Laboratoriya hesabatı



Yüklə 15.51 Kb.
tarix16.02.2017
ölçüsü15.51 Kb.





Laboratoriya hesabatı

Ad:Parvana Soyad:Abdullayeva

Məktəb:Gəncə 16 saylı tam orta məktəb Tarix:26.012016

Məqsəd: Ürək döyüntümüzün sakit və fiziki məşqdən sonra öyrənilməsi və Labdisk ürək döyüntüsü sensorundan istifadə edərək öyrənilməsi.

Metodologiya: Ürək döş qəfəsində bir qədər sola doğru çəp vəziyyətdə yerləşir. İnsanda ürək müxtəlif arakəsmələr vasitəsilə 4 kameraya bölünür. Yuxarıdakı kameralara qulaqcıqlar aşağıdakı kameralara mədəciklər deyilir. İnsanın ürəyi sağ və sol olmaqla iki qulaqcıq və iki mədəcikdən ibarətdir.Qulaqcıqları mədəciklərlə xüsusi dəliklər birləşdirir ki, bunların da kənarında birləşdirici toxumadan əmələ gəlmiş mədəciklərə doğru açılan taylı qapaqlar olur.

Ürəyin sol mədəciyi ilə aorta və sağ mədəciyi ağciyər arteryasının arasında aypara qapaqlar olur. Bu qapaqlar qanın geriyə mədəciklərdən qulaqcıqlara, damarlardan isə mədəciklərə doğru axmasının qarşısını alır. Ürəyin qapaqları qanın bir istiqamətdə qulaqcıqlardan mədəciyə, mədəciklərdən isə arteriyalara axmasını təmin edir.

Ürəyin bir dəfə yığılıb boşalması ürək döyüntüsü adlanır. Bir ürək döyüntüsünə iki faza deyil, üç faza ayırd edilir. Birinci faza qulaqcıqların sistolası - bu zaman mədəciklər diastola vəziyyətində olur, qulaqcıqlardakı qanan hamısı mədəciklərə qovulur. Adətən qulaqcıqların sistolası 0,1 saniyə davam edir. İkinci faza mədəciklərin sistolası - qulaqcıqların sistolası qurtaran kimi mədəciklər sistola edərək qanı aorta və ağciyər arteriyasına qovur. mədəciklərin sistolası təqribən 0,3 saniyə davam edir.Üçüncü fazaya qulaqcıq və mədəciklərin ardıcıl boşalması - ümumi diastolası aiddir. Ürəyin bu vəziyyəti 0,4 saniyə davam edir. Beləliklə, bir ürək döyünməsinə cəmi 0,8 saniyə vaxt sərf olunur.

Alətlər və materiallar:

Notbook, Planşet, Labdisc, Nəbz qulaqcığı, Prametan lövhə, İnsan audiovizual tədris vəsaiti
Alətlərin qoşulma şəkli:



Prosedur-Qısa:

1. Labdisc-in qurulması Setup piktoqramını seçdikdə yerinə yetirilir. Ürək ritmi sensoru seçilir. Ölçmələrin sayı və tezliyi ayarlanır. Nəbz qulaqcığı Labdisc-ə qoşulur və qulaq klipi ürək ritmi ölçülən şağirdin qulağına taxılır.

2. Planşetdə Globilab proqramı açılır, Labdisc planşetə bluetooth vasitəsilə qoşulur. Run piktoqramını seçdikdə ürək doyentüsünün qrafik çəkilişinə start verilir. Stop piktoqramı seçdikdə təcrübə dayandırılır.Alınan qrafik yaddaşa salınaraq, qovluqda saxlanılır.

3. Ürək döyüntüsünün yoxlanılması və qrafikin çəkilməsi sakit vəziyyət və fiziki məşqdən sonra təkrarlanır.




Nəticələr

Ürək döyüntüsü sakit vəziyətdən (90) fərqli olaraq, fiziki məşq zamanı (165) artır.

Qrafiklər/Cədvəllər: Fiziki məşq zamanı



Məlumatların təhlili:



Yekun suallar

Sual1: Bütün insanların ürək döyüntüsü eynidirmi?

Cavab1:İnsan qocaldıqca ürək döyüntüsü azalır. Körpə uşaqların ürək döyüntüsü 100-200 arasında dəyişir.Orqanizmin sağlamlıq dərəcəsindən asılı olaraq ürək ritmi dəyişə bilər.

Sual2:Sakit vəziyyətdə də ürək döyüntüsü arta bilərmi?

Cavab2:Qorxu, həyacan və stres zamanı adrenalin hormonunun yüksəlməsi nəticəsində ürək döyüntüsü arta bilər.

Sual3:Əgər nəfəsinizi tutub saxlasaq ürək döyüntümüzdə hansı dəyişiklik baş verərdi

Cavab3:Oksigen qəbulu azaldığı üçün ürək döyüntümüz aşağı düşərdi.

Sual4:Nə üçün fiziki məşq zamanı ürək döyüntümüz artır?

Cavab4:Fiziki məşq zamanı əzələlərimiz oksigenli qanla daha çox təmin olunur.Əlavə artmış qan axımı ürək döyüntümüzü artırır.



Laboratoriya hesabatı © Globisens Ltd.

Səhifə


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə