18
366-cı rus hərbi alayı Xocalını qanına buladı
Artıq tarixin arxivinə atılmış Sovet dövlətinin bu alayı barədə bütün təfərrüatlar aydınlaşdırılıb.
Bir məsələ bəllidir ki, Xocalı soyqırımının törədilməsində bu alayın müasir hərbi texnikasından, şərəfmi
erməni quldurlarına satmış zabit heyətindən istifadə edilmişdir. Xocalı qətliamının acılarını yaşayan, ana-
bacılarını, övladlarını Əsgəran yolunda, Naxçıvanikdə, Kətik meşəsində itirən, zamanın ağrılarına tab
gətirən faciə şahidləri buna şəhadət verir. Özü də təkzibolunmaz sübutlarla, faktlarla. Sovet ordusunun
sabiq generalları "zabit şərəfmi" qorumaq üçün bu faktları təkzib etməyə çalışsalar da, söylədikləri
arqumentlər su üzərində sabun köpüyünə bənzəyir. Bu alayın hərb tarixinə Xocalı ləkəsi vurulub. Tarix
isə ləkə, yamaq götürmür. Xocalı soyqırımını araşdırmaq üçün belə heç bir emosiyaya uymayaraq 366-cı
alayın tarixinə diqqət yetirib, əliyalın insanlara qarşı törədilən faciənin sərhədlərini
müəyyənləşdirməliyik. Ən azı tarix və gələcək nəsillər üçün. Bəşəriyyət isə gərək bu sadalanan
cinayətlərə göz yummasın. Xocalıda törədilənlərin soyqırım faktı olduğunu təsdiqləsin və bəyan etsin.
Yoxsa dünya yeni soyqırımlarla, yeni terror hərəkətləri ilə üzləşməli olacaq. Necə ki, Amerika kimi
böyük dövlət 11 sentyabr terroru ilə üzləşdi. Amerikanın üzləşdiyi, insanları sarsıdan bu qanlı səhnələri
366-cı alay xocalıların başına cəmi 3-4 saat ərzində, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə
gətirdi. 613 nəfər insan güllələndi, 1225 nəfər girov düşdü. Onların arasında 63 nəfər 3 yaşından 15
yaşına qədər uşaq, ahıl vardı. Bu qətliamlar nə hərb qanunlarına, nə də insani davranışlara, heysiyyətə
əsaslanır. Yalnız qəddarlıqla vəhşiliyə dəlalət edir.
Keçmiş Sovet ordusunun 366-cı alayının bu qəddarlığı, rüsvayçılığı təsadüfi deyil. Bəllidir ki,
təsadüf də qanunauyğunluğun ayrıca bir halıdır. Qanunauyğun odur ki, tarixən çar Rusiyasının zamanında
da rus zabitləri dini birliyi əsas gətirərək həmişə ermənilər tərəfindən azərbaycanlılara qarşı döyüşüb,
vuruşub. Minlərlə azərbaycanlıları dədə-baba torpaqlarından didərgin salıb, Qafqazın boşaldılmış
ərazilərinə erməniləri məskunlaşdırıblar. Erməni dövlətinin sərhədlərini Azərbaycan torpaqlarının
hesabına genişləndiriblər. Məgər 366-cı alay çar Rusiyasının hərbi strukturlarının, zabit və əsgərlərinin
varisi deyildimi? Qarabağda aparılan hərbi əməliyyatlarda tək texnika ilə deyil, canlı qüvvə ilə erməni
daşnaklarına kömək etmirdilərmi? Bütün bu deyimlər sübut olunmamışmı?
Alayın yüksək səlahiyyətli zabitləri ermənilərə müntəzəm surətdə silahlar, hərbi sursatlar satırdı.
Bütün bunların nəticəsi olaraq alayda hərbi qanunlardan kənar olan qeyri-qanuni atmosfer yaradılmış,
ordu qanunları ticarət qanunları ilə əvəzlənmişdir. Alayın say tərkibi 1800 nəfəri əhatə etməsinə
baxmayaraq, cəmi 350 nəfərə yaxın zabit və əsgəri qüvvə qalmışdır. Mərkəzi Tbilisi şəhərində yerləşirdi.
Para qazanmaq zabitlərin başlıca amalına çevrilmişdi. Ona görə də Xankəndinə insani varlıqlarını,
simasını çoxdan itirmiş erməni daşnakları, quldurlara öz çeşidli "xidmətlərini" təklif edirdilər. Hətta
erməni terror qruplarına belə xidmətlərin gündəlik məzənnəsi də bəlli idi. Azərbaycanlıların yaşayış
məntəqəsinə bir top atəşi 1300 rubl, BTR-in bir gecəlik icarəsi 5000 rubl, altı PDM-dən ibarət qrupun hər
reydi üçün 1,5 milyon rubl, kiçik rütbəli zabitlərin təlimatlarının gös-tərişlərinə 3-4 min rubl ödənilməli
idi. Canlı qüvvə olaraq sıravi əsgərlər də döyüş əməliyyatlarına cəlb olunur, pis qazanmırdılar. Alayın
hərbi qulluqçusu Znayevin Tbilisidəki hərbi hissəyə köçürülməsi zamanı ciblərindən 280 rubl
aşkarlanmışdır. Xocalı soyqırımından bir gün sonra, yəni fevral ayının 27-də gündüz saat 3 radələrində
Binə aeroportunda Deyçukov Oleq Alekseyeviç adlı bir polkovnik həbs olundu. Onun üstündən yarım
milyona yaxın pul aşkarlandı. Polkovniki müşayiət edən praporşik P. Şevçenko, sıravi əsgər, sürücü
A. Qainkin də həbs olundu. Bu, xocalıların qanpulu idi. Yüksək rütbəli rus zabiti Azərbaycanda soyqırım
törədərək vəhşiliyinin, qəddarlığının əvəzini almışdı.
1985-ci ildən Xankəndinə köçürülən 366-cı alayı Qarabağda başlanan erməni separatçılığının
fonunda Xocalı soyqırımınadək normal hərb həyatının nə demək olduğunu bilmədi. Alayda əsas vəzifələri
tutan erməni zabitlərinin sayı nə az, nə çox, 50 nəfər idi. Praporşiklər də yox deyildi. Bir məsələ aydındır
ki, praporşikləri daha çox yerli əhali arasından yığırdılar. Məhz ona görə də yerli ermənilərdən alayda
kiçik rütbəli hərbçilər çox idi. Erməni əsilli hərbçilər artıq 366-cı alayı, onun baş komandiri Zarviqarovu
milli münaqişəyə, etnik separatçılığa çəkə bilmişdilər. Bu alayın hədəfi bəlli idi. Müntəzəm olaraq
Azərbaycan kəndlərinə basqınlar edilir, insanlar güllələnir, onların qanı pula çevrilərək rus zabitlərinin
cibinə axırdı. Xocalı soyqırımından bir ay öncə Zaqafqaziya hücum dairəsinin müavini, milliyyətcə
erməni general-leytenant Ohanov alaya baş çəkərək zabit heyətini etnik separatçılığa sövq edən
hərəkətlərdə bulundu. Ohanov zabitləri "Şanlı Arsax işinə" xidmətə çağırmışdı. Lakin hərbi hissədəki
vəziyyətlə barışmayanlar, öz hərbi andına sadiq qalıb zabit şərəfmi qorumaq istəyənlər də vardı.
Çünki keçmiş Sovet ordusunun ənənələrinə görə, alayda ukraynalılar, qazaxlar, özbəklər, gürcülər
də hərbi xidmət keçirdilər. Hələ 1991-ci ilin sonlarında alayın bir qrup zabiti Zaqafqaziya hərb dairəsi
19
komandanlığına rəsmi məktubla müraciət edib alaydakı mənəvi pozğunluğu göstərməklə yanaşı, yüksək
səla-hiyyətli zabitlərin onları azərbaycanlı əhaliyə qarşı döyüşlərə sövq etmələrini göstərmişdilər.
Sözügedən vicdanlı hərbçilərin rəyi bir idi: Komandir, polkovnik Zarviqarov təcili dəyişdirilməlidir.
Ancaq hərbi komandanlıq zabitlərin etiraz məktubuna, raportuna heç bir məhəl qoymadı. 1991-ci ilin
"Vesti" televiziya proqramında şərhçi Feyorkovskinin hazırladığı buraxılışda iki nəfər rus əsgəri açıqca
söyləmişdilər ki, erməni zabitlər azərbaycanlıların yaşadıqları kəndlərə atəş açmağı əmr edirlər. Bu
informasiya heç kəsin "nəzərini cəlb" etmədi. Qarabağın azərbaycanlı yaşayan məskənləri isə 366-cı
alayın zirehli texnikası ilə ardıcıl olaraq ölüm məskənlərinə çevrildi. Kütləvi informasiya vasitələrində
Azərbaycan tərəfi ilə birləşmiş silahlı qüvvələrin komandanlığı arasında mübahisə gedirdi. "366-cı alay
azərbaycanlıların məhv edilməsində erməni terrorçu qrupların tərəfində iştirak edir" arqumentinə onlar
soyuqqanlılıqla "yox" cavabı verirdilər. Azərbaycan mediası alaydan qaçan əsgərlərin, zabitlərin
ifadələrini, dəlillərini söyləyən zaman bəlli alayın zabitləri "bu barədə bizdə məlumat yoxdur"
söyləyirdilər. Malıbəyli kəndi tarmar ediləndə 3 əsgər ağ bayraq götürüb kəndin sağ qalmış sakinlərini
mühasirədən çıxarmaq istəmişdi. Lakin onlar vəhşiliyi qəbul etməyən, günahsız qan tökmək istəməyən
əsgərlərin qarşısında güllələndilər. Vandalizm aktlarının iştirakçısı olmaq istəməyən alayın hərbi
xidmətçiləri Rjevski şəhərindən Jarqin Roman, krımlı Kuzmişov Sergey, Boqdanovski Andrey hərbi
jandarmdan qaçmağa nail olmuşdular. Məhz bu əsgərlər komandanlığın əmrinə uyğun olmayaraq
azərbaycanlı əhaliyə qarşı hərbi əməliyyatlardan imtina edərək, hərbi hissənin mövqelərindən
uzaqlaşmışdılar. Ancaq erməni ekstremistləri terror qrupları bu istəkdə olan hərbçilərə qarşı amansız
davranaraq onların bəzilərini güllələmişdilər. Dəqiq məlumatlara görə, bu qəbildən olan zabitlərdən ikisi
erməni yaraqlıları tərəfindən öldürülmüş, biri isə itkin düşmüşdür. 366-cı alayın hələ fevralın ortalarında
qaçmağa nail olmuş daha 3 nəfər əsgəri erməni muzdluları, hərbi birləşmələri tərəfindən mühasirəyə
alınmış Xocalıda idi. Həmin gecə təbii surətdə onlar da başqaları ilə birlikdə şəhəri öz alaylarının və
erməni qoşunlarının hücumundan müdafiəyə qalxmışdılar. İstər hərbi qulluqçuların, istərsə də erməni
quldurlarının dinc sakinləri necə öldürdüklərini onlar öz gözləri ilə görmüşdür. Onların dediklərinə görə,
adamları ailəlikcə qırır, valideynləri uşaqlarının gözü qarşısında öldürür, adamları üzbəüz dayanıb
güllələyirdilər. Qaniçən vəhşilər gecə də, ertəsi günü səhəri də yaralıları vurub öldürürdülər. Əsirləri
güllələyirdilər. Körpələri vəhşicəsinə qətlə yetirir, imdad diləyən ahıllara imkan vermirdilər. Adamları ən
alçaq üsulla təhqir edirdilər. Arxadan gələn erməni rəzilləri isə qarətçiliklə, soy-ğunçuluqla məşğul
olurdular.
Xocalı soyqırımına hazırlaşmaq üçün ermənilərdən 20 litr spirt alan alayın komandir-zabit
heyətinin artıq gözlərini qan örtmüşdü. Azərbaycan insanının başını kəsmək onlar üçün adiləşmişdi. Bu
faktı alayın əsgərləri Y. Numanov, Ş. Tangülov, S. Ezizov təsdiqləmişlər.
Keçmiş Sovet ordusunun, indi isə MDB-nin birləşmiş silahlı qüvvələri aşkar faktları nə qədər
rədd etsə də, törətdiyi bu soyqırım faktı qarşısında nəsə bir iş, yenilik görməli idi. Soyqırım məsələsini
üzərlərindən atmağa çalışıb, bəzi variantların əhatəsində gedişlər etməli idi. Ona görə də Zaqafqaziya
hərb dairəsinin komandanlığının müavini, general-leytenant İosif Ohanyan 366-cı alaya gəlmişdi.
"Xəbər servis" agentliyinin 4 mart 1992-ci il buraxılışında bu səfərin məğzi açıqlanıb: "Zaqafqaziya
hərbi dairəsi qərargahının generalı İosif Ohanyan Xocalyıa gəlmişdir. O, tələb etmişdir ki, 366-cı alay
məhz əvvəllər planlaşdırıldığı kimi Şuşa və Laçın şəhərlərindən çıxarılsın. Azərbaycan Milli
Təhlükəsizlik Nazirliyindən məlumat verilmişdi ki, 366-cı alayın silahlı texnikası və canlı qüvvəsi hazırda
Azərbaycanın zəbt olunmuş Xocalı, Kərkicahan məntəqələrinə köçürülür. Qrad və "uraqan" raket
artilleriya qurğuları isə artıq erməni silahlı dəstələrinin sərəncamına verilmişdi". Rusiya Müdafiə
Nazirliyinin orqanı olan "Krasnaya Zvezda" qəzeti 6 mart 1992-ci il sayında isə 366-cı alayın erməni
terrorçuları tərəfindən azərbaycanlılara qarşı döyüşdüyünü, Xocalı soyqırımında iştirakını dolayısı ilə
təsdiqləyən məlumat dərc etmişdi: "İkinci motorlu atıcı taborunun komandiri Seyran Ohanyan Qarabağ
silahlı dəstələrinin tərəfinə keçmişdir. Ola bilsin ki, zabit polk ilə birlikdə Gəncəyə (Azərbaycan)
getməkdən qorxmuşdur, çünki bəzi məlumatlara görə, o, azərbaycanlılara qarşı döyüş əməliyyatlarında
iştirak etmişdir". Bəli, Rusiya Müdafiə Nazirliyi tabeçiliyində olan 366-cı alayın batalyon komandiri
soyqırımında iştirakmı öz rəsmi məlumatları ilə təsdiqləməyə məcbur idi. Bu, o Ohanyan idi ki, alayın
çıxarılmasına qarşı hərbi qiyam qaldırmış, nəticədə alaya məxsus hərbi texnikanın 80 faizini ələ keçirib,
Xocalı soyqırımından sonrakı qətliamlarda işğalçılıq siyasətlərində istifadə etmişdir. Martın 2-də alayın
çıxarılmasına başlanılsa da, bu proses erməni terror qrupları, yerli erməni hakimiyyətinin müqaviməti ilə
yarımçıq aparıldı. Nəticədə keçmiş Sovet ordusunun hərbi mirasının kiçik bir hissəsini çıxarmaq mümkün
oldu. Erməni hərbi qulluqçuları Qarabağı və hərbi hissənin yerləşdiyi ərazini tərk etməkdən imtina etdilər.
Alayın 2-ci batalyonunun komandiri Ohanyan 14 PDM hərb maşını ələ keçirib, erməni yaraqlıları,
xaricdən gətirilmiş muzdlu döyüşçülərlə birləşdi. Alayın hərbi sursat və texnikasının nə dərəcədə
20
çıxarılması haqda dəqiq məlumat da aşkardı. Azərbaycan kəşfiyyat orqanlarının əldə etdiyi sənədlərdə bu
müqayisəli faktlar aydın görünür.
PDM çıxarılıb 38 vahid, saxlanılıb 70 vahid.
BTR çıxarılıb 0, saxlanılıb 4.
D-30 toplar çıxarılıb 0, saxlanılıb 27.
"Strela-10" çıxarılıb 0, saxlanılıb 10.
366-cı alayın iflası şəxsi heyətin Tbilisiyə köçürülməsi ilə reallaşdı. "Sovetski voin" qəzeti alayın
çıxarılması ilə bağlı "366-cı polk nədən ləğv olundu" məqaləsini 2 aprel 1992-ci ildə dərc etdirdi. Verilən
məlumatlara görə, azacıq da olsa həqiqətlərə yer ayıran qəzetin həmin sayı general-leytenant İ. Ohanyanın
göstərişi ilə, bütün tirajla birlikdə yandırılıb. Qəzetin yalnız bir neçə nüsxəsi salamat qalaraq əldən-ələ
keçib. "Xalq ordusu" qəzeti isə sözügedən yazını 28 aprel sayında rus dilində təkrar çap edib. Beləliklə
general-leytenant Ohanyanın niyyəti baş tutmayıb. Müəllifin yazdığına görə, 366-cı polkun
Xankəndindən çıxarılması əməliyyatı yaxşıca götür-qoy edilib, əvvəlcədən planlaşdırılıb. Yəni hər şey,
hərbi sursat və texnika qabaqcadan alınıb satılıbmış. Əsgərlər ermənilərlə vida məclisi keçirərək, birgə
ziyafətdə olublar. Polkda komandir Y. Zarviqarovdan tutmuş, zabit arvadlarının hamısı sərxoş vəziyyətdə
alqı-satqı əməliyyatlarını davam etdiriblər. Texnikanı ermənilərə verib Xankəndindən çıxanda isə
gözlənilmədən onları müdafiəyə gəlmiş desantçılarla qarşılaşıblar. Desantçıların dediyinə görə, zabitlərin
arvadları paçka-paçka valyutanı aradan çıxarmağa cəhd göstəriblər. Desantçılarla erməni yaraqlıları
arasında atışma baş verib. Nəticədə serjant Andre Ruderi öldürülüb. Məqalədə belə faktlar, epizodlar
kifayət qədərdir. Ancaq əsas diqqəti çəkən məsələ odur ki, sərxoşluqdan ayılmayan polk komandiri
Zarviqarovun əvəzinə Xocalıya hücum əmrini onun arvadı verərək rus əsgərlərini Xocalı üzərinə Jora adlı
bir erməni aparıb.
