Referat mövzu: Xərclərin təsnifatı və quruluşunun öyrənilməsi Tələbə: Astanov Ruslan



Yüklə 0,69 Mb.
səhifə2/4
tarix18.03.2022
ölçüsü0,69 Mb.
#53943
növüReferat
1   2   3   4
ref idareetme 001

Şəkil 10. Xərclərin təsnifatı.





  • Şəkil 11. Xərclər arasında asılılıq.




    • Aqrar bazar şəraitində istehsalçı daha çox məhsul isteh­salına nail olmaq üçün səy göstərməklə daha az xərc müqabi­lində maksi­mum mənfəət əldə etməyə çalışır. İstehsalın-təklifin artırılmasının hər iki-intensiv və ekstensiv yolları əsasən istehsal xərc­lərinin yük­­­səl­dilməsi ilə nəticələnir. Bu zaman istehsalçı elə optimal va­riant seç­məyi məqsəd kimi qarşıya qoyur ki, xərclərin maksimum həddində belə mənfəət əldə etmək im­ka­nına malik olsun, yaxud ən azı zərər yaranmasın. Yəni istehsal xərclərinin səviyyəsi məhsul is­teh­­salının artırılması prosesində mənfəətin elə artımını şərt­lən­dir­mə­lidir ki, istehsalın və xərclərin əvvəlki səviyyəsi ilə mü­qayisədə daha səmərəli olsun.

    İstehsal xərcləri ilə mənfəət arasında qeyd olunan mütə­nasi­b­liyin gözlənilməsində əsas göstəricilərdən biri kimi son hədd xərc­ləri iqti­sadi məfhumundan istifadə edilir.

    Son hədd xərcləri dedikdə məhsul istehsalının artımı ilə əla­qədar formalaşan ümumi istehsal xərclərinin yüksəlməsi səviyyəsi başa dü­şülür. Daha dəqiq desək, son hədd xərcləri məhsul isteh­salının art­ma­sına yönəldilmiş xərclərlə əvvəlki istehsal xərclərinin fərqinin bu zaman əldə olunan məhsulla əvvəl istehsal olunan məh­sulun həcmi arasındakı fərqə nisbəti ilə müəyyənləşdirilir.

    Son hədd xərclərinin hesablanmasının mənfəətlə bağlılığı onun­la izah olunur ki, yaranmış fərq bazar qiyməti ilə müqayisəli təh­­lil edilir. Bu araşdırma qiymətlərin və xərclərin, deməli mən­fəə­tin səviyyəsi baxımından müqayisəli şəkildə əlverişli variantı, da­ha sə­mə­rəli istehsal sahəsini, yaxud məhsul istehsalını əvvəl­cə­dən proq­noz­laşdırmağa şərait yaradır.

    Kənd təsərrüfatı istehsalında son hədd xərclərinin tədqiqi za­ma­nı aşağıdakılar nəzərə alınmalıdır: xərclərin elə səviyyəsi möv­cud­dur ki, həmin xərc istehsalının artmasına səbəb olmur, əksinə, bə­zi hal­larda növbəti istehsal dövrlərində məhsuldarlıq azalır, ya­xud əlavə xərc hesabına istehsalın artımı bazar qiymətlərinin sə­viy­yəsi ilə mü­qayisədə kifayət qədər mənfəət əldə etməyə imkan ver­mir.

    Birinci hal, yəni xərclərin artım səviyyəsinin məhsul isteh­sa­lı­nın artımı ilə nəticələnməməsi və ya istehsalın aşağı düşməsi tor­pa­ğın keyfiyyəti ilə əlaqədardır. Belə ki, bir neçə istehsal dövründə ey­ni sahəyə (növbəli əkin tətbiq etmədən, bəzi hallarda növbəli əkin olsa be­lə) müxtəlif gübrələrin verilməsi torpağın istehsala zə­ru­ri olan xas­sə­lərinin aşağı düşməsinə və itməsinə gətirib çıxarır.

    İkinci halda xərclər o səviyyədə artır ki, istehsalın artı­mın­dan da­­şınmağa lüzum qalmır, yəni xərclər bazar qiymət­lərinin səviy­yə­si­­ni ötür. Hər iki halın baş verməsi son hədd xərclərinin hesablan­ma­­sı­nı kölgədə qoyur.

    Qeyd olunanların nəzərə alınması isə ona gətirib çıxarır ki, is­tehsalçı əvvəlcədən xərclərini bazar qiymətlərinin səviy­yəsi ilə is­teh­­salın artımını mənfəətin səviyyəsi ilə əlaqələndirə və qiymət­lən­dirə bilər.

    Göründüyü kimi istehsal xərcləri nəticə etibarı ilə mən­fəətə bir­­başa təsir göstərir. Çünki mənfəət satışdan əldə olunan pul və­sai­ti ilə əmtəə istehsalı və satışı xərclərinin fərqi kimi hesablanır.

    Mənfəətin yüksəldilməsi məlumdur ki, hər bir istehsal­çının baş­lıca məqsədidir. Mənfəətin yüksəldilməsinin müxtəlif isti­qa­mət­ləri möv­cuddur.

    İlk növbədə məhsul istehsalının artırılmasına təsir edən və az xərc tələb olunan tədbirlərə üstünlük verilməsi vacibdir. Qiy­mət­lə­rin sə­viyyəsi ilə xərclər arasında səmərəli nisbətin gözlənilməsi üçün yük­­sək keyfiyyətli əmtəə istehsalı diqqət mərkəzində ol­ma­lı­dır. Bu zaman bazarın tələbinə uyğun məhsul istehsalına üstünlük veril­mə­si, çevik şəkildə istehsalda struktur dəyişikliklərinin bazara uyğun­laş­dırılması istehsalçının əsas və­zifələrindən olmalıdır. De­mə­li tələb və təklifin tarazlığı mənfəətə də öz təsirini göstərə bi­lir.

    Mənfəətin artırılmasının digər mühüm istiqaməti istehsal­çının təkcə keyfiyyət baxımından deyil, eyni zamanda digər əlamətlərə gö­rə yüksək rəqabət qabiliyyətli əmtəə istehsalına nail olması ilə bağlı­dır. Bu onunla xarakterizə olunur ki, bir tərəfdən eyni məh­su­lun çox­saylı satıcısı olan aqrar bazarda güclü rəqabət mühiti for­ma­la­şır, di­gər tərəfdən müəyyən inhi­sarçı qruplarının möv­qe­yi ilə mübarizə apar­maq, idxal məhsulları ilə rəqabətə girmək kimi mü­hüm məsə­lə­lərin öhdəsindən gəlmək problemi yaranır.

    Mənfəətin artırılmasında istehsalçı üçün əsas şərtlərdən biri də səmərəli istehsal sahələrini müəyyənləşdirə bilmək bacarığı ilə bağ­­lı­­dır. Bunun üçün istifadə olunan göstərici mənfəət həddidir.

    Mənfəət həddi (iqtisadi ədəbiyyatda bu göstərici gəlir həddi k­i­mi də işlədilir) satışdan əldə olunan pul gəlirinin artı­mının məh­su­lun həc­minin artımına nisbəti kimi müəyyən olu­nur.

    Digər istiqamətlərlə yanaşı mənfəət həddinin hesablan­ması da mənfəətin artırılması üçün daha səmərəli tədbirlər hazırlamağa im­kan verə bilir.

    Bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyətinin başlıca göstəricisi fəaliyyətdir. Rentabelli olmayan, başqa sözlə ziyanla işləyən müəssisələr sadəcə olaraq səhnədən gedirlər. Lakin təhlil zamanı məsələnin həllinin sadəliyi ancaq zahiridir. Sənaye cəmiyyətin inkişaf dərəcəsinə uyğun olaraq bazar konyukturası son dərəcədə mürəkkəbləşir və yüksək dinamikliyi ilə fərqlənir. Belə şəraitdə müntəzəm olaraq mənfəət əldə etmək o qədər də asan olmur. Ona görə də istehsalı elə təşkil etmək lazımdır ki, məhsul istehsalı minimum xərclər çəkməklə əldə edilsin, keyfiyyəti yüksək və qiymətli rəqabət qabiliyyətli olsun.

