Marketinqin inkişaf tarixinin əsas dövrləri.
Tarix,
dövr
|
Hadisələrin xronikası
|
1902-ci il
|
ABŞ-da sərbəst marketin kursu oxunmağa başlandı
|
1908-ci il
|
Ilk kommersiya marketinq təşkilatı yaradılmışdır
|
1920-ci il
|
Beynəlxalq Ticarət Palatası rəsmi olaraq təşkil edilmişdir
|
1926-cı il
|
ABŞ-da Milli Marketinq və Reklam Assosiasiyası yaradılmışdır.
|
30-40-cı ilər
|
Iqtisadi cəhətdən inkişaf etmiş dünya ölkələrinin bir çoxunda milli marketinq assosiasiyaları yaradılmışdır
|
50-ci ilər
|
ABŞ-da marketinq qablaşdırılmış ərzaq mallarında tədbiq edildi
|
60-cı ilər
|
Marketinq sənayə mallarının satışında tətbiq edildi
|
70-ciilər
|
Marketinq xidmət sahələrində tətbiq edildi
|
1992-ci ildə jurnalı nəşr edilmişdir.1993-cü ildə Rusiyada “Spros” jurnalı nəşr edilmişdir.
Azərbaycanda bu fənnin öyrənilməsi və bu sahədə ixtisaslı kadırlar hazırladığına 1993-cü ildən başlamışdır. Ölkəmizin bi sıra ali təhsil ocaqlarında “Marketinq” ixtisası üzrə yüksək ixtisaslı “marketoloqlar” hazırlanır, o cümlədən Azərbaycan Kənd Təsərüfatı Akademiyasında.
Satış marketin aysberqinin yalnız üst hissəsidir, suyun altında qalan hissə isə marketoloqların biz görmədiyimiz zəhməti və səyləridir.
“Əgər bazar xadimi-Filipp Kotler demişkən-marketinq istehlakçı ehtiyaclarının aşkar olunması, münasib əmtəələrin hazırlanması və onlara müvafiq qiymətlərin qoyulması, onların bölüşdürülməsi sisteminin təşkili və səmərəli stimulaşdırılması kimi bölmələri üzərində yaxşı çalışmışsa, belə mallar əlbət ki, asanləqla satılacaq”.
Marketinq haqqda idarəetmə problemləri üzrə aparıcı nəzəriyyəçilərdən biri olan Piter Druker deyir-“Marketinqin məqsədi satış üzrə qüvvə sərfini lüzumsuz etməkdir. Onun məqsədi müştərini elə dərk etmək və başa düşməkdir ki, əmtəə və ya xidmət sonuncuya tamamilə münasib olsun və özləri – özlərini satsınlar”.
Lakin bu heçdə o demək deyol ki, satış üzrə səylər və onun stimullaşdırılması öz əhəmiyyətini itirir. Söhbət ilk növbədə bundan gedir ki, onlar daha geniş “marketinq kompleksinin” bir hissəsinə, yəni bazara yüksək dərəcədə təsir göstərmək üçün bir-biri ilə uzlaşdırılması zəruri olan marketinq vasitələrinin məcmusuna çevrilirlər.
Marketinq nəzəriyyə və praktikasının mərkəzi ideyası məhsulun istehsalı və bölgüsünün istehlakçıların tələblərinin ödənilməsinə tabe edilməsidir.
Dostları ilə paylaş: |