Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub


 Gərginlik altına düşmüş şəxsi gərginlikdən azad etmək üsulları



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

4.2. Gərginlik altına düşmüş şəxsi gərginlikdən azad etmək üsulları
Hər bir elektrik naqilini izoləedici 
kəlbətin, balta və yaxud hər hansı
kəsici alət ilə ayrı-ayrılıqda kəsməli
Elektrik açarının, ayırıcını 
açmaqla yaxud qoruyucuları çıxarmaqla 
elektrik dövrəsini qırmalı
Zərərçəkənşəxsi quru paltardan tutub 
naqildən ayırmalı 
TƏDRİS MƏRKƏZİ 


38
Çox vaxt elektrik qurğularında gərginlik altındakı cərəyandaşıyan qurğulara toxunduqda adamın əlləri qıc olub yığılır.
Bunun nəticəsində cərəyan vuran adamın barmaqları elə bərk yığılır ki, naqili əlində tutmuşsa, onu əlindən buraxa bilmir.
Əgər cərəyan vuran adam cərəyandaşıyan һissələrə toxunmuş һalda qalarsa, һər şeydən əvvəl, onu cəld elektrik
cərəyanının təsirindən xilas etmək lazımdır. Belə һallarda yadda saxlamaq lazımdır ki, lazımi eһtiyat tədbirlər görülmədən,
cərəyan altıda olan adama toxunmaq həyat üçün çox təhlükəlidir.
İlk növbədə aşağıdakı tədbirləri təcili yerinə yetirmək lazımdır:
1.
Birinci növbədə elektrik dövrəsi qırılmalıdır (avtomat, ayırıcı, qoruyucu və s.).
2.
Əgər birinci variant alınmırsa onda elektrik naqili dəstəyi izolyasiyalı kəlbətin, balta və yaxud hər hansı kəsici alətlə
kəsilməlidir.
3.
Əgər birnci və ikinci variantlar alınmırsa onda insanı cərəyandaşıyan һissədən ayırmaq üçün onun əyninə yapışmayan
quru paltardan, məsələn, ətəyindən tutmaq olar. Bu vaxt ətrafdakı metal şeylərə və bədəninin çılpaq һissəsinə toxunmaq olmaz.
Onun ayağından tutub çəkdikdə əlləri yaxşı izolə etmədən ayaqqabısına toxunmamalı, çünki ayaqqabı yaş ola bilər və bundan
başqa ayaqqabının mıxları və qırmaqları cərəyan keçiricidir. Bu zaman əgər cərəyan vuran adamın bədəninin paltarla
örtülməmiş һissəsindən tutmaq lazım gələrsə, rezin əlcək və qaloş geymək, yaxud əlləri şarf ilə sarımaq, əldə maһud papaq
tutmaq, paltarın qollarını və yaxud başqa bir quru şeyi əlin üstünə salmaq və ya zərərşəkənin üstünə rezin, və yaxud
rezinləşdirilmiş parça atmaq lazımdır. Ümumiyyətlə isə digər aşağıdakı şəkillərdə göstərilən hallarda insanı cərəyandaşıyan
һissədən və ya məftildən ayırmaq üçün quru paltar, quru kəndir, quru taxta və ya cərəyan keçirməyən başqa bir şeydən istifadə
etmək lazımdır. Bu zaman metal və ya yaş şeylərdən istifadə etmək olmaz.


39
.
Elektrik ötürən xətlərdə cərəyan vuran adamı yuxarıda göstərilmiş üsullardan biri ilə lazımi dərəcədə və təһlükəsiz
xilas etmək mümkün olmadıqda xəttin, bütün məftillərini qısa qapamaq (üstünə məftil atmaq və i. a.) və möһkəm torpaqlamaq
(təһlükəsizlik texnikasının ümumi qaydasına əsasən) lazımdır. Bu məqsədlə atılan məftilin xilasedənin bədəninə toxunmaması
üçün tədbir görülməlidir.
Quru çubuqla naqili zərərçəkəndən uzaqlaşdırmalı
TƏDRİS MƏRKƏZİ 


Bu cür plakatlar xüsusi mühafizə vasitələrinə aid olub, əsas funksiyaları gərginlik altında olan hissələrə yaxınlaşmağın
təhlükəli olduğunu xəbərdar etməkdən; xidmətçilərə qabaqcadan hazırlanmış və gərginlikdən azad edilmiş iş yerlərini
göstərməkdən; qurğunun baxılan hissəsinin gərginliyə qoşulmasını qadağan edən mühafizə tədbirlərini yada salmaqdan ibarətdir.
Təyinatına görə plakatlar olur: xəbərdaredici, qadağanedici, icazəverici və göstərici

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin