Akif Aşırlı



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix06.09.2017
ölçüsü1,19 Mb.
#29088
  1   2   3   4   5   6   7   8

 

 

Akif Aşırlı 

 

 

 

 

 

 

 

 

Türkün 


Xocalı 

soyqırımı 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nurlan 


Bakı -2005 

 

 



 

 

Redaktor:  

Əli Həsənov, 

tarix elmləri doktoru 



 

 

 

 

 

 

Akif Aşırlı. Türkün Xocalı soyqırımı 

Bakı, "Nurlan", 2005. - 152 səh. (+24 səh. şəkil) 

 

 

 

"Türkün Xocalı soyqırımı" kitabı XX əsrdə Azərbaycan türklərinə  və eləcə  də bütün 



bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlər sırasında dayanan Xocalı soyqırımından bəhs edir. 

Erməni və keçmiş sovet hərbçilərinin 1992-ci ilin 26 fevral gecəsi Xocalıda dinc sakinlərə qarşı 

həyata keçirdikləri soyqırım aktının dəhşətləri burada əhatəli şəkildə öz əksini tapıb. Publisistika 

janrında işlənmiş kitab sənədli xarakter daşıyır. Burada irəli sürülən mülahizələr faciənin ayrı-

ayrı  məqamlarına dair zəngin fakt materialları ilə müşayiət olunub. Kitab geniş oxucu 

auditoriyası üçün nəzərdə tutulub. 



 

 

 

 

 

 

 

 

4702000000 N-098 - 2005 

 

 

 

 

 

© "Nurlaıı", 2005 

 

 

 

 

 

 

 



 

 

Xalqımızın qəhrəmanları, igid övladları 

torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq  şəhid 

olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin 

xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, 

hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətən 

sədaqətliliyi nümunəsidir, ikinci tərəfdən də Ermənistanın 

millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı 

edilən soyqırımıdır - vəhşiliyin görünməmiş bir 

təzahürüdür. Bütün bunlara görə  də biz Xocalı faciəsinin 

ildönümünü hər il qeyd edirik. 

 

Heydər Əliyev 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

...Biz müsəlmanlar bu halətdə davam etməyəcəyik və aşkar deyirik 

ki, hərgah işlər belə gedərsə, nə  qədər Qafqazda bir elə terror dəstələri 

hökm edərsə, Qafqazda asayiş  bərpa olunmayacaqdır. Qafqazda olan 

mənsəb sahibləri və hakimlərin çoxu erməni terrorundan qorxub ədalət və 

insaf ilə  iş görmürlər. Asayiş  və dinclik olması üçün hər nə  təşəbbüs və 

tədbir görülsə, bu qulluqçular qorxularından bir əlac etməyib ancaq bir 

barədə zülm və  cəbr edəcəklər və buna görə  də heç vaxt asayiş 

olmayacaqdır. 

 

Əhməd bəy Ağayev 



 

"Azərbaycanlıların səciyyəvi xüsusiyyəti bu millətin hədsiz təvazökarlığıdır ki, bu da onların 

özlərini reklama doğru atıla biləcək hər bir addımının qarşısını alır. Azərbaycanlılar özlərini gözə 

soxmağı, başqalarına nisbətən onların payına daha çox düşən dərd və fəlakətləri uca səslə elan etməyi, 

hamıya çatdırmağı öyrənməlidirlər. Bütün bu dərd və  fəlakətləri onlar səslərini çıxarmadan, mətbuat 

vasitəsilə dünyaya car çəkmədən, millətlərə  və dövlətlərə müraciətlə  ağlayıb-sızlamaqdan öz içlərində 

çəkirlər". İqtibas gətirdiyimiz bu fikirlər Azərbaycanın görkəmli dövlət xadimi, milli düşüncəli publisist, 

Xalq Cümhuriyyətinin qurucularından olan Əlimərdan bəy Topçubaşova məxsusdur. Bu deyimdən 85 il 

keçsə də, fikir daşıdığı məna yükünü bu gün də qoruyub saxlayır. Xalqın gen yaddaşı, ruhu dəyişilməzdir 

qanunundan doğan bu mühakimə indi yeni dünya düzənində, yeni siyasi sistemlərin qovşağında 

reallıqlara, tarixi faktlara münasibətdə yeni prinsiplər doğurur. Təbii ki, təvazökarlıq yaxşı amildir, ancaq 

baxır bu keyfiyyət hansı ölçüdə ortaya qoyulur. Artıq iki əsrdən çoxdur ki, ermənilər türk dünyasına qarşı 

fiziki terrorla paralel mənəvi terrorla da məşğuldurlar. Yalançı, hay-həşir təbliğatı aparılır, tarixi faktlar, 

gerçəkliklər dünyadakı  həmmillətlərinin iştirakı ilə  təhrif olunur. Bütün bunların qarşısını almaq üçün, 

xalqımızın başına gətirilən faciələri olduğu kimi təqdim etməliyik. Əgər bu işi görə bilməsək, dünya bizi 

tarixi faciələrimizin fonunda olduğumuz kimi tanımayacaq. Ermənilərin, rus və fars imperiyalarının 

Azərbaycan xalqının taleyində oynadıqları faciələrin ssenarilərini, arxivlərdə  hələ  də qan izlərini 

itirməyən sənədləri aşkarlamaq, üzə çıxarmaq lazımdır. 

Ermənilərin 1905-1907, 1917-1920, 1948-1953, 1988-ci ildən ta bu günədək ardıcıl və düşünülmüş 

şəkildə dünya ictimaiyyətinin rəyini çaşdırmaqla xalqımıza qarşı törətdikləri cinayətləri, soyqırım 

faktlarını dünyaya olduğu kimi təqdim etməliyik. 

Erməni daşnaklarının rus hərbi birləşmələrinə arxalanaraq, Azərbaycanda törətdikləri faciələr, 

qırğın və  qətllər, insanların yurd-yuvalarından deportasiyası mahiyyətcə bir-birinə bağlıdır və  məkrli 

məqsəd daşıyır. Bu addımların mərkəzində  vəhşiliklər törətməklə Azərbaycanın tarixi torpaqlarmı 

erməniləşdirmək və "Böyük Ermənistan" xülyasını gerçəkliyə çevirmək məqsədi dayanır.  İstəklərinə 

çatmaq üçün terror üsullarından yararlanmağı üstün tutan separatçılar təkcə Azərbaycana qarşı deyil, 

Türkiyəyə, Gürcüstana və bir çox dövlətlərə qarşı da ərazi iddiaları irəli sürməkdədirlər. Onlar özlərinə 

qondarma tarix yaratdıqları kimi, "Dənizdən dənizə Böyük Ermənistan" xülyası ilə  vətəndaşı olduqları 

dövlətlərə və ətraf qonşularına qarşı gizli və açıq təxribatlar törətməkdən çəkinmirlər. 

Erməni terrorunun bəşəriyyətə, insan həyatına qarşı çevrildiyi hələ 1906-cı ildə Tiflisdə Qafqaz 

canişinliyində erməni və müsəlman nümayəndə heyətinin danışıqlarında da müzakirə edilib. 

M.S. Ordubadinin "Qanlı illər" əsərində bu barədə Əhməd bəy Ağayevin, Əlimərdan bəy Topçubaşovun 

erməni terrorunun xalqların dinc yanaşı yaşama prinsiplərinə qarşı olduğunu, Qafqazda qeyri-sabitliyin 

əsasının qoyulduğunu söyləmələri, əsrin sonlarında da dünya siyasətçilərinin müzakirə mövzularındandır. 

Deməli, aradan keçən on illər, yüz illər belə ermənilərin düşüncələrinə təsir etməyib. 

Ermənilərin türk dünyasına qarşı  həyata keçirdikləri terror hərəkətləri, soyuq müharibələr eyni 

metod və üsulla Azərbaycan türklərinə qarsı da yönəlib ki, onlar bu gün də öz qanlı fəaliyyətlərinə ara 

vermək fikrində deyillər. 1988-ci ilin fevral ayının 13-dən millətçi ermənilərin Xankəndində başlanan 

siyasi aksiyaları terror hərəkətlərinə, soyqırım faktlarına çevrildi. Həmin dövrdə Qarabağın 

azərbaycanlılar yaşayan kəndləri talan edilir, insanlar vəhşi üsullarla qətlə yetirilir, dinc əhaliyə mənəvi-

psixoloji təzyiqlər göstərilirdi ki, bu da Ermənistan tərəfindən Azərbaycana qarsı elan olunmamış 

müharibəyə gətirib çıxardı. Erməni vəhşiliyi 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda 

törədilən soyqırımla yüzlərlə insanın, ahılların, qadınların, köməksiz əhalinin həyatına son qoydu. Şəhər 

yerlə-yeksan edildi, yer üzündən silindi. Bu qanlı cinayət XX əsrdə mülki əhaliyə qarşı törədilən 



 

terrorizmin ən dəhşətli nümunəsidir. Xocalı faciəsi sıralarında 106 qadın və 23 uşaq olmaqla 613 nəfərin 



qətli ilə nəticələndi. 487 nəfər əlil oldu, 1275 nəfər erməni girovluğunun dəhşətli səhnələrini yaşadı. 150 

nəfərin taleyindən indiyə kimi də bir xəbər yoxdur. Xocalı soyqırımını erməni terrorçu dəstələri, tərkibi 

erməni gizir və zabitlərindən ibarət olan keçmiş sovet ordusunun 366-cı alayı ilə birgə törətdilər. Bu faciə 

zamanı törədilən vəhşilikləri sözlə təsvir etmək mümkün deyil. Bütöv ailələrin məhv edilməsi, insanların 

diri-diri yandırılması, öldürülən azərbaycanlıların cəsədlərinin belə  təhqir olunması, insanların 

qulaqlarının kəsilməsi, dərisinin soyulması, bir neçə azyaşlı uşağın başının kəsilməsi, hamilə qadınların 

qarnını süngülərlə deşib, bətnindən körpənin çıxarılması. - bu faktlar faşizmin əlamətləridir. 

Erməni terror təşkilatı ASALA-nın fəal yaraqlılarından olan Vazgen Sisinyan Xocalıda 

azərbaycanlı körpələrin öldürülməsində iştirakmı etiraf etməkdən belə çəkinməyib. Xocalı soyqırımında 

iştirakı  təsdiqlənən, 1988-ci ilin 18 fevralında Xankəndi ermənilərinin Xocalıya basqınına bilavasitə 

rəhbərlik edən, terror hərəkətləri nəticəsində Ermənistan Respublikasının prezidenti olan Robert 

Köçəryan Vazgen Sisinyana Qarabağ müharibəsinin qəhrəmanı adını verib. 

Xocalı soyqırımında iştirak etmiş Davud Xeyriyan kitabında yazır: "Martın 2-də erməni "Qaflan" 

qrupu 100-dən artıq azərbaycanlının meyitini toplayıb, Xocalının təxminən 1 km qərbində yandırdı. Mən 

maşına daşınan meyitlərin içərisində əlindən və alnından yaralanan 10 yaşlı qızcığazı gördüm. Üzü artıq 

göyərmiş olan bu uşaq aldığı yaralara, soyuğa və aclığa baxmayaraq hələ sağ idi. O, asta-asta nəfəs alırdı. 

