Xəclərin növləri və istehsalın səviyyələri. Xərclərin iki növü fərqləndirilir: sabit və dəyişən. Sabit məsrəflər elə xərclərdir ki, onlar istehsalın və ya reallaşdırmanın həcmindən asılı olmayaraq həmişə dəyişməz qalır (icarə haqqı, istilik xərcləri, kreditlər üzrə faizlər, inzibati xərclər və s. təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq ödənilən məbləğlər).
Dəyişən xərclərin səviyyəsi isə kompaniyanın istehsalının səviyyəsindən bilavasitə asılıdır. Məsələn, Texas İnstruments kompaniyası tərəfindən istehsal edilən hər bir kalkulyatorun dəyəri özünə plastmasın, mikroprossesorun, qablaşdırmanın və başqa tərkib hissələrin dəyərlərini daxil edir. Məhsul vahidi üçün bu məsrəflər adətən daimi olur, amma məsrəflərin məbləği istehsal edilmiş məmulatların sayından asılı olaraq dəyişir, ona görə də, bu xərclər dəyişən xərclər adlandırılır.
Dostları ilə paylaş: |