AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
“TƏSDİQ EDİRƏM”
ADNSU-nın Rektoru, professor
__________MUSTAFA BABANLI
“_____”______________2016-cı il
2525.01- «Neft və qaz yataqlarının işlənməsi və istismarı » ixtisası üzrə
Doktoranturaya qəbul imtahanının
P R O Q R A M I
B A K I – 2016
TƏRTİB EDƏNLƏR:
AMEA-nın müxbir üzvü,
professor
Tulparxan Salavatov
dosent
Abidin Mustafayev
dosent
Rasim Pənahov
«Neft yataqlarının işlənməsi və istismarı» fənni
1. Giriş. Azərbaycan Respublikasının inkişafına yanacaq və energetika
kompleksinin yeri və əhəmiyyəti. Dünyada və Azərbaycanda neft-qaz yataqlarının
işlənməsində inkişaf mərhələləri. Kursun predmeti, əhəmiyyəti və başqa fənlərlə
əlaqəsi. Neft-qaz sənayesinin inkişaf prespektivləri. Neft-qaz sənayesi
mütəxəssislərinin qarşısında qoyulan müasir tələblər.
2. Neft-qaz yataqlarının kompleks layihələndirilməsi və işlənməsi. Neft
yataqlarının işlənmə sistemlərinin prinsipləri. Neft yataqlarının səmərəli işlənmə
sistemlərinin təyini. Neft yataqlarının işlənmə sxemləri, işlənmənin əsas
parametrlərinin dinamikası.
3. Neft yataqlarının işlənməsinin kompleks layihələndirilməsi. Neft yataqlarının
işlənməsinin layihələndirilməsinin tətbiq olunmasının əsas mərhələləri. Yataqların
ümumi geoloji xarakteristikalarının öyrənilməsi. Yataqların ümumi geoloji
məlumatları. Neft, qaz və suların yataqda yatma şərtləri. Layihələndirmə zamanı
tələb olunan geoloji-mədən məlumatları. Layların qeyri-bircinsliyinin və
çatlığının nəzərə alınması. Layların müxtəlif modelləri. Mədən məlumatlarının
seçilməsində statistik ehtimal nəzəriyyə üsulların istifadə olunması.İşlənmə
layihəsinin tərtibi. Baş işlənmə layihəsinin tərtibi , səmərəli işlənmə variantının
seçilməsi.
4. Neft yataqlarının işlənmə şəraitlərinin sxemləşdirilməsi. Yataqların formasının
sxemləşdirilməsi və şərtləri. Gətirilmiş qidalanma konturu.İşlənmə prosesinin
əsaslandırılması.
5. Neft yataqlarında quyuların yerləşdirilməsi. Quyuların sıralarla yerləşdirilməsi.
Dairə və sıralar , üçbucaq , 5,7, 9 nöqtəli sxemlərlə istismar və vurucu quyuların
yerləşdirilməsi. Quyuların yerləşdirilmə sıxlığını neftvermə əmsalına təsiri.
6. Qaz və qaz-kondensat yataqlarının işlənmə sistemləri . İstismar sistemlırinin
seçilmə prinsipləri və şərtləri .Neft yataqlarının işlənmə sistemlərindən fərqi və
uyğunluğu. Qaz və qaz-kondensat yataqlarında quyuların yerləşdirilməsi və
yataqların istismar prinsipləri.
7. Lay enerji mənbələri. Layların iş rejimləri. Layda neftin, qazın və suyun
süzülmə mexanizmləri. Layların işlənməsində təbii və süni enerji mənbələri.
Laylarda müxtəlif enerji mənbələri yaranma şərtləri . Layların iş rejimləri və hər
rejimə uyğun işlənmənin əsas amillərinin dinamikası.
8. Sərt su basqı rejimində hidrodinamik hesabat.Sərt su basqı rejimində
hesabatların əsas quruluşu . Borisov metodu. Zolaqvari və dairəvi yataqlar üçün
hesabatlar.
