10-ci sual. Tarixi tədqiqatlarda oxşarlıq metodu və ondan istifadə
Əgər iki və daha artıq hadisə yalnız bir ümumi xüsusiyyətə malikdirsə, yaxud bir, oxşar vəziyyətdə cərəyan edirlərsə, onda həmin xüsusiyyət, yaxud həmin oxşar vəziyyəti yaradan amil həmin hadisələrin hamısı üçün səbəb sayıla bilər.
Məsələn, bütün natəmiz yerlərdə, yaxud respirator xəstəliklərin mövcud olduğu-nəfəs yolları ilə, tüpürcək –damcı üsulu ilə keçən, yayılan xəstəliklərin hamısı üçün eyni səbəb sanitar normalarının gözlənilməməsidir.
Oxşarlıq metodunun mahiyyətinə qısaca nəzər salaq. Deyək ki, müxtəlif hadisələrin nəzərdən keçirilməsi zamanı tədqiqatçını B hadisəsi maraqlandırır. Bütün hallarda artıq B hadisənin cərəyan etdiyi şəraitə oxşar ümumi bir A vəziyyəti, şəraiti, daha dəqiq şəraitlər qrupu mövcuddur. O zaman belə bir nəticə çıxarılır təkrarlanan A hadisəsi, yaxud şəraiti tədqiqatçını maraqlandıran B hadisəsi üçün də səbəb ola bilər. Məsələn Kiçik Qafqazın cənub şərq yamacında orta paleolit dövründə yaşamış əhalinin əmək alətlərinə uyğun alət və maddi mədəniyyət nümunələrinin başqa yerdə də tapılması həmin yerdə də bu dövrün mövcudluğundan xəbər verir, onu sübut edir.
Azərbaycanın bir sıra görkəmli tarixçiləri öz tədqiqatlarında oxşarlıq metodundan yetərincə istifadə etmişlər. Məsələn orta əsr feodal dövlətlərinin yaranmasını tədqiq edən tarixçi Məmmədəli Şərifli IX-XI əsrlərdə Azərbaycanda mövcud olan iqta torpaq mülkiyyəti ilə bağlı yazırdı ``IX-XI əsrlərdə Azərbaycanda əmələ gələn feodal dövlət başçıları da iqta adı ilə dövlətə və özlərinə yaxın olan adamlara torpaq sahələri verirdilər``( M.Şərifli ``IX əsrin ikinci yarısı XI əsrlərdə Azərbaycan feodal dövlətləri`` B.1978. s 275.) Müəllif tarixi mənbələrə istinadən Azərbaycanda mövcud olan iqta torpaq mülkiyyət formasının Yaxın və Orta Şərq olkələrindəki iqta ilə oxşarlığından bəhs edərək yazır ``Yaxın və Orta Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da iqta torpaqları alan feodallar və əmirlər bir qayda olaraq şəhərlərdə yaşayır və yaxud orduda xidmət edirdilər. Onlar özləri iqta torpaqlarında təsərrüfatla məşğul olmurdular.
Dostları ilə paylaş: |