11
Bilmirəm bu nə istisnalardır ki, erməni millətinə məxsusdur?!
Xristian olub rus ilə həmmillət olmaları, mədəni və dövlətli olmaları bəs
deyil, gərək terrorları da olsun! Bizim də terrorlarımız ola bilər. Bu
mauzer tüfəngləri saxlayıb bomba ata bilərik, biz ermənilərdən yaxşı
məntiq sahibləriyik, qubernator da öldürə bilərik. Lakin biz bunların heç
birisini etmirik, çünki bu bir rəzil, alçaq, səltənətə layiq olmayan işlərdir.
Kərbalayı İsrafil Hacıyev
Bağanıs-Ayrım soyqırımı
Xocalını yerlə-yeksan edərək yer üzündən silən, yüzlərlə insanı vəhşicəsinə qətlə yetirən erməni
terrorçu dəstələri, Xocalı soyqırım faktından iki il öncə Qazax rayonunun Bağanıs-Ayrım kəndini də eyni
aqibətlə üz-üzə qoydu. Bu qətliama gedən yol Meşəlinin, Malıbəylinin, Kərkicahanın, Həsənabadm,
Quşçuların, Qaradağlının işğalından, torpaqlarının göyə sovrulmasından, yüzlərlə insanın vəhşiliklə
öldürülməsindən başlamadı. Bağanıs-Ayrımdan başladı bu yol...
Ərazi və əhalisinə görə kiçik bir türk kəndi olan Bağanıs-Ayrım 1990-cı ilin mart ayının 24-də
axşam saat 7 - 8 radələrində erməni quldurlarının basqınına məruz qaldı. Nəticədə kəndin böyük bir
hissəsi yandırıldı, 7 nəfər vəhşicəsinə qətlə yetirildi. Xocalıda törədilən qanlı olayın ilkin ssenarisi
Bağanıs-Ayrımda həyata keçirildi.
Hadisəni araşdıran istintaq komissiyasının təhqiqatları nəticəsində bəlli olub ki, müxtəlif odlu
silahlarla yaraqlanmış 3 erməni quldur dəstəsi ayrı-ayrı istiqamətlərdən kəndə qəflətən basqın edərək
kənd sakinləri - 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlunu və onun ailə üzvləri - 1923-cü il
təvəllüdlü Əsliyeva Pakizə Qulu qızmı, 1959-cu ildə doğulan Əsgərova Havaxanım Dədəş qızını, 1963-cü
il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızını, 1990-cı ilin fevral ayında anadan olan südəmər körpə
Adıgözəlov Hafiz Ramiz oğlunu, digər kənd sakinləri 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd
Gülməmməd oğlunu və xidməti vəzifəsini həyata keçirən polis əməkdaşı Məmmədov Məcid Oqtay
oğlunu qətlə yetirmiş, Adıgözəlov Mülkədar İsrafil oğlunu və polis əməkdaşı Əhmədov Zirəddin Musa
oğlunu yaralamışlar. Bundan əlavə erməni quldurları kəndi talayaraq evləri yandırmışlar. Bağanıs-Ayrım
kənd sakinlərinin cəsədlərinin tibbi ekspertizası zamanı əldə olunan rəylər Xocalıda törədilmiş
vəhşiliklərlə təxminən üst-üstə düşür. Dədəkişi Əsliyevin tibbi ekspertizası nəticəsində bəlli olub ki, onun
sol qulağı kəsilib götürülmüş, odlu silahla qətlə yetirildikdən sonra yandırılmışdır. Havaxanım Əsgərova
qətlə yetirildikdən sonra onun sol qulağı kəsilib atılmışdır. Daxili orqanlarında 3-4-cü dərəcəli yanıqlar
aşkar edilmişdir. Erməni quldurları 40 günlük körpəyə qarşı da xüsusi amansızlıq göstərərək bəşər
tarixində görünməmiş vəhşilik törətmiş, südəmər körpəni güllələyərək yandırmışlar. Bələyi, əmziyi qana
batmış körpənin bu sayaq qətli bəşəriyyəti lərzəyə gətirəcək dəhşətli faktlardan biridir. Körpə Hafizin
timsalında bu vəhşiliyi ermənilər türklərin gələcəyinə qarşı törədib. Təəssüf ki, dünya türklərə qarşı
törədilən soyqırım aktlarına münasibətdə hörümçək toru kimi gözləri pərdələmiş erməni mifmi kənar
etmək, ikili standartlardan əl çəkmək istəmir.
Bağanıs-Ayrımda törədilən bu dəhşətli olayı gözləri ilə görmüş Fərmuz Xanluman oğlu söyləyir ki,
martın 23-də səhər saat 6 radələrində avtomat və karabin silahlan ilə silahlanmış təxminən 150-200
nəfərdən ibarət erməni quldur dəstələri kəndə hücum etmişlər. Onların ardınca kəndə "Ural" markalı
yanacaqdaşıyan maşın, "QAZ-66" markalı və iki təcili yardım maşını gəlmişdir. Maşınlar dayandıqdan
sonra ermənilər vedrə ilə "Ural" maşınından yanacaq daşıyaraq Adıgözəlov Ələddin, Məhərrəmov
Səməd, Məhərrəmov Əliməmməd və Əsliyev Dədəkişi adlı kənd sakinlərinin evlərini yandırmışlar.
Erməni quldurları eyni zamanda polis əməkdaşlarım da qətlə yetirmişlər. Məhərrəmova Ofeliya Şəmsi
qızının söylədiyinə görə, səhər saat 7 radələrində güllə səslərinə ayılaraq görüb ki, ermənilər kəndi
mühasirəyə alaraq sakinləri odlu silahlardan atəşə tuturlar. Ofeliya Məhərrəmova, onun həyat yoldaşı
Alməmməd, oğlu Vüqar, qaynı Səməd, onun həyat yoldaşı Gülşən dərhal çarpayının altında gizlənmişlər.
Bir neçə dəqiqədən sonra ermənilər evə daxil olaraq onların var-dövlətini talayırlar. İnsan qanına susayan
quldurlar 18 min rubl dövlət istiqraz vərəqələrini, 500 min rubl nəqd pulu, 1000 rubl dəyərində boyunbağı
və qızıl zənciri, brilyant qaşlı digər zinət əşyalarmı götürmüşlər. Erməni soyğunçuları əşyaları qarət
edəndən sonra yorğan-döşəyə od vuraraq evi tərk etmiş və 50-100 metr aralıda yerləşən digər evləri
yandırmışlar.
12
"Erməni Daşnaksütyun komitəsinin məstəbid bir
idarə üsulunu təşkil etmiş etdirmişdir ki, Qafqazda bir sıra
qanlı terror oynandı"
M.S. Ordubadi
"Qanlı illər" əsərindən
Yuxularımızın qədim şəhəri
Türklərin yaratdığı qədim maddi-mədəniyyət nümunəsiydi Xocalı. Türkün tarixinin qədim
zamanlarının qorunduğu, mühafizə olunduğu dünyanın ən qədim mərkəzlərindən olan bu şəhər təkcə son
əsrdə bir neçə dəfə erməni terrorunun hədəfinə çevrildi. Tarixiliyi və zənginliyi paralel şəkildə özündə
yaşadan "Xocalı" toponiminə fikir vermək gərəkdir. "Xoca" türkcə ağ-saqqal, "böyük" mənasını
daşıyaraq hörmət əlamətini bildirir. Bəli, təkcə Azərbaycan türklərinin deyil, dünyanın "ağsaqqal"
şəhəriydi Xocalı. İndi əsirlikdədir. Yüzlərlə türk övladı kimi soyulur, sökülür, dağıdılır. Dünyanın ən
qədim tarix nümunələri kimi çox az-az axtarılıb, üzə çıxarılıb öyrənilən arxeoloji mənbələrin sayı
etibarilə Xocalı yüzlərlə elmi əsərlərin, monoqrafiyaların, dissertasiyaların mövzusudur. Xocalı-Gədəbəy,
yaxud Gəncə-Qarabağ mədəniyyəti kimi qeyd olunan bu abidələr haqqında elmi ədəbiyyatda ilk sözü
XIX əsrin 80-ci illərində Rusiya Coğrafiya Cəmiyyətinin üzvü S. Veyssentrof deyib. XIX əsrin 90-cı
illərində Şuşa realnı məktəbində müəllim işləmiş E. Resler, Rusiya-coğrafiya Cəmiyyətinin üzvü
A.A. İvanovski bu abidələrin tədqiqi ilə məşğul olaraq, arxeoloji tədqiqatlar aparmışlar. 1926-cı ildə
akademik İ.İ. Mişaninovun rəhbərliyi və İ. Cəfərzadənin iştirakı ilə Xocalıda yeni tədqiqatlar dövrü
başlanıb. Abidələrin tədqiqi və öyrənilməsi işi 1984-cü ildə tarix elmləri doktoru Hidayət Cəfərovun
ekspedisiyaları ilə sona yetib. Xocalıda son tunc və ilk dəmir dövrlərinə, yəni e.ə. XII-VII əsrlərə aid
xeyli mədəniyyət abidələri aşkarlanıb. Bu abidələr daş qutu və kurqanlardan ibarətdir. Burada saxsı
qablara, silahlara, qızıl zinət əşyalarına, balıqqulağına, şüşə parçalarına rast gəlinib. Görkəmli
Azərbaycan alimi, tədqiqatçı Rəşid Göyüşov məhz buna görə Xocalını "qədim dünyanın mədəni mərkəzi"
adlandırıb.