Mən ölümlə mübarizə aparan bu körpənin gözlərini unuda bilmirəm... Tezliklə Tiqranyan adlı əsgər bu 

hərəkətsiz qalmış  qızcığazı götürərək meyitlərin üstünə atdı. Sonra onları yandırdı. Mənə elə  gəlir ki, 

yanan cəsədlər arasında kimsə  qışqırır, xilas üçün kömək istəyirdi. Bundan sonra mən irəli gedə 

bilmədim". 

Bu, erməni Davud Xeyriyanın insanlıq və  həqiqət qarşısında dəhşətli etirafıdır. Yüzlərcə belə 

vəhşiliyin, faktın şahidi olan Xocalılar bu gün də o müdhiş gecənin vahiməsindən, təlatümündən xilas ola 

bilməyib. Çoxu psixoloji sarsıntılara duruş  gətirə bilməyərək dünyasını  dəyişib, bəziləri ruhi xəstəliyə 

mübtəla olub, bəziləri isə qarlı gecədə aldıqları güllələri indiyə  qədər bədənlərində  gəzdirməkdədirlər. 

Onlar Azərbaycanın 49-dan çox rayonuna dağılıb, pərən-pərən düşüblər. 

"Ermənilər ayağımdan vurdular". Bunu güllə yarası almış 4 yaşlı Fuad Gülməmmədov söyləyib. 10 

yaşlı Ramil Həsənov erməni basqınından, vəhşiliyindən yaxa qurtararaq, anası ilə üç gün Kətik meşəsində 

qalandan sonra Ağdama gəlib çıxıb. "Ermənilər gələndə anamla meşəyə qaçdım. Üç gün idi ki, ac-susuz 

qalmışdıq. Susuzluqdan ölürdüm. Çoxlu qar yemişdim" - söyləyən Ramil sonralar psixoloji gərginlikdən, 

vahimədən özünə gələ bilmirdi. Bu vəhşiliklərə bəşəriyyət, tarix haqq qazandırmaz və qazandırmır da. 

MTN-in arxivləri  əsasında hazırlanan "Erməni cinayətləri" kitabında vandallar tərəfindən 

yaradılmış 6 qadın və uşaq əsir düşərgələri haqqında məlumat verilir. Vardanes, Razdan, Xankəndi uşaq 

düşərgələrində üst-üstə 610 nəfər uşaq, Keçaşin, Çermuk, Kəlbəcər qadın düşərgəsində qadınlar saxlanır. 

Bu faktlar beynəlxalq hüquq müdafiə  təşkilatlarına, sərhədsiz həkim və reportyor birliklərinə  təqdim 

olunsa da, hələlik heç bir tədbir görülməyib. Yenə də erməni hiyləsi öz işini görməkdədir. Düzdür. 1993-

cü ildə ABŞ Konqresi Xocalı soyqırımını "İlin faciəsi" kimi qəbul etdi. Onlarca ölkədə erməni lobbisinin 

təzyiq və  hədələrinin özünü göstərməsinə baxmayaraq, bu faciə dünyanı sarsıdan olay kimi diqqətdə 

saxlandı. "Vaşinqton-Post", "Fayneyşnl Tayms" qəzetləri erməni yaraqlılarının törətdiyi cinayət faktlarına 

diqqət ayırıb müxtəlif səpkili materiallar çap etdirdilər. 

Qanlı olayları gözləriylə görüb lentə alan fransalı Jan-iv-Yunet yazır: "Biz Xocalı faciəsinin şahidi 

olmuşuq. Yüzlərlə meyit gördük. Onların arasında qadınlar, qocalar, uşaqlar və Xocalının müdafiəsində 

duran adamlar var idi. Bizim ixtiyarımıza vertolyot verildi. Hündürlüyə qalxaraq havada gördüklərimizi 

kameraya çəkirdik, Xocalı  və onun ətrafını lentə alırdıq. Bu zaman erməni hərbi birləşmələri bizim 

vertolyotu atəşə tutdular və biz məcburiyyət qarşısında qalaraq, çəkilişi yarımçıq qoyub geri qayıtdıq. 

Mən müharibə haqqında çox eşitmişəm. Alman faşistlərinin qəddarlığı barədə oxumuşam, ancaq 

ermənilər dinc əhalini və hətta 5-6 yaşlı uşaqları belə öldürməklə vəhşilikdə onları arxada qoymuşdular. 

Biz xəstəxanada, vaqonlarda, hətta uşaq bağçaları və məktəb otaqlarında çoxlu sayda yaralılar gördük". 

Başları  kəsilmiş insan cəsədləri. Bu mənzərəni çalışdığı  "İzvestiya" qəzetində V. Bellax belə 

qələmə alır: 

"Zaman-zaman Ağdama meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri 

çıxarılmış, qulaqlan və başları  kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. 

İşgəncələrin həddi-hüdudu yox idi". 

Xocalı faciəsi dünya soyqırımları ilə bir sırada dayanan, erməni terrorizminin mahiyyətini 

bütövlükdə ortaya qoyan beynəlxalq cinayət faktıdır. Bu faktın dünyaya və Azərbaycanın taleyi olan 

gələcək nəsillərə çatdırılması üçün çox işlər görülməlidir. Dünya Xocalı soyqırımını bu qəbildən olan 

Xatın, Naqasaki kimi faciələrlə bir sırada qəbul etməlidir. 



 

Xalqımızın başına gətirilən erməni terrorizmi, soyqırım hərəkətləri öyrənilərək gələcək nəsillərə 



çatdırılmalıdır. Əslində taleyimizlə bağlı bir sıra mühüm məsələlər kimi, əsrlər boyu bizə qarşı törədilmiş 

soyqırım aktlarının da bütün dünyanın diqqətinə çatdırılması, bu faciələrin gələcək nəsillərin yaddaşına 

ötürülməsi, onlara dost və düşmənlərimizin nişan verilməsi, erməni mifinin dağıdılması  işində çox 

gecikmişik. 

