Azərbaycanda investisya dəstəyi və imtiyazlar



Yüklə 36,26 Kb.
tarix02.01.2022
ölçüsü36,26 Kb.
#42843
Azerbaijan Investment Support Privileges


Azərbaycanda investisya dəstəyi və imtiyazlar

(metodiki kitabça layihəsi)
Giriş
Müstəqillik dövründən hal-hazırkı zamana kimi Azərbaycan Respublikasının qarşısında duran ən vacib məsələlərdən biri ölkədə iqtisadi canlanmanı, əlverişli investisiya mühitini təmin edərək və fəallığını yaradaraq, xarici investisiyalarının ölkəyə cəlb edilməsidir.

Ölkədə investisiya fəallığının artırılmasında yeni ixrac imkanları, infrastruktur, sənaye, aqrar və bir sıra sahələrin fəaliyyət istiqamətləri genişləndirilərək, investisiya qoyuluşunun, cəlb olunmasının və uğurlu biznes mühitinin


intensiv inkişaf dinamikası artırılır. Son illər ölkədə dayanıqlı iqtisadi mühit təmin edilərək, maliyyə bazarları tənzimlənir və inkişaf etdirilir.

Azərbaycana investisiya qoyuluşu göstəricisi rəsmi statistik rəqəmlərdə də əks olunduğu kimi mütəmadi olaraq intensiv artan inkişaf dinamikası üzrə yüksəlmiş və investisiya mühitində stabillik bütün dövrlərdə təmin edilmişdir. Bununla əlaqədar, biznes mühiti mütəmadi olaraq beynəlxalq normalara və tələblərə uyğunlaşdırılır və qanunvericilik sistemi sahibkarların mənafeyinə uyğun olaraq yenilənir.

Müxtəlif inkişaf proqramlarına uyğun olaraq hədəf ölkənin qeyri-neft sektorunun inkişafını ən yüksək rəqabətqabiliyyətli həddə çatdırmaqdır.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (Agentlik) haqqında

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb və 26 iyun 2018-ci il tarixli Fərmanı ilə KOBİA - nın Nizamnaməsi və strukturu təsdiq edilib.

Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

KOBİA-nın fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinə sədr rəhbərlik edir.

Agentliyin strukturuna daxildir:

- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Aparatı;

- Kiçik və orta biznes evləri;

- Kiçik və orta biznesin inkişafı mərkəzləri;

- Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi;

- Kiçik və orta biznesin inkişafı fondları.

Məqsədimiz KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması və bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.

Missiyamız kiçik və orta biznesin tənzimlənməsi sisteminin səmərəliliyinin artırılması, çoxsaylı dəstək mexanizmləri və onlara sahibkarların rahat çıxışının təmin edilməsi, KOB sektorunun davamlı inkişafına nail olmaq və onun ölkə iqtisadiyyatındakı rolunun artırılmasından ibarətdir. Agentliyin əsas hədəfi qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir.

Strateji baxış: Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə kiçik və orta biznesin iqtisadi inkişafda rolunun, ÜDM-də və məşğulluqda payının artırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi, KOB subyektlərinin maliyyələşmə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, gündəlik istehlak malları ilə təminatın əsasən KOB subyektləri vasitəsilə həyata keçirilməsi, KOB-ların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsidir.

İqtisadi göstəricilər.

Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə əsasən Azərbaycanda ÜDM 2016 - 37,8; 2017- 40,7; 2018 - 45,4 milyard dollar olmuşdur. Trend müsbətdir. 2018-ci ildə dünyanın, Azərbaycanın və qonşu dövlətlərin ümumi daxili məhsulunun dollarla dəyəri aşağıdakı kimi olmuşdur.


