Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

TƏDRİS MƏRKƏZİ 


Əlavə mühafizə vasitələri
bilavasitə verilmiş gərginlikdə mühafizə funksiyasını yerinə yetirə bilmir və ona görə də əsas
vasitələrə əlavə vasitə sayılır.
1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında istifadə olunan əlavə mühafizə vasitələrinə dielektrik əlcəklər, dielektrik
botlar, xüsusi geyimlər, eynəklər,
təhlükəsizlik kəmərləri, dielektrik xalçalar və çini izolyatorlarda quraşdırılmış izolyasiya
ayaqaltılar aiddir.
1000 V-a qədər gərginlikli elektrik qurğularında tətbiq olunan əsas mühafizə vasitələrinə əməliyyat ştanqları, qısqaclar
(kleşi), dielektrik əlcəklər, dəstəkləri izolə edilmiş alətlər və gərginlik göstəriciləri aid edilir.
1000 V-a qədər gərginlikli elektrik qurğularında əlavə mühafizə vasitələri kimi dielektrik qaloşlardan, rezin xalçalardan və
izoləedici ayaqaltılardan istifadə olunur.
35
TƏDRİS MƏRKƏZİ 


Elektrotexniki işçilərin elektrik qurğularının cərəyandaşıyan hissələrinə toxunmasının və onlara yaxınlaşmasının qarşısını
almaq məqsədilə metal çəpərlərdən və blokirovkalardan istifadə olunur.
Çəpərlər
bütöv və ya tor şəklində
(25x25mm)
metal materiallardan hazırlanır. Bütöv çəpərlər 1000
V
-a qədər gərginlikli elektrik
qurğularında üzlüklər və örtüklər şəklində istifadə edilir.
Tor şəkilli çəpərlər 1000 V-a qədər və yuxarı gərginliklərdə işləyən elektrik qurğularında mühafizə məqsədilə tətbiq edilir. Bu cür
çəpərlər qıfılla bağlanan qapıya malik olur.
4.1. Hasarlayıcı vasitələr
Sipərlər, şirmalar və i. a. şəklində olan çəpərlər istənilən gərginlikli qurğularda tətbiq edilir. Onlar elə yerləşdirilir ki,
cərəyandaşıyan һissələrə qədər olan məsafə müəyyən qiymətlərdən kiçik olmasın: misal üçün, 15 kV gərginliyə qədər olan
qurğularda minimal məsafə 0,35 m, 500 kV gərginlikli, qurğularda isə - 4,5 m olmalıdır.
36


37

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin