Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

5.İLK YARDIM
5.1 Ilk yardım tədbirləri
İlk yardımın göstərilməsi üçün aşağıdakılar vacibdir:
- xəstəyə daha rahat şəraitin yaradılması;
-ətrafdakıların bir qədər kənara çəkilməsi;
- xəstə danışa bilmir, lakin şüuru aydındırsa ona “hə” və ya “yox” cavablarını baş hərəkəti ilə verməyə imkan yaradan suallar
vermək olar. Xəstəni sakitləşdirmək vacibdir, həyəcan hissi tənəffüs problemlərini dərinləşdirə bilər;
- belə hallar üçün xəstəyə təyin olunmuş dərman preparatı varsa, onu qəbul etməyə kömək etməli, xəstənin dərmanı qəbul etmək
imkanı olub-olmamasını təyin etmək lazımdır, xəstə dərmanı qəbul edə bilməzsə ona dərman vermək olmaz, bu boğulma ilə
nəticələnə bilər;
- bədənin normal hərarətinin saxlanılması (üstünü örtmək, bürünmək) vacibdir;
- təcili yardımın çağırılması.
Müxtəlif hallarda ilk yardım göstərmək üçün aşağıdakı müxtəlif üsullardan istifadə etmək lazımdır
-adamın əynindəki yanan paltarın söndürülməsi;
-süni tənəffüs verilməsi;
- tənəffüs üzvlərinin (əleyhqaz,pambıq tənzif maskası geyməklə) və qanaxmaların müvəqqəti olaraq dayandırılması;
- yara və yaxud yanıq yerinin sonrakı çirklənmədən qorumaq üçün yaraya və yanıq yerinə sarğı qoyulması;
-zəhərləyici maddələr mühitində zərərçəkənə əleyhqaz geydirilir və zəhərə qarşı xüsusi antidot verilir.


43
5.2. Süni nəfəs
Tənəffüsün dayanması zamanı xəstə huşsuz vəziyyətdə olur, döş qəfəsi hərəkət etmir, dəri və dodaqlar göyərir. Zərərçəkən
şəxsin tənəffüsü dayanarsa, qanı oksigenlə təmin etmək üçün dərhal ona süni tənəffüs verməyə başlamaq lazımdır. Əgər bu zaman
ürək fəaliyyəti də dayanarsa, zərərçəkənə süni tənəffüs ilə yanaşı, ürəyi yenidən işləməyə vadar etmək üçün ürəyin xarici (qapalı)
masajı adlanan reanimasiya üsulundan da istifadə etmək lazımdır.
Ürəyin qəfil dayanması sudabatma, boğulma, müxtəlif zəhərlənmələr, elektrikvurma, bir sıra ürək xəstəlikləri (ilk
növbədə miokard infarktı) və s. hallarda müşahidə edilir. Ürək dayandıqda həyati əhəmiyyətli üzvlər, ilk növbədə isə baş beyin
oksigen aclığına dözmədiklərindən, artıq 3-5 dəqiqə sonra onlarda geridönməz dəyişikliklər başlayır. Ürək dayanmasının
əlamətləri bunlardır:
- Yuxu arteriyasında nəbzin olmaması;
- Huşun itməsi;
- Tənəffüsün olmaması;
Belə hallarda təxirəsalınmadan süni tənəffüs və ürək masajına başlanmazsa, yəni ağ ciyər-ürək reanimasiyası aparılmazsa, bu
vəziyyətindən zərərçəkmiş şəxsi xilas etmək mümkün olmayacaqdır və o, bir neçə dəqiqədən sonra öləcəkdir. Ürək masajı zamanı
qismən də olsa beyin oksigenlə təchiz olunur. Ürək masajı və süni tənəffüs birgə aparılır.

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin