Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

5.3.2. Venoz qanaxma
Bu cür qanaxmalar ən çox bədən səthinə yaxın venaların zədələnməsi zamanı baş verir. Venoz qanaxmalar zamanı qan
laxtalanması orqanizmi həmişə qan itirməkdən qoruya bilməz. Burada qanın axma sürəti kapilyarlardan çox olduğundan qan
laxtası yuyulub aparılır, nəticədə az müddət ərzində çox qan itirilir. Bu isə həyat üçün təhlükəlidir. Kiçik venoz qanaxmanı
saxlamaq üçün sıxıcı sarğı qoymaq kifayətdir. Bu sarğı
zədələnmiş damarın divarını sıxır, qanı axmağa qoymur.
İri venalar zədələndikdə yardım göstərilməlidir. Venoz
Qanaxmalar
baş
verdikdə
həmin
adama
ilk
yardım
göstərildikdən sonra onu yaxında olan tibb məntəqəsinə və ya
xəstəxanaya çatdırmaq lazımdır.
İlk növbədə ətrafı yuxarı qaldırıb, yaralanmış yerdən
yuxarıda arteriyanı barmaqla basıb qanaxmanı azaltmaq
lazımdır. Sonra rezin turna və ya burulmuş parça ilə sıxmaq
lazımdır. Turna qoyulacaq yerə əvvəlcə təmiz bint və parça
qoyulur ki, turna həmin yeri zədələməsin. Parça ilə sıxdıqda
isə həmin yeri parça ilə boş sarıyırlar. Sonra parça ilə ətrafın
arasından möhkəm çubuq keçirir və bu çubuqla parçanı o
qədər bururlar ki, yaranan qanaxma dayansın. Bundan sonra
çubuğu bintlə turnaya bərkidir və yaranı sarıyırlar.
5.3. 3. Arterial qanaxma
Arterial qanaxmalar venoz qanaxmalara nisbətən az təsadüf edilir, çünkü bədən səthinə gələn arteriyalar çox azdır.
Arterial qanaxma həyat üçün qorxuludur. Arteriyalar zədələndikdə qan fəvvarə kimi xaricə çıxır. Qanın arterial damardan axması
onun al-qırmızı olması ilə müəyyən olunur. Belə halda sarğıdan istifadə etmək düzgün deyil, çünki sarğı qanın axmasının
qarşısını ala bilməz. Yalnız qanın axma sürətini azaldır. Buna görə də həkimə qədər dərhal başqa tədbirlər görmək lazımdır.
TƏDRİS MƏRKƏZİ 


48
Turnaya və ya parçaya qoyulma tarixi yazılmış parça
bərkidilir. İlk yardım göstəridikdən sonra xəstəni mütləq
xəstəxanaya göndərmək lazımdır. Zərərçəkmiş adamı xəstəxanaya
çatdırmaq uzanarsa, turnanı müvəqqəti boşaltmaq vacibdir. Çünki
ətrafa 2 saatdan artıq qan gəlmədikdə toxumalar məhv olur.
Ətrafda qan dövranı bərpa olduqda turnanı yenidən bərkitmək
lazımdır. Turna olmadıqda ətrafı mümkün qədər çox qatlayıb
qanaxmanı azaltmaq olar. Bunun üçün ətrafın qatlandığı yerə
tənzifi, binti və ya pambığı yumtulayıb qoyur, sonra ətrafı bərk
qatlayıb onu həmin vəziyyətdə bərkidirlər. Həddən artıq qan
itirmiş adamları xəstəxanaya çatdırmaq lazımdır.


49

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin