Referat mövzu: Xərclərin təsnifatı və quruluşunun öyrənilməsi Tələbə: Astanov Ruslan



Yüklə 0,69 Mb.
səhifə1/4
tarix18.03.2022
ölçüsü0,69 Mb.
#53943
növüReferat
  1   2   3   4
ref idareetme 001



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ

Fakültə: İQTİSADİYYAT VƏ İDARƏETMƏ

İxtisas: MALİYYƏ

Kafedra: MALİYYƏ

Fənn: Statistika

REFERAT

Mövzu: Xərclərin təsnifatı və quruluşunun öyrənilməsi

Tələbə: Astanov Ruslan

Qrup: 636

Kurs: 2

Müəllim: Yaqublu Etibar

Bakı – 2011


Plan:

1.İstehsal xərcləri, onun mahiyyəti və təsnifatı


2.İstehsal xərcləri və mənfəət arasında asılılıq
3.Xərclərin həddi və mənfəətin yüksəldilməsi























  • 1.İstehsal xərcləri, onun mahiyyəti və təsnifatı.

  • İstehsal xərcləri bir sıra iqtisadi kateqoriyaların formalaş­ma­sın­da əsaslı rol oynamaqla (qiymət, mənfəət, rəqabətqabiliy­yətlilik və s.) mü­hüm təcrübi əhəmiyyət daşıyır. Aqrar bazar şəraitində is­te­h­sal xərcləri xüsusi rola malikdir. Belə ki, çoxsaylı əmtəə is­te­h­sal­çısının möv­cud olduğu kənd təsər­rüfa­tında istehsal xərclərini formalaşdıran maddi-texniki resurslara, göstərilən iş və xidmətlərə görə xərclər məh­sul istehsalına çəkilən xərclərin müəyyən hissə­si­ni formalaşdırır. Bu baxımdan aqrar bazara çıxarılacaq kənd təsər­rü­fatı məhsulları istehsalı xərcləri daxili və xarici xərclər kimi təs­nif­ləşdirilir.

Daxili xərclərə istehsal prosesində müəssisələrin özünə məx­sus olan resurslardan istifadəyə çəkilən xərclərdən iba­rətdir. Məsə­lən, kənd təsərrüfatı müəssisələri istehsal etdiyi bəzi məhsulların müəy­yən hissəsini toxum kimi saxlamaqla növbəti istehsal döv­rün­də istifadə edir (məsələn, taxıl məhsulu). Həmçinin istehsal et­diyi yem məh­sul­larının müəyyən hissəsini heyvandarlığın inki­şa­fına yönəldir. Müəssisələrin malik olduğu bina və qurğulara, ma­şın və avadan­lıqla­ra çəkilən xərclər də daxili xərclərə aid edilir.

Xarici xərclərə kənardan alınan xammal, yanacaq, gübrə­lər, elek­­trik enerjisi, yemlər, muzdla cəlb olunmuş əmək ehti­yatlarına və nəqliyyata çəkilən xərclər və s. daxildir.

Ümumiyyətlə istehsal xərcləri müəssisələrin məhsul istehsalı prosesində çəkdiyi bütün xərcləri xarakterizə edir. İstehsal xərc­lə­rini xarakterinə görə sabit və dəyişən xərclər kimi qruplaşdırmaq olar.

Sabit xərclər istehsal prosesində məhsulların müxtəlif növ­lü­yündən, onların kəmiyyətindən asılı olaraq formalaşır. Mə­­sələn, in­zi­bati işçilərə verilən əmək haqqı, bina və avadanlıqların sax­lan­ma­sı xərcləri və s.

Dəyişən xərclər müxtəlif məhsulların istehsalı, onların həcmi ilə bilavasitə bağlıdır. Məsələn, eyni sahəyə çəkilən xərclər artıb-azal­dıqda dəyişir, yaxud yeni texnologiyanın tət­biqi, gübrələrdən istifadə və s. xərclərin dəyişməsinə səbəb olur.

Sabit və dəyişən xərclər mahiyyətinə görə fərqlənsə də onlar ara­sında asılılıq mövcuddur və biri-birini tamamlayır. Yəni sabit və dəyişən xərclər istehsala çəkilən xərcləri əks etdirməklə ümumi is­tehsal xərclərini formalaşdırır.

İstehsal xərclərindən danışarkən məhsul vahidinə çəkilən xərc­­­lə­rin-maya dəyərinin mahiyyətinin və əhəmiyyətinin müəy­yən­ləş­di­ril­­məsi xüsusilə vacibdir. Bu göstərici istehsal struk­turlarını mü­qayi­səli qiymətləndirilməsində, qiymətqoyma prose­sində, məh­sul­ların rəqa­bət qabiliyyətinin formalaşmasında, mən­fəə­tin hesab­lan­ması və yük­səl­dil­məsi tədbirlərinin hazır­lan­ma­sın­da əhə­miy­yətli rol oynayır.

İqtisadi ədəbiyyatda maya dəyəri termini orta istehsal xərcləri ki­mi də adlandırılır. Maya dəyərini, yaxud orta istehsal xərclərini sa­­bit və dəyişən xərclər üçün də müəyyənləşdirmək mümkündür.

Orta sabit xərcləri və orta dəyişən xərcləri hesablamaq üçün ümu­­mi sabit və ümumi dəyişən xərclər istehsal olunmuş məhsulun həc­­minə bölünür.

Deməli orta sabit xərclər istehsalın həcmi artdıqca aşağı dü­şür, orta dəyişən xərclər isə ilk baxışdan məhsulun həcminin artı­mı nəti­cəsində məhsul vahidinə görə azalsa da məhsul­dar­lığın artı­mına yö­nəldilən xərclər hesabına yüksəlir.



Kənd təsərrüfatında istehsal xərcləri hesablanarkən xərc­lərin ödənilməsi müddəti fərqləndirilir və nəzərə alınır. Belə ki, xərc­lə­rin ödənilməsi prosesinin təhlili onun uzun dövrü əhatə etdiyi vax­ta və qısa­müd­dətli dövrə görə müqayisə edilməklə aparılır. Bu za­man kə­si­yində əldə olunacaq mənfəətin səviyyəsi dövrlərə görə qiy­mətlən­di­ri­lir. Təbii ki, bazarın tələbi nəzərə alınmaqla isteh­sal­çı öz iq­ti­sa­di marağına uyğun variantı seçir və istehsal istiqa­mə­tinin müəyyən­ləşdirilməsində bu amildən əhəmiyyətli şəkildə isti­fa­də edir.

  • Xərclər ümumiləşdirilmiş formada müəyyən əmtəə və xid­mət­­lə­rin istehsalının təşkili üçün lazım olan istehsal amillərinin dəyərin­dən ibarətdir.

  • Ümumiyyətlə kənd təsərrüfatı məhsullarının istehsalı prose­sin­də xərclərə aşağıdakı mövqelərdən yanaşmaq lazımdır:

  • a) istehsal vasitələrinə (materiallara) xərclər. Məsələn: toxum, gübrə, bitki mühafizə vasitələri, neft məhsulları və s.;

  • b) əmək haqqı:

  • - haqqı ödənilən (muzdlu) iş qüvvəsinə əmək haqqı xərcləri;

  • - haqqı ödənilməyən (ailənin) iş qüvvəsinə əmək haqqı xərc­lə­ri;

  • Qeyd: Ailənin əmək haqqı mənfəətdən ödənilir, eyni zamanda on­lardan istifadə müəyyən alternativ xərcləri əmələ gətirir.

  • c) İş və xidmətlərə xərclər. Məsələn, texnikadan istifadə, mü­ha­­sibat uçotunun aparılması və s.;

  • d) əsas istehsal vasitələrindən istifadə:

  • amortizasiya ayırmaları;

  • e) kapitaldan istifadə üzrə xərclər:

  • - xüsusi kapital - faiz dərəcəsi;

  • - borc kapitalı - faizlər;

  • Qeyd: Xüsusi kapital mənfəətdən ödənilir, eyni zamanda on­dan istifadə müəyyən (alternativ) xərcləri əmələ gətirir.

  • ə) Sair xərclər. Məsələn, sığorta haqları, vergilər və s.

  • Xərclərin təsnifləşdirilməsi aşağıda öz əksini tapmışdır.

  • Sabit, mütənasib dəyişən və qeyri-mütənasib dəyişən xərclərlə ümumi, orta və son hədd xərcləri arasında müxtəlif asılılıqlar möv­­cud­dur (şəkil 10).

  • Ümumi xərclər dəyişən xərclərin artması hesabına artdıqda onun strukturunda sabit xərclərin xüsusi çəkisi aşağı düşür. Ümu­mi xərc­lər­lə mütənasib dəyişən xərclər arasında düz mütənasiblik mövcud­dur. Çünki qısamüddətli dövrdə ümumi xərclər dəyişən xər­c­lər hesa­bına artır. Dəyişən xərclərin artmasının məhsul isteh­sa­lının artımı ilə mü­şahidə olunması vəziyyətində hər məhsul vahidinə düşən sabit xərc­lərin, yəni orta sabit xərclərin azalması baş verir.

  • Aydındır ki, istehsalın baş vermədiyi şəraitdə belə sabit xərc­lər mövcud ola bilər. Məsələn, istehsalçı torpaq sahəsini əkib-be­cər­­mə­di­­yi halda da torpaq vergisini ödəməlidir. Deməli istehsalın həcmi ilə orta dəyişən xərclər arasında tərs mütənasiblik mövcud­dur. Ümu­miy­yətlə istehsalın mövcud olmadığı bir şəraitdə dəyişən xərc­lər sıfıra enir, lakin sabit xərclər öz səviyyəsində qalır. Ümu­mi xərclərin struk­turunda baş verən dəyişiklik özünü orta xərclərin struk­­turunda büruzə verir. Belə ki, məsələn, ümumi xərclərin struk­turunda sabit xərclərin xüsusi çəkisinin artması müvafiq ola­raq orta xərc­lərin xü­susi çəkisində orta sabit xərclərin xüsusi çə­kisinin art­ması ilə müşa­hidə olunur.






  • Yüklə 0,69 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin