Bazarın kompleks tədqiqi marketinq sisteminin əsas elementlərindən biri olmaqla, müəssisə rəhbərliyi tərəfindən səmərəli idarəetmə qərarının qəbul edilməsində müstəsna rola malikdir. Çünki bazardakı uğur ilk növbədə informasiyaların toplanması və təhlilindən asılıdır.
Mütəxəssislərin qeyd etdikləri kimi, marketinqin tədqiqi dedikdə, geniş mənada satış bazarının kompleks öyrənilməsi və araşdırılması başa düşülür. Bu öyrənmənin əsas məqsədi, tələb və təklifin mövcud və perspektiv inkişafına, qiymətin dəyişməsinə, tələbatın ödənilməsi səviyyəsinə və ödənilməmiş tələbatın həcminə, rəqiblərin bazar fəaliyyətinə, məhsulların satışının və texniki xidmətin təşkilinə və s. dair tam, ətraflı və düzgün informasiya toplamaqdır. Başqa sözlə, bazarda olan faktiki vəziyyətə dair məlumatlar yığmaqdır. Sonra həmin məlumatlar sistemləşdirilir, təhlillər aparılır və qərar qəbul edilir. İnformasiya yüksək keyfiyyətli, tam və düzgün olmalıdır. Marketinq informasiyalarının təhlilində:
-riyazi statistikanın;
-texniki-iqtisadi təhlilin
-əməliyyatların tədqiqi və s. Metodlardan geniş istifadə edilir.
Mütəxəsisslərin fikrincə, bu funksiya müəssisənin bütün istehsal-satış fəaliyyətinin, marketinqin digər funksiyalarının əsasını təşkil edir və onlara aid qərarların qəbul edilməsində başlıca vasitədir.
Əmtəənin istehsalı və istehlakçılara çatdırılması çox mürəkkəb və kompleks bir məsələdir. Bu məsələnin həlli üçün marketinq bir sıra funksiyaları yerinə yetirməlidir:
1.Analitik
2.İstehsal
3.Satış
Marketinqin analitik funksiyalarıaşağıdakıların öyrənilməsini əhatə edir:
-istehlakçıların;
-rəqiblərin;
-əmtəələrin və onun qiymətinin;
-əmtəələrin hərəkəti və satışının;
-satışın stimullaşdırılması və reklamsisteminin;
-müəssisənin daxili mühitinin.
Marketinqin istehsal funksiyalarına isə aşağıdakılar daxildir:
-yeni əmtəələr istehslının təşkili, daha təkmil texnologiyanın tətbiqinə istiqamətləndirmək;
-maddi-texniki təchizatın təmin edilməsi;
-əmtəələrin keyfiyyətinin və rəqabət qabiliyyətinin idarə edilməsi.
Marketinqin satış funksiyalarına aşağıdakılar daxildir:
-əmtəələrin hərəkəti sisteminin təşkili;
-servis xidmətinin təşkili;
-tələbatın formalaşdırılması və satışın stimullaşdırılması sisteminin təşkili;
-məqsədyönlü əmtəə siyasətinin yeridilməsi;
-qiymət siyasətinin həyata keçirilməsi.
Marketinqin ən mühüm funksiyalarından biri də idarəetmə və nəzarət funksiyasıdır:
-müəssisədə strateji və operativ planlaşdırmanın təşkili;
-kollektivin idarə edilməsi üzrə informasiya təminatı;
-müəssisədə kommunikasiya sisteminin təşkili;
-əks əlaqə və vəziyyətin təhlili əsasında marketinq nəzarəti.
Analitik funksiya özlüyündə marketinq tədqiqatları sistemidir və marketinq problemlərinə aid olan məsələlər üzrə məlumatların müntəzəm yığılması, qeyd edilməsi və təhlili məsələləri ilə məşğul olur. Marketinq tədqiqatları marketinq problemləri üzrə optimal qərarların qəbul edilməsi ilə əlaqədardır.
Dostları ilə paylaş: |