Abidələrin bir qismi kompleks yaşayış yerindən, kurqanlardan, tikililərdən ibarətdir. Arxeoloji
qazıntılar zamanı müəyyən olunub ki, xocalıların tayfa evləri uzunsov, üçbucaqlı formada inşa edilib.
Bəzən uzunluğu 17-18 metr, eni 8-10 metr olan bu cür evlər arakəsmələr vasitəsilə bir neçə hissəyə
bölünür. Tunc dövrünün sonu, dəmir dövrünün əvvəlində, yəni 22 min il bundan öncə evlərin döşəmələri
və divarları ağ maddələrlə suvanıb. Əhalinin tikinti texnikasına yiyələndiyi aşkarlanır. Həmçinin burada
aşkarlanan dulusçuluq məmulatları, müxtəlif çeşidli saxsı qab nümunələri həm forma kamilliyi, həm də
naxış süjetləri, kompozisiya quruluşu baxımından əvəzedilməz sənət nümunələridir. Çoxsaylı metal
əşyaları, tuncdan hazırlanan silah növləri, xəncər, qılınc, balta, nizə və ox ucluqları, əmək alətləri,
müxtəlif çeşidli bəzək əşyaları, qolbaq və sırğalar, asmalar yerli əhalinin bədii zövqü, ustaların
sənətkarlıq bacarığından xəbər verir. Tuncdan hazırlanan kəmər üzərindəki süjet mifik dünyagörüşlə real
həyatın harmonik vəhdətini təşkil edir. Burada həmçinin sümükdən, qiymətli daşlardan, qızıldan bəzək
nümunələri də tapılıb.
Maddi mədəniyyət nümunələrinin bəziləri yüksək sənətkar əməyinin məhsulu olmaqla yanaşı, həm
də xarici iqtisadi mədəni əlaqələri izləmək baxımından da böyük əhəmiyyət kəsb edir. Bunların içərisində
Xocalı kurqanlarının birində tapılmış əqiq muncuq xüsusi yer tutur. Muncuq üzərində Assuriya mixi
yazısı ilə çar Adadnirarinin adı yazılıb. İşarənin yazılış qaydası bu muncuğun Assuriya çarı I
Adadnirariyə (e.ə. 1310-1281) yaxud II Adadnirariyə (e.ə. 911-981) məxsus olmasını söyləməyə imkan
verir. Azərbaycan tayfalarının hələ qədim zamanlarda ətraf aləmlə, xüsusilə şərq ölkələri ilə mədəni-
iqtisadi münasibətlərdə olması söylədiyimiz bu faktla yanaşı, xeyli dəlillərlə də tamamlanır.
Xocalıda aşkar olunmuş qiymətli sənət nümunələrinin əksəriyyəti Moskva və Sankt-Peterburqun
dünya şöhrətli muzeylərində, Moskva Dövlət Tarix Muzeyi və Ermitajda mühafizə olunur, dünyanın
başqa incəsənət əsərləriylə bir sırada nümayiş etdirilir. Xocalı abidələri dini mərasimlər, ayinlər, ibtidai
memarlıq, təsərrüfat və sənətkarlıq sahələri haqqında qiymətli mənbədir. Bu abidələr kompleksi
Qarabağda mövcud olan qədim abidələr silsiləsində özünəməxsus yer tutur. Eramızdan əvvəl III minilliyə
aid Xankəndi və Xocalı kurqanları, Qarağacı yaşayış məskəni, e.ə. II minilliyin I yarısına adi Üzərliktəpə
şəhər yeri, Xocalı ilə həmdövr olan Axmalı, Dovşanlı, Balıqqaya, Sırxavənd abidələri bu qəbildəndir.
Xocalı başdan-başa tarixi memarlıq abidələri diyarıdır. XIV əsrə aid olan Hacı Əli günbəzini, 1356-
cı ildə inşa olunmuş dairəvi türbəni, XIV əsrdə tikilmiş Əsgəran qalası və onlarla başqa tarixi memarlıq
13
nümunələri bu torpağın qədimliyinin təsdiqidir. Bu abidələrlə birlikdə Xocalıda Allahverdi bəyin,
Qəhrəman bəyin, Cəfər bəyin, Səməd bəyin, Mikayıl bəyin, Səfiyar kişinin, Məhəmməd ağanın və daha
kimlərin qəbirləri qaldı. Azərbaycanın xanlıqlar dövründə Xocalıda 46 nəfər bəy titulunun daşıyıcısı olub
ki, bu da Tiflis arxivində qorunan sənədlərdə öz əksini tapıb.
14
Köçəryan Xocalıda ilk qırğınları törədib
Terrorçuluğu, insan alverini, narkotiklərin qanun dövriyyəsini rəhbəri olduğu Ermənistan dövlətinin
rəsmi siyasətinə çevirən Robert Köçəryan 1988-ci il fevralın 12-dən sonra Xankəndində başlayan
mitinqləri emosiyalara, vəhşiliklərə çevirərək erməni quldur birləşmələrini azərbaycanlıların yaşadıqları
kəndlərə doğru istiqamətləndirməklə onlara rəhbərlik etmişdir. Xocalıda ilk dağıntı və fəlakətlərin
müəllifi də Robert Köçəryan və bu gün onun komandasında təmsil olunan Serj Sərkisyanlar, Arkadi
Qukasyanlardır. 1953-cü ildə Xankəndində anadan olan, 80-ci illərdə Xarkov Sənaye İnstitutunda təhsil
alaraq, geri dönən Köçəryan 1986-cı ildən Xankəndi İpək kombinatında azad partiya təşkilatı katibi
seçilib. Bu təyinatdan başlayaraq kombinatda daşnak ab-havası yaradılıb, milli ayrı-seçkilik düşmənçilik
səviyyəsinə çatdırılıb. Köçəryan müxtəlif bəhanələrlə kombinatın azərbaycanlı işçilərini bir-bir işdən
kənarlaşdıraraq, burada yalnız ermənilərin çalışmalarına şərait yaradıb. Vəziyyət o yerə gəlib çatıb ki,
artıq sözügedən kombinatda 1988-ci ildə bir nəfər belə azərbaycanlı işləmirdi.
O, öncə Dağlıq Qarabağda fəaliyyət göstərən hərbi yaraqlılara, soyğunçuluqla məşğul olan
cinayətkar qruplara rəhbərlik edir, Yuxarı Qarabağ və ətraf rayonlarda Azərbaycan türklərinə qarşı
intensiv soyqırım hərəkətlərinə istiqamət verir, bu yöndə müxtəlif planlar düşünərək həyata keçirirdi.
Köçəryan Rusiyanın Dağlıq Qarabağda yerləşən hərbi kontingentinin rəhbərliyi ilə sıx münasibətlər
quraraq bu hərbi birləşmələrin müasir hərbi texnikasından, canlı qüvvələrindən, azərbaycanlıların tarixi
torpaqlarından qovulması prosesində ardıcıl istifadə etmişdir. Xocalı soyqırımım törədən sovet ordusunun
366-cı alayının komandiri general-leytenant Zoviqarov onunla çox yaxın münasibətlərdə olub. Yüzlərlə
terror aktlarının, faciələrin sifarişçisi olmuş Köçəryan 1988-ci il fevral ayının 18-də Xocalıya hücum
planının müəllifədir. Xocalının girəcəyindəki 4 evin yandırılması və bir neçə azərbaycanlının yaralanması
ilə nəticələnən hücum əməliyyatları Köçəryanın, S. Sərkisyanın, Arkadi Qukasyanın bilavasitə rəhbərliyi
altında törədilmişdir. Bu barədə MTN-in arxiv materialları əsasında çap olunmuş "Erməni cinayətləri"
kitabında məlumat verilir. Köçəryan İpək kombinatında işləyən zaman tokar sexini odlu silahlar,
partlayıcı maddələr sexinə çevirərək müxtəlif döyüş sursatları hazırlamışdır. Bu işə erməni millətçilərini
cəlb etməklə yanaşı, özü də silah-sursat istehsal edən dəzgahın arxasında dayanmışdır.
Sərkisyanın, Qukasyanın, Samvel və Karol Babayanların terrorçu ekstremist qruplarının başında
dayanan Köçəryanın fitvası ilə 1988-ci il sentyabr ayının 16-da Xankəndində Azərbaycan türklərinə
məxsus 50 ev yağmalanaraq yandırılmışdır. O, qarətçilik, talançılıq hərəkətlərini tədricən genişləndirərək
irimiqyaslı terror aktlarına keçmişdir. Ağdam-Şuşa marşrutunda hərəkət edən avtobusun əvvəlcə daş-
qalaq edilməsi, daha sonra odlu silahla atəşə tutulması nəticəsində 25 nəfərin qətli, 1989-cu ildə
Ağdamdan Şuşaya uçan "Mİ-8" vertolyotunun vurulması, Malıbəyli kəndinə ilk hücum da Köçəryanın
başçılığı altında törədilib. Erməni millətçiliyinin bütün mənfur keyfiyyətlərini özündə cəmləşdirmiş bu
sima hazırda Ermənistan Respublikasının prezidentidir.
Çağdaş dünyamız sözdə terrora, terrorçulara qarşı dayanıb. "Biz terrorizmə qarşıyıq" - Amerikanın,
Avropa dövlətlərinin, beynəlxalq təşkilatların az qala gerbinə, bayrağına yazılan bu deyimin Ermənistana,
onun başında dayanan Köçəryana görünür aidiyyəti yoxdur. Əgər aidiyyəti olsaydı, Köçəryan məşhər
ayağına çəkilər, sorğu-suala tutular, ondan indiyə qədər türklərə qarşı törətdiklərinin hesabı sorulardı.
Qarabağda törədilmiş qırğınlar, Xocalı soyqırımı beynəlxalq cinayət subyektləridir ki, nə vaxtsa bu
əməllərə qarşı dünya sözünü deyəcək.
15
Fevralın 25-dən 26-na keçən gecə...
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror təşkilatları, rus hərbi birləşmələrinin
366-cı polkunun müasir silahlarla təchiz olunmuş muzdlularının genişmiqyaslı hücumu ilə Xocalı
soyqırımı törədildi. Xocalıda minlərlə əliyalın, dinc azərbaycanlının qətli icra olundu. Xəstələrə, ağsaqqal
və ağbirçəklərə, körpə uşaqlara, qadınlara aman verilmədi. Azərbaycan xalqına qarsı amansız şəkildə
soyqırım həyata keçirildi. Bu soyqırım siyasəti əvvəlcədən düşünülmüş, ciddi planlaşdırılmış və dəqiq
yerinə yetirilmişdi. Milli Təhlükəsizlik Nazirliyinin soyqırımı araşdıran istintaq komissiyasına təqdim
etdiyi Xocalı şəhərinə hərbçilərin danışıqlarının lent yazısı da planın əvvəlcədən hazırlandığını və bu
faciədə 366-cı rus hərbi alayının iştirakmı təsdiqləyir. Belə ki, hərbçilərin telefon söhbətində Xocalıya
hücuma hazırlıq getdiyi, danışıqların milyon rəqəmlərlə hesablanan pulu gözlədikləri anlaşılır.
1992-ci il fevralın 16-da, soyqırım planından on gün əvvəl məlum 366-cı alayın nəzdində
"Klukin, erməni cəbhəsi" deyilən "rota'" yaradılır. Sözügedən "rota"nın özəyini Livan, Amerika, Kanada,
İran, İsveç və Hollandiyadakı erməni icmalarmı təmsil edən, beyinlərinə yeridilən, başı üstlərində "Böyük
Ermənistan" xəritəsi asılan silahlı quldur erməni birləşmələri təşkil edirdi. Fevralın 17-də qızlardan ibarət
"Şuşanik" adlı snayperçilər dəstəsi həmin cəbhəyə qoşuldu. Düşüncələrinə türk düşmənçiliyi hopdurulan,
insani idrakdan uzaq olan "Şuşanik" snayperçiləri Livandan gətirilmişdi. "Klukin, erməni cəbhəsi"nə
Xaçik Vartanyan rəhbərlik edirdi.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olundu, yerlə-yeksan edildi. Bəşəriyyət
növbəti Xatın faciəsi yaşadı. Beynəlxalq miqyasda millətçi kimi tanınan erməni icmalarının, diaspora və
lobbiçilərinin birgə hazırladıqları "Böyük Ermənistan" planının ilkin fazası, hərəkatın ilk bəndi "Haydad"
və "ASALA" terror təşkilatlarıyla birgə icra olundu. Bu soyqırım əməliyyatı zamanı keçmiş SSRİ
Müdafiə Nazirliyinə məxsus hərbi texnika, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi
qadağan olunan "dairəvi" güllələr, digər silahlar sınaqdan çıxarıldı. Həmin qanlı gün, saat 23.00
radələrində Xocalıya 11 istiqamətdən hücum həyata keçirildi. Qarqar çayının Həsənabad kəndi tərəfindən,
təyyarə limanının şərqindən, İncik təpədən, donuzçuluq kompleksi istiqamətindən - çayın sol və sağ
tərəfindən, Daşbulaq-Xocalı yolu səmtindən, Norgux-Xocalı istiqamətindən, Daştəpə tərəfdən, Bozdağ və
nəhayət Əsgəran tərəfdən Xocalı üzərinə qoşun yeridildi. Ətraf aləmdən ayrı düşmüş, gücü yalnız
özünümüdafiə qruplarının ov tüfənglərinə çatan əhali nizami rus ordusu və vəhşi erməni quldurlarına
müqavimət göstərmək iqtidarında deyildi. Xocalılar vəhşiliklə üz-üzə qaldı. 613 nəfər şəhid oldu.
Onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə öldürüldü. 27 ailə tamamilə məhv edildi. 230 ailə öz
başçısını itirdi. 1275 nəfər əsir düşmüş xocalılı amansız işgəncələrə düçar oldu. Bu soyqırım
əməliyyatlarında xüsusi hazırlıq keçmiş 366-cı alayın zabitlərinin və digər muzdluların iştirakı tələfatın
miqyasmı daha da artırdı.
Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik
V. Savelyev özünün "Məxfi arayış"ında erməni terror təşkilatlarıyla Rusiya qoşun birləşmələrinin Dağlıq
Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək, fakt və sənədlərdə bütün olub-keçənlərin şərhini
verib etiraf edirdi: "Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə
gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün
bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm
Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun,
dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi".
"Rusların "zabit şərəfini ləkələyən 55 zabit və kiçik rütbəli
hərbçilərin adları qoy tarix üçün yaddaşlara yazılsın".
1. Zarviqorov Yuri Yuriyeviç - 02.03. 1955-ci ildə Qazaxıstanın Cambul vilayətinin Luqovaya
stansiyasında anadan olub. 366-cı motoatıcı alayın komandiri.
2. Çitçiyan Valcri İsaakoviç - 366-cı motoatıcı alayın 1 saylı batalyonunun qərargah rəisinin
müavini, mayor.
3. Ağriyan Vaçaqan Qriqoryeviç - mayor, alayın kəşfiyyat rəisi.
4. Ohanyan Seyran Muşeqoviç - 1961-ci ildə anadan olub. Mayor, alayın 2-ci batalyonunun
komandiri.
5. Arutyunov Aleksandr Aleksandroviç - mayor, 2-ci batalyon komandirinin köməkçisi.
16
6. Akopyan Nerses Qrantoviç - baş leytenant, 1-ci batalyonun 2-ci rotasının komandiri.
7. Arutunyan Vladislav Vladimiroviç - kapitan, 2-ci batalyonun komandiri.
8. Bəyləryan Armen Volodiyeviç - praporşik, 1-ci rotanın texniki.
9. Ayrapetyan Vaçik Qurgenoviç - 3-cü rotanın starşinası.
10. Mirzoyan Vaçik Qrantoviç - 3-cü rotanın starşinası.
11. Şixanyan Andrey Artyuşeviç - 1-ci batalyonun təşkilat üzrə komandiri.
12. Xaçaturyan - 6-cı rotanın starşinası.
13. Abramyan V.V. - 2-ci batalyonun böyük texniki, praporşik.
14. Bəyləryan Sergey Yurikoviç - 2-ci batalyonun vzvod komandiri, praporşik.
15. Danilyan Armen Barinoviç - 2-ci rotanın starşinası.
16. Avanesyan - 2-ci batalyonun böyük texniki.
17. Zaxaryan - zenit vzvodunun komandiri, praporşik.
18. Boqdasaryan Valeri - tank rotasının starşinası.
19. Kisəbəyyan Qriqoriy Akopoviç - rabitə rotasında vzvod komandiri, praporşik.
20. Arustamyan - rabitə rotasında böyük texnik.
21. Amelyan Qarik - yeməkxana rəisi, praporşik.
22. Avanesyan Robik - ərzaq anbarının rəisi, böyük praporşik.
23. Arutunyan Kamo Rafaeloviç - təmir rotasında vzvod komandiri, praporşik.
24. Musaelyan - təmir rotasında vzvod komandiri.
25. Sarkisyan Aleksandr - təmir rotasında böyük texnik, praporşik.
26. Osipov Yuri - raket artilleriya anbarının rəisi.
27. Simonyan Valeri - maddi təchizat rotasının starşinası.
28. Petrosyan Aşot - məxfi hissənin rəisi, praporşik.
29. Nabokix Yevgeni - mayor, 3-cü batalyonun komandiri (arvadı erməni)
30. Lixodey İqor İvanoviç - artilleriya divizionunun komandiri;
31. Miroşniçenko İqor - maddi təchizat rotasının komandiri, baş leytenant;
32. Smaqin - leytenant, tank divizionunun komandiri;
33. Kuznetsov Andrey - kimyəvi müdafiə rotasının komandiri;
34. Qarmaş Viktor - baş leytenant, tank rotasının komandiri;
35. Balyazin - tank rotasında vzvod komandiri, leytenant;
36. Mirxaydarov - 3-cü batalyonun 7-ci rotasının komandiri, baş leytenant;
37. Fotimski - 2-ci batalyonun 3-cü rotasının komandiri, kapitan;
38. Buqayenko - 2-ci batalyonun 4-cü rotasının 3-cü vzvodunun komandiri, leytenant;
39. Potapov - 2-ci batalyonun 4-cü rotasının komandiri, kapitan;
40. Krut - 2-ci batalyonun 6-cı rotasının komandiri, kapitan;
41. Savintsev - 2-ci batalyonun 4-cü rotasının komandiri, leytenant;
42. Dobranski 2-ci batalyonun 4-cü rotasının kəşfiyyat vzvodunun komandiri,
43. Bobolev - 2-ci batalyonun qərargah rəisi, kapitan;
44. Minin - 2-ci batalyon komandirinin müavini, kapitan;
45. Tevosyan - 2-ci batalyonun 5-ci rotasının komandiri, kapitan;
46. Boqaçev - 3-cü batalyonun zabiti, baş leytenant;
47. Kurçatov - 3-cü batalyonun zabiti, baş leytenant;
48. Maftullin 3-cü batalyonun zabiti, baş leytenant;
49. Kuzmanoviç - 3-cü batalyonun zabiti, baş leytenant;
50. İvanov - 3-cü batalyonun zabiti, kapitan;
51. Matveyev - 3-cü batalyonun artilleriya divizionunun komandiri, kapitan.
Yuri Poleneyev "Qarabağ qan girdabında " kitabında yazır:
"Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli
idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. 1992-ci ilin fevralın
25-dən 26-na keçən gecə Xocalı şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər
qaldı".
Xocalı soyqırımı törədilən zaman müsibəti gözləri ilə görən jurnalist Viktoriya İvleva isə faciəni
belə təsvir edir: "Xocalının girəcəyində bir tərəfdə buluda bənzər nəyinsə hərəkət etdiyini gördüm. Bu
bulud yarıçılpaq insanların toplusu idi. Azərbaycanlıların dəstəsinin sonunda üç uşaqlı qadın gedirdi. O,
qar üzərində ayaqyalın çətinliklə yeriyir və tez-tez yıxılırdı. Sən demə, onun uşaqlarından biri ikigünlük
17
imiş. Digər yüzlərlə qaçqın kimi bu qadının və onun uşaqlarının sonrakı taleyini mən televiziya
lentlərindən izlədim. Bu, televiziya lentlərində səs zolağı operatorunun hönkürtüsündən ibarət idi. Bu
adamların cəsədləri eybəcərləşdirilmiş şəkildə qar üzərində qalaqlanmışdı".
Viktoriya İvlevanın televiziya müşahidəsində izlədiyi hönkürtü, Xocalı soyqırımını ilk dəfə lentə
alan cəsur jurnalist Çingiz Mustafayevin qəzəbinin göz yaşlarına çevrilməsiydi. Erməni vəhşiliklərinin
qurbanı olan, qar üzərində donub qalan məsum körpələrin qurumuş cəsədləri qarşısında tab gətirmək, bu
faciəni sakit lentə almaq mümkün deyildi. Çingiz Mustafayev yerlə-yeksan edilən soyqırıma məruz qalan
Xocalını çəkirdi, köməksiz dinc əhalinin faciəsini tarixin yaddaşına yazırdı. Kamerası ilə. Bu kamera
ermənilərin güllələrinə də tuş gəlmiş, "yaralanmışdı". Martın ilk günlərində dünyanın efir məkanından
bütün evlərə "Xocalı soyqırımı" boylandı. Çingiz Mustafayev bu qanlı olayı belə xatırlayırdı: "İlk dəfə
fevralın 28-də iki hərbi vertolyotun müşayiəti ilə hadisə yerinə gəldik. Havadan gördük ki, bütün bir sahə
insan meyitləri ilə doludur. Təyyarəçilər vertolyotu yerə endirməyə qorxurdular. Çünki həmin ərazi artıq
ermənilərin nəzarəti altında idi. Buna baxmayaraq, biz vertolyotdan çıxdıq və bu zaman güclü atəşə
məruz qaldıq. Bizimlə olan milis əməkdaşları meyitləri vertolyota götürməli idilər ki, onların
qohumlarına verilsin. Gördüyümüz vəziyyətdən şoka düşdük. İki nəfər isə huşunu itirmişdi. Martın 2-də
xarici jurnalistlərlə hadisə yerinə gəlmişdik. O zaman meyitlər dəhşətli hala salınmışdı. Bir neçə sutka
ərzində onların üzərində təhqiredici hərəkətlər edilmişdi".
İnsanı dəhşətə gətirən bu açıqlama, soyqırımı ilk dəfə lentə alan Çingiz Mustafayevin fikirləridir.
Erməni dəhşətlərindən, vandalizmdən yaxa qurtarmaq üçün üzü Ağdama tərəf qaçan, əliyalın əhali
vəhşicəsinə güllələrə tuş gəlmişdi. Ahıllara, körpələrə belə aman verilməyib. İnsanları bir-birlərinə
bağlayaraq, üzərlərinə neft tökərək yandırıb, uşaqları diri-diri süngüyə keçirib faşistlərin törətdiklərindən
betər faciəni bəşəriyyətə "bəxş etdilər" Qətlə yetirilənlərin cəsədləri üzərində vəhşicəsinə davranaraq,
qadınların döşlərini, kişilərin cinsiyyət üzvünü kəsərək, uşaqların beyin dərisini soyaraq bəşəriyyət üçün
yeni olan vandalizm nümunəsi ortaya qoydular. Budur erməni xidməti, budur erməni qəssablarının
yaramazlığı. Xocalıda törətdikləri cinayətin miqyasmı düşünmədən, bu gün beynəlxalq ictimaiyyətə
humanizmdən, insanlıqdan danışanların nə qədər məkrli, qəddar olduqları Xocalıda göründü. Nə yazıqlar
ki, insanlığa, bəşəriyyətə qarşı törədilən bu faciə ermənilərin xəcalət hissinə çevrilmədi. Dünya
qınağından yeni məkrli planları, yalanları ilə qurtarmağa çalışan erməni vəhşiliyi Xocalıdan sonra 20 faiz
Azərbaycan torpağının işğalı ilə nəticələndi.
Dostları ilə paylaş: |