

olduğu bir zamanda qrupu məhv etmək siyasətinin əsasında siyasi, gender, mədəni əsasının olmasının da əyani şahidi oluruq.

Bütün  bu  kimi  aktların  məcmusunda  biz  Adolf  Hitler  tərəfindən  II  Dünya  müharibəsindən  əvvəl  və  müharibə  zamanı

törətdiyi  əməllərdə  görə  bilərik.  Ali  irqinin  daha  böyük  əraziyə  səpələnməsini  hədəfə  alan  Hitler  bu  yolda  istənilən

qeyri-qrupları  məhv  etmək  niyyətində  idi.  Hitlerin  həmin  zaman  açıq  və  konkret  planı  vardı:  Avropa  yəhudilərini  və

Almaniyadakı qaçqınlar  kimi  bəlli  qrupların  tam  və  ya  qismən  məhv  etmək.  Hitlerin  yəhudilərə  qarşı həyata  keçirdiyi  siyasət

onun  niyyətini  açıqladı.  Belə  ki,  bir  neçə  yəhudinin  öldürülməsinə  etinasız  münasibət  göstərilməsi  və  icazə  verilməsi,  qrup

üzvlərinə  fıziki  və  mənəvi  zərər  yetirilməsi  onun  yəhudi  qrupunu  məhv  etmək  siyasətinin  tərkib  hissəsi  idi.  Roma  Statutunun

6-cı maddəsi və 1948-ci il Soyqırımı Konvensiyasına əsasən bu soyqırımı yəhudi millətinin avropalı hissəsinin xüsusi niyyətlə

məhv edilməsi idi [9, s.399-400].

Buradan belə bir nəticə çıxır ki, qrupun məhv edilməsi siyasətini həyata keçirmək üçün ilkin olaraq cinayəti  törədənin

fikrində xüsusi niyyət olmalıdır.  Təbii ki, burada niyyət  “məhv etmək niyyəti”, yəni müdafiə olunmuş  qruplardan bir üzvünün

belə  öldürülməsi  “qrupu  məhvetmə  niyyəti”  nin  göstəricisidir.  Soyqırımı cinayəti  aktorunun  qrupun  məhvinə  çalışdığı  anda,:

qrup  üzvlərinin  həyat  şəraitinin  pozulmasına  gətirib  çıxaran,  doğumun  qarşısını almağa  yönəlmiş  qadağan  edilmiş  hərəkətlər

qrupun məhv edilməsinə istiqamətlənmiş bir siyasətdir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1.

www.agdaban.org/agdaban_tragedy.php

>-Ağdaban faciəsi

2.

Sadıqov  Ə.  Xocalı  soyqırımı  cinayətindəki  niyyətin  ümumi  plan  və  siyasət  çərçivəsində  həyata  keçirilməsinin



beynəlxalq  hüquqi  qiymətləndirilməsi  /  Soyqırımı  və  terror  erməni  ideologiyasının  əsas  amilləri  kimi.  Beynəlxalq

konfransın tezislər toplusu, s. 158

3.

Schabas,  William  A.,  An  Introduction  to  the  International  Criminal  Court,  Second  Edition,  Cambridge  University



Press, 2004, p.458

4.

Robertson, Geoffrey, Crimes against Humanity: the Struggle for Global Justice, 2nd ed., Penguin Books, 2002, p. 38



5.

Guenael  Mettraux,  Crimes  Against  Humanity  in  the  Jurisprudence  of  the  International  Criminal  Tribunals  for  the

Former Yugoslavia and for Rwanda, 43 Harv. Int'l L.J., p.295-96 (2002)

6.

www.justice.gov.tr/e-journal/genocidecrime/pdf

nal/genocidecrime/pdi>-Genosid


Cinayəti

7.

Schabas  W.  A.,  Genocide  in  International  Law  213  (2000)  and,  in  particular,  243  et  seq.;  also  W.A.  Schabas,  The



Jelesic case and the mens rea of the Crime of Genocide 

8.

Short, Jonathan M.H. The developing Law of ICT, Michigan Journal. 2003, p.3



9.

Otto Triffterer (2001), Geocide. Its Particular Intent to Destroy in Whole or in Part the Group as Such. Leiden Journal

International Law, 14, pp 399-400

POLICY OF DELIBERATE DESTRUCTION OF GROUPS OF PEOPLE.

Nasir Mammadov

.

The  article  notes  that  the  basis  of  the  genocide  is  the  policy  of  the  deliberate  destruction  of  people  of  one  political,



ethnic, racial or religious group. It is also noted that the policy of the deliberate destruction bases on a certain ideological basis.

On the basis of the Genocide Convention the  definition  of  the  group  is  given  and  forms  of  the  policy  of  their  destruction  are

analyzed.

ПОЛИТИКА ПРЕДНАМЕРЕННОГО УНИЧТОЖЕНИЯ ГРУППЫ ЛЮДЕЙ.

Насир Мамедов

.

В статье отмечается, что в основе геноцида стоит политика преднамеренного уничтожения группы людей одной



политической, этнической, расовой или религиозной группы. Также отмечается, что политика преднамеренного

уничтожения опирается на определенную идеологическую базу. На основе Конвенции о геноцидах дается определение



группы и анализируются формы политики их уничтожения.

Yüklə 52,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin