Tarixi proseslərin mahiyyətini üzə çıxarmaq üçün iki əsas metoddan istifadə olunur – induksiya və deduksiyadan.
İnduksiya – (Latıncadan in-duco- ayırmaq, çıxarış anlamına uyğun gəlir). Konkret məlumat və bilgilərdən abstrakt ifadələrin ayrılması, xüsusidən ümumiyə, konkret tarixi hadisələrdən onların nəzəri mahiyətinə doğru getmək deməkdir.
Deduksiya- (Latıncadan de-duco- məlumat analmını verir). Konkret faktalara dair abstrakt ifadələrin məzmun və ehtiva etdiyi, yaxud daşıdığı infornasiyanın öyrənilməsi, ümumi biliklərdən, məlumatlardan xüsusiyə doğru biliyin inkişaf etdirilməsi deməkdir. Tarixi tədqiqatlarda isə deduksiya dedikdə tarixi hadisələrin nəzəri mahiyyətindən tarixi proseslərin konkret olaylarına qədər hər hansı bir prosesin araşdırılması nəzərdə tutulur. Məsələn, 1918-ci ilin yazında Azərbaycanda bolşevik-daşnak qüvvələrinin həyata keçirkikləri soyqırımları sözügedən dövrdə ümumiyətlə, cənubi Qafqazda və Azərbaycanda gedən ictimai-siyasi proseslərə nisbətdə deduktiv proses sayıla bilər. Konkret olaraq sözügedən dövrdə Quba soyqırımlarının tədqiq olunması isə birinci hadisəyə nisbətdə deduktiv proses kimi götürülə bilər.