45. Axc-nin süqutu və tarixi yeri



Yüklə 16,88 Kb.
tarix02.01.2022
ölçüsü16,88 Kb.
#43298
45. AXC-nin süqutu və tarixi yeri.


45. AXC-nin süqutu və tarixi yeri.

Bolşeviklər 2 dəfə-1918-ci ilin dekabrında və 1919-cu ilin mayında Bakıda siyasi tətillər təşkil etməyə cəhd göstərdilər. Lakin azərbaycanlı fəhlələrin həmin tətilləri boykot etməsi nəticəsində onlar tam iflasa uğradılar. Bakı bolşevikləri gözdən pərdə asmaq məqsədilə “müstəqil” Azərbaycan Kommunist Partiyasının yaradılması ideyasını irəli sürdülər. Bu RK(b)P-nin yerli təşkilatı olaraq onun bütün qərarlarını yerinə yetirməli idi. Uzun sürən mübahisələrdən sonra RK(b)P Siyasi bürosu 1920-ci il yanvarın 3-də “müstəqil” Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının yaradılmasına icazə verdi və fevralın 11-12-də AK(b)P-nin təsis qurultayıdə, “partiya”nın faktiki rəhbəri A.İ.Mikoyan idi. AK(b)P Sovet Rusiyasının Azərbaycandakı “beşinci kolonnası” idi. Azərbaycan tarixinin belə məsuliyyətli dövründə hökumət daxilində birliyi qoruyub saxlamaq mümkün olmadı. Sovet Rusiyasına münasibət məsələsində F.X.Xoyski ilə M.H.Hacınski arasında qızğın mübarizə başladı. F.X.Xoyski Rusiyaya münasibətdə sərt xətt tərəfdarı idi. F.X.Xoyski və tərəfdarları M.H.Hacınskinin daxili işlər naziri vəzifəsindən istefasına nail olsalar da,o, ticarət naziri kimi hökumətin tərkibində qala bildi və cavab zərbəsi üçün əlverişli imkan gözləməyə başladı. Qarabağdakı daşnak qiyamından istifadə edən Rusiya təmayüllü qüvvələr N.Usubbəyov hökumətini ölkədə qayda-qanun yaratmaq iqtidarında olmamaqda günahlandıraraq, onu istefa verməyə məcbur etdilər. Yeni hökumət kabinetinin təşkili M.H.Hacınskiyə tapşırıldı. Dərhal M.H.Hacınski öz şəxsi təhlükəsizliyini təmin etmək üçün bolşeviklərə öz hökumətində nazir vəzifələri təklif etdi və hətta, bolşeviklər partiyasına daxil olmağa hazır olduğunu bildirdi. Bolşeviklər M.H.Hacınskinin təşkil etdiyi hökumətə daxil olmaqdaq imtina etsələr də, ona bildirdilər ki, əgər Azərbaycandakı kommunist təşkilatlarına loyal münasibət bəsləsəniz, yaxın müddətdə sizin kabinetə qarşı çıxış etməyəcəyik. Mövcud hakimiyyətə qarşı daimi müxalifətdə olan və nəyin bahasına olursa-olsun “Müsavat”ın başçılıq etdiyi hökuməti devirməyə çalışan “İttihad” Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdi. Moskvanın təhriki ilə daşnaklar 1920-ci il martın sonunda Qarabağ və Gəncəbasarda qiyam qaldırdılar. Bu qiyam 2 məqsədə xidmət edirdi: I, Azərbaycan hökuməti özünün bütün qüvvələrini qiyamçılara qarşı göndərməli oldu ki, bununla da XI Qızıl Ordunun hücumu ərəfəsində Azərbaycanın şimal sərhədləri demək olar ki, müdafiəsiz qaldı. Digər tərəfdən isə, bolşeviklər daşnak qiyamından istifadə edərək ölkənin daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını daha da gücləndirir və hökuməti Qarabağda milli münaqişəni həll etməkdə acizlikdə günahlandırırdılar. Bolşeviklər guya ölkədə qayda- qanun yaratmaq məqsədi ilə XI Qızıl Ordunu Azərbaycana dəvətetməyə çağırırdılar. 1920-ci ilin aprelində Denikin qoşunlarının törtöküntülərini darmadağın edən XI Qızıl Ordu hissələri bilavasitə Azərbaycan sərhədlərinə çıxdılar. A.İ.Mikoyan başçılıq etdiyi Bakı bolşevikləri Azərbaycan xalqı adından XI Qızıl Ordunu Azərbaycana dəvət etmişdi. XI Qızıl Ordu plana görə Bakıda bolşevik qiyamından 1-2 gün sonra Azərbaycana soxulmalı idi və beləliklə, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlamamışdı və aprelin 27-də XI Qızıl Ordu hissələri Azərbaycana daxil olub Bakıya doğru irəliləməyə başladılar.XI Qızıl Ordunun hücumu ilə eyni vaxtda, aprelin 27-si gündüz saat 12-də Azərbaycan parlamentinə AK(b)P MK və RK(b)P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi. Qan tökülməsinə yol verməmək üçün Azərbaycan parlamenti həmin gün axşam saat 11-də hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxardı. Bu şərtlə ki:

1) rus ordusu Bakıya daxil olmadan dəmiryolu ilə birbaşa

Anadolunun köməyinə gedəcək;

2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz

və ilhaqdan qorunacaq;

3) Azərbaycan ordusu olduğu kimi saxlanacaq;

4) Azərbaycan siyasi partiyaları üçün fəaliyyət sərbəstliyi

təmin olunacaq;

5) keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri

təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri

saxlanılacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;

6) azad həraitdə toplanacaq Azərbaycan şuraları hakimiyyətin

idarə şəklini təyin edəcək .

Yalnız aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi

yardım göstərmək xahişi ilə Sovet hökumətinə rəsmi surətdə

müraciət etdi. Bu xahişə ehtiyac yox idi, çünki artıq 2 gün idi ki, rus

ordusu Azərbaycanın hüdudları daxilində idi. Bu sübut edirdi ki,

Azərbaycan Demokratik Respublikasının qanuni hökuməti Rusiyanın hərbi təcavüzü nəticəsində devrilmişdir. Digər tərəfdən, beynəlxalq

hüquq normalarına görə xaricdən hərbi kömək göstərilməsi

xahişi ilə yalnız ölkənin qanuni hökuməti çıxış edə bilər. Nə Azərbaycan



parlamenti, nə də Azərbaycan hökuməti belə bir xahişlə

müraciət etməmişdi.
Yüklə 16,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin