TƏDRİS MƏRKƏZİ
46
Süni tənəffüs verilməsi prosesi zamanı xilasedicinin qanında karbon qazının azalması səbəbindən onda başgicəllənmə baş
verə bilər. Ona görə də yaxşı olar ki, zərərçəkənə süni tənəffüs verilməsini hər 2-3 dəqiqədən bir bir-birini əvəz etməklə iki
xilasedici yerinə yetirsin.
Hər 30 saniyədən bir mütləq ürək döyünməsi (kiçik yaşlı uşaqlarda qulağınızı onun döş qəfəsinə qoymaqla, nisbətən iri
yaşlı uşaqlarda və böyüklərdə isə nəbzi əlləməklə) yoxlanır! Qan dövranı və ürək fəaliyyətinin pozğunluqlarında nəbzi bilək
nahiyəsində əlləmək əbəsdir, onu burada əlləmək mümkün olmayacaq! Belə hallarda nəbzi yuxu arteriyasının üzərində əlləmək
olar. Bunun üçün barmaqların ucu ilə şəkildə göstərilən qaydada boyun nahiyəsinə qoymaq lazımdır. Əgər ürək döyünməsi
olmazsa, dərhal ürəyin xarici (qapalı) masajını da icra etməyə başlamaq lazımdır!
Əgər xilasedici ürək fəaliyyətinin dayanmasını nəzərdən qaçıraraq, 1-2 dəqiqə ərzində ürəyin masajı icra edilmədən yalnız
süni tənəffüs verilməsini davam edərsə, zərərçəkəni xilas etmək mümkün olmayacaq!
5.3. Qanaxmanı saxlama üsulları
İnsanın qan damarlarında bədən qanının ¾ hissəsi dövr edir. ¼ hissəsi isə bəzi orqanlarda (dalaqda, qara ciyərdə, ağciyər və
dəridə) ehtiyat halında saxlanılır. Hər hansı travma zamanı qan damarlarının zədələnməsi qanaxmalara səbəb ola bilər. Qanın
miqdarı azaldıqca qan təzyiqi düşür, baş beynin, ürəyin və digər orqanların qanla təchizatı pozulur. Qanaxma zamanı 2- 2,5 L qan
itirildikdə ölümlə nəticələnə bilər. Qanaxma 3 cür olur: kapilyar, venoz və arterial qanaxma. Qan bədən boşluqlarına axarsa,
daxili qanaxma adlanır.
5.3.1. Kapilyar qanaxma
Bu qanaxma cüzi zədələnmələrdən baş verə bilər. Qan kapilyarlarda yavaş surətlə və
aşağı təzyiqlə axdığına görə bu cür qanaxmanı saxlamaq asandır. Kapilyar qanaxma zamanı ilk
yardım göstərdikdə yara ətrafına yod sürtməklə oranı təmizlədikdən sonra təmiz bintlə sarğı
qoymaq lazımdır. Sarğı yaradan orqanizmə yad cisimləri, əsasən mikrobları keçməyə qoymur
və qanın tez laxtalanmasına kömək edir. Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq
ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir.
|