Zaqafqaziya Dairə Hərbi Prokurorluğu Xocalıda törədilən cinayətlərdə iştirakına görə 366-cı
alayın hərbi rəhbərliyi barəsində cinayət işi qaldırdı. Sonra bəlli oldu ki, bu
?
formal əməliyyatdır. Alay
komandiri Zarviqarov həbs edilərək, bir neçə gündən sonra təqsirsizliyi sübuta yetirildiyindən azadlığa
buraxılmışdır. Lakin o, törətdiyi cinayət əməlinin masştabına görə vaxtından əvvəl istefaya
göndərilmişdir.
Keçmiş Sovet ordusunun bu alayının təmsilçilərinin dinc əhaliyə qarşı törətdikləri beynəlxalq
cinayət məsuliyyəti doğurur. Müharibə cinayətlərini xocalılara tətbiq edən 366-cı alay bütün humanitar
hüquq normalarını, müharibə adət və qanunlarını pozaraq beynəlxalq cinayət məsuliyyəti doğurub.
Beləliklə, müharibə cinayətləri geniş bir hüquqi kateqoriya olub, həm beynəlxalq xarakterli, həm
də qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr dövründə beynəlxalq humanitar hüququn ciddi
pozuntularını əhatə edir. Bu pozuntuların hər biri özü-özlüyündə konkret cinayət əməlidir və beynəlxalq
cinayət məsuliyyəti doğurur. Ona görə də müharibə cinayətləri haqqında tam təsəvvür əldə etmək üçün bu
kateqoriyaya daxil olan bütün cinayət tərkiblərini göstərmək lazım gəlir. Müharibə cinayətlərinə
aşağıdakı əməllər aiddir:
1) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı
biri:
- qəsdən adamöldürmə;
- işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər;
- ağır əzab-əziyyətin və ya ciddi xəsarətin qəsdən törədilməsi;
- hərbi zərurətlə bəraət qazandırılmayan və qeyri-qanuni və böyük miqyasda törədilən dağıntılar
və əmlakın ələ keçirilməsi;
- hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur
edilməsi;
- hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və normal məhkəmə araşdırmasına olan hüququndan
qəsdən məhrum edilməsi;
- girov götürülməsi.
2) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən və
yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri:
- mülki əhalinin və ya ayrı-ayrı mülki şəxslərin hücum obyekti edilməsi;
- şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de sombat") bilərək, onun
hücum obyekti edilməsi;
- qırmızı xaç, qırmızı aypara və ya qırmızı şir və günəş və yaxud digər tanınmış fərqləndirmə
emblemlərindən sui-istifadə edilməsi.
3) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı
biri:
21
- işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi;
- hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (reparitasiyasının) əsas olmadan
yubandırılması.
4) beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan
ləyaqətini alçaldan rəftar, zorlama, məcburi fahişəlik və əxlaqsız hücumun hər hansı bir forması:
5) müharibə qanun və ədalətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri;
- zəhərli silahların və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahların
tətbiq edilməsi;
- şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan
soyğunçuluq;
- müdafiə olunmayan şəhərlərin, kəndlərin, binaların və ya yaşayış evlərinin və yaxud
hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi;
- dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin və incəsənət və elm əsərlərinin qəsb
edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması;
- ictimai və ya xüsusi əmlakın talan edilməsi.
6) beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar
hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:
- adamların həyatına, səhhətinə, fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən
qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən
forması;
- kollektiv cəzalandırma; - girov götürülməsi;
- terror aktları;
- şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama, məcburi
fahişəlik və əxlaqsız hücumun hər hansı bir forması;
- hərbi soyğunçuluq;
- məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün
yerinə yetirilməsi.
P.S. Əski sovet ordusunun törətdiyi bu cinayət təbii ki, Rusiyanın hərbi-siyasi dairələrini narahat
etməyə bilməzdi. Əsrlər boyu Azərbaycan türklərinə qarşı ermənilərlə bir cəbhədə dayanan keçmiş rus
hərbi birləşmələri XX əsrdə növbəti vəhşiliklərini Xocalıda, Şuşada, Azərbaycanın 20 faiz torpaqlarının
işğalında oynadı. Xocalı soyqırımının törədilməsində 366-cı rus alayının iştirakı faktlarla, dəlillərlə
təsdiq olundu. Həmin vaxt rus mətbuatı bu olaylarda hərbi birləşmələrinin iştirak etmədiyi xəbərlərini
ardıcıl şəkildə çap etdirsə də, artıq dünya faciəsinin miqyasında "rus izlərini" qabarıq şəkildə təqdim
edirdilər. Rusiyanın Azərbaycanda səlahiyyətli səfiri Valter Şoniya heç nə olmamış kimi davranır, təmkin
nümayiş etdirirdi. Türkcə danışmağı özünün məşğuliyyəti hesab edən səfir, Xocalı soyqırımını
təsdiqləməklə mətbuat üçün bu məzmunda bəyanat yaydı: "Bu faciə qarşısında bir insan kimi baş əyirəm.
Fikrimcə, Xocalıda törədilən hadisə bəşəriyyətin adına silinməz ləkədir. Bəşər mədəniyyətinin XX əsrində
belə bir faciə yolverilməzdir. Biz hələ bir-birimizə aid davranış qaydalarını öyrənməliyik. Uşaqları,
qadınları, dinc əhalini öldürmək isə bütün dövrlərdə bağışlanmaz cinayət sayılıb. Bu, ibrət dərsidir və
bizim borcumuz bir daha belə faciələrin təkrarına yol verməməkdir. Təəssüf ki, ayrı-ayrı siyasi xadimlər
indi də öz ambisiyalarından əl çəkmək istəmirlər. Halbuki bir problemi danışıq, sülh yolu ilə həll etmək
mümkündür. Xocalı faciəsində 366-cı alayın iştirakı böyük söz-söhbətə səbəb olub. Təəssüf ki, bu barədə
də həqiqətləri bilmirik. Əlbəttə, ola bilər ki, alayın ayrı-ayrı zabitləri, əsgərləri ermənilər tərəfindən
cinayətə cəlb ediliblər. Bu cür faktlar təkcə Azərbaycanda yox, keçmiş SSRİ-nin digər qaynar
nöqtələrində də ola bilər. Lakin MDB-nin 366-cı alayının bütün texnikası, canlı qüvvəsi ilə Xocalı
faciəsinə müdaxiləsini inkar edirəm. Bu gün mən də Azərbaycan xalqının kədərinə qoşulur, bu faciədə
həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
22
Xocalıda yalnız meyitlər qaldı
Xocalı - Dağlıq Qarabağda yaşayış məntəqəsi olmaqla yanaşı, bir vaxtlar qəsəbə hesab olunurdu.
Xocalı rayonu şimaldan və şimal-şərqdən Kəlbəcər və Ağdam rayonları, qərbdən isə Laçın rayonu ilə
həmsərhəddir. Səthi əsasən dağlıq zonadan ibarətdir. Rayonun ərazisi 926 kvadrat kilometrdir. Əvvəlki
adı Xocalı olmuş; 1930-78-ci illərdə Stepanakert Xankəndi, 1978-91-ci illərdə Əsgəran. 1991-ci ildən isə
yenidən Xocalı adlandırılmışdır. Rayonun qərb sərhədi boyunca Qarabağ silsiləsi uzanır. Qarabağ
silsiləsinin şərq yamacları Xocalı ərazisində Qarabağ və Mil düzlərinə tərəf çay dərələri boyunca uzanır.
Rayonun ən yüksək zirvələri 2843 metr hündürlüyü olan Qızqala və 2827 metr hündürlükdə olan Qırxqız
dağlarıdır. Xocalı ərazisində Yura, Tabaşir, Antropogen çöküntüləri yayılmışdır. Ərazi faydalı qazıntılarla
- gil, qum, çınqıl, gillicə və s. zəngindir. İqlimi əsasən qışı quraq keçən mülayim istidir. Orta temperatur
qışda 0 dərəcə S-yə yaxın, yayda 24 dərəcə S olur. İllik yağıntı 500-700 mm-dir. Əsas çayı Qarqar
çayıdır. Rayon ərazisində qəhvəyi dağ-meşə, dağ-çəmən və çimli dağ-çəmən torpaqları yayılmışdır.
Ərazisinin 40 faizi meşələrdən /palıd, fıstıq, tut və s./ ibarətdir. Dağlıq sahələri alp və subalp çəmənləri ilə
örtülmüşdür. Alçaq dağətəyi sahələrdə Kserofit kolluqlar və çəmənlər vardır. Rayonun kənd
təsərrüfatında heyvandarlıq, üzümçülük və taxılçılıq əsas yer tuturdu. Əhali arıçılıq, baramaçılıq və
meyvəçiliklə də məşğul olurdu. Rayonda şərab və pivə zavodları, məişət xidməti kombinatı, tikinti
müəssisəsi, 100 çarpayılıq xəstəxana, 28 feldşer-mama məntəqəsi, sanitariya epidemioloji stansiya, 30
məktəb, 36 kitabxana, 13 mədəniyyət evi, 31 klub, 37 kinoqurğu və s. vardı.