Amma ötən illərdə bu istiqamətdə xeyli işlər görüldü. Xalqımızın tarixində və taleyində yaşanmış 

faciələrə 85 il gecikəndən sonra nəhayət ki, sahib çıxdıq. Ümummilli lider Heydər  Əliyev 1998-ci ildə 

"Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayaraq əsrlər boyu Azərbaycan xalqına qarşı 

törədilmiş cinayətləri ictimai-siyasi fikrin diqqət mərkəzinə gətirdi. 

Bu fərmanda da göstərildiyi kimi "Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna, 

mənliyinə qarşı yönəlmiş böhtanlar və  hərbi təcavüz üçün ideoloji zəmin hazırlanmış, xalqımıza 

qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar təhrif 

olunmuş, ictimai fikir çaşdırılmışdır. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda 

böyümələrinə  zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Böyük humanist 

ideallara xidmət edən Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni 

nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalmışdır". 

Heç  şübhəsiz ki, bütün bunların qarşısını almaq üçün ən düzgün yol lüzumsuz və  zərərli 

təvazökarlığı bir tərəfə atmaq, hər  şeyi xalqımıza, həm də bütün dünyaya olduğu kimi çatdırmaqdan 

ibarətdir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Azərbaycan türklərinin soyqırım salnaməsindən bəzi məqamlar 

 

Meydandan /Quba meydanı/ Nikolayevski /İstiqlaliyyət küçəsinə  qədər Bazar küçəsi 



/H.Hacıyev/ tamam yandırılmışdı. Uşaq, böyük, arvad, kişi heç kəsə  fərq qoyulmadan qətl 

edirdilər. Müsəlmanların ev, dükan və mağazaları yandırılmışdı. Bir müsəlman həyətinə daxil olub 

burada 30-dan 40-a qədər uşaq, arvad və kişi meyitləri gördüm" 

 

"Azərbaycan" qəzeti  

1918-ci il aprel ayı 

 

Azərbaycan torpaqlarına qəsd edən qüvvələr "dənizdən-dənizə böyük Ermənistan" xülyasının 



gerçəkliyə çevrilməsi üçün iki əsrdən artıqdır ki, türk dünyasına qarşı açıq və gizli soyqırım siyasəti 

həyata keçirirlər. "Böyük Ermənistan" adlanan bu xülya, erməni utopiyası  nəinki Azərbaycana, 

ümumilikdə türklərə qarşı çevrilmiş məkrli ərazi iddialarıdır. 

Erməni daşnakları 1919-cu ildə böyük dövlətlərin Paris konfransına təqdim etdikləri 

memorandumda gələcəkdə yaranacaq erməni dövlətinin tərkibinə  aşağıdakı  əraziləri daxil etmişlər: 

Zaqafqaziya respublikaları  /İrəvan quberniyası, Yelizavetpol quberniyasının cənub-qərb hissəsi/, 

Türkiyənin yeddi vilayəti /Van, Bəhəş, Diyarbəkir, Harberd, Sebastiya, Diyarbəkirin cənubunu və 

Sebastiyanın qərb hissəsini çıxmaqla, Tranurund/, Klikiyanın dörd hissəsi /Mərki, Sil, Cəlal-Bərəkət, 

Aleksandrata ilə birlikdə Adana/. 

Bir sözlə, onlar Qara dənizdən tutmuş Aralıq dənizinə, Azərbaycanın Qarabağ  ərazilərindən ta 

Səudiyyə  Ərəbistanının qumsallıqlarına qədər  ərazilərə iddialıdırlar. Bu fikirlər indi də ermənilərin 

beynindədir. Həmin siyahıya günü-gündən yeni ərazilər də  əlavə olunur. Separatçılar bütün Şimali 

Qafqaz xalqlarının torpaqlarmı, hətta Moldova dövlətinin Dubosari rayonunu da əlavə edərək Polşada 

erməni yaşayış  məntəqələri axtarırlar. Bu "plan"ın siyasi-ideoloji əsasları 1890-cı ildə yaradılan 

"Daşnaksütyun" Partiyası tərəfindən işlənib hazırlanıb. 

"Daşnaksütyun" Partiyası mahiyyətində terror dayanan proqram və  şüarlar arxasında gizlənərək, 

Türkiyənin erməni vətəndaşlarını üsyan və terrorçu aktlar törətmək yolu ilə "azad etmək, həmçinin böyük 

torpaqlar  ələ keçirmək planlarını reallaşdırmaqla "Böyük Ermənistan" yaratmaq arzusundadırlar. Tarixi 

sənədlərdən aydın olur ki, 1908-ci ildə bu partiya Rusiya, Türkiyə  və dünyanın bir sıra başqa 

dövlətlərində möhkəmlənərək, öz sıralarında 165 min üzvü birləşdirirdi. 

Qafqazın Rusiya imperiyası  tərəfindən işğalından və xüsusilə Bakı. Dərbənd, Lənkəran, Gəncə, 

Qarabağ, Naxçıvan,  İrəvan xanlıqlarının ləğvindən sonra əzəli Azərbaycan torpaqlarında ardıcıl olaraq 

ermənilərin kütləvi yerləşdirilməsi və azərbaycanlıların elliliklə qovulması prosesi başlanır. Bu məqsədlə 

erməni vilayəti deyilən xüsusi inzibati bölgə yaradılır və sonra o, İrəvan quberniyasına çevrilir. Quzey 

Azərbaycan xalqı isə beş yerə - quberniyalar arasında parçalanaraq əyalət müstəmləkələri çərçivəsində 

amansız erməni və Çar Rusiyasının zülmü altına düşür. 

Tarixi faktlar göstərir ki, yalnız 1828-1829-cu illərdə indiki Ermənistan adlandırılan torpaqlara 

Yaxın Şərq ölkələrindən 130 min, sonrakı dövrlərdə isə 600 min erməni köçürülmüşdür. Bu yolla diyarın 

əhalisi 1831-ci ildə 161,7 min nəfərdən 1914-cü il-də 1 milyon 14 min nəfərə çatdırılmışdır. Eyni 

zamanda həmin ərazidən üst-üstə götürüldükdə 1,5 milyon azərbaycanlı qovulmuşdur. 

1905-1907 və 1914-1920-ci illərdə ermənilər tərəfmdən qanlı qırğınlar törədilmiş, təxminən yarım 

milyon insan erməni terrorunun qurbanı olmuşdur. 

Tarixi qaynaqlara əsasən demək olar ki, erməni tacirlərinin puluna həvəs göstərən rus məmurları 

XIX əsrdə Pəmbək bölgəsinin Qarakilsə və Hamamlı rayonlarında 57 Azərbaycan kəndinin 48-də əhali 

təzyiq və  təqiblər yolu ilə tarixi məskənlərindən didərgin salınıb. Bir əsrdən sonra, 1988-ci ildə bu 

bölgədə yalnız 9 azərbaycanlı  kəndi mövcudluğunu qoruyub saxlamışdı ki, bu kəndlərin  əhalisini də 

soyqırıma məruz qoyaraq deportasiya etmişdilər. 

1905-ci ildə ermənilərin türklərə qarşı törətdikləri qanlı faciələr demək olar ki, Azərbaycanın hər 

bir bölgəsini  əhatə etmişdi. Vaxtilə Xankəndində doğulub boya-başa çatmış  və 1905-ci il qırğınlarının 

şahidi olmuş Ohanis Apresyan xatirələrində qeyd etmişdir: "Rus kazak birlikləri... qan çıxarmaq üçün alət 

rolunu oynayır, türklərlə erməniləri bir-birinə qarşı qoyurdular". 

Ohanis xatırladır ki, Qarabağda guya sakitliyi bərpa etmək üçün gəzən atlı kazaklar biz ermənilərə 

deyirdilər ki, gündüz vaxtı biz öz vəzifəmizi yerinə yetiririk. Sizin türklərə hücum etməyinizə göz yuma 

bilmirik. Amma axşama doğru vəzifəmiz bitir. Evlərdə qonaq oluruq. Sizin bayırda nə iş görməyiniz daha 

bizi maraqlandırmır. Bu sözdən sonra bizimkilər silahlanaraq türk məhəllələrinə hücum etdilər... Qapılar 


 

qırıldı və evlərdəki ən son türk öldürülənə qədər qırğın davam etdi... Fəryad səsindən qulağımı tıxamağa 



məcbur olmuşdum". Daşnaklar İrəvan quberniyasında bütün Azərbaycan kəndlərini iflic edərək türkdilli 

əhalinin növbəti deportasiya axınını yaratdılar. 1905-ci ildə soyqırım faktlarından birini nümunə gətiririk. 

Qusarlı kəndindən qonşu erməni kəndi Zənciyə taxıl almağa gedən 28 nəfəri kənd keşişinin göstərişi ilə 

öldürüb meyitlərini quyuya doldurmuş, onların araba və öküzlərini mənimsəmişdilər. 

Pəmbəkdə azərbaycanlılara hücum etməkdən ehtiyatlanan, pusquda dayanmaqda mahir olan 

ermənilər yolda, izdə, çöldə, yaylaqda rast gəldikləri müsəlmanları güllələyib qətlə yetirirdilər. Bu 

minvalla Saraldan 5, Arçutdan 6, Gözəldərədən 7, Hallavardan 12, Pəmbəkdən 16 nəfər azərbaycanlı 

ermənilər tərəfindən qətlə yetirilmişdir. Pəmbək mahalında 1918-ci ildə başlanan soyqırımı aktlarının 

ardı-arası demək olar ki, kəsilməyib. Qafqaz cəbhəsində rus ordusunun silahlarına sahib olan ermənilər 

azərbaycanlı  kəndlərini ağır artilleriya atəşlərinə  məruz qoyur, sakinləri dağlara, qayalıqlara qaçmağa 

məcbur edirdilər. Arçut kənd sakinlərinin məlumatına görə, ermənilər Arıqölən çökəkliyində 30 südəmər 

uşağı süngü ilə  qətlə yetirmişlər. Qırğınların  ən dəhşətlisini ermənilər Pəmbək kəndində  həyata 

keçirmişlər. 1918-ci ilin Novruz bayramı günü gözlənilmədən erməni hərbi yaraqlıları  kəndi qəflətən 

mühasirəyə alaraq iclas adı ilə 13 yaşından yuxarı 411 kişini qoyun yatağına toplamışdılar. Sonra onlar 

qapı-bacanı bağlamış, əvvəlcə gülləbaran etmiş, sonra isə bacalardan neft töküb od vurmuşlar. 411 nəfər 

kişidən yalnız 1 nəfər qaçıb canını qurtara bilmişdi. Ümumiyyətlə, Pəmbək mahalında 9 azərbaycanlı 

kəndində  həmin vaxt min nəfərdən çox azərbaycanlı  qətlə yetirilmişdir. 1918-20-ci illərdə  təkcə Arçut 

kəndində 60 nəfər həlak olmuşdur. Onlardan 12 nəfərinin başı kəsilmişdir. Həmçinin 1918-ci ilin Novruz 

bayramı günündə ermənilər  Əştərək yaxınlığındakı Gözəldərə  kəndinə basqın etmişlər. Kəndin 600 

nəfərdən çox sakini qətlə yetirilmiş, kəndi tamam yandırmışlar. Bu faciə Xatın və Xocalı soyqırımı ilə 

müqayisə edilə bilər. Hazırda həmin kənddən xarabalıq nişan qalıb. Kənddən yalnız 3 nəfər qaça 

bilmişdir. I Dünya müharibəsi dövründə /1914-1918/ indiki Ermənistan ərazisindən elə azərbaycanlı ailəsi 

tapılmazdı ki, erməni təcavüzünə məruz qalmamış olsun. 

1918-ci il martın əvvəlində Bakı artıq barıt çəlləyini xatırladırdı. Partlayış üçün kiçicik bir qığılcım 

kifayət idi. Belə bir qığılcım köhnə  təqvimlə martın 18-də, /martın 29-da/ alışdı. Bakı Soveti keçmiş 

"Dikaya diviziyanın Lənkərana yola düşməyə hazırlaşan, müsəlmanlardan, əsasən də azərbaycanlılardan 

ibarət "Evelina" gəmisində 50-yə yaxın əsgərin tərksilah edilməsi əmrini verdi. Bu sərəncam yerli əhalini 

qəzəbləndirdi. Uzunmüddətli danışıqlardan sonra azərbaycanlı əsgərlər asayişin təmin olunması naminə 

silahlarını  təhvil verdilər. Lakin buna baxmayaraq martın 30-da Bakıda kortəbii mitinqlər başlandı. O 

zaman da ermənilər tərəfindən hazırlanmış  məkrli təxribatların qarşısını almaq mümkün olmadı. 

Günortaya yaxın Qırmızı ordu patrullarının naməlum  şəxslər tərəfindən atəşə tutulması  şəhərin 

azərbaycanlı əhalisi üzərinə hücumun başlanması üçün siqnal rolunu oynadı. Stepan Şaumyan özü etiraf 

edərək yazırdı: "Biz ilk ələ düşən bəhanədən, atlı dəstəmizin üzərinə ilk basqın cəhdindən istifadə etdik 

və bütün cəbhə boyu hücuma keçdik. Bizim /yəni Bakı Sovetinin - A.A./ yaxşı silahlanmış 6 min nəfər 

əsgərimiz vardı. Üstəlik, "Daşnaksütyun"un 3-4 min nəfərlik silahlı milli hissələri də bizim 

sərəncamımızda idi. Sonuncuların vətəndaş müharibəsində  iştirakı bu müharibəyə müəyyən dərəcədə 

milli qırğın xarakteri verdi. Lakin bu milli qırğından qaçmaq mümkün deyildi. Biz şüurlu şəkildə buna 

gedirdik. Əgər Bakını ələ keçirsəydilər, şəhəri dərhal Azərbaycanın paytaxtı elan edəcəkdilər". 

M.Ə. Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti"  əsərində Bakı  ətrafında yaranan və mart 

qırğını ilə nəticələnən vəziyyəti xatırlayaraq belə yazırdı: "Bakı türk milliyyətpərvərliyinin mərkəzi idi. 

Rus partiyası bulunan bolşevik firqəsi bu mərkəzi dağıtmaq istiyordu. Bu xüsusda o, Rusiyanın türklərə 

qarşı ənənəvi bir müttəfiqi olan erməniləri buluyordu. Həqiqətən, mart hadisələri əsnasında vücudə gələn 

qətl bir sinif mübarizəsinə qətiyyən bənzəmiyordu. Bu hər hankı bitərəf bir müşahid nəzərində bir surətdə 

təzciyəsindən başqa bir şey deyildir". 

1918-ci ilin 18-21 mart tarixində Bakmı  ələ keçirən  Şaumyanın rəhbərlik etdiyi erməni milli 

komitəsi və daşnak və bolşeviklərin hərbi birliyinin nəticəsində 30 min Azərbaycan türkü qətlə yetirildi. 

Azərbaycanın faktiki olaraq mərkəzi Bakı ilə yanaşı  Şamaxı. Kürdəmir, Lənkəran, Salyan, Quba və 

Nəvahi qəzalarında da silahsız azərbaycanlılara saysız-hesabsız itkilər yaşatdılar. Təkcə Bakı  şəhərinin 

Dağüstü parkında 18 min nəfər mart soyqırımı qurbanı dəfn edilmişdi. 

Daşnakların avantürist "təmizləmə" /türksüzləşdirmə/ siyasəti nəticəsində 1918-ci ildə 

Ermənistanda yaşayan 575 min azərbaycanlı 1920-ci ildə 11 minədək azalmış, onların 98 faizi qırılmış və 

qovulmuşdur. Lakin sonrakı illərdə azərbaycanlıların qismən geri qayıtmasına və 1979-cu ildə 161 min 

nəfərə çatmasına baxmayaraq, bu etnos heç vaxt əvvəlki sayını  bərpa edə bilməmiş  və  əvvəlki sayla 

müqayisədə 3,5 dəfə azalmışdır. Bunun ək-sinə, Azərbaycanda gəlmə ermənilər məskunlaşaraq, 1922-ci 

ildəki 240 mindən 1970-ci ildə 483,5 min nəfərədək, yəni 2 dəfədən çox artmışdır. 


 

1918-1920-ci illərdə bütün Ermənistanda azərbaycanlıların başına olmazın müsibətlər açılmış, 



günahsız adamlar, qadın və  uşaqlar ağlasığmaz işgəncələrlə  qətlə yetirilmişlər. Erməni, gürcü, 

azərbaycanlı və türk mətbuatının etirafına görə, İqdır və Eçmiədzin qəzalarında 60 kənd və onların bütün 

kişiləri, Göyçə mahalında 22 kənd və 60 min adam, Yeni Bəyaziddə 84 kənd və 15 min ev, İrəvan 

qəzasında bütün kəndlər, Eçmiədzin və Sürməli qəzalarında 996 kənd və qəsəbə, Zəngəzur qəzasında 115 

kənd və 10 minə yaxın adam, o cümlədən 4,472 qadın və  uşaq məhv edilmişdir. 1919-cu ildə  İrəvan 

quberniyası müsəlmanlarının amerikalılara müraciətində deyilir ki, 88 kənd dağıdılmış, 1.920 ev 

yandırılmış, 131.970 kişi öldürülmüşdür. Həmin illərdə Qarabağın dağlıq və dağətəyi hissəsində 150-yə 

yaxın müsəlman kəndi xarabalığa çevrilmiş, bütün əhalisi qarət edilmiş, bir hissəsi qırılmış, qalanı isə 

silahla qovulmuşdur. 

1920-ci ilin mayında ermənilərin bilavasitə köməyi ilə  təcavüzkar XI Qızıl Ordu Gəncədə 12 

mindən çox azərbaycanlı qırmışdır. 

Araşdırmalar göstərir ki, yalnız bu əsrin birinci rübündə Zaqafqaziyada baş vermiş iki qırğın 

zamanı öldürülən, yaralanan, zorla qovulan, erməni terrorundan maddi zərər çəkən azərbaycanlıların, 

digər millətlərin sayı 2 milyona yaxındır. Dinc Azərbaycan əhalisini 1907-ci ildə 100 minlik "Zinovarlar" 

deyilən erməni ordusu, 1918-ci ildə Bakıdakı daşnak alayları, Qarabağda və Zəngəzurda erməni "Çetnik" 

və "Xmbabet" hərbi-terror dəstələri, 1920-ci ildə andranikçilərin bədnam "könüllülər korpusu" və daşnak 

hökumətinin 40 minlik silahlı qüvvələri qarət və təqib etmişlər. 

Milli qırğın 1920-ci ildə ümumi sahəsi 9.800 kvadratkilometr olan əzəli Azərbaycan  ərazisinin - 

Yeni Bəyazid qəzasının Basarkeçər mahalının,  İrəvan qəzasının Vedibasar mahalının, Gəncə 

quberniyasının Zəngəzur qəzasının Ermənistana ilhaq edilməsi ilə nəticələnmiş və bu, qəsbkarların yeni 

torpaq iddialarına rəvac vermişdir. 

Şaumyan, Mirzoyan, Mikoyanın dəstəsi başda olmaqla erməni mənşəli rəhbər işçilər uzun illər 

boyu respublikada antitürk xətti həyata keçirərək xalqımıza böyük ziyan vurmuşlar. Onların xain əməlləri 

sayəsində Stalin - Beriya repressiyaları Azərbaycanda çox ağır keçmişdir. Totalitar rejim dövründə yüz 

minlərlə azərbaycanlı, xüsusilə ziyalılar "xalq düşməni", "qolçomaq", "millətçi", "pantürkist", 

"panislamist" və s. damğalarla təqib edilmiş, güllələnmiş, Sibirə, Qazaxıstana, Orta Asiyaya sürgün 

olunmuşdur. 

Ermənistanda azərbaycanlıların mədəniyyət və tarixi abidələri dağıdılmış, məscidləri uçurulmuş, 2 

minə yaxın yaşayış yerinin, türk mənşəli toponimlərin, o cümlədən 1935-1973-cü illərdə 465, 1991-ci ilin 

aprelində isə 97 kəndin adı  dəyişdirilmişdir. 1947-1951-ci illərdə "pambıq istehsalmı genişləndirmək" 

bəhanəsi ilə Ermənistanda dağlıq  ərazidə yaşayan 150 min azərbaycanlı  məcburi olaraq Muğan və Mil 

düzlərinə köçürülmüşdür. Ermənistanı monoetnik respublikaya çevirmək prosesi sonrakı illərdə müxtəlif 

üsullarla davam etdirilmişdir. 

1989-ci ilin yanvarından başlayaraq fitnəkar antitürk və antimüsəlman  əhval-ruhiyyəsi açıqcasına 

qızışdırılmış, Qafan, İrəvan, Masis, Dilican, Sisyan, Kirovakan, Quqark və başqa yaşayış məntəqələrində 

kütləvi vandalizm aktları törədilmişdir. Nəticədə 225 nəfər həlak olmuş, 1154 nəfər yaralanmış, 230 min 

nəfər, o cümlədən 15 min kürd və bir neçə min rus qaçqın düşmüşdür. Ermənilər məkrli monoetnik 

respublika yaratmaq məqsədlərinə nail olmuşlar. Bu gün bütün Ermənistanda bir nəfər də azərbaycanlı 

qalmamışdır. 

Eyni zamanda Qarabağda və  ətraf bölgələrdə Azərbaycan xalqına qarşı  cəza aksiyaları  həyata 

keçirilmişdir. 1990-cı ilin 19 yanvarından 20 yanvarına keçən gecə Bakı  şəhərinə imperiya qoşunları 

yeridilmiş, dinc əhali gülləbaran olunmuş, 20 Yanvar faciəsində 150-yə yaxın dinc vətəndaş öldürülmüş, 

itkin düşmüş, yaralanaraq əlil olmuş, respublika ərazisində uzun müddət hərbi komendant rejimi, kütləvi 

həbslər və digər qeyri-qanuni qadağanlar tətbiq edilmişdir ki, bu faciədə də ermənilərin əl izləri görünür. 

Atəşkəs dövrünə qədər erməni ordusu tərəfmdən Azərbaycana məxsus 870 yaşayış məntəqəsi, 10 

rayon məhv edilmişdir. Erməni qəsbkarları  tərəfmdən 43666 inzibati obyekt, 1145 uşaq bağçası, 1831 

kinoteatr, 982 kitabxana, 862 mədəniyyət mərkəzi və  mədəniyyət evləri, 695 orta məktəb, 200-ə  qədər 

tibb ocağı, 22 muzey və 1 ali tədris müəssisəsi, 7 min sənaye və tikinti obyekti, kolxoz və sovxozlar, 

ticarət binaları, 9 min kvadratkilometr yaşayış ərazisi viran qoyulmuşdur. İşğalçı Ermənistan ordusu zəbt 

edilmiş ərazilərdə xalqımızın milli-mənəvi irsinin tərkib hissəsi olan mühüm mədəniyyət, tarixi və dini 

abidələri məhv etmişdir.  İşğal olunmuş  ərazilərdə 32 məscid, 44 kilsə, 21 tarixi abidə, 13 qüllə, 22 

kurqan, 8 körpü, 9 saray, 4 qızıl mədəni, 2 qranit və daş karxanası: karvansara, 2 dövlət qoruğu məhv 

edilmişdir. 808 mədəniyyət mərkəzi, o cümlədən 85 musiqi məktəbi, onlarla rəsm qalereyası, istirahət 

parkı, teatrlar və konsert zalları erməni qəsbkarları tərəfmdən dağıdılmışdır. 

Bütün postsovet məkanında yeganə olan Ağdam Çörək Muzeyi darmadağın edilmişdir. Kəlbəcər 

muzeyinin 13 min, Laçın Tarix Diyarşünaslıq Muzeyinin isə 45 min qiymətli eksponatı Ermənistana 



10 

 

daşınmışdır. Habelə  Şuşa Tarix Muzeyinin 500, Azərbaycan Dövlət Xalçaçılıq və Xalq Yaradıcılıq 



Muzeyinin Şuşa filialının eksponatları, Qarabağ Tarix Muzeyinin 1000, dahi Azərbaycan bəstəkarı Üzeyir 

Hacıbəyovun muzeyinin 300, vokal sənətinin görkəmli nümayəndəsi Bülbülün muzeyinin 400, görkəmli 

musiqiçi və rəssam Mir Möhsün Nəvvabın muzeyinin 100, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin 2000, 

Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin 3000, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin 6000 eksponatı 

qarət edilmişdir. Ağdamda Qurban Pirimovun muzeyi və Rahib Məmmədovun hərbi muzeyi məhv 

edilmişdir. Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Vaqifin, Natəvanın, 

Ü. Hacıbəyovun, Bülbülün, əmək qəhrəmanı S. Vəzirovun, müharibə  qəhrəmanı L. Vəzirovun abidələri 

dağıdılmışdır. 982 kitabxana və 5 kitab fondunun 6 milyon nümunəsi yandırılmışdır. 

Bir  əsr bundan əvvəl güclü havadarları  tərəfindən müsəlmanlara qarşı  dəhşətli silah kimi 

düşünülmüş erməni terrorizmi heç bir sərhəd tanımır. Bu silah tək Azərbaycanda deyil, bir çox başqa 

ölkələrdə  də yüzlərlə günahsız insanların ömürlərini qırıb. Bu silah zaman-zaman mülki təyyarələrə  və 

vertolyotlara, sərnişin qatarlarına, avtobuslara, gəmilərə, metro vaqonlarına yönəlib, əhalinin sıx olduğu 

ictimai yerlərdə, müəssisələrdə, evlərdə, diplomatik nümayəndəliklərdə bu silah işə salınıb. 

Erməni terror təşkilatlarının törətmiş olduqları terror aksiyalarına tarixi ardıcıllıqla qısa  şəkildə 

nəzər salaq: 16 sentyabr 1989-cu il - "Tbilisi-Bakı" sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 

25 nəfər yaralanmışdır; 10 avqust 1990-cı il - "Tbilisi-Ağdam" sərnişin avtobusu partladılmış, 20 nəfər 

həlak olmuşdur; 30 may 1991-ci il - Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası 

yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır; 31 

iyul 1991-ci il - Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı 

partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır; 8 yanvar 1992-ci il - Krasnovodsk-Bakı 

marşrutu ilə sərnişin daşıyan gəmi-bərədə törədilmiş terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər 

yaralanmışdır; 1992-ci il fevralın 26-da isə tarix qarşısında dəhşətli cinayət törədilmişdir - Xocalı 

şəhərinin 2 mindən artıq dinc sakini hərbi canilər tərəfindən soyuqqanlılıqla güllələnmiş, yaralanmış və 

əsir götürülmüşdür. 10 minə yaxın adamın evləri dağıdılmış, onların sahibləri qaçqın kimi başqa yerlərə 

səpələnmişdir. 

28 fevral 1992-ci il - Rusiyanın  Şimali Qafqaz ərazisində Qubermes stansiyası yaxınlığında 

"Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 1 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır; 2 iyun 1993-

cü il - Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonu partladılmış, dövlətə külli miqdarda maddi 

ziyan dəymişdir; 1 fevral 1994-cü il - Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında 

terror aktı törədilmiş, 3 nəfər hə-lak olmuş, 20 nəfər yaralanmışdır; 2 fevral 1994-cü il - Azərbaycan 

Respublikasının Xudat stansiyasında ehtiyat yolda dayanan yük vaqonu partladılmış, dövlətə külli 

miqdarda ziyan dəymişdir; 19 mart 1994-cü il - Bakı Metropoliteni "20 Yanvar" stansiyasında törədilmiş 

partlayış  nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır; 13 aprel 1994-cü il - Dağıstan 

Respublikasının "Daqestanskie oqni" stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 

6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır; 3 iyul 1994-cü il - Bakı Metropoliteninin "28 May" və 

"Gənclik" stansiyaları arasında qatarda partlayış törədilmiş, 14 nəfər həlak olmuş, 54 nəfər müxtəlif 

dərəcəli bədən xəsarəti almışdır.  

Bu siyahını kifayət qədər uzatmaq olar. 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin