2. Kursun predmeti, məqsədi və əsas vəzifələri.
Məlum olduğu kimi, hər bir elmin özünün xüsusi öyrənmə predmeti və tədqiqat obyekti vardır. Odur ki, kursun incəliklərinə və dərinliklərinə keçməkdən əvvəl, onun predmeti və tədqiqat obyektini aydınlaşdırmaq zəruridir.Belə ki, bu fənn ilə ilk dəfə maraqlanan hər bir şəxs əvvəlcədən dəqiq bilməlidir ki, onun öyrəndiyi kurs konkret olaraq nəyi öyrənir və nə öyrənir, bilavasitə nə ilə məşğul olur. Başqa sözlə, onun predmetini nə təşkil edir, o, nəyin, necə harada və hansı obyektin timsalında öyrənilməsini öz qarşısına məqsəd qoyur . Fənnin qrşısına qoyulmuş bu məqsədlərə çatmaq üçün o, bununla bilavasitə bağlı olan bir çox məsələlər real dəqiqliyi öyrənməlidir.
Müasir dövrdə marketinq kompleksində - yalnız əmtəə, qiymət, bölgü və əmtəənin istehlakçıdan istehlakçıya iriəlilədilməsi prosesi kimi baxmaq əsla düzgün hesab edilə bilməz. Marketoloq (marketinq xadimi) başa düşməli və aydın dərk etməlidir ki, istehlakçı üçün bu, uyğun olaraq, faydalılıq, dəyərlilik, əlverişlilik və məlumatlandırılmaqdır. Qarşıya qoyulan məqsədə çatmaq üçün marketinq vasitələrinin kombinasiyasıməhz bu əsasda qurulur. Bu vasitələr isə öz növbəsində daim təkmilləşdirilmə tələb edir. Belə ki, əmtəə sahəsində əmtəənin differensasiyanın əsasını təşkil edən instrumental və emosional dəyərin yüksəldilməsi üçün axtarışlar aparılır.Eləcə də marketinqdə qiymətin əmələ gəlməsi sahəsində də psixoloji aspektlər gücləndirilir. Həm də əmtəənin birbaşa satışı forması, o cümlədən, internet vasitəsilə satışı günü – gündən genişlənir. Bunun nəticəsində inteqrasiyanın formalaşmasıprosesinin güclənməsi də hiss edilir.
Müasir marketinqdə yeni keyfiyyət dəyişmələrindən biri də daimi əlaqələrin inkişafı prosesi hesab edilməlidir. Yəni istehsalçılar, satıcılar və istehlakçılar arasında olan münasibətlərin inkişafında da irəliləyişlər hiss edilir. Başqa sözlə, “marketinqdən sövdələşmələr–marketinqə münasibətlər” prinsipinin həyata keçirilməsi günü – gündən genişlənir. Burada söhbət onların: sövdələşmənin iştirakçıları, müştərilər, tərəfdaşlar, klubun üzvləri, həmsahiblər və s. arasında müxtəlif partnyorluq əlaqələrinin yaradılmasından gedir. Bu prosesin inkişafında istehlakçılar üçün təklif edilən məhsulların və xidmətlərin faydalılığının yüksəldilməsi, eləcə də onların alınmasına çəkilən xərclərin azaldılması müstəsna rola malikdir.
Odur ki, bazar iqtisadi sistemi yolu ilə inkişaf edən ölkəmizin müəssisələri (firmaları,şirkətləri və s.) tərəfindən dünya təsərrüfat sistemində, eləcə də dünyanın ayrı – ayrı aparıcı müəssisələri (firmaları, şirkətləri və s.) səviyyəsində baş verən real iqtisadi və elmi – texniki yenilikləri ilk növbədə istehsal – satış fəaliyyəti sahəsindəki müəssisədaxili idarəetmənin konkret forma və metodlarının öyrənilməsi zərurətini meydana çıxarır.
Azərbaycan müəssisələrinin və digər təşkilatların geniş formada xarici bazarlara çıxması o zaman səmərəli ola bilər ki, xarici iqtisadi fəaliyyət sahəsində çalışan mütəxəssislər (marketoloqlar – bazar xadimləri, menecerlər və s.) konkret bazarların və bazar konyukturasının dəyişməsini nəzərə almaqla, beynəlxalq kommersiya sövdələşmələrinin (beynəlxalq marketinqin) nəzəriyyəsini və partiyasını dərindən mənimsəsinlər.
Marketinqin başlıca vəzifəsi ondan ibarətdir ki, istehsalçı elə məhsul istehsal etməlidir ki, o ehtiyacları və tələbatları ödəyə bilsin, onların satışı əvvəlcədən təmin olunmuş olsun, “məhsul öz-özünü sata bilsin”, beləliklə də müəssisənin əvvəlcədən planlaşdırdığı və nəzərdə tutulan qədər mənfəət əldə edilsin. Базар мцнасибятляринин тящлили. Базар щяр бир ъямиййятин нормал вязиййяти цчцн зярури бир игтисади категорийа олмагла, алыъы иля сатыъы арасында конкрет игтисади мцнасибятляр системини характеризя едян вя мал мцбадиляси щяйата кечирилян фяалиййят сащясидир. Инсан ъямиййяти йарандыьы эцндян шяхси тялябаты юдя- мяк мягсядиля бу вя йа диэяр формада базардан истифадя 35 олунмуш вя базар мцнасибятляри йаранмышдыр. Илк базар мцнасибятляриндя дяйяр юлчцсц кими пул олмамыш вя мцбадиля натура шяклиндя щяйата кечирилмишдир. Индики дюврдя кечмиш сосиалист юлкяляринин базар игтисадиййатына кечидля ялагядар беля фикир сюйлянир ки, эцйа сосиализмдя базар мцнасибятляри олмамышдыр. Бу тамамиля йанлышдыр. Чцнки щарда ки, ямтяя мцбадиля вя йа сатылмаг цчцн истещсал олунурса, шяхси тялябатлар ямтяяляри пула алмаг йолу иля юдянилирся, орада базар да вар, базар мцнасибятляри дя. Бу баш- га мясялядир ки, онларын принсипляри бир-бириндян фярглянир. Мяркязляшдирилмиш дювлят планлашдырма системи щеч бир вахт базар мцнасибятляринин олмасыны инкар етмямишдир. Сосиализм ъямиййятиндя дя тясяррцфатын щеч бир нювц там натурал тясяррцфат олмамыш, щамы билаваситя базарын субйекти-алыъысы вя сатыъысы олмушдур. Базарын тяркиб щиссяляринин елементляри бцтцн ъямиййят- лярдя мювъуддур вя онлар диэяр башга шяртляр дахилиндя –сийаси, игтисади-сосиал, демографик вя саиря-базар мцнасибятляриня кечидля ялагядар олараг бейнялхалг маркетинг хадимляри, менеъерляр сосиализм ъямиййятиндя формалашмыш даща ядалятли базар мцнасибятляри вя принсиплярини няинки кянара гоймалы, щятта ондан максимум дяряъядя истифадя едиб кейфиййятъя даща йцксяк базар принсипляри йарадылмасына наил ол малыдырлар.
Müasir dövrdə istənilən ölkə öz xarici ticarətini inkişaf etdirməyə can atır, bununla da istədiyi ölkəyə sıx inteqrasiya olmağa şərait yaradır, digər tərəfdən XXI əsrin əvvəllərindən dünya iqtisadiyyatında sürətlə gedən qloballaşma bir daha sübut edir ki, dünya ölkələrinin inkişafı onların yaşadıqları ictimai quruluşdan asılı olmayaraq yalnız onların bir-biri ilə qarşılıqlı əlaqələr şəraitində mümkün ola bilər. Çünki heç bir ölkə qapalı (ayrılıqda) inkişaf edə bilməz. Müstəqil Azərbaycan Respublikasının da son ildə dünya təsərrüfat sisteminə inteqrasiyası güclənir. Yeni beynəlxalq əmək bölgüsündə iştirakı güclənir. Bu proseslərin sürətlə baş verməsi bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən ölkəni və bu ölkənin iş adamları tərəfindən dünya təsərrüfat sistemində baş verən real iqtisadi və elmi – texniki yenilikləri xüsusilə də istehsal satış fəaliyyətli sahələrindəki idarəetmə forma və üsullarının öyrənilməsini zəruri edir. Odur ki, elə bu zərurətdən beynəlxalq marketinqə ehtiyac duyuldu. Beynəlxalq marketinqin məqsədi ondan ibarətdir ki, iqtisadi müstəqilliyə can atılması milli iqtisadiyyatın möhkəmləndirilməsinə ehtiyac duyulur. Son nəticədə həm dünya təsərrüfatının beynəlminəlləşməsinə, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatının açıq xarakter almasına beynəlxalq əmək bölgüsünün dərinləşməsinə gətirib çıxarır. Inteqrasiya prosesinin daha da dərinləşməsinə, ölkələr arasında münasibətlərin möhkəmləndirilməsinə nəinki iqtisadiyyatda hətta təhsil sahəsində əlaqələrin genişlənməsinə imkan yaradır. Bütün bu amillər isə öz növbəsində beynəlxalq marketinqi obyektiv zərurətə çevirir. Tədris ediləcək beynəlxalq marketinqin predmetinə gəldikdə isə bunları qeyd etmək olar.
Beynəlxalq marketinq strategiyasının seçilməsində onun məqsədi müxtəlif ola bilər. Istehsalın həcminin genişləndirilməsi, əmtəənin həyat dövrünün uzadılması, məqsədli bazar payının azaldılması, xarici bazar həcminə və rəqabətşəraitinə görə müqayisənin üstünlüklərindən istifadə və s. Beynəlxalq marketinq qlobal və milli ola bilər. Odur ki, kampaniyanın məqsədi bazar şəraitində qlobal marketinq konsepsiyasını seçmək və marketinq kompleksinin standartlaşmasını hazırlamaqdır. Bu halda kampaniya beynəlxalq adlandırılır.
Bütün bu deyilənlər kursun predmetini təşkil etməklə eyni zamanda beynəlxalq marketinqin mahiyyətini açıqlayır. Deməli kursun predmeti müəssisənin fəaliyyətinin planlaşdırılması və idarə edilməsi, birbaşa bazara istiqamətləndirilməlidir. Beynəlxalq marketinq həm də xarici bazarda olan tələbatı müəyyən etməli və real, dəqiq öyrənilməlidir və buna uyğun bazara keyfiyyətli məhsul çıxarmalıdır.
Dostları ilə paylaş: |