Xocalı rayon və şəhər statusu alandan sonra böyümüş, orada irimiqyaslı yaşayış massivləri
salınmışdır. Ermənistandan, Xankəndindən didərgin düşən soydaşlarımız, Özbəkistandan köçüb gəlmiş
/Fərqanədən erməni fitnəkarlığı nəticəsində qaçqın düşən Ahıska türkləri/ yüzlərlə məhsəti türkü də
Xocalıda məskunlaşmışdır. Bəli, şəhər böyüyürdü, gözəlləşirdi; heç demə, bu böyüklüyün içərisində
gələcəkdə böyüyəcək Xocalı dərdi, Xocalı faciəsi də cücərirmiş. Qədim Xocalı kəndi tarixən 1905-06-cı
və 1917-18-ci illərdə də xəyanətkar ermənilər tərəfindən yandırılaraq talan edilmişdir.
Ermənistandan qovulmuş qaçqın azərbaycanlıların və Özbəkistandan gəlmiş qaçqın ahıska
/Məhsəti/ türklərinin hesabına əhalisinin sayı 7.000-ə çatmışdı. Dağlıq Qarabağda erməni işğalçılığı
nəticəsində 1991-ci ilin yayında və payızında xocalıların, demək olar, yarısı şəhəri tərk eləməyə məcbur
olub. Erməni yaraqlı dəstələri Xocalını hər tərəfdən mühasirəyə aldığından, yolları, keçidləri tutduğundan
şəhərin quru yolla hər yanla əlaqəsi kəsilmişdir. 1991-ci ilin əvvəlindən elektrik enerjisi də kəsilmişdir.
Xocalıların xarici aləmlə yeganə əlaqəsi ratsiya ilə /generatorla/ işləyir və gediş-gəlişi vertolyotla idi.
Ümidini itirmiş, ruhdan düşmüş, elementar yaşayış vəsaitin-dən məhrum olmuş xocalılar şəhəri tərk
etməyə başladılar. Şəhərdə məsul rəhbər vəzifələrdə çalışan bəzi şəxslər də gedirdilər, daha doğrusu, çətin
anlarda aradan çıxırdılar. Axırıncı vertolyot reysi ilə Xocalı RDİŞ rəisi Sabir Məmmədov da uçub getdi.
Onu Xocalıdan heç kim geri çağırmamışdı və onun tabeliyində olan əməkdaşlardan biri rəisin düz üzünə,
onun getməyini fərarilik adlandırırdı; rəhmətlik Əlif Hacıyevin döyüşçülərindən İlham ən sonuncu tədbirə
əl atdı, onun qabağını kəsib silah gücünə vertolyota buraxmamağa cəhd göstərdi. Amma Məmmədov nə
hiylə qurdusa, onları aldadıb vertolyota təpildi.
Bu əhvalat 1992-ci il fevralın 13-də baş verib. Vertolyotlara minmək istəyənlər çox idi - təxminən
700-800 nəfər. Amma vertolyotlar cəmi 300-ə yaxın adam götürə bilərdi. Vəd edilmişdi ki, vertolyot bir
də qayıdacaq. Yerdə qalan camaat oturub təyyarə meydanında gözlədi. Onlar bilmirdilər ki, bu, axırıncı
reys idi.
Yen gəlmişkən, qeyd etməliyik ki, hətta bu axırıncı vertolyot da bu işlə məşğul olası vəzifəli
şəxslərin fəaliyyətinin nəticəsi deyildi, o, ayrı-ayrı adamların şəxsi səyi sayəsində Gəncədən uçub
gəlmişdi, əsasən aqrar məsələ üzrə keçmiş dövlət müşaviri Abbas Abbasovun və Gəncə şəhər DİŞ-nin
rəisi Eldar Həsənovun təşəbbüsü ilə.
Həmin gündən, 1992-ci il fevralın 13-dən etibarən xocalılar heç kimdən heç bir kömək görmədilər.
Onların diqqətlərinin, ümidlərinin, intizarlarının bağlandığı yeganə ratsiya ilə onlara hər gün vertolyot və
kömək vəd edirdilər, vəd edirdilər ki, mühasirəni yarıb gələcəklər, çatacaqlar onların dadma, hətta
konkret gün, saat da təyin edilmişdi. Onlara deyirdilər: çaxnaşma salmayın, hər şey qaydasında olacaq.
Onlar hətta danlayırdılar da - səbirsizliyə görə, hay-küyə görə. Bir dəfə onlara xəbər verdilər ki, iki
vertolyot göndərilib, qarşılayın. Onları qarşılamağa yüyürdülər, lakin heç bir vertolyot gəlmədi. Bu vaxt
onlara ratsiya ilə deyirdilər: onlar uçurlar, doğrudanmı siz onları görmürsünüz? Bir dəfə onlara dedilər:
qarşılamağa hazırlaşın, sabah səhər 10-da sizin yanınızdayıq, bir yerdə çay içəcəyik. Xocalılar nəinki çay,
hətta qurban kəsməyə də hazırlaşmışdılar. Səhər oldu, yenə də heç kim gəlmədi.
23
Milli Təhlükəsizlik Nazirliyinin məlumatlarında hər gün deyilirdi: "Bu il fevralın 12-də və 13-də
erməni yaşayış məntəqələrindən, Naraqix və Mehdiabad səmtindən Xocalı şəhəri PDM-dən atəşə tutulub.
Əhalidən 2-si yaralanıb, bir neçə bina dağıdılıb. hərbi texnikanın /4PDM, ZTR və b./ irəlilədiyi müşahidə
olunur /vəziyyət barədə Ş. Musayevə /Azərbaycan Respublikasının müdafiə naziri/ məlumat verilib/".
Bu məlumat 14.02.92 tarixdə verilib.
Bu isə fevralın 16-nın məlumatıdır: "Fevralın 15-də saat 17.00-da Xocalı şəhəri ZTR-dən, PDM-
dən aramsız atəşə tutulub. Vəziyyət ağırdır. Təcili tədbir görmək lazımdır, xüsusilə mühüm strateji obyekt
olan təyyarə meydanını qorumaq üçün...".
Belə məlumatların statistikasını genişləndirmək də mümkündür. Ancaq nə faydası. Bakıya gələn
bütün siqnallar, xəbərdarlıqlar barədə söhbət açacağıq.
Hələlik yalnız onu qeyd etməyi lazım bilirik ki, Xocalıda və Xocalı ətrafında baş verənlər barədə
Bakıda hər şeyi dəqiq bilirdilər.
Onu da bilirdilər ki, Xocalının müntəzəm atəşə tutulmasında 4-cü ordunun 23-cü diviziyasının
Xankəndində yerləşən 366-cı alayının hərbi texnikasından geniş istifadə edilir. Bu barədə həmin hərbi
birləşmənin rəhbərliyi də bilirdi, 4-cü ordunun komandiri özü də məlumatlıydı.
Hələ yanvarın ikinci yarısında Ağdam rayonunun bir qrup ağ-saqqalı 4-cü ordunun komandanı,
general N. Popovun qəbulunda olmuşlar və bunların hamısı barədə danışmışlar: 366-cı alayın texnikasının
Azərbaycan yaşayış məntəqələrinə qarşı hərbi əməliyyatda istifadə edildiyi barədə də, alayın silahlarının,
hərbi sursatlarının erməni yaraqlılarına açıq-aşkar satıldığı barədə və alayın məişət pozğunluqları barədə
v.b.k.
Komandan vəd eləyirdi ki, tədbir görəcək, amma heç bir tədbir görmədi.
Hələ fevralın 4-də alayı könüllü olaraq tərk etmiş hərbi qulluqçular danışırdılar ki, onları necə dinc
azərbaycanlı əhaliyə qarşı vuruşmağa vadar eləmək istəyirdilər, danışırdılar ki, erməni millətindən olan
hərbi qulluqçular onların cinayətkar əmrlərini yerinə yetirməyən hərbi qulluqçuları necə ölüncə
döyürdülər; danışırdılar ki, alayın texnikasının hər gecə sirli, gecə "səfərindən" sonra bu gecə reydlərində
iştirak edənlərin cibləri necə pulla dolurdu, bəzi komandirlərin arvadlarına hətta dollarlar da nəsib olurdu.
Bir neçə gündən sonra Ağdam icra hakimiyyətinin başçısı S. Verdiyev 4-cü ordunun komandanı
N. Popova teleqram göndərərək alayın Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinə qarşı etdikləri /p
cümlədən Xocalıya/ şərəfsizlikləri sadalayır və onu bu sözlərlə tamamlayırdı:
"Yuxarıda qeyd olunanlardan... tələb edirəm: 366-cı alayın döyüş texnikasından istifadə
olunmasının qarşısını almaq üçün təcili əməli tədbir görəsiniz; eləcə də yaxınlıqdakı Azərbaycan yaşayış
məntəqələrinin qorunması və Müdafiəsi məsələsini həll edəsiniz".
Bu teleqrama da cavab verilmədi.
Milli Təhlükəsizlik Xidməti radiodalğalarda tutduğu kiçik bir fraqmenti olduqca əhəmiyyətlidir.
366-cı alayın iki hərbi qulluqçusu danışır.
Radio ilə danışanların biri 13-cüdür, o birisi 53-cü. Hər üç sözdən sonra bir-birlərini söyürlər. /Biz
söyüşü çıxarmışıq.
- Bir milyon pul, hanı o bir milyon?
- Kimə bir milyon saxlamalıyam?
- /anlaşılmır/ Gələndə demişdin ki, bizim üçün bir milyon pul saxlamısan.
-...Orda, bilmirəm, milyondu, milyon deyil, amma... yarısı bizimdir, yəqin bil. Başa düşdün?"
Bu danışıq gələcək hücumun iştirakçıları arasında, Xocalı faciəsindən bir az qabaq olmuşdur.
Hələlik isə xocalılar gözləyir və ümid edirdilər. Onlar bilmirdilər ki, fevralın 21-də, hücumdan 4
gün əvvəl, Bakıda, Prezident Aparatında, Təhlükəsizlik Şurasında onların taleyi əslində həll olunmuşdu.
Bu barədə bir qədər sonra söhbət açacağıq.
Bəs görəsən, respublikanın rəhbərliyi. o cümlədən Müdafiə Nazirliyi Xocalıdakı vəziyyətlə, onun
bütün problemləri, ən ümdə ağrılı nöqtələri, Xocalının, özü və Xocalıya dəxli olan bütün məsələlər barədə
kifayət qədər məlumata malik idimi?
Biz Xocalı faciəsinə qədər, təxminən iki ay müddətində baş verənləri nəzərdən keçirdik. Saysız-
hesabsız məktubların, müraciətlərin, teleqramların, respublika mətbuatındakı çıxışların və arasından ən
vacib saydığımız, qeyd olunan problemi tam işıqlandıran sənədləri seçib sizin nəzərinizə çatdırmağı lazım
bildik.
Keçən ilin dekabrının 17-də Xocalı icra hakimiyyətinin başçısı E. Məmmədov prezident
A. Mütəllibovun ünvanına göndərdiyi teleqramda yazırdı:
"Sizə məlumat verməyi özümə borc bilirəm ki, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndləri
ermənilərlə hərbçilərin birgə hücumları nəticəsində işğal olunur. Stepanakert və Əsgəran arasındakı yolu
açmaq üçün Xocalı şəhərinə çox güclü hücum hazırlanır. Bizi məhv etmək üçün ermənilər hər vasitəyə əl
24
atacaqlar. Erməni vertolyotlarının çoxsaylı uçuşları da bunu sübut edir. Sizdən xahiş edirəm ki, bir an
belə gecikmədən Xocalının etibarlı Müdafiəsi üçün ciddi tədbir görəsiz. Xocalı Dağlıq Qarabağda
Azərbaycanın strateji cəhətdən vacib olan əsas dayaq mərkəzidir. Təcili kömək gözləyirik".
Qeyd etməliyik ki, teleqram dekabrda vurulub, o vaxt Xocalı faciəsinin baş verməsinə iki aydan
çox vaxt var idi.
Prezidentin teleqram üzərindəki dərkənarı:
"M. Abbasov yoldaşa
Xahiş edirəm, müvafiq tədbirlər həyata keçirəsiniz".
Dövlət katibi Midhət Abbasovun prezidentə cavabı:
"Daxili İşlər, Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin rəhbərliyi ilə danışılıb və müvafiq
tapşırıqlar verilib. Keçirilən tədbirlər üzrə qarşılıqlı razılıq var.
Vəssalam. Məhz hansı təklif, hansı konkret tədbir, kimə konkret nə tapşırılıb, bu tapşırığın icrasına
lazımi nəzarət olubmu? Bu sualın cavabı yoxdur.
Bir qrup müharibə veteranı da, o cümlədən istefaya çıxmış üç general - M. Nəsirov, Firudin
Hüseynov, K. Məmmədov - olduqca ciddi, hərtərəfli bir sənəd hazırlayıb prezident A. Mütəllibova
göndərmişdilər. Bu ilin yanvar ayında onlar Dağlıq Qarabağda olmuş və səfərlərinin nəticəsi barədə
prezidentin diqqətini cəlb edə biləcək arayış təqdim ediblər. Arayışda bölgədəki problemlər /təkcə hərbi
yox/ professionallıqla mükəmməl sadalanır və bu problemlərin həllinin konkret yolları göstərilir.
Həmin sənəddə deyilir:
"Nümayəndələrimizin yekdilliklə qeyd etdiyi ən başlıca məsələ budur ki, Dağlıq Qarabağ
məsələsinin həlli üçün indiyədək dəqiq işlənmiş aydın konsepsiya yoxdur. Elə yəqin bir səbəb də budur
ki, regionda, respublikada lazımi nəzarət və rəhbərlik hiss olunmur. Artıq özünün ən yüksək zirvəsinə
çatmış problemin həlli üçün siyasi, iqtisadi, hərbi təbliği aspektlər heç kəsə aydın deyil.
...Erməni yaraqlılarının hərəkətləri son zamanlar xüsusilə fəallaşmış, planlı, ardıcıl və mütəşəkkil
şəkil almışdır.
Son günlər baş verən böyük faciəli hadisələr bunu xüsusilə təsdiq edir.
Dağlıq Qarabağın Azərbaycan kəndləri növbə ilə boşaldılır və başdan-başa yandırılır. Bu da həmin
kəndlərə azərbaycanlıların bir daha qayıda bilmək ehtimalına son qoyur.
Bu, təkcə erməni yaraqlılarının fəallaşması ilə əlaqədar yox, həm də həmin kəndlərdə müqavimətin
zəifləməsi ilə əlaqədardır.
Hadisələrin dinamikası göstərir ki, birinci vertolyot faciəsindən sonra bu müqavimət xüsusilə
zəifləmişdir. Təcili və qəti tədbir görülməzsə, son hadisələr onu heçə endirə bilər.
...Dağlıq Qarabağın Azərbaycan kəndlərinin Müdafiəsində Müdafiə, Milli təhlükəsizlik, Daxili İşlər
nazirliklərinin və yerli könüllü Müdafiə dəstələrinin arasında heç bir hərəkət birliyi yoxdur və bu, işə
böyük zərər vurur.
Daha dözülməzi, Müdafiə Nazirliyinin öz hissələri arasında da razılaşdırılmış fəaliyyət planının
olmamasıdır.
Müdafiə Nazirliyi və onun batalyonları xırda cari məsələlərlə başını qarışdırıb, hərbi hissələrin
formalaşmasını yaddan çıxarırlar.
...Bu gün hətta yaradılmış və yaradılmaqda olan batalyonların komandirləri belə dəqiq bilmirlər ki,
hansı hissələr - könüllülər, yerli hissələr, ordu hissələri hansı kateqoriyalarda yaradılmışdır. Bəzi
batalyonların əslində adı vardır.
...Ən dözülməz odur ki, respublika və yerli hakimiyyət orqanlarının qarşılıqlı razılaşdırılmış hərəkət
proqramı yoxdur.
...Yerli hakimiyyət orqanlarının, onsuz da güzəranı faciəli olan əhalinin hesabına silah və hərbi
sursat əldə etməsi onların amanmı kəsmişdir /ən dəhşətlisi odur ki, bunlar müxtəlif hərbi hissələrdən
yüksək qiymətə satın alınır/. Onların bu qayğısı özünüMüdafiə dəstələrini təmin etmək üçündür və çox
zaman son dərəcə yarıtmaz təchiz olunan Müdafiə Nazirliyinin hissələrinə də kömək etməli olurlar.
Əsasən tədris silahları və cüzi miqdarda patronla təchiz olunmuş döyüşçü, döyüş zamanı faciəli
vəziyyətdə qalır. Və istər-istəməz belə suallar meydana çıxır: bütün respublika ictimaiyyətinin köməyilə
toplanan milyonlardan nə üçün istifadə olunmur, onlar hara gedir?
Müdafiə Nazirliyinə 250 milyon manat vəsaitin dövlət büdcəsindən ayrılması və ictimai əsaslarla
80 milyon manat toplanması hamıya məlumdur. Lakin batalyonlar norma əsasında ərzaq və geyim üçün
müəyyənləşdirilməmişdir. Batalyonlarda aylarla məvacib verilmir və bu günə qədər məvacibin məbləği
də məlum deyildir. Orduya cəlb olunan zabitlər iş yerindən azad edilir, burada da məvacib almırlar. Belə
halda, onların ailələrinin indiki böhranlı şəraitdə düşdüyü vəziyyət və onun müqabilində orduda təbii
olaraq yaranan əhval-ruhiyyə heç kəsi maraqlandırmır.
25
...Müdafiə Nazirliyinin öz rəhbərliyində də yekdilliklə və birgə razılaşdırılmış hərəkət xəttinin
olmaması hissələrdə hamıya məlumdur. Belə halda burda hansı yekdillikdən danışmaq olar? Bakıya
Müdafiə Nazirliyinə gəlmiş batalyon komandirləri günlərlə nazirliyin koridorlarında dolaşır, heç kəs
onları qəbul etmir. Nazirliyin adamları batalyonlarda demək olar ki, olmurlar.
...Rabitə vəsaitləri heç bir ölçüyəsığmaz dərəcədə yarıtmazdır.
...23-cü Gəncə diviziyasının Stepanakertdəki polkunun bütün hərbi texnikası və sursatının
ermənilərin əlinə keçəcəyinə ehtimal gündən-günə artır. Polkda xidmətdə olan çoxlu zabitin və 50-dən
çox praporşikin erməni olması və həm də bir çox başqa millətlərdən olan zabitlərin də onların tərəfində
olması... bunun reallığını artırır.
...Prezident idarəsinin Qarabağ regionu üçün yaradılmış yüksək səlahiyyətli prezident idarə
müvəkkilliyinin fəaliyyəti hiss olunmur.
Arayışın sonunda deyilir:
...Hörmətli Ayaz Niyazoviç!
Belə hesab edirik ki, son dərəcə həyəcanlı bir vəziyyət yaranmışdır və bilavasitə rəhbərliyiniz
altında təxirəsalınmaz tədbirlər görülməsini vacib bilirik".
Prezident tərəfindən bu sənədə heç məhəl də qoyulmadı. Dövlət katibi M. Abbasovun dərkənarı ilə
dövlət müşavirlərindən üçünün üstünə göndərildi - Adil Hacıyevin, Sabir Hacıyevin və Kamran
Rüstəmovun - "Xahiş edirəm, rəyinizi bildirəsiniz". Araşdırma nəticəsində aydın olur ki, dövlət
müşavirlərindən yalnız biri cavab verib - Adil Hacıyev, o da yarım səhifə həcmində. Özünüz də yəqin
fikir verirsiz ki, biz hər hansı şərhdən, emosiyadan imtina etməyə çalışırıq; amma belə soyuqqanlı
münasibətdən sonra imtina eləmək çox çətindir. Belə bir həyəcan dolu, haray çəkən konkret faktlarla, hər
sətrin üzərində düşünüb tədbir görmək əvəzinə sənəd dövlət müşavirinin, özü də kadrlar məsələsi üzrə,
laqeyd, tamamilə formal cavabı, intonasiyasına görə, yeni il təbrikini xatırladır. Əvvəlcə, cavab olaraq
Qarabağa respublikanın mövcud olmayan köməyinin nailiyyətləri sadalanır, sonra da keçmiş sovet
sənədlərinə xas olan düstur gəlir: "Müraciətin müəlliflərinə, gördükləri işə görə təşəkkürümüzü
bildiririk".
Bu sənəddən on gün əvvəl, yəni 21 yanvarda prezident A. Mütəllibovun ünvanına Qarabağ zonası
üzrə prezident müvəkkili Musa Məmmədovun adından öz arzusu ilə ora gedən general Kamil Məmmədov
tərəfindən hazırlanmış bir arayış da göndərilmişdi.
Həmin arayışı, cüzi ixtisarla, olduğu kimi sizə təqdim edirik.
M.Q. Abbasov yoldaşa.
Xahiş edirəm, tanış olun. Qeyd olunan rayonlar və bütövlükdə təhlükəsizlik barədə məsələlər
hazırlamaq lazımdır və mənim göstərişimlə Təhlükəsizlik Şurasında planlı olaraq müzakirəsinə
başlanılsın. Bu qeydlər üzrə əməli göstərişlər verin!
A.Mütəllibov
22.01.92.
Yenə də heç bir tədbir görülmədi. Heç kəs düşünmədi ki, Xocalı qana çalxalanır.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 14.02.92-ci il tarixli arayışından
fraqmentlər: "Xocalı şəhərinin vəziyyəti barədə. Hazırda şəhərdə aşağıdakı qüvvə və vəsait vardır:
- yerli batalyon - 80 nəfər,
- milli ordunun hərbi qulluqçuları - 20 nəfər,
- aeroportun keşiyi həvalə olunmuş yerli milis əməkdaşları - 60 nəfər.
- avtomat silahlar - 200-250 vahid.
- BRDM - 1 vahid /mərmi yoxdur/,
- artilleriya topu /102 mm kalibrli/ - 1 vahid /mərmiləri qurtarır/,
- AQS-17 - 1 vahid, PD-25 qurğular - 4 vahid.
Mövcud vəziyyət barədə general-mayor Ş.Musayevə /Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi/ məlumat verilib".
Milli Təhlükəsizlik Nazirliyinin xətti ilə 18.02.92-ci il tarixdə Gəncədə vurulan telefonoqramda
deyilir /fraqmentlər/:
"Erməni yaraqlılarının Xocalı şəhərinə hücumlarını dəf etmək üçün təxribat-kəşfiyyat dəstəsi
yaratmaq və onu lazımi silahlarla təchiz etmək lazımdır. Lakin hazırda Xocalı Müdafiəçilərində olan
silahlar /1 BRDM və 1 ZTR/ hücumun qarşısını almaq üçün kifayət deyil...
...Yaraqlıların hazırda əsas məqsədi şose yolunun Şuşa-Laçın sahəsini tutmaqdır ki... sonra da əsas
zərbəni Şuşa şəhərinə vura bilsinlər...
26
...Şuşa-Laçın yolu ilə Gorus rayonu ərazisinə koridor açmaq barədə təbliğat aparılır".
Xahiş edirik, diqqət yetirin - fevralın 18-də MTN ermənilərin Şuşa və Laçın barədə konkret
planlarını xəbər vermişdi.
Telefonoqramdan fraqmentlər:
"...Bundan əlavə, bu yaxınlarda silahlı dəstələrin rəhbərliyin-də dəyişiklik olub. Belə ki, Müdafiə
naziri /bədnam Dağlıq Qarabağ Respublikası nəzərdə tutulur" - A.A./. Serjik Sərkisyan adlı birisi təyin
olunub - 36-38 yaşlarındadır, keçmiş komsomol işçisidir... Stepanakertdə Ermənistandan hərbi və mülki
vertolyotlarda gələnlərin hesabına, yaraqlıların sayı artır.
Serjik Sərkisyanın dediyinə görə, onlar yaxın vaxtlarda Xocalı şəhərini tutmağı planlaşdırırlar.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məlumat verilib".
Bu sənədlərə əməliyyat və agentura əməkdaşlarının verdikləri bir yığın şəxslərin məlumatları,
faktları da, müxtəlif vəzifəli şəxslərin, ayrı-ayrı vətəndaşların müraciətini, məktublarını, əsirlərin
dediklərini əlavə edin. Nəticə birmənalıdır: respublikanın rəhbərliyi də, Müdafiə Nazirliyinin rəhbərliyi
də borcları idi, dəqiq, incəliklərinə qədər bilməliydilər - Xocalıdakı vəziyyəti də, Xocalıya hazırlanan
hücumu da, hətta hücumun təxmini də olsa vaxtını da.
Hətta faciə ərəfəsində də prezident bir teleqram və bir şifroqram almışdı.
Birincisi, Xocalı prokuroru A. Atakişiyevdən gəlmişdi /söz yox ki, Ağdamdandır/; surəti - baş
prokuror M. Babayevə və "24 saat" teleproqramına.
Onlar hələ də inanır və kömək gələcəyinə ümid edirdilər. Səciyyəvi haldır ki, bu anda da teleqram
iki ay ondan əvvəl vurulmuş teleqramın sözləri ilə başlanır:
"Əziz rəhbərimiz, Xocalı artıq əldən gedir, bütün bu hadisələr Xocalının üstündədir: Əgər siz bizə
bu gün kömək eləməsəniz, artıq 4 illik zəhmət hədər gedəcək. Biz sizdən təxirəsalınmaz kömək
gözləyirik. Xocalı Azərbaycanın taleyini həll edir".
Elə həmin gün, fevralın 25-də prezidentə respublika Ali Sovetinin sədr müavini T. Qarayev də
Ağdamdan şifroqram göndərmişdi.
Şifroqramdan fraqmentlər:
"...Xocalıda və Umudluda qüvvə tamamilə tükənib. Yeni qüvvə gəlmədiyindən /iki gündən çoxdur
vertolyotlar uçmur/ erməni yaraqlılarına müqavimət göstərmək ən aşağı səviyyəyə enmişdir. Hər hansı
ləngimə ağlagəlməz nəticəyə gətirib çıxara bilər.
Xocalı şəhərini və Umudlu kəndini mühasirədən çıxarmaq üçün qəti tədbirlər görülməlidir. Bu
məqsədlə Ağdama məsul və səriştəli şəxs göndərilsin və bu tədbirlərin bir sutka ərzində təşkili ona həvalə
olunsun.
...Yuxarıda qeyd olunanlar barədə dəfələrlə səlahiyyətli orqanlara və şəxslərə məlumat verilib.
Sizin qərarınızı gözləyirəm".
Onun üzərində hətta prezidentin dərkənarı da yoxdur. Buna cavab olaraq, təəssüf ki, Xocalıya
hücum başlanmışdı - fevralın 25-dən 26-na keçən gecə.
O vaxtlar Xocalı da, Ağdam da cəbhə xəttinə xas olan gərgin, ağır günlərini yaşayırdı. Bakıda,
Prezident Aparatında Təhlükəsizlik Şurasının - respublikanın, mahiyyətcə, ali icra orqanı, başda prezident
olmaqla, demək olar, hər gün iclas keçirirdi.
Xocalıya dəxli olan faktları axtara-axtara, həmin iclasların bəzi nüanslarından xəbərimiz var.
Ancaq təbii ki, bu protokollar olduqca formal səciyyə daşıyır, bir-birinə oxşayır, ekizlər kimi,
konkretlikdən uzaq, ümumi kəlmələrlə doludur. Onlar ötən illərin partiya sənədlərini çox xatırladırlar - dil
üslubuna, cümlə quruluşuna görə, real həyat nəfəsinin olmamasına görə. "Qeyd olunsun", "müəyyən
tədbirlər görülsün", "məsələlərin həllinə diqqət yetirilsin", "nəzərə alınsın" - belə və belələrinə bənzər, bir
qayda olaraq, heç bir əməli iş, real, konkret fəaliyyət ifadə etməyən, boğazdan yuxarı deyilmiş kəlmələr.