    Bunlarla əlaqədar olaraq material xərcləri (1 m ilə qiymət 10 m) arasındakı minimal nisbət mühüm göstəricilərdən biri hesab olunur. Məhsulun qiymətində material xərclərinin xüsusi çəkisi nə qədər az olarsa istehsalın effektliyi də bir o qədər yüksək olar. Analitik olaraq bunu aşağıdakı kimi ifadə etmək olar:


    Lakin bu formulada sənayeləşmiş iqtisadiyyatın əsas ziddiyyətlərindən biri özünü biruzə verməkdədir. Bunun mahiyyəti ondan ibarətdir ki, material xərclərinin ixtisar edilməsi əmək haqqına çəkilən xərclərin nisbi olaraq artmasına səbəb olur. Lakin təcrübənin göstərdiyi kimi ölkə sənaye cəhətdən nə qədər çox inkişaf edirsə, əmək bir o qədər bahalaşır. Bununla əlaqədar olaraq hər bir müəssisə əmək xərclərini mümkün qədər azaltmağa çalışır. Bu isə öz növbəsində müəssisələri yeni maşın və avadanlıqlar tətbiq etməyə sövq edir. Bu köhnələrdən baha olsa da daha çox məhsuldardır. Lakin müəssisənin rəhbərliyinin başqa yolu yoxdur, ya yeni texnikanı tətbiq et, ya da ki, əmək haqqında çəkilən xərcləri artırır.



    İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə canlı əmək sənayecə zəif inkişaf etmiş ölkələrə nisbətən başqadır və demək olar ki, həmin ölkələrin milli gəlirində əmək haqqı iki dəfə yüksəkdir. Bu ona gətirib çıxarır ki, sənaye cəhətdən inkişaf etmiş ölkələr yeni texnikanı həvəslə tətbiq edirlər və əksinə iqtisadiyyatı sənaye cəhətdən daha zəif inkişaf etmiş ölkələr yeni texnikanı daha az həvəslə tətbiq edirlər.Nə qədər sənaye daha yüksək səviyyədə olur, ölkəyə xarici kapital axını minimum səviyyədə qalmaqla davam edir. Bu gün bir sıra xarici ölkələr Azərbaycan iqtisadiyyatına həvəslə kapital qoymaqdadırlar. Onları buna sövq edən əsas səbəblərdən biri bizdə əmək haqqının olduqca aşağı səviyyədə olmasıdır. Bunun nə dərəcədə yaxşı və ya pis olduğu haqqında birmənalı fikir söyləmək nə qədər çətin olsa da fikrimizcə bu ölkəmizdə yeni iqtisadi sistemin təşəkkül tapması inkişafının ən ümidverici və son dərəcədə səmərəli yoludur.Bu yolun nə dərəcədə səmərəli olduğunu Avropa və Asiyanın bir sıra ölkələrinin xarici kapitaldan fəal istifadə edərək öz inkişaflarını təmin etdiklərini sübut edir.Dövlətin mənafeyi nöqteyi-nəzərdən əmək məhsuldarlığı və əmək hüququnun artım templəri göstəricisi daha mühümdür. Bu göstəricilər ölkə iqtisadiyyatının normal inkişafı üçün bir-biri ilə sıx əlaqədardır və çalışmaq lazımdır ki, əmək məhsuldarlığının artım tempi əmək haqqının artım tempini qabaqlasın. Lakin müəssisənin mənafeyi nöqteyi nəzərindən bu başqa ola bilər. Belə ki, ayrılıqda götürülən hər bir müəssisə öz istehsalını ictimai məqsədəuyğunluğu haqqında az düşünürlər və buna görə də əmək məhsuldarlığı və əməkhaqqının artımı templəri arasındakı nisbət onları o qədər də qayğılandırmır. Onlar üçün vacibi odur ki, gündəlik işlərini başa vuraraq mənfəət əldə etsinlər. Həqiqətdə isə əmək məhsuldarlığının artım tempinin kifayət qədər olmadığı halda əmək haqqının yüksək artım tempi son nəticədə yalnız ölkənin iqtisadi konyukturasını mürəkkəbləşdirməklə yanaşı ayrı-ayrı müəssisələrin fəaliyyətində də öz neqativ təsirini əks etdirərək əvvəlcə onların fəaliyyətinin gərginləşməsinə sonra isə iflasa uğramasına səbəb olur. Belə situasiya inhisarlaşdırılmış sahələrdə və inhisarlaşdırılmış iqtisadiyyatda meydana çıxır. İnhisarçı qiymətləri artırmaqla asanlıqla əmək haqqını yüksəldə bilər. Bu hal bu gün lazımı iqtisadiyyatımızda müşahidə olunmaqdadır. Son nəticədə bu situasiyadan həm inhisarçının özü və həm də insanlar əziyyət çəkir.Qərbi Avropa və ABŞ-ın inhisarlaşdırılmış iqtisadiyyatı XX əsrin –ci illərinin və 30-cu illərini əvvəllərində bu ölkələrdə böhrana səbəb oldu. Buna oxşar vəziyyət XX əsrin 70-ci illərində neft inhisarlarının neftin qiymətini kəskin şəkildə artırdığı dövrdə də müşahidə olunmuşdu. Lakin Qərbin müdrik təcrübəsi buna davam göstərdi. Beləliklə inhisarçılıq nəticəsində başlıca ardıcıllığın pozulması iqtisadiyyatda balansın pozulmasına və daha sonra isə ayrılıqda görülən müəssisə miqyasında neqativ nəticələri qaçılmaz edir.Bu da aydındır ki, əmək haqqının qeyri-rasional artımı hər şeydən əvvəl sübut şəraitində maya dəyərinin yüksəldilməsinə və son nəticədə rentabelliyin aşağı düşməsinə gətirib çıxarır. Lakin inhisarlar qiymətin yüksəlməsi hesabına mənfəətin artımına nail ola bilərlər, əgər rəhbər uzaqgörən deyilsə o belə düşünər ki, digərlərinin hesabına uzun müddət fəaliyyət göstərmək olar. Bu işdə rəqabət hər şeyi tezliklə yerinə qoyur. Ona görə də müəssisələr və sahələr inhisarçı olmağa çalışırlar.Rentabelliyin yüksəldilməsinin real mənbəyi məhsulların istehlak xüsusiyyətlərinin yüksəldilməsidir. Bu məhsulların qiymətini yüksəltməyə imkan verir. Bunu məhsulların texniki keyfiyyətini yüksəltmək, dizaynı yaxşılaşdırmaq və ya istehsal güclərini artırmaq həmçinin servis xidmətini yaxşılaşdırmaq hesabına olar. Təəssüf ki, bu məsələlərdə və xüsusilə də servis xidməti sahəsində işlər yumşaq desək pis vəziyyətdədir.

    Bazarın yüksək səviyyədə bolluğu şəraitində hətta aşağı qiymətlər yaxşı xidmət təminatı və zahiri cazibədarlığı olmayan məhsul istehsalçılarına ciddi üstünlüklər vermir. Menecmentin iqtisadi səmərəliliyini müəyyən etmək üçün idarəetmə quruluşunun təkmilləşdirilməsinə təsir edən amilləri müqayisə etmək lazımdır. İdarəetmə quruluşunun təkmilləşdirilməsi ardıcıl və bir neçə mərhələdə aparılır. Əvvəlcə təşkilat quruluşu və idarəetmə quruluşuna təsir edən amillər təhlil edilir (təsərrüfatın həcmi, ixtisaslaşması, istehsalın təmərküzləşməsi, texnika ilə təmin edilməsi, kadrların ixtisas səviyyəsi və s. )elmi-tədqiqat müəssisələrinin zona üçün təklif etdikləri optimal həcmə uyğun olub-olmaması müəyyən edilir. Bundan başqa mövcud təşkilat quruluşu və idarəetmə quruluşunun bir-birinə və həcminin mərkəzi xidmət bölmələrinə uyğunluğu sahələrarası əlaqə istehsalat vahidləri və xidmətedici bölmələrdə normativ və yük normalarına əsasən işlərin sayı, xidmət və ştat vahidləri arasında vəzifə bölgüsünün uyğunluğu öyrənilir. Bununla yanaşı idarə aparatı işçilərinin xüsusilə orta pillə menecerlərinin əmək haqqı səviyyəsinin dəyişdirilməsi imkanları müəyyən edilir.



    Mövcud istehsal quruluşu və idarəetmə quruluşunda buraxılan nöqsanlar öyrənilir və onların aradan qaldırılması üçün tədbirlər görülür. İdarəetmə quruluşunun layihəsini tərtib etmək məqsədilə ilk sənədlərdən, biznes planlarından, illik hesabatlardan, elmi-tədqiqat institutlarının tövsiyyələri, qanunlardan, hüquqi normativ aktlardan istifadə edilir.Yeni layihənin müzakirəsi zamanı aşağıdakılar tövsiyyə edilir: istehsal və xidmət vahidlərinin vəziyyətini, onların perspektiv inkişafını obyektiv surətdə qiymətləndirilməsi, gələcək ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, gələcək, səmərəli yerləşdirilməsi, təsərrüfatda olan və yeni təşkil ediləcək istehsalat vahidlərinin optimal həcmi, təsərrüfat ərazisində onların yerləşdirilməsi.İdarəetmə işçilərinin optimal sayını müəyyən etmək üçün onun nizamlanma və ixtisara alınma ehtiyatlarını aşkar etmək lazımdır. Bunun üçün şaquli və hüquqi vəzifələrin əvəz edilməsi idarə işçiləri arasında funksional vəzifələrin bölüşdürülməsi, mövcud istehsal birləşdirilməsi imkanları müəyyən edilməlidir. Təsdiq edilmiş plana əsasən istehsalat və idarəetmə quruluşuna uyğun yeni istehsal və xidmət bölmələri yaradılması əsaslandırılır.Mövcud normativlərə əsasən bütün idarə aparatı işçilərinin əsas əmək haqqı müəyyən edilməlidir.Sahə idarəetmə sisteminin tətbiqi ilə əlaqədar olaraq mütəxəssislərin yerinə yetirdikləri funksiyalar dəyişir. Bununla əlaqədar olaraq ayrı-ayrı vəzifələr ixtisara düşür, bəziləri isə yenidən müəyyən edilir. Digər əsas məsələ sənəd dövriyyəsinin sistemləşdirilməsidir. Bunun üçün mövcud sənəd dövriyyəsi təhlil edilir, sənədlərin yeni forması tətbiq edilir.Hazırlanan yeni layihəyə müvafiq olaraq idarəetmə quruluşu layihəsi (ixtisara salmaq və yaxud artırılacaq ştat vahidləri; bunun nəticəsində əmək haqqı fondunun çoxalması və yaxud azalması) hazırlanır.

    Təqdim edilən bütün materiallar təsərrüfatın rəhbər işçiləri, mütəxəssisləri və sıravi işçilərin iştirakı ilə müzakirə edilərək təsdiq edildikdən sonra qanuni qüvvəyə malik olurÜmumi mərhələnin vəzifəsi təsərrüfatın təşkilat-istehsalat quruluşuna daxil edilən konkret bölmələr haqqında əsasnamənin, idarə aparatı işçilərinin vəzifə təlimatının işlənib hazırlanmasıdır. Təkmilləşdirilmiş idarəetmə sisteminin tətbiqini həyata keçirən dördüncü mərhələ başlanır.Dördüncü mərhələnin əsas vəzifəsi idarəetmə quruluşuna müvafiq olaraq rəhbər işçi və mütəxəssislərin seçilməsi istehsal vahidləri arasında işçi qüvvəsi hər bir icraçının iş yeri ilə təmin edilməsi vəzifə təlimatları və istehsal vahidləri üçün əsasnamələrin tətbiqinə nail olunmasıdır. Menecment sisteminin iqtisadi səmərəliliyi aşağıdakı qaydada hesablanır:Bildiyimiz kimi, həyat iqtisadi ehtiyatların məhdudluğu şəraitində mövcuddur. Bu məhdudluq iqtisadiyyat elmini meydan gətirmişdir. Başqa sözlə desək, əgər iqtisadi ehtiyatlar sonsuz miqdarda olsaydı, onda iqtisad elminə ehtiyac olmazdı.Məhdudluq baxımından hər bir istehsalçı təsərrüfat fəaliyyətinin səmərəliliyini artıqmaq istəyirsə, gərək istifadə olunmuş iqtisadi ehtiyatların kəmiyyətinin ən əlverişli variantını seçsin. Təsərrüfat fəaliyyətinin səmərəli olması bəzi amillərdən asılıdır. Bu amillər arasında sahibkar gəliri, istifadə olunmuş iqtisadi ehtiyatların miqdarından asılıdır. Təsərrüfat fəaliyyəti bu amillərlə yanaşı istehsal olunan məhsulun satış qiymətindən də asılıdır. Məhsulun qiyməti isə bazarda məlum olunur. Əslində məhsulun qiymətini onu istehsal edən müəssisə əvvəlcədən təyin edir. Qiymətin müəyyən edilməsində əsas rolu istehsal xərcləri amili oynayır.İstehsal xərcləri dedikdə məhsulun istehsalı üçün zəruri olan iqtisadi ehtiyatların əldə edilməsinə sərf olunan pulun miqarını ifadə edən iqtisadi kateqoriya başa düşülür. Bu kateqoriya çox böyük əhəmiyyətə malik bir kateqoriya olub bir çox iqtisadi məktəblər tərəfindən tətqiq edilmişdir. Adam Smitin fikrini əsas götürən ingiltərə iqtisadları C.Mill və R.Torrens istehsal xərclərini yığılmış əmək məsrəfləri adlandırmışlar. Onlar istehsal xərclərini əmtəənin daxili dəyəri hesab edirdilər.faydalılıq dərəcəsi nəzərdə tutulur.Neoklassik məktəbininnümayəndəsi olan A.Marşal istehsal xərcləri kateqoriyası üzərində işləmişdir. O, bu kateqoriyanı fəhlələrin əziyyətinin və kapitalistlərin imtinasının cəm xərcləri kimi qələmə almışdır.Neoklassiklərdən fərqli olaraq marksist məktəb istehsal xərclərini əmək-dəyər nəzəriyyəsinə əsaslanaraq, bu kateqoriyanı əmtəə istehsalına sərf olunmuş əməyin məcmusu adlandırmışdır.Qərb iqtisadçıları isə XX əsrdə istehsalın inkişafında baş verən dəyişikliklərlə əlaqədar olaraq, istehsal xərclərinin digər iqtisadi məktəblərinkindən fərqlənən konsepsiyasını hazırlamışlar. Bu konsepsiyaya əsasən, müasir dövrdə istehsal xərclərinin böyük bir hissəsini qeyri-istehsalda çalışan işçilərin əmək məsrəfləri təşkil edir. Başqa sözlə desək, elmi-tədqiqat işləri, idarəetmə, reklam kimi işlərə daha çox pul xərclənilir.Bütün bu qeyd olunanları əsas götürərək belə bir qənaətə gəlmək olar ki, istehsal xərcləri hər hansı bir müəssisənin əmtəə (məhsul) istehsalı üçün zəruri olan bütün xərclərin cəmindən ibarət olan bir iqtisadi kateqoriyadır. Yəni istehsal xərcləri hər hansı bir firmanın binasının istismarına, dəzgahların alınmasına və quraşdırılmasına, işçilərin əmək haqqına, tələb olunan xammala, onun daşınması üçün lazım olan yanacağa, dəzgahların iş zamanı işlətdiyi enerjiyə və başqa proseslərinicrası üçün tələb olunan məsrəflərin cəmidir. Məhsulların istehsalı prosesində xammal, material, yanacaq, elektrik enerjisi, əməyin müxtəlif növləri sərf olunur, əsas kapital ünsürləri – maşın və avadanlıqlar, binalar istifadə olunduqca köhnəlir və öz dəyərlərinin bir hissəsini amortizasiya ayırmaları formasında istehsal edilən məhsulların üzərinə keçirirlər. Deməli, bu və ya digər məh-sulun istehsalına müəyyən miqdarda canlı və maddiləşmiş əmək sərf olunur və bunlar istehsal xərclərini əmələ gətirir.
    Lakin istehsal xərcləri kateqoriyası ilə əlaqədar iqtisadçılar arasında fikir birliyi yoxdur. Demək olar ki, iqtisadi məktəblərin hamısının tanınmış nümayəndələri bu barədə fikir söyləmişlər. Məsələn, klassik burjua siyasi iqtisadının nümayəndələri A. Smit və D. Rikardo istehsal xərcləri haqqında öz mülahizələrini bildirir və onu istehsal qiyməti ilə eyniləşdirirlər. J. B. Seyin fikrincə istehsal xərcləri üç amildən – əmək, torpaq, kapital – əmələ gəlir. Fransız iqtisadçısı N. Senior istehsal xərclərinin izahının subyektiv variantını irəli sürmüşdür. Onun fikrincə dəyərin kəmiyyəti işçilərin və sahibkarların şəxsi istehlakdan imtina etmələrinin nəticəsidir.

    K. Marksa görə əmtəələrin istehsalı üzrə cəmiyyətin və müəssisələrin istehsal xərclərini bir-birindən fərqlən-dirmək lazımdır. Məhsulların hazırlanması ilə əlaqədar sərf olunan bütün canlı və maddiləşmiiş (keçmiş) əmək məsrəfləri cəmiyyətin istehsal xərclərini əmələ gətirir. A. Marşall istehsal xərclərinin obyektiv və subyektiv variant-larını birləşdirməyə cəhd göstərmişdir. O, belə hesab edirdi ki, istehsal xərcləri işçilərin «əziyyəti» və sahibkarların «imtinasının» cəmidir. Müasir dövrdə Qərb ölkələrin-də istehsal xərclərini həm mahiyyət, həm də quruluş və terminologiya cəhətdən onun marksist konsepsiyasından fərqləndirirlər. Əgər əvvəllər istehsal xərclə-rinin əsas hissəsi istehsalda bilavasitə çalışan işçilərin əmək haqqından ibarət idisə, hazırda onun tərkibində qeyri-istehsal işçilərinin əməyi, marketinq, idarəetmə, reklam və s. əlaqədar xərclər çoxluq təşkil edir.

    Kempbell R. Makkonnell və Stenli L. Bryunun «Ekonomiks» kitabında istehsal xərcləri belə səciyyələndirilir: «Istehsal xərclərinə mülkiyyətçiyə məxsus olan və istehsal prosesi üçün ehtiyatlardan kifayət qədər göndərilməsinə təminat verən bütün ödənişlər daxildir. Burada malgöndərənlərə ödənilən kənar (xarici) xərclər, habelə daxili xərclər nəzərdə tutulur. Daxili xərclərin ünsürlərindən biri sahibkarın yerinə yetirdiyi vəzifələrin müqabilində götürdüyü normal mənfəətdir».

    Beləliklə, müxtəlif iqtisadi məktəblərin nümayəndə-lərinin fikrincə, hər bir məhsulun istehsalına müəyyən miq-darda iqtisadi ehtiyatlar və ya istehsal amilləri (əmək, kapital və s.) sərf olunur ki, bazar iqtisadiyyatı şəraitində bunlar dəyər forması alır və istehsal xərclərini əmələ gətirir.

    Iqtisadi ədəbiyyatda istehsal xərcləri aşağıdakı kimi təsnifləşdirilir: 1) Kənar və daxili xərclər; 2) Alternativ xərclər; 3) Sabit, dəyişən və ümumi xərclər; 4) Orta və son hədd xərcləri.


    Yüklə 0,69 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin