Marketinq informasiya sistemi (MIS) adətən daxili hesabat cari marketinq informasiyasının toplanması, marketinq tədqiqatları və informasiyanın təhlili sistemini özündə birləşdirir.
Daxili hesabat sistemi. Müəssisədə cari satış göstəricisini, xərclərin məbləğini, material ehtiyatlarının həcmini, maliyyə vəsaitinin vəziyyəti və hərəkətini əks etdirən daxili hesabat sistemi fəaliyyət göstərir.
Texniki vasitələrin, xüsusilə kompüter texnalogiyasınm tətbiqi firmaya bütün struktur bölmələrə informasiya xidmətini təmin edən daxili hesabat sistemini yaratmağa imkan verir. Bu firmanın istehsal və satış fəaliyyətini nizamlamaq məqsədi daşıyır.
Maketinq tədqiqatları sahəsində kifayət qədər təcrübəyə malik mütəxəssislərin araşdırmalarına görə, bir çox amerika şirkətləri satış haqqında məlumatları hər gün alır. Kompüter şəbəkəsindən istifadə edən fırma və ticarət agentləri malın möv-cudluğu haqqında müştərilərin suallarına cavab verə bilərlər.
Hələ 70-80-cı illərdə oxşar sistem yaradılmasına baxmayaraq Azərbaycanda çox az firma bu sistemdən istifadə edir.
Dostları ilə paylaş: |