Göstərişlərin, əmrlərin, sərəncamların əksəriyyəti kağız üzərində qalmağa məhkumdur, icra verməkdən,
öz fəaliyyətinə nəsə bir tənqidi baxışdan tamamilə uzaqdır.
Məsələn, yanvarın 29-da prezidentin yanında böyük bir iclas keçirilib; respublikanın 30-dan çox
rəhbər işçisinin iştirakı ilə. Məhz həmin ərəfədə, yanvarın 28-də faciə baş verib – Şuşanın yaxınlığında
vertolyot vurulub, 30-dan çox dinc vətəndaş həlak olub. Özü də bu, birinci faciə deyil, təəssüf ki, növbəti
fəlakətdir, amma protokolun ilk, qeyri-təvazökar sətirləri bizi heyrətə gətirdi:
"Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası rəhbərliyinin səylərinə və gördükləri
lazımi tədbirlərə baxmayaraq, bir çox rəhbər işçilər və vəzifəli şəxslər respublikanın ərazisində müharibə
getdiyini, Azərbaycan xalqının, onun dövlətinin taleyinin bu müharibənin nəticəsindən asdı olduğunu hələ
də dərk etməmişlər".
27
Əvvəla, bu ifadədə elementar məntiq yoxdur: əgər rəhbər işçilərin əksəriyyəti ƏN BAŞLICA
MƏSƏLƏNİ dərk etmirlərsə, bəs onda respublika rəhbərliyinin səyləri və gördükləri lazımi tədbirlər
nədən ibarətdir?
Biz bu epizodun üstündə ona görə dayandıq ki, onun biri, bizim zənnimizcə, keçmiş rəhbərliyimizin
iş üslubu üçün olduqca səciyyəvidir.
Lakin hətta bu quru, bir-birinə oxşayan protokollarda da bizim üçün az-çox əhəmiyyətli olan
ifadələr tapa bilmişik. Qarşımızda Təhlükəsizlik Şurasının iclasının iki protokolu var - 20 və 21 fevralda
keçirilmiş iclasların. İkisində də gündəlik məsələlər, demək olar ki, eynidir, ümumi tərzdə Xocalıya dəxli
var.
Fevralın 20-ci iclasının gündəlik məsələlərində yazılıb "Şuşa, Xocalı şəhərlərinin və başqa yaşayış
məntəqələrinin təhlükəsizliyini təmin etmək üzrə tədbirlərin necə yerinə yetirildiyinin...müzakirəsi".
Sonra protokolda daha 10 bənd qeyd olunur, amma onların heç birinin bilavasitə Xocalıya dəxli
yoxdur. Buna baxmayaraq, bu bəndlərdən dördü bizim diqqətimizi cəlb eləyir.
3-cü bənd:
"Bir sutka ərzində /bu il fevralın 21-də/ Umudlu kəndindən əhalinin köçürülməsini və Gəncə
şəhərində yerləşdirilməsini təmin etməli. Məsul şəxs - T. Kərimov".
Yadınıza salırıq: Umudlu kəndi ermənilər tərəfindən 01.03.92-ci işğal edilib, yəni Xocalıdan 4 gün
sonra.
Lakin protokolda, təkrar edirik, Xocalının köçürülməsi barədə bir kəlmə də yazılmayıb. Nə onun
köçürülməsi, nə dəhliz, nə də vertolyotlar barədə - heç nə yoxdur. Baxmayaraq ki, Xocalıya kömək
barədə hər tərəfdən məktublarla, müraciətlərlə, telefonoqramlarla, teleqramlarla saysız-hesabsız xahişlər
olunurdu.
2-ci bənd:
"Konflikt zonasındakı döyüş əməliyyatlarının gedişini əlaqələndirməli və razılaşdırılmamış
əməliyyatların qarşısını almalı. Məsul şəxslər - Ş. Musayev, T. Kərimov".
Bizcə, burada ən vacib söz - "qarşısını almalı" kəlməsidir. Elə belə sadəcə desək - icazə verməməli.
Biz yenə də öz fəallığımızdan, qətiyyətli olmaqdan qorxur, çəkinirik. Bu ovqat 4-cü bənddə də təkrar
olunur:
"MDB silahlı qüvvələrinin komandanlığı qarşısında əsaslı tələblər qoymaq üçün... erməni silahlı
dəstələrinin çoxaldığının videoçəkilişini aparmalı. Məsul şəxslər T. Kərimov, İ. Hüseynov".
Beləliklə, erməni silahlı dəstələrinin çoxalmağı - Təhlükəsizlik Şurasına məlumdur. Bu bir yerə
yığılıb çoxalmağın məqsədi də aydındır. Bəs biz onların qarşısına nə çıxarırıq? Videoçəkiliş. Onu da bir
yabançı əmiyə göstərmək üçün.
Bəs kim, Təhlükəsizlik Şurasının rəyincə, 2-ci bənddə deyildiyi kimi "konflikt zonasındakı döyüş
əməliyyatlarmı əlaqələndirməli" idi?
Xatırladaq: məhz elə həmin gün Tahir Əliyevi prezident Bakıya çağırtdırmışdır, Dadaş Rzayev on
gün ondan əvvəl Goranboy rayonuna çağırılmışdı. Şahin Musayev Bakıdadır, hər axşam Təhlükəsizlik
Şurasının iclasında iştirak edir, hətta Ağdam icra hakimiyyətinin başçısını da məhz həmin axşam
dəyişdirməyi qərara aldılar. /9-cu bənd: "Ağdam rayon icra hakimiyyəti rəhbərliyinin
möhkəmləndirilməsi məsələsinə baxılsın"/.
Beləliklə, prezidentin və Təhlükəsizlik Şurasının fikrincə, bəs kim Qarabağ zonasında döyüş
əməliyyatlarının gedişini əlaqələndirəcəkdi? Özü də hansı döyüş əməliyyatlarının?
Lakin bizim üçün ən əhəmiyyətli fakt 21.02.92-ci il tarixli protokoldadır, daha doğrusu,
Təhlükəsizlik Şurasının ertəsi gün, növbəti iclasındadır.
İclasın gündəliyində qeyd olunub: "Xocalı şəhərinin Müdafiəsini təmin etmək tədbirləri barədə".
Diqqətinizə bir daha çatdırırıq - MÜDAFİƏNİ TƏMİN ETMƏK TƏDBİRLƏRİ BARƏDƏ!
Konkret olaraq necə?
3-cü bənd:
"Xocalı şəhərindən yaralıları, vertolyotlardan istifadə etməklə, köçürməyi təmin etməli. Məsul
şəxslər Ş. Musayev, T. Kərimov".
Fikir verirsinizmi - YARALILARI. Yalnız yaralıları!
Qeyd etdiyimiz anadək Xocalının bu gün-sabah işğal olunacağı barədə xeyli operativ və agentura
məlumatları mövcud idi. Həm də bölgədə hadisələrin inkişafının məntiqi özü də bu barədə heç bir şübhə
yeri qoymurdu. Amma Təhlükəsizlik Şurasında qərar çıxardırlar ki, Xocalıdan yalnız yaralılar
köçürülsün. Niyə?
28
Şahin Musayev "Azadlıq" qəzetinə verdiyi müsahibəsində deyir: "Respublikanın rəhbərliyi Xocalı
əhalisini köçürməyə razılıq vermədi. O məqsədlə ki, ermənilər şəhəri işğal edə bilməsinlər".
Sizin qarşınızda etiraf etməliyik ki, biz inanmadıq Şahin Musayevin dediklərinə. Belə qənaətə
gəldik ki, yəqin o, respublikanın keçmiş rəhbərliyinin arxasında gizlətmək istəyir öz günahlarını. Lakin
bu protokol bizi fikrimizi dəyişməyə vadar elədi. Protokolun 3-cü bəndi Ş. Musayevin dediklərini təsdiq
eləyir. Buradan da belə bir ehtimal yaranır ki, Milli Təhlükəsizlik Şurası belə ciddiyyətlə inanırmış ki,
Xocalı şəhərində əhalinin qalması ermənilərin işğalının qarşısını ala bilər. Buna ayrı qiymət vermək heç
cür mümkün deyil. Və əgər belədirsə, onda ilk növbədə Xocalı faciəsindən qabaq, bir ay ərzində,
Verdiyimiz ərazi itkilərinin sırf xronologiyasını birər-birər yada salaq:
21.01.92. Qeybalı kəndi.
12.02.92. Asağı Quşçular.
12.02.92. Malıbəyli.
12.02.92. Yuxarı Quşçular.
17.02.92. Qaradağlı.
Bu qeyd olunan yaşayış məntəqələrində əhalinin olub-olmaması ermənilərin qarşısını ala
bilmişdimi? Məgər onlar, ermənilər deyildilərmi o yerlərdə bizim adamları qovan və qıran?
Doğrudur. Xocalı kənd, oba deyil, şəhərdir, amma, doğrudanmı prezident də, Təhlükəsizlik Şurası
da belə hesab edirmiş ki, düşmən şəhər əhalisini qırmağa cürət eləməz? Bir də axı necə BELƏ GÜMAN
ELƏMƏK OLAR - özü də müharibə şəraitində, ali dövlət səviyyəsində?! Özü də, xatırladırıq Sizə, ondan
düz üç gün əvvəl, fevralın 18-də Milli Təhlükəsizlik Nazirliyinin məlumatı qoyulmuşdu prezidentin
masasının üzərinə; orada açıq-aşkar məlumat verilirdi ki, ermənilər Şuşanı işğal etmək üçün plan
hazırlayırlar. Onların artıq Şuşa barədə, Xocalıya nisbətən daha geniş planları mövcud idi.
Əlbəttə, aydın məsələdir ki, bu epizoda son nöqtəni istintaq orqanları qoyacaq, biz isə hələlik
faktlara və məntiqə istinad edə bilərik. Və yenə "məntiqi işə salaraq" etiraf etməliyik ki, madam yaralıları
VERTOLYOTLARLA köçürmək qərara alınmışdı, Təhlükəsizlik Şurasının həmin iclasında iştirak edən
Ş. Musayev buna ETİRAZ ETMƏMİŞDİ və hətta T. Kərimovla bu tapşırığı yerinə yetirməyə məsul şəxs
kimi təhkim olunmuşdu, onda biz daha yeni bir sübut-dəlillə qarşılaşırıq: VERTOLYOTLAR
VARMIŞ!!!
Amma uçmayıblar. Hətta yaralıları gətirmək üçün də! Sürücüləri, istilik-nişanalma raketlərinin
hücumlarmı dəf etmək üçün vertolyotlar lazımi hərbi texnika ilə təchiz olunmadığına görə uçmaqdan
imtina ediblər.
Beləliklə, fakt fakt olaraq qalır: Xocalıya heç bir kömək olmayıb və 92-ci il fevralın 25-i 26-na
keçən gecə Azərbaycan xalqına qarşı nankor daşnak qonşularımız tərəfindən bütün tarix boyu
görünməmiş qəddarlıq, vəhşilik törədilib.
Xocalı ən dəhşətli qəddarlıqla və vəhşiliklə işğal edilib, yerlə-yeksan edildi. Bu vandalizmdən
canını qurtarıb meşəyə üz tutan insanlar yerindəcə güllələndi. Fevral ayının küləkli-çovğunlu bir günündə
qanına qəltan edilən körpələrin, ahılların qanma boyandı Kətik meşəsi, Naxçıvanik yolu. Ermənilər hiss
edəndə ki, bu vəhşiliyə, insanlığa sığmayan hərəkətlərə dünya ictimaiyyətinin reaksiyası, münasibəti
olacaq. Onda başqa bir fırıldağa, məkrə də əl atdılar. Guya xocalıların maneəsiz çıxıb getməsi üçün
"dəhliz" açıblarmış. Bu "dəhliz" Əsgərandan sağda, Qar-qar çayı boyunca, Ağdam istiqamətindəymiş.
Yalandır bunlar. Utanmadan, qorxmadan, daşnak həyasızlığı ilə deyilmiş, bəyan edilmişdi, yalandır.
Görünür, qanlı əllərini yumaq istəyiblər. Ancaq bu qan yerdə qalan deyil. Günahsız insanların ahmı Tanrı
bağışlaya bilməz. Ermənilər sadəcə dəhliz söhbətini ortaya atmaqla, guya beynəlxalq normalarla
davrandıqlarını göstərmək istəyirlər. Bütün insani dəyərlərdən uzaq olaraq "dəhliz" adlandırdıqları
istiqamətdə kütləvi qırğınlar törədiblər. Xocalıların bir qrupu məhz "dəhliz" adlandırılan istiqamətdə
qaçan zaman erməni yaraqlılarının, 366-cı alayın silahları tərəfindən atəşə məruz qalıb, güllələniblər. Bu
inkaredilməz faktı ermənilər belə izah edirdilər ki, guya silahlı xocalılar özləri onların postlarına hücum
ediblər. Məhz buna görə də ermənilər cavab atəşi açmağa məcbur olublar. Ancaq Xocalını tərk edib,
qırğınlardan, talanlardan yaxa qurtarmaq istəyənlərin əksəriyyəti qadınlar, uşaqlar, qocalar idi. Bu
binəvaların silahları hardan olsun? Belə olduğu tədqirdə hansı məntiqlə deyilənlərə inanmaq olar? Əksinə
onlar çalışırdılar ki, sakit çıxıb Ağdama getsinlər. Övladlarını, qocalarını qoruyurdular. Digər tərəfdən,
əgər ermənilər bu qədər humanist idilərsə, beynəlxalq normalara, qayda-qanunlara uyğun dəhliz
müəyyənləşdirilmişdirsə, bu dəhlizin kənarına postlar qoyulmalıydı.
Erməni tərəfi beynəlxalq müşahidəçilərə izahatlarında bildirirdilər ki, guya onlar xəbərdarlığın üç
vasitəsindən istifadə ediblər: ratsiyadan, ZTR-də qoyulmuş repreduktordan, bir də Xocalının üzərində
uçan vertolyotlarla vərəqə səpməklə. Birincisi, ratsiya ilə xalqa heç bir xəbərdarlıq edilməyib. İkincisi,
repreduktorla edilən xəbərdarlığın bir nəfər belə şahidi yoxdur. Və üçüncüsü, bir nəfər də Xocalılı
29
xəbərdarlıq vərəqi görməyib. Erməni tərəfin soyqırım faktına cavab istəyi "Memorial" beynəlxalq insan
haqları təşkilatına bircə dənə belə xəbərdarlıq müraciəti təqdim edə bilməyiblər. Erməni qəddarlığı,
erməni yalanı ilə birgə addımlayır, dünya isə bu hərəkətlərə dözümlü, səbirli münasibət ortaya qoyur.
Xocalı soyqırımı əvvəlcədən planlaşdırılıb, həyata keçirilib. Bu, insan ovu idi. Nə xristianlığa, nə
müsəlmanlığa, nə də bütpərəstliyə... Heç bir müqəddəs aləminə sığmayan vəhşilik, qəddarlıqdır.
Ermənilər cinayətlərinin böyüklüyünü özləri də anlamağa başlayandan sonra, növbəti yalana, hiyləyə əl
atdılar. Dünyanı, beynəlxalq ictimaiyyəti aldatmaq mümkün olmadı. Böhtan toruna heç kim düşmədi.
Hətta erməni daşnaklarının himayədarları, sadiq tərəfdarları da.
Əsir götürülmüş xocalılar Xankəndinə aparılır, "avtokalon"un ərazisində və məhbusların saxlandığı
milis təcridxanasında, Əsgəranda müvəqqəti təcridxanada, eləcə də Krasnı Seloda həbsxana kamerasında
saxlanılırdı. Girovların saxlandığı şərait, - əgər buna şərait demək mümkündürsə, insanlığa, heç bir
ölçüyə, meyara qətiyyət uyğun deyildi. Bu şərait xocalıların faktiki olaraq mənəvi ölümünə, qırılmasına
səbəb olacaq daha sərt bir üsul idi. Genosid siyasəti ardıcıl olaraq davam etdirilirdi. Şübhəsiz ki, xocalılar
tamamilə qırıla bilərdi, əgər müharibə üçün səciyyəvi olan girovların dəyişdirilməsi, eləcə də ermənilərin
dünya ictimaiyyətini beynəlxalq təşkilatları aldatmaq cəhdləri aradan qaldırılmasaydı, bu tamamilə labüd
idi.
Əsir Xocalıların məruz qaldıqları işgəncə, təhqir, ələ salınması, zorlanması, başlarının kəsilməsi,
armaturla qətlə yetirilməsi erməni faşizminin iç üzünün göstəricisidir. Bütün bu faktları sadalamaq üçün
emosiyaya qapılmamaq mümkünsüzdür. Girovları kameraya salmazdan öncə soyundurur, çoxunun
corablarmı belə soyundururdular. Yaralıların çoxu elə kameradaca ölürdü. Bir çoxu döyülməkdən ölürdü.
Ermənilər girovları döyməzdən əvvəl mərc gəlirdilər. Spirtli içkilərlə hallananlar kimin zərbəsinin". güclü
olub - olmamasını əsirlərin üzərində sınayırdılar. Əsirlərin böyük bir qrupunu, yəni 300 nəfəri üç gün
donuz pəyəsində saxlayır, gün ərzində onlara yeməyə çiy buğda verirdilər, belə hallar olurdu ki, kişiləri
əvvəlcədən diksindirib, qadın paltarı geyməyə məcbur edir, sonra ələ salıb şəkil çəkirdilər. Bəzi əsirlərin
başına çirkli vedrə geydirirdilər. Bu vedrənin içərisində peyin, nəcis və qan olurdu...
Meyitləri kameradan 2-3 gün çıxarmırdılar. Əsirlərin qızıl dişlərini çəkmək də geniş yayılmışdı.
Qızıl dişləri tapança dəstəyi, ya da ağır bir şeylə vurub, sındırırdılar. Hətta bir dəfə iki erməni yaraqlısı
əsirlərin qızıl dişlərini "çəkmək" üçün iki çəngəllə bir saat əməliyyat apararaq onlara işgəncələr
vermişdilər.
Əsirlərin çoxu azadlığa ağır xəstə halında çıxdılar. Bəziləri azadlıqda öldülər. Yaralardan, fiziki,
mənəvi işgəncələrdən, əsəb sarsıntılarından dünyasını dəyişdilər. Bir hissəsi sağalmaz xəstəliyə məbtəla
oldular.
|