Rauf nemətzadə 0505197646



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix03.01.2023
ölçüsü1,8 Mb.
#78364
1   2   3
Gimnastika.Rauf Nemətzadə

 
 


5. AKROBATİKA GİMNASTİKASI (yuxarı qalxan) – 
Akrobatika 
gimnastikası musiqi müşayiəti və xoreoqrafiya elementləri ilə 
cilalanmış hərəkətlərin tərəfdaşlıqla icra olunduğu qeyri-olimpiya 
idman növüdür.
Azərbaycanda inkişafı – 
Azərbaycanda akrobatika gimnastikasının 
yaranma və inkişafı ötən əsrin 
30 – cu
illərinə təsadüf edir. 
1939 - cu
ildə Bakıda akrobatika üzrə rəsmi şəxsi Birincilik yarışları keçirilib. 
Yarışlarda gimnastlar 5 proqram üzrə mübarizə aparırlar. Bütün çıxışlar 
ölçüsü 12x12 m olan və əlavə 1 m məhdudlaşdırıcı təhlükəsizlik xətti 
ilə əhatə olunmuş elastik gimnastika xalçasında yerinə yetirilir. 
1. 
Qadın cütlüyü. 
2. 
Kişi cütlüyü. 
3. 
Qadın qrupu. 
4. 
Kişi qrupu. 
5. 
Qarışıq cütlük (qadın 3 nəfər, kişi 4 nəfər) 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
6. AEROBİKA GİMNASTİKASI –
Aerobika gimnastikası bu növü 
xarakterizə edən musiqi ritminin müşayiəti ilə ardıcıl hərəkətlər 
silsiləsinin sinxron şəkildə icra olunduğu qeyri-olimpiya idman 
növüdür.
1995 – ci
ildə Parisdə (Fransa) aerobika üzrə ilk FIG Dünya 
Çempionatı təşkil edildi. 
1996 – cı 
ildə aerobika gimnastikası rəsmən 
FIG – nin inkişaf etdirdiyi gimnastika növləri siyahısına daxil oldu. 
2000 – ci
ildən etibarən Dünya Çempionatları hər iki ildən bir keçirilir. 
Azərbaycanda inkişafı – 
Aerobika gimnastikasının 
2013 – cu
ilin 
sonlarından etibarən ölkəmizdə inkişaf etdirilməsinə, 
2015 – ci
ildə 
Bakıda təşkil edilmiş 1 – ci Avropa Oyunlarının proqramına daxil 
olması təkan vermişdir. 
Xüsusi aerobika meydançasının ümumi ölçüsü 
12x12
metrdir. Böyük 
və gənc gimnastlar üçün çıxış sahəsi 
10x10
m, yeniyetmə gimnastlar 
üçün isə 
7x7
m. Çıxışlar zamanı gimnastlar qolların hərəkətləri ilə 
uyğunlaşdırılmış yeddi əsas addım, çətin gimnastika elementləri, 
orijinal keçidlər, tərəfdaşlarla əməkdaşlıq, tərəfdaşı yuxarı qaldırma 
nümayiş etdirirlər. Yeddi əsas addıma marş, hoppanma, yerimə, 
sıçrama, dizin yuxarı qaldırılması, tullanma, hoppanaraq eyni zamanda 
əlləri yuxarı qaldırma, sanki suya başvurma hərəkətləri daxildir.
Yarışlarda gimnastlar 
7
proqram üzrə mübarizə aparırlar: 
1. 
Fərdi çıxış (kişilər) 
2. 
Fərdi çıxış (qadınlar) 
3. 
Qarışıq cütlük (1 kişi və 1 qadın) 
4. 
Üçlüklər. 
5. 
Qrup (5 nəfər) 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
6. 
Aerodans (8 nəfər) 
7. 
Aeroport (8 nəfər) 
Üçlüklər, qrup, aerodans və aerostep tərkibinə yalnız kişilər, yalnız 
qadınlar və ya qarışıq şəkildə həm kişi, həm də qadınlar daxil ola bilər. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
7. GİMNASTİKA HAMI ÜÇÜN –
4000
il əvvəl Çində sağlamlıq və 
ömrün uzun olması üçün insanlar gimnastika hərəkətlərindən istifadə 
etmişlər. Fiziki görünüşün mükəmməlləşməsinə böyük diqqətin 
göstərildiyi qədim Yunanıstanda gimnastikanın xüsusi yeri var idi. 
Qədim Romada əsgərlərin bir mexanizm kimi daim formada olmaları 
üçün gimnastika hərəkətlərindən istifadə olunub. 
Azərbaycanda inkişafı –
Ölkəmizdə “Gimnastika hamı üçün”-ə aid ilk 
milli tədbir 
2010 – cu
ildə Yeni İl ərəfəsində təşkil olunmuş nağıl-
tamaşa hesab olunur. Həmin ildən etibarən ənənəvi olaraq hər ilin 
sonunda FIG tərəfindən tanınan gimnastikanın 
6
yarış növləri üzrə 
Azərbaycan yığma komandalarının gimnastları, məşqçiləri, 
xoreoqrafları “Gimnastika hamı üçün” adı altında birləşərək 
uşaqlardan tutmuş böyüklərə kimi bütün tamaşaçılara inanılmaz 
sevinc bəxş edirlər. 
Gimnastika yüksək səviyyəli yarışların keçirildiyi idman növü olmaqla 
yanaşı, bütün idman növlərinin əsasını təşkil edir. “Gimnastika hamı 
üçün” ilə yaşından, görünüşündən və fiziki qabiliyyətindən asılı 
olmayaraq hər bir şəxs məşğul ola bilər. Əslində gimnastika hamı üçün 
əyləncə, sağlam həyat tərzi və dostluq fəlsəfəsinin təcəssümüdür. 
Bu idman növündə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) aid 
2
növ tədbir mövcuddur: dörd ildən bir keçirilən 
Ümumdünya 
Gimnastradası və “World Gym for Life Challenge”
yarışları. 
Ümumdünya Gimnastradası yalnız nümunəvi çıxışlardan ibarət olur və 
festival ab – havasında keçir. Burada gənc və yaşlı, gimnastikada ilk 
addımlarını atan və ya peşəkar gimnastlar iştirak edə bilərlər. Yeganə 
tələb iştirakçıların ən azı 
10
nəfərdən ibarət qrupa daxil olmasıdır. 
Həftə ərzində çıxışları ilə fərqlənən qruplar bağlanış mərasimindən 
öncə keçirilən Qalada çıxış edirlər. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
Ümumdünya Gimnastradasından fərqli olaraq “World Gym for Life 
Challenge” yarışlarında çıxışlar yaradıcılıq qabiliyyəti və orijinallıq 
meyarlarına əsasən qiymətləndirilir. Lakin buna baxmayaraq, burada 
yarış gərginliyindən daha çox iştirak edən qruplar arasında dostluq 
münasibətləri hökm sürür. Onlar birgə iştirak etdikləri seminarlar 
zamanı çıxışlarının necə təkmilləşdirilməsi haqda bir-birinə 
məsləhətlər verirlər. Qrupda ən azı iki gimnast olması tələbindən 
başqa, gimnastların sayına məhdudiyyət qoyulmur. İştirakçılar kiçik (20 
və ya daha az gimnast) və böyük (21 və daha çox gimnast) gimnastika 
və rəqs qrupları, o cümlədən iri alətlər üzərində gimnastika 
hərəkətlərini nümayiş etdirən kiçik və böyük qruplar daxilində çıxış 
edirlər. 
5
dəqiqəyə qədər davam edən çıxışlar
20x30 m
olan xalça 
üzərində icra olunur. Mini-batut, paralel qollar, halqa və ya lentlər kimi 
alətlərdən seçimdən asılı olaraq istifadə oluna bilər. Hərəkətlərin 
musiqi müşayiəti ilə nümayiş olunmasına daha çox üstünlük verilir. 
Avropa Gimnastikasında “EUROGYM”, “European Gym for Life 
Challenge” və Qızıl Yaş Gimnastika Festivalı “Gimnastika hamı üçün” 
növünə aiddir. İki ildən bir keçirilən “EUROGYM”-in əsas məqsədi 
Avropa gənclərini qeyri-yarış tədbirində birləşdirməkdən ibarətdir. 
Qrup çıxışlarının təkmilləşdirilməsində böyük rolu olan “European Gym 
for Life Challenge” tədbirində çıxışlar icra, artistizm, texnika və 
xoreoqrafiya sahələrində təcrübələri olan 
4
ekspert tərəfindən 
dəyərləndirilir. Qızıl Yaş Gimnastika Festivalı
50
və daha yuxarı yaşlı 
şəxsləri bir araya gətirərək gündəlik həyatda hərəkət etmənin nə 
qədər vacib olduğunu önə çəkir. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
8. TEAMGYM – 
“TeamGym” ən gənc gimnastika növüdür. Bu növ üzrə 
ilk yarış “EuroTeam” adlanmış və 
1996 – cı
ildə Finlandiyada 
keçirilmişdir. “TeamGym” üzrə ilk rəsmi Avropa Çempionatı
2010 – cu
ildə İsveçdə baş tutmuşdur. Burada böyük gimnastlarla yanaşı, gənc 
gimnastlardan ibarət komandalar da mübarizə aparmışlar. 
İki ildən bir keçirilən Avropa Çempionatından başqa, qitədə 
“TeamGym” üzrə qaydalar və yarışlar haqda maarifləndirilmə 
məqsədilə Avropa Gimnastikası ən yaxşı mütəxəssislərin iştirakı ilə 
məşqçilik və hakimlik kursları, müxtəlif mövzulu seminarlar təşkil edir.
Azərbaycanda inkişafı – 
Avropa Gimnastikasına aid bütün növləri 
inkişaf etdirən Azərbaycan Gimnastika Federasiyası (AGF), 
2018 – ci
ilin əvvəlində “TeamGym” növünü öz fəaliyyətinə daxil etməyə qərar 
verdi. Artıq 
2018 – ci
ilin oktyabr ayında yığma komandamız ilk dəfə 
“TeamGym” üzrə Avropa Çempionatına qatılmış (Odivelaş, 
Portuqaliya) və gənclər yaş kateqoriyasında mübarize aparmışdır. 
“TeamGym” Avropa Gimnastikasına aid komanda yarışı növüdür. 
Qeyri-olimpiya idman növüdür. 
“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq 
komandalar (həm qadın, həm də kişilerdin ibarət komandalar). 
Komanda 
8 – 10
gimnastdan ibarət olur. Onlardan hər biri xalça 
üzərində çıxışlar nümayiş etdirməlidir. Akrobatika cığırı və trampet 
üzərində hər bir mərhələdə
6
gimnast iştirak edir. Qarışıq 
komandalar isə yarısı kişi, yarısı qadınlardan ibarət olur. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
“TeamGym” üzrə yarışlarda çıxışlar musiqi müşayiəti ilə 3 alət üzərində 
nümayiş etdirilir:
“TeamGym” xalçası, akrobatika cığırı və trampet 
(kiçik batut).
Burada digər gimnastika növlərində icra olunan 
elementlərlə oxşarlıq olduğu kimi, alətlərdə də oxşarlıq görmək 
mümkündür.
1. XALÇA – 
“TeamGym” xalçası
16x14 m
çıxış sahəsi olan bir alətdir. 
Burada musiqi müşayiəti ilə iki akrobatika elementi, üç hoppanma, 
dörd balans elementi və iki elementdən ibarət olan kombinasiya icra 
olunmalıdır. Çıxış zamanı çətinlik elementlərindən əlavə, kompazisiya
elementləri də icra olunur. Bu elementlərin icrasına görə də komanda 
maksimum 
4
xal qazanır. Komandaya ən çox xal gətirə biləcək alət 
xalçadır. Yalnız bu alət üzərində hərəkətləri nümayiş etdirən 
gimnastlar, digər alətlərdə də çıxış edə bilər. 
RAUF NEMƏTZADƏ 050-519-76-46 


2. AKROBATİKA CIĞIRI –
Akrobatika cığırı qaçış zolağı, elementlərin 
icra olunduğu cığır, enmə və təhlükəsizlik sahələri, əlavə təhlükəsizlik 
matları və ölçü lentindən ibarətdir. Çıxış sahəsinin uzunluğu
15
metrdir (+/-10 sm)
. Bu alət üzərində proqram 
3
çıxışdan ibarətdir. Hər 
bir çıxışda gənclər arasında yarışda ən azı iki, böyüklər arasında 
yarışda isə üç müxtəlif akrobatika elementləri icra olunmalıdır.
Çıxışlar sadə elementlərdən başlayır və getdikcə çətinləşir. 
3. TRAMPET –
Trampet (kiçik batut) bir dəst batut, dayaqlı tullanma 
masası, enmə sahəsi, batut və dayaqlı tullanma masasına yaxınlaşmaq 
üçün qaçış cığırları, əlavə təhlükəsizlik matları və ölçü lentindən
ibarətdir. Bu alət üzərində çıxışın bir hissəsi trampet və mat arasında 
yerləşdirilmiş dayaqlı tullanma masasından istifadə etməklə icra 
olunur. Proqrama üç mərhələ daxildir. Çıxışlar sadə elementlərdən 
başlayır və getdikcə çətinləşir. Yüksək sürətin saxlanılması məqsədilə, 
hər bir idmançı fasilə vermədən digər gimnastın ardınca hərəkətləri
nümayiş etdirir. 


RAUF NEMƏTZADƏ 050-519-76-46 


RAUF NEMƏTZADƏ 050-519-76-46 
9. PARKUR – 
Parkur 
1990 – cı
ildə Paris şəhəri ətraflarında meydana 
gəlib. Parkur anlayışını ilk olaraq
David Bell
Parisdə yanğınsöndürən 
olmuş atasının əsasını qoyduğu hərəkət etmə sənətinin başlıca 
prinsiplərinə əsaslanaraq təqdim etmişdir. 
Parkurun inkişafı 
2018 –
ci ildə bu növ üzrə ilk Dünya Kuboku 
mərhələlərinin Beynəlxalq “Action Sport” Festivalı çərçivəsində 
keçirilməsinə yol açdı.
2018 – ci
ildə FIG-nin Bakıda keçirildiyi sayca 
82 – 
ci Konqresində 
Parkur rəsmi olaraq FIG – nin fəaliyyətinə daxil edildi.
Azərbaycanda inkişafı – 
2018 – ci
ildə FIG Parkur idman növünün öz 
fəaliyyətinə daxil etmə niyyətində olduğunda, Azərbaycan Gimnastika 
Federasiyası (AGF) FIG tərəfindən tanınan bütün gimnastika növləri
ölkəmizdə inkişaf etdirirdi. AGF
2019 – 
cu ilin may ayından etibarən 
rəsmi olaraq öz fəaliyyətinə parkur idman növünü daxil etmişdir və 
onun inkişafı istiqamətində bir sıra işlər görməkdədir.


RAUF NEMƏTZADƏ 050-519-76-46 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin