Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə1/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30



TƏDRİS MƏRKƏZİ 
Bakı - 2016
Əməyin mühafizəsi və elektrik 
təhlükəsizliyi
Dərs vəsaiti
Ə.X.Calallı
“Azərişıq” ASC - nin Tədris Mərkəzinin 
müdavimləri üçün nəzərdə tutulub


Əmək fəaliyyətində adamların bədənində damarların, tənəffüz üzvlərinin, əsəb
sisteminin və qan dövranın işi ilə əlaqədar biokimyəvi proseslər baş verir. Bu halda
insan bədəni, qida məhsullarının oksidləşib parçalanması üçün müəyyən miqdarda
oksigen tələb edir.
İstehsal şəraitində insanlar tərəfindən görülən iş, sərf olunan əzələ və zehni
enerjilərinin qiyməti ilə təyin olunur. Bir sıra hallarda zehni enerjisi əzələ
enerjisindən çox sərf edilir. Məsələn, kommunikasiya aparatları ilə distansion
(uzaqdan) idarəetmədə çox cüzi fiziki qüvvə tələb olunduğu halda, elektrik
şəbəkələrində mürəkkəb əməliyyatlar apardıqda böyük zehni enerji sərf olunur.
Əmək şəraitini düzgün təşkil etmədikdə, adam tez yorulur, onun diqqəti azalır və
xəsarət almaq təhlükəsi artır.
Normal iş şəraitinin yaradılmasına əsas təsir göstərən faktorlar: iş yerinin
işıqlandırılması, havanın vəziyyəti (nəmlik, temperatur, təzyiq, təmizlik),
avadanlıqların yaratdığı səs və titrəmələrdir.
1.1. Əmək şəraiti
1. ƏMƏYİN MÜHAFİZƏSİ
3
TƏDRİS MƏRKƏZİ 


Elektrik
qurğularına və elektrikləşdirilmiş istehsal
aqreqat və cihazlarına xidmət edən, fəhlələr və mühəndis-
texniki işçilər elektrik cərəyanının xəsarətindən tam təhlükəsiz
olmalıdırlar.
Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına
cavab vermirsə və işçilərin sağlamlığına zərərli təsir göstərirsə,
belə mühit zərərli mühit sayılır. Zərərli istehsalat təsirlərinə
qeyri-kafi
meteoroloji
şərait, zəif işıqlanma, radioaktiv
şüalanmanın və
elektromaqnit
sahələrinin
mövcudluğu,
istehsalatda olan toz, zərərli buxarlar, qazlar, səs, titrəmələr və
nəhayət, bədəndə yaranan ümumi fiziki gərginlik məsələn,
əzələlərin artıq yüklənməsi, əsəblərin həddən artıq gərilməsi və
s. aiddir.
Zərərli
istehsalat
şəraitinə
həmçinin
akkumulyator
sexlərindəki işləri və elektrik qaynaq işlərini göstərmək olar. Bu
cür işlər, kəskin peşə xəstəliklərinə səbəb olur.
İstehsalatda işçilərin normal işini təmin edən texniki
sənədlərdə işlərin təhlükəsiz yerinə yetirilməsi üçün kompleks
tədbirlər (çəpərlər, mühafizə vasitələri, istehsalat təlimatları və
s.)
nəzərə
alınmalıdır.
İstehsalat
avadanlıqlarının
layihələndirilməsində və istehsalatın texnologiyasını yaratdıqda,
istismar şəraitində təhlükəsizlik texnikası şərtlərini nəzərə
almaq vacibdir. Qeyd etmək lazımdır ki, baxılan halda
istehsalatın maksimum dərəcədə mexanikləşdirilməsi və
avtomatlaşdırılması çox vacibdir.
4



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin