AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
“Menecment və Marketinq”
kafedrası
«BEYNƏLXALQ MARKETİNQ »
MÜHAZİRƏ MƏTNİ
Tərtib edən: i.f.d.P.O.Fərhadi
B A K I – 2018
Mövzu 1. «Beynəlxalq marketinq» kursunun predmeti, məqsədi və vəzifələri.
1.1.«Beynəlxalq marketinq» anlayışı, onun əsas elementləri.
1.2. Kursun predmeti, məqsədi və əsas vəzifələri.
1.3. Kursun öyrəndiyi obyekt və tədqiqat metodu.
1.4. Fənnin iqtisadi nəzəriyyə və digər iqtisadi elmləri bilə əlaqəsi.
1.5. «Beynəlxalq marketinq» fənnin təcrübədə yeri və rolu.
1. «Beynəlxalq marketinq» anlayışı, onun əsas elementləri.
XXI əsrin başlanğıcında dünya iqtisadiyyatında sürətlə baş verən qloballaşma prosesi bir daha onu sübut edir ki, bütün dünya dinamik ölkərərinin inkişafı onların yaşadıqları ictimai quruluşdan asılı olmayaraq, yalnız onların bir – birilə qarşılıqlı əlaqələri şəraitində mümkündür.Belə ki, heç bir ölkə ayrılıqda inkişaf edə bilməz.
Beynəlxalq marketinq – müəssisənin (firmanın, şirkətin) yerləşdiyi ölkədən kənarda, yəni 63 ölkəsindən kənarda əmtəələrin (xidmətlərin, ideyaların) marketinqidir. iqtisadi ədəbiyyatlarda beynəlxalq marketinq, beynəlxalq biznesin fəlsəfəsidir.
Marketinqin beynəlxalq aspektlərindən danışarkən qeyd etmək lazımdır ki, ölkə və daxili xarici ölkələrdəki əhatə mühitlərində müəyyən fərqlər var. Lakin bunlar marketinq texnikasına o qədər də təsir etmir. Çünki əhalinin istehlakçıların davranışının motivlərində və beynəlxalq kommersiya təcrübəsində eyniliklərin və uyğunluqların olmasına heç bir şübhə yoxdur. Bütün bunlara baxmayaraq xarici ölkələrdə ətraf mühitlərə biganə qalmaq olmaz.
Marketinq deyəndə firmadaxili idarəetmənin elə sistemi nəzərdə tutulur ki, o aparılmış tədqiqatlar nəticəsində, bazarın tələb və təklifini öyrənmək yolu ilə müəssisəsnin istehsal fəaliyyətini rəqabətdavamlı məhsul istehsalına yönəltmiş olsun. Həm də tədqiqatın nəticəsindən asılı olaraq məhsul müəyyən olunmuş həcmdə və keyfiyyətdə istehsal olunmalıdır.
Yuxarıda deyilənlərin praktiki əhəmiyyətini nəzərə alaraq, bizim hər birimiz “ Beynəlxalq marketinq ”in müəssisədaxili (firmadaxilivə s.) idarəetmə sisteminin və beynəlxalq kommersiya əməliyyatlarının həyata keçirilməsinin ən vacib nəzəri və təcrübi məsələlərinə ciddi fikir verməlidir. Belə ki, sənaye müəssisələrində (firmalarda, şirkətlərdə və s.) marketinq fəaliyyətinin təşkili və texnologiyası məsələlərinə bazarın kompleks tədqiqi, marketing proqramlarının əhatəli işlənməsi təcrübəsi, reklamın və texniki xidmətin təşkili və s. daxil edilməklə daim diqqət mərkəzində olmalıdır.
Beynəlxalq marketinq – xarici ölkə bazarlarında mövcud və potensial alıcıların artan tələbatlarını ödəyə biləcək əmtəə və xidmətlərin mənfəətlə satışı məqsədilə bazarlara çıxarılması və istehlakçılara çatdırılması üzrə həyata keçirilən fəaliyyətdir.
Müasir marketinq fəlsəfəsi bazarda tələb və təklifin öyrənilib ona obyektiv faktorlarla təsir edərək tənzimlənməsi yolu ilə, məqsədli bazar və fərdi istehlakçılar üçün əvvəlcədən tələb olunan, həmdə istehlakçının diqqətini cəlb edə biləcək məhsul istehsalına nail olunmasıdır.
Marketinq – sərfəli müştərilərin axtarılıb tapılması, saxlanılması və genişləndirilməsi haqqında elm və mədəniyyətdir (məharətdir, bacarıqlıdır).
Digər mühüm cəhət marketinq fəaliyyətinin strateji və operativ instrumentlərinin daim təkmilləşdirlməsi zəruriliyidir. Kompaniyanın diqqətini daimi olaraq bazarın öyrənilməsinə yönəldilməsi, təkcə zəruri olan məlumatların toplanılmasını deyil, həm də ətraf mühüitin dəyişməsinin marketinq layihələşdirilməsini, eləcə də, lazım gəldikdə, firma (müəssisə) tərəfindən “hücuma keçmək” taktikasını həyata keçirmək imkanları yaradır. Bu isə , marketinqin tədqiqat funksiyasının inkişafında yeni keyfiyyət yanaşması kimi qiymətləndirilməlidir.
Iqtisadi ədəbiyyatlarda beynəlxalq marketinqin əsas məqsədi ayrı-ayrı ölkələrin iqtisadi-sosial inkişafını, onların əhalisinin, onların məşğulluq problemlərinin, həllinin və yaşayış tərzlərinin yüksəldilməsini beynəlxalq mübadilə vasitəsi ilə balanslaşdırılmış qaydada təmin etməkdir.
Beynəlxalq marketinq kampaniyalarının xarici dövlətlərin bazarında marketinq fəaliyyətidir. Daha doğrusu beynəlxalq marketinq istənilən ölkənin firmalarının, kompaniyalarınin və digər xarici ölkələrin bazarında fəaliyyətidir, inkişaf strategiyasıdır. Müasir dövrdə beynəlxalq marketinqlə məşğul olmağa 2 amil sövq edir. əvvəla hər bir xarici ölkənin daxili bazarında marketinq inkişafının məhdudluğu və ya konyukturanın dəyişməsi bəzən isə ölkə daxilində illik gəlirin artım tempinin aşağı düşməsi yüksək, vergilərin qoyulmasi və s; ikinci amil isə sahibkarların, iş adamlarının və ya ölkənin özünün əmtəələri üçün başqa ölkələrdə imkanların açılması, artmasıdır. Bu da imkan verir ki, hər bir ölkənin xarici ticarət fəaliyyətinə cəlb olunmasına şərait yaransın.
Bütün dünya miqyasında olduğu kimi, Azərbaycanda da marketinq dinamiki inkişafdadır. Bu isə, Azərbaycan marketinq partiyası üçün tamamilə konstuktiv bir haldır. Əvvəllər marketinq “ xalis satış fəaliyyəti ” kimi qiymətləndirilirdi. İndi isə bu fikirdən tədricən uzaqlaşaraq marketinqə “müasir idarəetmə konsepsiyası” kimi baxılmağa başlanılmışdır. Buna görə də bu gün marketinqin bütün dünyada keçirdiyi “yeniləşmə istiqaməti” Azərbaycan təcrübəsinin təkmilləşdirilməsi üçün də çox zəruridir.
Zənnimizcə, XXI əsrin ilk rübündə marketinqin başlıca vəzifəsi –zamanın tələbi ilə baş verən dəyişiklikləri diqqətlə izləmək və öz fəaliyyətini daim ona yönəltməkdədir. Elə bu da onun gücü və çətinlikləridir. Məhz buna görə də müasir və yeni marketinq texnalogiyalarından geniş istifadə edərək, daimi dəyişən və dinamiki inkişafda olan bir şəraitdə düzgün qərar qəbul etmək zəruridir. Маркетинг нязяриййя вя практикасынын мяркязи идей- асы мящсулун истещсалы вя бюлэцсцнцн истещлакчыларын тялябля- ринин юдянилмясиня табе едилмясидир. Щяля XVIII ясрдя Адам Смит эюстярмишдир ки, истещсалын йеэаня мягсяди истещлакдыр. Бу фикри тягрибян 100 илдян сонра К.Маркс юзцнцн “Капитал” ясяриндя тякрар едяряк ясасландырылмышдыр. Классик маркетингин намялум базар цчцн ня олур-олсун истещсал олунсун, тяки мящсул сатылсын вя фирмайа мянфяят эя- тирсин консепсийасындан фяргли олараг, мцасир маркетингин ясас фялсяфяси базарда тяляб вя тяклифин юйрянилиб она обйектив факторларла тясир едяряк тянзимлянмяси йолу иля, мягсядли базар вя фярди истещлакчылар цчцн яввялъядян тяляб олунан, щям дя истещлакчынын диггятини ъялб едя биляъяк мящсул истещсалына наил олунмасыдыр.
Dostları ilə paylaş: |