Sillabus sahə iqtisadiyyatı, menecment və marketinq



Yüklə 22,99 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü22,99 Kb.
#44938
növüMühazirə
  1   2
Sillabus sahə iqtisadiyyatı menecment marketinq


Azərbaycan Dövlət Aqrar Universiteti

Aqrobiznes və idarəetmə fakültəsi

Aqrobiznes və menecment kafedrası

SİLLABUS

Sahə iqtisadiyyatı, menecment və marketinq
fənni üzrə tədris metodoloji istiqamət

Şifrlər və ixtisaslar:

Mühazirə müəllimi:

E-mail:

Mob:

Seminar müəllimi:

E-mail:

Mob:

Fənn haqqında məlumat

Kursun mənimsənilməsi üçün 60 saat (4 kredit) nəzərdə tutulmuşdur. Kurs semestr ərzində 15 həftəyə hesablanmışdır. Hər həftə 2 saat mühazirə, 2 saat seminar məşğələsinin keçirilməsi nəzərdə tutulub.



Fənnin məqsədi və məzmunu

Bazar münasibətləri şəraitində kənd təsərrüfa­tının inkişafı, istehsalın maddi tex­niki bazasının möhkəmləndirilməsindən, elmi-texniki tərəqqinin tətbiqindən, sərmayə qoyuluşunun həcmindən asılıdır.

Kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması, əmək məhsul­dar­lı­ğı­nın yüksəl­dilməsi və kənd təsərrüfatının səmərəliliyinin yüksəldil­­məsinin təmin edilməsi ixtisaslı kadrların hazırlanmasından çox asılıdır. Bununla əlaqədar olaraq istehsalın iqtisadiyyatı kursunun dərindən öyrənilməsi çox əhəmiyyətli və vacib məsələdir. Məhz bu əsasda kənd təsərrüfatı fəaliyyətinin obyektiv qiymətləndirilməsi, qabaqcıl təcrübənin və əməyin təşkilinin yeni metodlarının uğurla tətbiq edilməsi mümkündür.

İstehsalın iqtisadiyyatı və menecment fənni iqtisadi elmlər sisteminin tərkib hissəsidir. Burada onun maddi nemətlərin istehsalı və paylaşdırılması sferasında insanların ictimai münasibətlərin müxtəlif tərəfləri öyrənilir.

İstehsalın iqtisadiyyatı və menecment fəninin tədris olunması iqtisadiyyatın tarixən formalaşması və həmin sahənin ardıcıl, dinamik inkişafı ilə əlaqədardır. Kənd təsərrüfatının ən vacib məsələsi torpağın becərilməsi xərclərinin, əmək və maddi-pul xərclərinin səmərəliliyinin artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əldə olunan məhsulun satışının təşkil edilməsidir. İqtisadiyyatda həyata keçirilən islahatların nəzəri cəhətdən dərk edilməsinin, istehsal-idarəetmə münasibətlərinin formalaşması üzrə əhəmiyyətli olan təkliflərin işlənməsinin, bazar münasibətlərinin inkişafının, sahə iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsini zəruri etdi. Platon idarəetməyə insanların ümumi qidalanması elmi kimi baxır və sübut edirdi ki, idarəetmə üzrə fəaliyyət cəmiyyətin həyat təminatı sisteminin əsas elementidir. O, göstərirdi ki, müdrik idarəetmə düşünülmüş qanunlar əsasında olmalıdır. Belə ki, qanunlar öz-özlüyündə hədsiz dərəcədə abstrakt doqmatikdir. Buna görə də onların əsasında hər bir konkret situasiyada düzgün qərar qəbul etmək mümkün olmur. Məhz bu səbəbdən fənnin tədris olunması kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə bağlı sualların çox böyük hissəsinə cavab tapmağa imkan verəcəkdir.

İstehsalın iqtisadiyyatı və menecment fəninin tədrisi 30 saat həcmində nəzərdə tutulmuşdur. Ondan 10 saat istehsalın iqtisadiyyatının, 20 saatı isə menecmentin öyrənilməsinə sərf olunacaqdır.




Yüklə 22,99 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin