MÖVZU 9 . QİYMƏTİN ƏMƏLƏGƏLMƏSİ VƏ QİYMƏTQOYMA STRATEGİYALARI
План:
1.Qiymətin əmələgəlməsi və qiymət səviyyəsinin müəyyən edilməsi
2.Qiymət adaptasiyası və coğrafi əlamət üzrə qiymətqoyma
3.Qiymətlərin azaldılması və qiymətlərin artırılması təşəbbüsü
1.Qiymətin əmələgəlməsi və qiymət səviyyəsinin müəyyən edilməsi
Qiymətin ilkin olaraq səviyyəsinin müəyyən edilməsinə ehtiyac kompaniya yeni məhsul işləyib hazırladıqda, mövcud əmtəə çeşidlərinin yeni marketinq kanalları vasitəsilə bölüşdürdükdə və ya onları yeni əraziyə çıxardıqda və podrat işlərinin həyata keçirilməsi üçün öz xidmətlərini təklif etdikdə yaranır. Biz qeyd etdik ki, qiymət məhsulun keyfiyyətinə nisbətən mövqeləşdirmənin daha əsas elementi hesab edilir. Strategiyanın hazırlanması prosesində kompaniyanın menecmenti qiymət və keyfiyyət göstəricilərinə uyğun olaraq əmtəənin mövqeləşdirilməsi üzrə qərar qəbul etməlidir, belə ki, keyfiyyət və qiymət seqmentləri arasında rəqabət imkanı yaranır (qiymətqoymanın doqquz strategiyası şəkil 1-də göstərilmişdir).
Qiymətqoyma prosesi özünə altı mərhələni daxil edir: (1) qiymətqoyma məsələsinin qoyulması; (2) əmtəəyə olan tələbin müəyyən olunması; (3) məsrəflərin qiymətləndirilməsi; (4) rəqiblərin məsrəf, qiymət və təkliflərinin təhlili; (5) qiymətqoyma metodunun seçilməsi; (6) son qiymətin təyin edilməsi (şəkil 2).
Dostları ilə paylaş: |