9. Elektrik hidrodinamik analogiya metodundan istifadə etməklə sərt su basqı
rejimində debitlərin təyini. Ekvivalent müqavimət metdou əsasında sərt su basqı
rejimində hidrodinamik hesabatlar. Elektrik hidrodinamik analogiya metodun
mahiyyəti və debitlərinin təyinində tətbiqi. Çoxsıralı quyuları olan yataqların
elektrik sxemlərin qurulması.
10. Layda neftin su ilə sıxışdırılmasında suyun və neftin özlülüklərində fərqin
nəzərə alınması. Hidrodinamiki hesabatlarda suyun və neftin özlülüklərinin
fərqini nəzərə alınmasının zərurililiyi. Doyma əmsalın layda paylanması və
neftin su ilə sıxışdırılma zamanı dəyişməsi. Bakliey-Leverett nəzəriyyəsi.
11. Çatlı mühitdə ikifazalı mayenin süzülməsi. Çatların həndəsi ölçülərinin
suyun və neftin faza keçiriciklərinin sıxışdırılma prosesinə təsiri. İki fazalı
mayenin dairəvi və zolaqvari çatlı layda süzülməsinin özəllikləri.
12. Elastik su basqı rejimində hidrodinamik hesabatlar əsasında işlənmənin
göstəricilərinin təyini. Elastik enerjinin hesabına çıxarıla bilən neft həcminin
qiymətləndirilməsi .Lay sisteminin elastik tutumu. Elastik rejimin differensial
tənliyi. Təzyiq dalğasının layda hərəkət qanunu. Təzyiqlər depressiyasının və
debitlərin təyini. Furye parametri, anlayışı.
13. Laya kontur xarici və kontur daxili su vurduqda hidrodinamik hesabatlar.
Vurucu quyuların yerləşdirilməsi. Suvurma şərtləri. Vurucu agentin həcmi ,
vürücü təzyiqi, vürücü quyuların sayı və layın qəbul etməsinin təyini. Material
balansı tənliyindən suyun həcmini təyin etmək üçün istifadə edilməsi.
14. Layların sahə sulaşdırılmasında hesabatlar. Sahə sulaşdırılma sistemləri.
Təzyiq və debitlərin sadələşdirilmiş təyin metodları. Quyuların müxtəlif
yerləşdirilməsi halllarında hidrodinamik hesabatlar.
15. Həll olmuş qaz rejimində hidrodinamik hesabatlar. Məsaməli mühitdə qazlı
mayenin stasionar və qeyri-stasionar hərəkəti.Xristianoviç funksiyası. Kontur
təzyiqilə layın doyma əmsalı arasında asılılıq. Sareviç şərti. Qazın və neftin
real xassələrinin nəzərə alınması.
16. Həll olmuş qaz rejimində material balansı tənliyindən istifadə olunması.
Volyumetrik rejim anlayışı. Material balansı tənliyinin çıxarılışı – Şilzius tənliyi.
Həll olmuş qaz rejimində material balansı tənliyini tətbiq etməklə işlənmənin
əsas amillərinin müəyyən olunması.
17.Həll olmuş qaz rejimində işlənmənin parametrlərinin təyinində riyazi üsullar.
Material balansı tənliyinin differensial forması. Sonuncu fərqlər üsulun tətbiqi.
Qərarlaşmış vəziyyətlərin ardıcıl dəyişən üsulunun baxılan rejimdə tətbiqi.
18. Qaz yataqlarının tükınmə rejimində işlənməsi. Tükənmə rejimində qaz yataqı
üçün material balansı tənliyi. Yataqdan çıxarılan qazın sabit debiti hasilində
differsial tənliyin həlli və işlənməsinin əsas parametrlərin təyin olunması. Qazın
debitinin dəyişən halında işlənmənin əsas parametrlərinin təyini . Qaz
yataqlarında layarası axınların və laya suyun daxil olmasının təyini.
19. Qaz yataqlarının su basqı rejimində işlənməsi. Qazın real xassələrin material
balansı tənliyində nəzərə alınması. Qalıq qazın həcmini nəzərə almaqla laya daxil
olan suyun həcminin təyin olunması. Su basqı rejimində qaz yataqının
işlənməsinin əsas parametrlərin təyin olunma alqoritmi.
20. Qaz və qaz-kondensat yataqlarının işlənməsində hidrodinamik hesabatlar. Qaz-
kondensat yataqların xüsusiyyətləri. Qaz-kondensat yataqlarında , retroqrad
proseslərin təhlili. Qaz-kondensat yataqlarının işlənməsində lay təzyiqinin sabit
saxlaması məqsədilə laya su vurma tədbirləri.
21. Qaz-kondensat yataqlarının işlənməsində Sayklinq prosesin tətbiqi. Sayklinq
prosesin mahiyyəti. İstismar və vurucu quyuların yerləşdirilməsinin işlənmə
prosesinə təsiri.
22. Qaz-kondensat yataqlarının suvurma yolu ilə işlənməsi. Qaz-kondensat
yataqlarına suyun vurulmasının məqsədi. İşlənmə prosesində vurulan suyun
həcminin təyini. Laylara suvurma nəticəsində qazın layda itkiləri. Qaz və
kondensat vermə əmsallarının təyini və təhlili.
23. Neft yataqlarının işlənməsində üfüqi quyuların istifadəsi. Üfuqi quyular
haqqında ümumi məlumat. Üfuqi quyuların işlənməsində dünya təcrübəsi. Üfuqi
quyuların istifadə , işlənmə və istismarında Azərbaycan və xarici alimlərin
tədqiqatları.
24. Kənar və daban sularının basqı enerjisi; qaz papağında olan sərbəst, sıxılmış
qazın enerjisi; neft və suda həll olmuş və təyiq azalanda ayrılan qazın enerjisi;
sıxılmış süxur və mayenin enerjisi; qravitasiya enerjisi – yəni ağırlıq
qüvvəsindən yaranan enerji; məsaməli mühit və maye fazaların daxili səthlərinin
diferensial enerjisi. Quyularda mayenin hidrostatik basqı hesabına qaldırılması.
Mayenin genişlənən qazın enerjısi hesabına qaldırılması. Şaquli borularda maye-
qaz qarışığının hərəkət nəzəriyyələri. Qaldırıcı borularda maye-qaz qarışığının
strukturları ( rejimlər).Süzülmə , süzülmə itgiləri. Quyu debitinin düsturu.
25. Layların açılması, ilkin və təkrar açılma. Layların perforatorlarla açılması.
Quyuların istismara hazırlanması. Quyuların mənimsənilməsi. Müxtəlif
mənimsənilmə üsulları.
26. Qərarlaşmış rejimdə quyuların tədqiqatı; indikator əyriləri, məhsuldarlıq
əmsalı, keçiricilik, pyezo keçiricilik əmsalları və onların tapılması. Qərarlaşmış
rejimdə quyuların qədqiqatı. Təzyiqin bərpası əyrisi. Təzyiqin düşmə əyrisi.
Tədqiqat nəticələrinin işlənmə üsulları.
27. Quyularda enerji balansı. Fontan qaldırıcısının hesablanması. Qeyri-tarazlıqlı
proselər. Henri qanunu. Təzyiqin dəyişmə tempi. Fontan quyusunun işinin
avtorəqs rejimi. Fontan quyusunun işinin tənzimlənmə üsulları. Fontan quyusunun
tədqiqatı və iş rejiminin edilməsi. Fontan quyusunda baş verən çatişmazlıqlar.
28. Neft hasilatının kompressor üsulunun ümumi xarakteristikası. Qazlift, erloft.
Qazlift üsulunun müxtəlif növləri və onların texnoloji sxemləri. Qazlift istismar
üsulunun üstünlükəri və çatışmayan cəhətləri. Qazlift quyularının quyuağzı
avadanlığı. Parafin və duz çöküntülərinə qarşı mübarizə. İşəsalma təzyiqinin aşağı
salınma üsulları. Qazlift klapanları və onların yerləşdirilməsi. Qazlift
qaldırıcılarının konstruksilarının və işinin rejim parametrlərinin müəyyən edilməsi
üzrə əsas hesabatlar. Qazlift quyularının tədqiqatı və onların iş rejimlərinin
müəyyən edilməsi. İşçi agentin sərfinin operativ nəzarəti.Vaxtaşırı istismar.
Plunjerli qaldırıcı. Əvəzetmə lifti.
29. Dərinlik nasos istismar üsulu. Nasos quyularının quyuağzı avadanlıqı. Dərinlik
nasosunun məhsuldarlığı. Ştanqlı nasos qurğusunun işinə təsir edən
amillər.Ştanqlara və manacanaq dəzgahına düşən yükün təyin edilməsi. Nasos
quyularının tədqiqatı və nasos qurğularında dinamometrik ölçülər. Ştanqlı nasosun
işinə qazın zərərli təsiri və onunla mübarizə. Qum təzahürlü nasos qurğularının
istismarı. Mayelərdə yaranan mənfi təzyiqin nasosun işinə təsiri. Parafin
çöküntüləri ilə mübarizə. Dərinlik nasos quyularına xidmət edilməsi.
Ştanqsız nasos qurğuları. Elastik, hidravlik və pnevmatik enerji formalarının
verilməsi. Mərkəzdənqaçma elektrik nasosları. Hidroporşenli nasos qurğuları.
Nasosun xarakteristikası. Texnoloji sxem. İstifadə olunan avadanlıq. Quyuların
işinin tənzimlənməsi .
30. Çoxlaylı yataqların eyni zamanda ayrıca istismarı.
31. Quyularda aparılan təmir işlərinin növləri: planlı-xəbərdarlıqlı ( profilaktik) ,
bərpa edici.Təmirlərarası müddət (TAM). İstismar əmsalı. Endirmə-qaldırma
əməliyyatları. Quyuların boğulması. Quyularda qum tıxacının ləğvi. Düz və əks
yuma, onların hidravlik hesabatı.
32. Əsaslı təmirin növləri. Təmir – bərpa işləri. Kəmərdə defektlərin ləğvi.
Kəmərin zədələnmiş hissəsinin əvəz edilməsi. Quyuda qalan boruların sonunun
bərpası. Quyuların sementlənməsi. Təzyiq altında sementlənmə. Təzyiq olmadan
sementlənmə. Pakerlərdən istifadə etməklə sementlənmə. Təcrid işləri. Yuxarı,
aşağı və daban sularının təcrid edilməsi. Layın quyudibi zonasının süxurlarının
möhkəmləndirilməsi.İstifadə olunan üsullar. Qaytarılma-bərpa işləri. Yuxarı
horizontla qaytarılma. Aşağı horizonta qaytarılma. Tutulmuş boruların çıxarılması.
İkinci gövdənin qazılması. Quyuların əsaslı təmirində istifadə edilən avadanlıq
və alətlər.İstismar kəmərinin əyilməsi və sınması.
ƏDƏBİYYAT
1. Neft və qaz yataqlarının işlənməsi və istismarı Bakı:, Azərnəşr 1960, səh.-
455, A.X.Mirzəcanzadə və b.
2. Neft və qaz yataqlarının işlənməsi və istismarının nəzəri əsasları.
3. Технология и техника добычи нефти. М:, Недра 1986, 382 с.
А.Х.Мирзаджанзаде и др.
4. Разработка нефтяных меторождений: учебник для вузов. М:, Недра
1986, 322 с. Ю.П.Желтов
5. Технология и техника добычи нефти : : учебник для вузов. М:, Недра
1983, 510 с., В.И.Щуров
6. Эксплуатация морских нефтяных месторождений. М: , Недра 1986 ,
185 с., А.Б.Сулейманов и др.
7. Neft layının fizikası. Bakı:, Maarif nəşriyyatı 1983, səh – 331Ş
A.X.Mirzacanzadə ,Z.M.Əhmədov, R.Qurbanov
8. Разработка газо-конденсатных месторождений: М:, Недра 1967, 356 с.,
А.Х.Мирзаджанзаде и др.
9. Quyuların məhsuldarlığının artırılması. Bakı: , 2008, ADNA, səh – 187.
T.Ş.Salavatov, B.A.Osmanov
Dostları ilə paylaş: |