1) Dünya üzrə - 84,740,322 mln. $;


2) Rusiya Federasiyası - 1,630,659 mln.$;
3) Türkiyə Cumhuriyyəti - 766,428 mln.$;

4) İran İslam Respublikası - 452,275 mln.$; 


5) Qazaxıstan Respublikası - 205,873 mln.$;
6) Azərbaycan Respublikası - 45,418 mln.$;
7) Türkmənistan - 44,114 mln.$;
8) Gürcüstan - 16,324 mln.$;
9) Ermənistan - 12,411 mln.$;

Ölkəyə 2016-2018-ci illərdə yatırılmış investisiyanın payı aşağıda qeyd olunan proporsiyalar üzrə olmuşdur:



  1. Cəmi: 43,7 mlrd. ABŞ dolları (43,746 mln)

  2. Xarici: 27,5 mlrd. ABŞ dolları (27,517 mln)

İqtisadiyyatın sahələri üzrə bir sıra prioritet istiqamətlər

İqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə iqtisadiyyatın sahələri üzrə aşağıdakı prioritet istiqamətlər müəyyən olunmuşdur:

- Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında nəzərdə tutulan istehsal və emal sahələrinin yaradılması;

- aqroparkların yaradılması;

- ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılması;

- müasir suvarma sistemlərinin tətbiqi ilə əkinçilik təsərrüfatlarının yaradılması;

- turizmin inkişafı (eləcə də kənd turizmi layihələrinin dəstəklənməsi);

- meyvə-tərəvəz məhsullarının emalı, həmçinin qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı müəssisələrinin (o cümlədən kiçik və orta ölçülü) yaradılması;

- ət kəsimi, ət və süd emalı müəssisələrinin (o cümlədən kiçik və orta ölçülü) yaradılması;

- innovativ texnologiyalar əsasında yeni istehsal və emal müəssisələrin yaradılması, mövcud istehsal sahələrinin modernləşdirilməsi;

- qüvvəli yem istehsalı müəssisələrinin yaradılması;

- intensiv bağçılıq (üzüm, alma, nar, zeytun, badam, qərzəkli və. s) və tingçilik təsərrüfatlarının yaradılması;

- ənənəvi meyvə sortları ("Qızıləhmədi", "Qəndi-sinab" və sair) üzrə bağçılıq təsərrüfatlarının yaradılması;

- müasir çörək istehsalı müəssisələrinin yaradılması;

- texniki bitkilərin istehsalı və emalı sahələrinin yaradılması;

- logistik mərkəz (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı), taxıl anbarı kompleksi, yaşıl marketlərin və fermer mağazalarının yaradılması;

- yerli fermerlər tərəfindən istehsal olunmuş dənli və paxlalı bitkilər, meyvə, tərəvəz və sair məhsulların tədarükü müəssisələrinin yaradılması;

- müasir suvarma sistemlərinin və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması;

- digər istehsal, emal və xidmət sahələrində (yüngül, yeyinti, kimya, maşınqayırma və s.) müəssisələrin yaradılması;

- idxaləvəzləyici və ixrac yönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması;

- balıqçılıq və digər su bioresurslarının bərpa olunması və artırılması müəssisələrinin yaradılması;

İnvestisiya təşviqi sənədinin alınması haqqında

İnvestisiya təşviqi sənədi – sahibkarlara Azərbaycan Respublikasının Verqi Məcəlləsində və ‘Gömrük tarifi haqqında’ Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir:

‘Gömrük tarifi haqqında’ Qanunda müəyyən edilmiş güzəşt:


  • İdxal edilən texnika, texnoloji avadanlıq və qurğuların gömrük rüsumundan azad olunması.

Vergi Məcəlləsində müəyyən edilmiş güzəştlər:

  • hüquqi şəxslərin mənfəət vergisinin və (və ya) fiziki şəxslərin gəlir vergisinin 50% güzəştlə ödənilməsi;

  • hüquqi şəxslərin və fərdi sahibkarların torpaq və əmlak vergisindən azad olunması;

  • texnika, texnoloji avadanlıq və qurğuların idxalda ƏDV-dən azad olunması.

Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi haqqında

Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir.

İxrac təşviqinin ödənilməsi qaydası:


  • Ödəniləcək ixrac təşviqinin baza məbləği malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.

  • İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir.

  • İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir.

Sənaye məhəllələri haqqında

Sənaye məhəlləsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, mikro, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazisidir.

Sənaye məhəlləsinin yaradılmasının məqsədi:


  • Sənaye məhəlləsinin yaradılmasının məqsədi sənaye və xidmət sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsindən və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasından ibarətdir.

Sənaye məhəlləsində stimullaşdırıcı tədbirlər:

  • torpaq sahəsinin və tikililərin İcarə haqqının aşağı həddə müəyyən edilməsi;

  • güzəştli kreditlərin verilməsi;

  • inzibati prosedurların sadələşdirilməsi;

  • sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.

Sənaye parkları haqqında

Sənaye parkı – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir

Sənaye parkının yaradılmasının məqsədləri:

  • innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;

  • iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;

  • ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;
    əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.

Sənaye parkında stimullaşdırıcı tədbirlər:

  • vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər;

  • sənaye parkının infrastrukturla təmin edilməsi;

  • torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;

  • güzəştli kreditlərin verilməsi;

  • inzibati prosedurların sadələşdirilməsi;

  • sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili;

  • istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi. 

Yüksək Texnologiyalar Parkının yaradılması haqqında

 

“YT Park” - informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.



“KOB klaster şirkəti” haqqında

“KOB klaster şirkəti”nin meyarları:



  • Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan;

  • əhəmiyyətli qərarların Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra - Agentlik) ilə razılaşdırmaqla yerinə yetirməsi nizamnaməsində əks edilən;

  • həyata keçiriləcək KOB klaster layihəsinin çərçivəsində “KOB klaster şirkəti”nin qarşılıqlı surətdə asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50 faizinin klasterin iştirakçısı olan yerli istehsalçılardan təchiz edilməsi;

  • fəaliyyət sahəsinin aşağıdakı 3 istiqamətdən birinə uyğun olması:

  • Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması;

  • istehlakın 50 faizdən artıq hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması;

  • qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və s.) göstərilməsi.

“KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrə investisiyanın minimum həcmi aşağıdakı miqdarda müəyyən edilir:

  • Bakı şəhəri (Bakı ətrafı qəsəbələr istisna olmaqla) - 5 milyon manat;

  • Bakı ətrafı qəsəbələr və Abşeron rayonu - 3 milyon manat;

  • Sumqayıt və Gəncə şəhəri - 2,5 milyon manat;

  • Müvafiq normativ hüquqi aktda qeyd olunmayan şəhər və rayonlar üzrə - 1,5 milyon manat;

  • Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən və Qusar rayonları üzrə - 0,5 milyon manat.

KOB klaster şirkəti KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə aşağıdakı vergilərdən azaddır:

  • mənfəət vergisindən;

  • torpaq vergisindən;

  • əmlak vergisindən;

  • Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azad edilir.

KOB klasterin iştirakçısı olan fərdi sahibkarın (hüquqi şəxsin) KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin (mənfəətin) kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azaddır.

KredAqro haqqında



KredAqro Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır; biznes, ekspress, kənd təsərüffatı, lizinq və istehlak kreditlərini təklif edir.

Xidmət növləri üzrə:

Kənd təsərrüfatı:

  • Mal-qara, quşçuluq, məhsul istehsalı, akvakultur və.s kimi kənd təsərrüfatı fəaliyyətləri.

Biznes:

  • Ticarət, emal, istehsal, xidmət və digər kommersiya fəaliyyətləri.

İstehlak:

  • İstehlakçının təhsil ödənişləri, tibbi xərcləri, məzuniyyət, toy, mənzil təmiri, uzunmüddətli istehlak mallarının alınması (məişət avadanlıqları, bəzək əşyaları, geyim, şəxsi avtomobilləri kimi) və ev alışı.

Ekspres (biznes və istehlak):




  • Biznes fəaliyyəti  ilə  məşğul olan ərizəçilərin şəxsi ehtiyacları, habelə istehlakçının təhsil ödənişləri, tibbi xərcləri, məzuniyyət, toy, mənzil təmiri, uzunmüddətli istehlak mallarının alınmasına (məişət avadanlıqları, bəzək əşyaları, geyim, şəxsi avtomobilləri kimi) ehtiyacı var, ev alışı.

Lizinq:



  • Uzun ömürlü vəsaitlərin (texnika, avadanlıqların, avtomaşınların və s.  əmlakların) lizinq yolu ilə əldə edilməsi üçün verilir.


Avtomobil:


  • Avtomobil satınalması üçün.

Kənd mikro:



  • Biznes və stabil gəlirli fəaliyyətlə məşqul olan müraciətçilərin şəxsi ehtiyacları.

Dövlət Aqrar Ticarət şirkəti haqqında

“Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin əsas məqsədi də dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını təmin etmək, bununla da ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir.

“Dövlət Aqrar Ticarət Şirkəti” MMC öz fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir: 

  • ölkə daxilində və xaricində kənd təsərrüfatı məhsullarına olan tələb və təkliflər araşdırılır, alınmış məlumatlar əsasında satış strategiyası hazırlanır;

  • alıcılar və satıcılar arasında əlaqənin qurulması təşskil edilir;

  • ixracata yönəldilmiş istehsalın təşviqi və yerli məhsulların brendləşməsi üçün lazımi addımlar atılır;

  • daxili və xarici bazarda kənd təsərrüfatı məhsullarına yaranmış tələbə uyğun olaraq məhsulların istehsal həcminin artırılması məqsədi ilə istehsalçılara tələb olunan maliyyə dəstəyinin verilməsində köməklik göstərilir;

  • xarici ölkələrin rəsmi qurumları və beynəlxalq təşkilatlarla danışıqlar apararaq məhsulların birgə istehsala hazırlığı və satışı təşkil edillir;

  • ixrac üçün nəzərdə tutulan yerli məhsulların beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılmasında iştirak edilir;

  • istehsalçılara daxili və xarici bazarın tələbatına uyğun satışın artırılması məqsədi ilə tövsiyyələr verilir;

  • satınalan təşkilata təqdim edilənədək məhsulların saxlanılması və həmin təşkilatla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq məhsulalrın onlara çatdırılması üçün müvafiq təkliflər verilir;

  • məhsullarım satışı, ərzaq məhsullarının saxlanılması və həmin təşkilatla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq məhsulların onlara çatdırılması;

  • satınalan təşkilata təqdim edilənədək məhsulların saxlanılması və həmin təşkilatla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq məhsulların onlara çatdırılması üçün müvafiq təkliflər verilir;

  • məhsulların satışı, ərzaq məhsulların tədarükü və təchizatı sahəsində qabaqcıl təcrübə öyrənilir, bu sahədə kadr hazırlığı və beynəlxalq əməkdaşlıq həyata keçirilir.

Aqrar Kredit və İnkişaf Agentliyi haqqında

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİF) - fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini təmin edən icra hakimiyyəti orqanıdır.

Dövlət Agentliyinin əsas vəzifələri:



  • Güzəştli şərtlərlə kənd təsərrüfatı kreditlərinin verilməsi, texnikanın və damazlıq heyvanların güzəştli şərtlərlə satışı;

  • Layihələrin idarə edilməsi;

  • Kənd təsərrüfatına investisiya cəlbi;

Fəaliyyət istiqamətləri:

  • aqrar inkişaf layihələrinin kreditləşdirilməsini və idarə edilməsini həyata keçirmək;

  • aqrar sahədə dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsində iştirak;

  • aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə kreditlər vermək;

  • aqrar sahədə dövlət-özəl tərəfdaşlığı (G2B) çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin etmək.



Dərc olunma strukturu.




Agentliyin logosu və başlıq (Üz səhifə)

1.

Giriş

2.

Agentlik haqqında

3.

İqtisadi göstəricilər

4.

İqtisadiyyatın sahələri üzrə bir sıra prioritet istiqamətlər

5.

İnvestisiya təşviqi sənədi və İxrac təşviqinin ödənilməsi haqqında

6.

Sənaye məhəllələri və Sənaye parkları haqqında

7.

Yüksək Texnologiyalar Parkı və “KOB klaster şirkəti” haqqında

8.

KredAqro haqqında

9.

Dövlət Aqrar Ticarət şirkəti haqqında

10.

Aqrar Kredit və İnkişaf Agentliyi haqqında

11.

Dərc olunma yeri və müəlliflər




Yüklə 36,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin